s
43:18‑27 Çıx. 29:35-37
hündürlüyü iki qulac, eni bir qulac, kiçik çıxıntıdan böyük çıxıntıya
qədərki hissənin hündürlüyü dörd qulac, eni bir qulac,
15
qurbangahın
qurban yandırılan üst hissəsinin hündürlüyü dörd qulac olacaq. Üst
hissədən yuxarıya doğru dörd buynuz uzanacaq.
16
Qurbangahın üst
hissəsi dördbucaqlı şəklində olacaq. Onun uzunluğu on iki, eni on iki
qulac olacaq.
17
Üst çıxıntının dörd tərəfdən uzunluğu və eni hər biri on
dörd qulac olacaq. Ətrafındakı kənar yarım qulac,
xəndəyin dövrəsi bir
qulac olacaq. Qurbangahın pillələri şərqə baxacaq».
18
s
O adam yenə dedi: «Ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir:
“Qurbangah tikildiyi gün üstündə yandırma qurbanları gətirmək və
qan tökmək barədə olan qaydalar belədir.
19
Mənə xidmət etmək üçün
hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq
bir buğa ver” Xudavənd Rəbb belə bəyan edir.
20
“Buğanın qanından
götürüb qurbangahın dörd buynuzuna, çıxıntının dörd küncünə və
ətrafındakı kənarın üstünə sürt. Beləcə qurbangahı pak edib onun
üçün kəffarə ver.
21
Günah qurbanı olaraq buğanı götürüb Müqəddəs
məkandan kənarda, məbədin təyin edilmiş yerində yandır.
22
İkinci gün günah qurbanı olaraq qüsursuz bir təkə təqdim et.
Qurbangah buğanın qanı ilə pak edildiyi kimi təkənin qanı ilə də pak
edilsin.
23
Pak etmək işini qurtarandan sonra qüsursuz bir buğa ilə
sürüdən bir qoç qurban gətir.
24
Onları Rəbbin önünə gətir. Kahinlər
onların üstünə duz səpib Rəbbə yandırma qurbanı olaraq təqdim etsin.
25
Yeddi günün günah qurbanı olaraq hər gün bir təkə hazırla. Qüsursuz
bir buğa ilə sürüdən bir qoç da hazırlansın.
26
Qoy yeddi gün qurbangah
üçün
kəffarə versinlər, onu pak edib təqdis etsinlər.
27
Yeddi gün
tamamlanandan sonra kahinlər səkkizinci gün və ondan sonra yandırma
və ünsiyyət qurbanlarınızı qurbangahın üstündə təqdim etsin. O zaman
sizdən razı olacağam” Xudavənd Rəbb belə bəyan edir».
Məbəddə xidmət edənlər
44
1
O adam məni Müqəddəs məkanın şərqə baxan bayır darvazası
yolundan geri qaytardı. Darvaza bağlı idi.
2
Rəbb mənə dedi: «Bu
darvaza bağlı qalacaq, açılmayacaq, heç kəs oradan içəri girməyəcək,
çünki İsrailin Allahı Rəbb oradan içəri girmişdir, buna görə də bağlı
qalacaq.
3
Yalnız rəhbər rəhbərliyinə görə Rəbbin önündə çörək yemək
üçün orada oturacaq. Darvaza eyvanı yolundan girib,
o yoldan da
çıxacaq».
4
O adam məni şimal darvazası yolundan məbədin önünə gətirdi.
Mən baxıb gördüm ki, Rəbbin izzəti Öz məbədini doldurub. Bu zaman
üzüstə düşdüm.
5
Rəbb mənə dedi: «Ey bəşər oğlu, Rəbbin məbədinin
Yezekel 43 , 44
1350
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
t
44:17‑18 Çıx. 28:39-43; Lev. 16:4
u
44:19 Lev. 16:23
v
44:20 Lev. 21:5
w
44:21 Lev. 10:9
bütün qayda-qanunları ilə bağlı deyəcəyim sözləri yaxşı-yaxşı dinlə,
onlara qulaq as, hər şeyə diqqətlə bax. Müqəddəs məkana kimin girib-
çıxacağına diqqət et.
6
Üsyankar olan İsrail nəslinə söylə ki, Xudavənd
Rəbb belə deyir: “Ey İsrail nəsli, artıq bəsdir! Etdiyiniz iyrənc işlərə daha
son qoyun.
7
Ürəyi və bədəni sünnət edilməmiş yadelliləri Müqəddəs
məkanıma gətirdiniz, Mənə qida olmaq üçün
piy və qan təqdim etməklə
məbədimi murdarladınız. Beləcə iyrənc işlərinizlə əhdimi pozdunuz.
8
Müqəddəs şeylərim üzərində vəzifənizi yerinə yetirmədiniz. Müqəddəs
məkanımda bu şeylərə nəzarət etməyi başqalarına tapşırdınız”.
9
Xudavənd Rəbb belə deyir: “İsrail xalqı arasında yaşayan ürəyi və
bədəni sünnət edilməmiş heç bir yadelli Müqəddəs məkanıma girməsin.
10
İsrail yoldan azdığı zaman Məndən uzaqlaşan və yoldan azıb
bütlərinə sitayiş edən Levililər öz günahlarının cəzasını çəkəcək,
11
lakin
Müqəddəs məkanımda bu işləri görəcək: məbədin darvazalarına nəzarət
edəcək, məbədin xidmət işlərini görəcək, xalq üçün yandırma qurbanları
və başqa qurbanlıq heyvanları kəsəcək, xalqın önündə durub onlara
xidmət edəcək.
12
İndi ki onlar bütlərinin önündə İsrail nəslinə xidmət
edərək xalqı günaha batırdı, Mən Rəbb də onları günahlarına görə
cəzalandıracağıma and içdim” Xudavənd Rəbb belə bəyan edir.
13
“Onlar
kahin kimi xidmət etmək üçün Mənə yaxınlaşmayacaq,
bütün müqəddəs
şeylərimə, ən müqəddəs qurbanlarıma toxunmayacaq. Etdikləri iyrənc
əməllərinin rüsvayçılığını çəkəcəklər.
14
Bundan sonra məbədin xidmət
vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam.
15
Ancaq İsrail Məni qoyub yoldan azdığı zaman Müqəddəs məkanımın
xidmət vəzifəsini yerinə yetirən Sadoq nəslindən Levili kahinlər önümdə
xidmət etmək üçün Mənə yaxınlaşacaq. Onlar piy və qan təqdim etmək
üçün hüzuruma çıxacaq” Xudavənd Rəbb belə bəyan edir.
16
“Yalnız onlar
Müqəddəs məkanıma girəcək, yalnız onlar önümdə xidmət etmək üçün
süfrəmə yaxınlaşıb buyruğumu yerinə yetirəcək.
17
t
Kahinlər içəri həyətin darvazalarından girəcəkləri zaman kətan
geyim əyinlərində olsun, içəri həyətin darvazalarında yaxud məbəddə
xidmət edərkən yun paltar geyməsinlər.
18
Başlarına kətan çalma
sarısınlar, bellərinə kətan alt paltarı geysinlər. Bədənlərini tərlədən bir
şey geyinməsinlər.
19
u
Bayır həyətə, bayır həyətdə olan xalqın yanına
çıxmazdan qabaq xidmət edərkən əyinlərindəki geyimləri çıxarıb
müqəddəs otaqlara qoysunlar və başqa paltarlar geysinlər ki, geyimləri
ilə xalqı təqdis etməsinlər.
20
v
Kahinlər başlarını qırxmasın, saçlarını
uzatmasın, yalnız saçlarını kəsib düzəltsin.
21
w
İçəri həyətə girəcəyi vaxt
heç bir kahin şərab içməsin.
1351
Yezekel 44
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation