Title Lorem Ipsum


Sxematik quruluş PROQRAMLAMA MODELİ  68000 prosessorunda ünvanlaşdırma rejimləri



Yüklə 24,49 Mb.
səhifə6/6
tarix15.05.2022
ölçüsü24,49 Mb.
#87110
1   2   3   4   5   6

Sxematik quruluş


PROQRAMLAMA MODELİ

 68000 prosessorunda ünvanlaşdırma rejimləri.


Prosessor 68- da 14 ünvanlaşdırma rejimləri vardır və onlar altı ürupa bölünür: qeyri məlum, registrli, mütləq, bilavasitə, nisbi. Onlar 68000 prosessorunun ünvanlaşma rejiminə dolayı ünvanlaşma əlavə etməklə oxşardırlar.

Qeyri – məlum ünvanlaşma. Bu sadə rejimdə operandın yerləşdiyi yer əmrlərin minemonikası kimi qəbul edilir. Məsələn, keçid əmri yerinə yetirilən zaman (minemonika JUMP) hesablayıcı proqrama keçid ünvanı yüklənir. Cədvəl 1.

Registrli ünvanlaşdırma. Bu rejimdə əvvəlki rejimdən fərqli olaraq qəbuledici göstərilir. Prosessorda bütün registrlərin öz ünvanları vardır. 68000- da güclü MOVE ötürmə əmri vardır. MOVE əmrlərindən biri verilənləri prosessorun bir registrindən digərinə ötürülür. Məsələn. Assemblerləşdirilmiş əmr MOVE D7, D6 registr P7 tərkibindəkiləri D6 registrinə ötürür. Registr D7 mənbə adlanır və 16 bitlə təyin edilir. D6 registri alıcı adlanır və 16 bitlə təyin edilir. Əmr mənbənin tərkibindəkilərini alıcıya ötürür. MOVE əmri eyni ilə 16 bitlə təyin edilir və tərkibinə əməliyyatın dəqiq mətni və ünvanlaşma rejimi daxildir.

Mütləq ünvanlaşma. Bu üsul birbaşa və 68000 prosessorunun genişləndirilmiş ünvanlaşması ilə oxşardır. Operandın ünvanı birbaşa təyin edilir və əməliyyat kodundan sonra yerləşir. Məsələn, MOVE minemonikasından sonra $FF23, D4 göstərmək və FF23 oymasının tərkibindəki D4 registrinə ötürülür.

Bilavasitə ünvanlaşdırma. Bu rejim prosessor 6800 analoji rejimi ilə eynidir. MOVE #9,D1. Prosessor # işarəsini ünvanlaşmanın bilavasitə rejimi kimi qəbul edir, beləliklə, ondan sonrakı rəqəm operanddır. Operand yaddaş oymasında # işarəsini təyin edən ikili bitlərdən sonra yerləşir. Bu səbəbdən proqram oymasından prosessor 9 rəqəmini verilənlər registri D1- ə ötürür.

Dolayı ünvanlaşma. Bu rejimdə minemonikadan sonra operandın ünvanı yox operandın ünvanının ünvanı yerləşir. Dolayı ünvan dırnaq işarəsi ilə göstərilir. Dırnaq daxilindəkilər operandın ünvanının ünvanıdır. Misal olaraq MOVE (A3), D4 göstərmək olar. Şəkildə A3 rejimində 200 və 200 ünvanlı yaddaş oyması 32F yerləşir. Bu əmr belə y/y. Prosessor A3 rejiminə bir mənbə kimi müraciət edir. O dırnaq daxilindəki A3 operand kimi yox, onun ünvanı kimi qəbul edir. A3 registrində ünvan təyin edildikdən sonra prosessor 32F operand kimi qəbul edilir. Dolayı ünvan təyin edildikdən sonra prosessor 32F – in tərkibindəkilərini verilənlər registri D4- ə ötürür.

Nisbi ünvanlaşma. 68000 prosessorunda bu rejim proqram hesablayıcısı ilə bağlıdır. Variantların birində sürüşmə sadəcə olaraq proqram hesablayıcısı ilə toplanır, ikinci variantda isə sürüşmə və göstərilən verilənlər və ya ünva registrinin göstəriciləri əlavə edilir.



Nəticədə proqram hesablayıcısında toplanmış ünvan cari tərkibindəkilərdən yuxarı və ya aşağı ola bilər. Nəzərə almaq lazımdır ki, dolayı ünvanlaşmada əmrdə alıcı operandı yoxdur və ancaq mənbə ünvanı göstərilir. Verilənlər alıcısı yoxdur. Mənbə operandı y/y- ən proqramın əvvəlidir.

TƏŞƏKKÜRLƏR


Yüklə 24,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə