TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


“Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə17/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   13   14   15   16   17   18   19   20   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

“Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və 
tükənməyəcək bir mülkü göstərimmi?" 
(Ta ha 120).
Bir başa demədi: “Get, o 
ağacdan ye!” İblis Adəmi 
- əleyhissəlam - 
aldatdı, onun nəslini isə yaxşı 
niyyətlərlə aldadır. Salehləri unutmayın, onları ziyarət edin, xatırlayın ki, siz 
də salehlərdən olasınız. Sonra bir müddət keçdikdən sonra salehləri Allah ilə 
aralarında vasitəçi edir, bir müddətdən sonra isə bir başa onlara ibadət etməyə 
təşviq edir və Tövhid əhlinə qarşı çıxaraq belə deyir: “Siz yeni din gətirmisiniz, 
biz ata-babalarımızdan belə görmüşük, öz əslinizə hörmət etmirsiniz” və s. 
Allah Nuhun 

qövmünü suya qərq etdi, Tövhid əhlindən başqa hamı məhv 
oldu. İllər, əsrlər ötdü, yeni nəsillər gəldi. Onlar da ata-babalarının başına 
gələni unutdular. Şeytan yenidən öz addımlarını atmağa başladı. Allah yeni 
Peyğəmbər, yeni kitablar nazil etdi. Rəvayət edildiyinə görə yüz iyirmi dörd 
min Peyğəmbər gəlib-getdi və beləcə Muhəmməd 

qədər davam etdi. 
“Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz 
tərəfdarlarını Od sakini olmağa çağırır”. 
(Fatir 6).
Ey mənim qardaşım! 
İnsanların qınağından, sözlərindən qorxma! Bir şeyi unutma ki, Haqq daima 
20
Şeyx Useymin "Üç əsas" şərhi. 


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
14 
yardıma məzhər olur, lakin bununla birlikdə sıxıntı, çətinliklərlə sınanır. Buna 
heyrət etmə, çünki bu Rahmənin sünnətidir. 
“Beləliklə, Biz hər bir peyğəmbər 
üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik…”.
(əl-Ənam 112).
O halda bizim ümüdsüzliyə qapılmağımız caiz deyildir. Çünki 
gözəl aqibət təqva əhlinindir. Məgər Nuha 

 
qarşı çıxmadılar, və ya digər 
Peyğəmbərləri incitmədilər? Onlara da: “Siz ata-babalarınıza hörmət 
etmirsiniz, əcdadlarınıza qarşı çıxırsınız”- deyirdilər. Elə zənn edirdilər ki, 
bunu etməklə öz əcdadlarına hörmət edir və haqlarını qoruyurlar. Salehləri 
şişirtməyin nəticəsi bax budur.
4)
Şirkin yaranmasının səbəblərindən biri də insanların Peyğəmbərlərin
salehlərin gəzdikləri, oturduqları yerləri əhatəyə alaraq oraları üstün 
saymalarıdır. Şirkin qarşısını almaq üçün – Peyğəmbər 

 
Səhabələr şirkə 
aparan kiçik bir şey olsa belə onun qarşısını dərhal alardılar. Ölüm anında olan 
Peyğəmbərin 

düşündüyü Tövhid, şirkin qarşısını almaq idi. Bu, məslənin nə 
dərəcədə mühüm olduğunu göstərir. Çünki salehlərin qəbirlərini şişirtmək 
sonda onlara ibadətə gətirir ki, insanlar da bunun dindən olduğunu zənn 
edirlər. Əbu Hureyra 

rəvayət edir ki, Peyğəmbər 

buyurdu: "Allahım! 
Qəbrimi ibadət olunan büt (vasan) etmə! Öz Peyğəmbərlərinin qəbirlərini 
məscidlərə (ibadət olunan yerə) çevirən bir qövmə Allahın şiddətli əzabı düçar 
olar”
21
. Əbu Hureyra 

rəvayət edir ki, Peyğəmbər 

buyurdu: "Evlərinizi 
qəbir yerinə, qəbrimi də bayram yerinə çevirməyin. Mənim üçün Allahdan 
xeyir-dua istəyin (salavat). Harda olsanız sizin xeyir-duanız (salavatınız) mənə 
çatar".
22

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə