Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə227/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   221   222   223   224   225   226   227   228   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

980 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

mənada, elmi ədəbiyyatda "Cahandar ağa milli 



xarakterdir" mülahizəsinin özünə yer almasını tamamilə 

təbii hesab edirik. Elmi ədəbiyyatĢünaslıqda bu fikir 

birmənalı qəbul olunmuĢdur. Amma görünür ki, bəzi 

hallarda mahiyyətinə varılmadan qəbul olunmuĢdur. 

Çünki çox vaxt bu tezisin ardınca "Cahandar ağa mənsub 

olduğu təbəqə, istismarçı sinif kimi ölümə məhkumdur" 

tipli mülahizələr gəlir. Halbuki bu iki fikir bir-birini tam 

Ģəkildə inkar edir. Çünki xarakter millidirsə, deməli, o, 

yaĢarıdır, heç vaxt "ölümə məhkum" ola bilməz. Yox, 

əgər "ölümə məhkum"dursa, onda milli deyil. Sonuncu 

fikir xarakterə sinfi yanaĢmanın nəticəsidir; 

mülkədardırsa, deməli, ölümə məhkumdur. Əslində, "Dəli 

Kür"ün qəhrəmanı "ölümə məhkumluğ"un yox, "ölümə 

məhkum edilmə"nin aqibətini və ağrısını yaĢayır, həm də 

mülkədar kimi yox, mənsub olduğu sinfin "yük"ünü çəkən 

obraz kimi yox, mənsub olduğu millətin xarakterini 

varlığında daĢıyan obraz kimi. 

"Dəli Kür" romanında sinfi münasibətlər əks olunub. Yəni 

romanda Göytəpə kəndinin "qara damlar"da yaĢayan 

sakinləri də, "daĢ evlərin sakinləri" (B.Nəbiyev) də özünə 

yer alıb. Romanda aĢağı təbəqənin ağır güzəranından da 

bəhs olunub. Bu mənada Rüstəm kiĢi, gəmiçi Qoca və 

onların ailələrinin ağır güzəranını təsvir edən səhnələr 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

981 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

xüsusilə diqqəti cəlb edir. Lakin "qara damlar"ın və "daĢ 



evlərin sakinləri" romana zamanın və mühitin reallığı kimi 

gəlib, realist qələm bunu görməyə və təsvir etməyə 

bilməzdi. Ġ.ġıxlı bu mənzərələri çox realistcəsinə əks 

etdirib. Ancaq bu əksetmədə ideoloji münasibət yoxdur. 

Romanda siniflərin dünyagörüĢü əks olunub. Cahandar 

ağanın "aĢağılar"a münasibəti, "aĢağılar"ın - Rüstəm 

kiĢinin, gəmiçi Qocanın, Çərkəzin "yuxarılar"a münasibəti 

romanda verilib, ancaq sinfi qarĢıdurmanın təzahürü kimi 

yox. Romanda siniflərarası münasibətlər antaqonist 

ziddiyyətlər prizmasından bədii təsvir obyekti olmayıb. 

Çərkəz - ġamxal, Güləsər - Salatın, Güləsər - ġamxal, 

Osman - ġamxal xətlərində gerçəkləĢən münasibətlər 

təmsil olunduqları siniflərin fövqündə duran insani 

münasibəti simvollaĢdırır. ƏdəbiyyatĢünaslığın sinfi 

ziddiyyətin ən tipik nümunəsi kimi qabartdığı gəmiçi 

Qoca - Cahandar ağa xəttindəki münasibətlər də sinfi 

düĢmənçilik səviyyəsində deyil. Ġkincinin birinciyə 

yanaĢmasında sinfi ayrı-seçkilik var, ancaq sinfi 

düĢmənçilik yoxdur. Digər tərəfdən, əsərdəki hər hansı 

obrazın hadisələrə sinfi baxıĢı ilə, müəllifin baxıĢını 

eyniləĢdirmək olmaz. Müəllif, əlbəttə, siniflərin 

dünyagörüĢlərindəki ziddiyyətli məqamları da diqqətdən 

yayındırmır, bunları tarixi reallıq kimi bədii düĢüncənin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

982 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

predmetinə çevirir, lakin onları süni Ģəkildə bir-birinə 



qarĢı qoymur, süni düĢmən cəbhələr yaratmır. Çünki 

Ġ.ġıxlının məsələlərə estetik münasibəti milli bütövlük və 

bəĢəri dəyərlər çərçivəsindədir. 

Əsərin bədii konfliktinin müəyyənləĢməsində də, onun 

inkiĢafında da məsələlərə milli bütövlük prizmasından 

baxıĢ qorunub saxlanır. ġamxalın kasıb ailədən olan bir 

qızla evlənməsi Cahandar ağanı, əlbəttə, ciddi Ģəkildə 

narazı salır və sözün həqiqi mənasında qəzəbləndirir. Bu, 

ailədaxili məsələyə Cahandar ağanın silki mövqedən 

yanaĢmasının göstəricisidir. Onun gəmiçi Qocaya 

münasibəti isə sinfi zəminə yox, insani meyarlara 

söykənir. O, gəmiçi Qocanın güzəranının ağırlığına 

təəssüflənir. Gəmiçi Qocanın maddi sıxıntı içərisində 

yaĢaması müəyyən mənada hətta onu "darıxdırır", "ürəyini 

ağrıdır". 

"O, yenidən qudasını saymazyana süzdü. KiĢinin məyus 

və müĢkül görkəmi, bulud kimi tutulub susması, həmiĢə 

Ģuxluq edib aləmi güldürən Qocanın indi yumaq kimi 

büzüĢməsi Cahandar ağanın da ürəyini ağrıtdı... O, 

darıxdı". 

Cahandar ağa mülkədardır. Çərkəzin sözləri ilə desək

"biçənəklərinin ucu-bucağı görünmür". DüĢünülə bilər ki, 

madam ki, ürəyi ağrıyır, onda öz torpaqlarından, yenə də 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

983 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Çərkəzin sözləri ilə desək, "beĢ-on tağarlıq" yer ayırıb nə 



üçün gəmiçi Qocaya vermir? Demək lazımdır ki, bu, 

məsələyə maarifçi baxıĢdır və romanın maarifçi 

qəhrəmanlarından biri ƏĢrəf məsələni elə belə də qoyur:  

"KiĢi dayandı. Onun qaĢının biri yuxarı qalxdı, o biri isə 

gözünün üstünə endi: 

- Nə demək istəyirsən? 

- Bizim neçə hektar yerimiz var? 

- Sözünü de. 

- Kəndimizdə elə adam varmı ki, heç torpağı olmasın? 

- Dedim ki, sözünü de! 

- Olmazmı öz torpağımızdan bir az kasıblara verək?" 

Təbiidir ki, Cahandar ağa oğlunun təklifi ilə razılaĢmır. 

Onun məsələlərə sahibkar baxıĢı buna imkan verməz. Bu 

mənada Cahandar ağanın "necə yəni kasıblara torpaq 

payla, məktəb tikdir, bunlar mənim nəyimə lazımdır" 

qənaətində təəccüblü cəhət yoxdur. Əslində, ƏĢrəfin 

qoyduğu məsələnin kökü kifayət qədər dərindir. Onun 

atasına etdiyi "təklif" çarizmin həmin dövrdə yürütdüyü 

iqtisadi siyasətdən mayalanır. ƏĢrəfin "təklifi" çarizmin 

1870-ci il "Əsasnamə"sində nəzərdə tutulanların əks-

sədası idi. Azərbaycan tarixində oxuyuruq: "Əslində, bu 

"Əsasnamə"də yeni bir Ģey yox idi və o, 1847-ci il 

"Əsasnamə"lərinin eyni idi. Həmin "Əsasnamə"lərdə də 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə