TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,57 Mb.
Pdf görüntüsü
səhifə18/487
tarix10.05.2023
ölçüsü5,57 Mb.
#109393
1   ...   14   15   16   17   18   19   20   21   ...   487
tovhid-Allahin-qullari-uzarinda-haqqi

Həmiçinin –
Peyğəmbər 

Lat, Uzza, Manat adlanan bütlərin 
dağıdılmasını əmr edir. Yunus ibn Bukeyr, Əbu Xalidə Xalidi ibn Dinar, Əbu 
Aliyəyə dedi: "Tustəri fəth etdiyimiz zaman Hurmuzun mal saxladığı evin 
başında yazı olan ölü bir bədənin uzanmış olduğu bir çarpayı tapdıq. Onu 
Ömər ibn Xattabın 

yanına gətirdik. Kəbi çağırdı və o yazını ərəbcəyə çevirdi. 
Mən ərəblərdən o, yazını oxuyan ilk insanam. Bu Daniel 

deyilən birisi idi. 
O nə zaman ölmüşdür? dedim. Üç yüz ildir. Ondan dəyişən nədir. Başında 
bəzi saçlarından başqa heç bir şey dəyişilməmişdi. Belədir, çünki 
Peyğəmbərlərin ətlərini torpaq çürütməz. İnsanlar ondan nə diləyərdilər? Göy 
üzü tutulduğu zaman onun cəsədini çıxararaq yağmur gözləyərdilər”. Dedim: 
“Siz nə etdiniz?” Gündüz vaxtı bir-birindən ayrı on üç qəbir qazdıq, gecə 
olduqda isə onu birində dəfn etdik və qəbiri yerlə düz etdik ki, insanlar başa 
düşməyib sonradan gəlib qazmasınlar". Səhabələrin hərəkətinə nəzər salın. 
Ömər: “Oranı əhatəyə alın, təmiz saxlayın, gələcək nəsillər üçün qoruyun”- 
21
Məlik 1/ 172, Əhməd 2/246, Əbu Yala 6681, əl-Albani “Səhih”.
22
Əbu Davud 2042, Əhməd 2/ 367, İsmayıl əl-Qazi "Fadl əs-Salət alən Nəbi" səh. 20, əl-Albani səhih 
demişdir.


 
TÖVHİD – 
Allahın Qulları Üzərində Olan Haqqı
15 
demədi. Əksinə şirkin qarşısını dərhal alaraq belə yerləri yerlə bir edərdilər ki, 
insanlar axtarıb tapmasınlar. Şirkin qarşısını almaq Tövhidi qorumaqdır. 
Həmçinin -
Ömərə 

beyət ağacının kəsliməsini əmr etdi. Çünki, insanlar artıq 
oranı ibadətgah etmişdilər. Ağaca iplər, cürbəcür əskilər bağlayıb, ətrafında 
təvaf edir, bərəkət diləyirdilər. Ömər 

təhlükəni görüb ağacın kəsilməsini 
əmr etdi. Qureyşdə şirk necə başladı? Nuhun 

 
qövmündən qalan bütlər 
torpağın altından çıxdılar. 

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   487




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə