TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə19/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   15   16   17   18   19   20   21   22   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Allahu Əkbər!
Alaq otlar olur ki, təmizləyirsən yenə 
də çıxır. Şirk də belədir, qarşısını alırsan başqa yerdən çıxır. Abdullah ibn 
Ömər 

 
rəvayət edir ki, Peyğəmbər 

 
ilə birlikdə Səmud qövmünün ərazisi 
olan Hicr ərazisinə gəldik. Oranın quyularından su aldıq və xəmir yoğurduq. 
Peyğəmbər 

aldığımız suları boşaltmağımızı və yoğurduğumuz xəmirləri isə 
dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər 

: "Ağlayanlar müstəsna 
olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu qövmün yurduna 
girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir bənzəri sizlərə də 
toxunmasından qorunmaq üçün onların yurdlarına girməyin. Sonra 
Peyğəmbər 

vaxtı ilə Salehin 

dişi dəvəsinin su içdiyi quyudan su 
almalarını onlara əmr etdi"
23

Subhənəllah!
Peyğəmbər 

Allahın qəzəbinə 
uğramış qövmlərin ərazisindən keçdikdə qorxaraq, ağlayaraq keçərdilər. 
Bunlar isə Allahın qəzəbinə gəlmiş, Allahın lənətinə düçar olmuş yerləri 
ziyarətgah edirlər. İbn Teymiyyə 

Hira mağarası haqqında deyir ki: 
"Peygəmbər 

peygəmbərlikdən öncə orada ibadətə çəkilərdi. İlk olarak vəhy 
orada ona nazil oldu, lakin ona vəhyin ilk enməsindən sonra bir daha o, 
mağaraya çıxmadı, ona nə özü, nə səhabələri yaxınlaşmadı. Peygəmbərlikdən 
sonra Məkkədə on il qaldı. O mağaranı ziyarət etmədi, oraya qalxmadı. Eyni 
şəkildə Məkkədə onunla birlikdə olan möminlər də oraya çıxmadılar. 
Peyğəmbər 

 
hicrətdən sonra Hudeybiyyə ümrəsinə və Məkkənin fəthi vaxtı 
Məkkəyə gəldi və orada iyirmi gün qaldı. Lakin Hira mağarasına getmədi və 
oranı da ziyarət etmədi”.
24
5)
Müsəlmanlar evlərində doğru əqidəni övladlarına öyrətməkdən məhrum 
olublar. Valideyin dindən başqa övladına hər bir şeyi öyrədir, evlənməyi, pul 
qazanmağın yollarını və s. Qəzet və jurnallar insanlara yalnız əyləncəni 
öyrədir. İmam Malik 

deyir ki: "Bu ümmətin başı nə ilə islah olunmuşsa 
(düzəlmişsə, nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla 
islah olunur. O gün din olmayan heç bir şey, bu gün də din olmaz"
25
. İbn 
23
Muslim 2980 – 
Hicr
 –
Mədinə ilə Şam arasında bir vadinin adıdır. Bura Salehin 

qövmü olan Səmudun 
mərkəzi idi. Allah bu qövmü Peyğəmbərinə itaət etmədiklərinə görə məhv etmişdir. Tarixçilər Səmudu 
Nuhun 

nəslindən sayırlar. Səmud ibn Cabir ibn İram ibn Şam ibn Nuh. Saleh 

İbrahimdən 

əvvəl 
yaşamışdır. Quran surələrinin adlarından da biri əl-Hicr surəsidir. Maraqlananlar bu surəyə baxa bilərlər. 
24
Məcmuul-Fətava 27/ 251.
25
Qadi İyad "əş-Şifa" 2/ 88.



Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə