g
39:11 Hamon‑Qoq – ibrani dilində Qoq qoşunu.
h
39:17‑20 Vəhy 19:17-18
əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam.
4
Sən bütün
ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak
olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara
verəcəyəm.
5
Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim,
Xudavənd Rəbb belə bəyan edir.
6
Mən Maqoqun və sahil ölkələrində
əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda
biləcəklər ki, Rəbb Mənəm.
7
Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq
müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər
biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam.
8
Budur, o vaxt
gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün
Mənim dediyim gündür.
9
Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını,
qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini
bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar.
10
Çöldən
odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od
qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri
talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir.
11
“O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə
bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq.
Bu yerə Hamon-Qoq
g
dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı
kəsiləcək.
12
Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları
basdırmaqla məşğul olacaq.
13
Onları bütün ölkə xalqı basdıracaq.
Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb
belə bəyan edir.
14
“Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq.
Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri
basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar.
15
Bu adamlar
ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar
onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq.
16
Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”.
17
h
Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və
hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim
qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər
tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz.
18
Başanın bəslənmiş
heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib
qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını
içəcəksiniz.
19
Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək,
sərxoş olunca qan içəcəksiniz.
20
Süfrəmdə atlardan, süvarilərdən,
igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd
Rəbb belə bəyan edir.
Yezekel 39
1342
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
i
40:2 Vəhy 21:10-11
j
40:3 Vəhy 11:1; 21:15
k
40:5–42:20 1Pad. 6:1-38; 2Saln. 3:1-9
l
40:5 40-48-ci fəsillərdə işlədilən qulac xüsusi ölçüyə malik qulacdır. Adi qulacın ölçüsü
45 sm, buradakı qulacın ölçüsü isə 53 sm-dir.
21
“İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara
verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək.
22
Bu gündən
sonra İsrail
nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm.
23
Onda
millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi.
Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları
düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu.
24
Murdarlıqlarına
və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.
25
Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün
olunanları
indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və
müqəddəs adım naminə qısqanc olacağam.
26
Torpaqlarında əmin-
amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda
rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar.
27
Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım
zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs
tutulacağam.
28
Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki
onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da
qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.
29
Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz
Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
Yeni məbəd barədə vəhy
40
1
Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu
günü, Yerusəlim şəhərinin süqutunun on dördüncü ili – həmin o
gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya apardı.
2
i
Görüntüdə
Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu. Dağın
cənubunda şəhərə bənzər tikililər var idi.
3
j
Allah məni oraya apardı.
Mən orada görünüşcə tunca bənzər adam gördüm. Onun əlində bir
kətan ip və ölçmək üçün bir qamış var idi. O, darvazada durmuşdu.
4
O
adam mənə dedi: «Ey bəşər oğlu,
gözünlə görüb, qulağınla eşit və sənə
göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya gətirildin ki,
bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».
Şərq qapısı
5
k
Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək
üçün o adamın əlində olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca
bir ovuc uzunluq əlavə edilmişdi.
l
O adam divarı ölçdü: qalınlığı bir
qamış, hündürlüyü bir qamış idi.
6
Sonra şərqə tərəf olan darvazaya tərəf
getdi və onun pilləkənləri ilə yuxarı qalxdı. Darvazanın kandarını ölçdü:
1343
Yezekel 39 , 40
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation