Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə226/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   221   222   223   224   225   226   227   228   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

976 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Allahyarın da Cahandar ağanı cəzalandırmaq istəməsi bu 



"qanun" çərçivəsindədir. Lakin Allahyar öz düĢməninin 

qarĢısına çıxa bilmir. Ona arxadan zərbələr vurmaqla 

intiqamını almaq istəyir. (Əvvəlcə Salatına güllə atır. 

Güllənin səhəngə dəyməsi qızı ölümdən xilas edir; sonra 

ot tayasını yandırır, daha sonra isə Cahandar ağanın çox 

sevdiyi maralı öldürür; Salatını qaçırmaq istəyir, amma 

niyyətini axıra qədər həyata keçirməyə nail olmur. Ən 

nəhayət, Qəmərin yalını, quyruğunu qırxır ki, bu da nəticə 

etibarı ilə atın öldürülməsinə səbəb olur.) "Qanun" 

intiqamı yasaq etmir, amma arxadan vurmaqla yox. Bu 

hərəkətləri ilə, xüsusən, sonuncu ilə Allahyar mərdlik 

qanununa bağıĢlanmaz xəyanət edir və cəza almağı haqq 

edir. Cahandar ağa Allahyarı öldürür. Diqqətimizi cəlb 

edir ki, bu zaman Cahandar ağa çox gərgin psixoloji 

ağırlıq altında idi, lakin bütün bunlara rəğmən o, Allahyarı 

mərdlik qanununa riyazi dəqiqliklə əməl etməklə 

cəzalandırır. (O, düĢməni ilə üzbəüz gəlmək istəyir və 

gəlir. Lakin ilk rastlaĢmada Cahandar ağa onu öldürmək 

imkanından istifadə etmir. Çünki düĢməni qarĢısına 

silahsız çıxır. Silahsız düĢmənə güllə atmaq olmaz. O, 

Allahyara silahını götürüb atını minərək meydana çıxmaq 

Ģansı verir. Allahyar onu gülləyə tutsa da, Cahandar ağa 

ona arvad-uĢağı qorxutmamaq üçün həyətdən çıxmağı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

977 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

təklif edir. Yalnız bundan sonrakı qarĢılaĢmada o, 



düĢmənini öldürür).  

Zahiri parçalanmaya rəğmən Cahandar ağanın ailəsindəki 

daxili bütövlük, ruhi birlik, bir-birinə dayaq durmaq 

psixologiyası da diqqəti cəlb edir. ġahnigarın meyitinin 

yuyulub kəfənə tutulmasını Cahandar ağanın ailədən 

küsüb getmiĢ arvadı Zərnigara etibar etməsi (ġahnigarın 

güllə yarasından öldüyü sirr olaraq qalmalıdır) və 

Zərnigarın da bu "iĢi" ləyaqətlə və səssizcə görməsi, ərinin 

bu "iĢi" məhz ona və nə üçün tapĢırdığını çox gözəl baĢa 

düĢməsi, küsüb gedən ġamxalın uzaqdan-uzağa atasını hər 

dəqiqə müdafiə etməyə hazır olması, onun varlığına 

hakim kəsilən "atamın namusu mənim namusumdur" 

düĢüncəsindəki ülvilik, "parçalanmıĢ" ailəni bir yerə 

yığmaq üçün əldən-ayaqdan gedən, gündə yüz dəfə "ölüb-

dirilən" Salatının həyəcanları və s. ailədəki monolitliyin 

əlamətləridir. 

 

 

 



Cahandar ağa ailəsinin təəssübünü çəkdiyi kimi, elinin - 

obasının da təəssübünü çəkir və bu yolda hər cür 

fədakarlığa hazırdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

978 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Molla Sadıq tərəfindən qızıĢdırılan camaatın seminariyaya 



uĢaq yığmaq üçün gələn Çernyayevski və Rus Əhmədə 

qarĢı düĢünülməmiĢ münasibət və hərəkətinə Cahandar 

ağanın reaksiyası təkcə qonağı müdafiə və qonağa hörmət 

və yaxud oxumağa, təhsilə müəyyən mənada "loyal" 

münasibəti ilə yadda qalmır. Bu təsvirlərdə qəhrəmanın 

xarakterinin daha əhəmiyyətli cəhətlərini önə çəkən 

məqamlar var. Burda baĢ verənlərə Cahandar ağanın 

münasibəti göstərir ki, o, geniĢ düĢünməyi bacaran, 

sözündə və hərəkətlərində özündən çox el-obanın 

mənafeyini nəzərə alan bir insandır. Bu səhnələrdə 

diqqətimizi belə bir cəhət çəkir ki, Cahandar ağanın əli hər 

an tətikdə olsa da, tətiyi çəkməyə hər an hazır olsa da, 

bütün hallarda o, hərəkətlərini soyuq ağlın, ayıq 

düĢüncənin nəzarəti altında saxlamağı bacarır. Həmin 

epizodlarda Molla Sadığın camaatı qızıĢdırmasının çox acı 

nəticələrə gətirib çıxara biləcəyini düĢünən Cahandar ağa 

nə qədər qəzəblənsə də təmkinini itirmir, həm cəsarətli və 

qəti hərəkətləri və həm də böyük təmkin və dözümü ilə 

mollanı "tərksilah" edir; ağsaqqallıq, böyüklük səriĢtəsi 

nümayiĢ etdirir: 

"Molla Sadıq Cahandar ağanın qıllı qaĢları altından üzünə 

zillənən qan sağılmıĢ gözlərinə baxa bilmədi. Onun iri 

qalın dodaqlarının səyridiyini, barmağının tüfəngin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

979 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

tətiyində titrədiyini görəndə sözünün dalını qısdı... 



Müsahibinin dodağının bir balaca tərpənməsinə bənd olan 

Cahandar ağa da susdu.Mollanın dillənməyə taqəti 

olmadığını yəqin etdikdən sonra barmağını tətikdən çəkdi: 

- Ağır otur, batman gəl. Burada səndən baĢqa da kiĢi var". 

Cahandar ağa Molla Sadığın fitvası ilə qızıĢan camaatın 

hərəkətinin son aqibətinin xoĢagəlməz nəticələr verəcəyini 

irəlicədən görür. El-oba təəssübkeĢi, ağsaqqal kimi bunun 

qarĢısını almağı özünə borc bilir, Molla Sadıq kimi "diĢli" 

bir adamdan, onun arxasında duranlardan çəkinmədən 

camaatı "fitva"ya getməkdən çəkindirir: 

"- Fikriniz nədir, yoxsa könlünüzə Sibir düĢüb? 

Bəs bunun sonrasından qorxmursunuz? Sabah atlı 

kazaklar tökülüb gələndə cavab verə biləcəksinizmi? Hə, 

niyə dinmirsiniz? Sizi bir-birinizə çataqlayıb atın döĢünə 

salanda bu Molla Sadıq qabağa dura biləcəkmi? Sizdən 

soruĢuram, onda harayınıza çatan olacaqmı?" 

Bu suallarda xalq üçün yanan ürəyin onun taleyi ilə bağlı 

narahatlığı aydın əksini tapıb. "Adam bir iĢ görəndə 

fikirləĢər. Hər yetənin sözünə baxıb toy toğlusu kimi 

ortalığa düĢməz. Bir də qonağa əl qaldırmazlar" - 

Cahandar ağanın bu sözlərində el-obaya, camaata sonsuz 

məhəbbət, bağlılıq var, onun problemlərini öz Ģəxsi 

problemi kimi qəbul etmək, dərk etmək düĢüncəsi var. Bu 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə