The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 5,15 Kb.
Pdf görüntüsü
səhifə5/41
tarix30.12.2017
ölçüsü5,15 Kb.
#18708
1   2   3   4   5   6   7   8   9   ...   41

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
13 
 
-
 
Yox, səndən hələ can qurtarmağa var. Hələ sən nə bilirsən ki, təzə qansan çirklənməyinə 
çox var.- AtaĢ gülərək cavab verdi. 
-
 
Hə, nədi çirklənəndə siləcəksəniz məni? -Əhməd onun gülüĢünə ciddi sualla qarĢılıq 
verdi. AtaĢ isə maĢının sürətini daha da artıraraq: 
-
 
Hələ bilinmir kimi –kimi siləcək.-deyə AtaĢ bayaqkı Ģən səsindən fərqli olaraq qəmli-
qəmli dedi.        
 
 
 
 ** * 
Qar kəsmıĢdi lakin Ģaxta Ģiddətlənirdi. AtaĢ  gedərək maĢının sürətini azaldırdı. ətrafda  canlı 
həyatın olacağı belə Ģübhəli  olan bir məkanda maĢını saxlamağın  ağılsızlıq olduğunu 
Əhməd AtaĢa demək istəyirdi ki, qəfil qarĢıdan düĢən gur iĢıq hər ikisinin gözünü qamaĢdırdı 
AtaĢ bu iĢığa cavab olaraq iki dəfə maĢının iĢıqlarını yandırıb söndürdü. Əhməd bunu bir 
parol olduğunu anlayana qədər qarĢıdakı maĢından düĢən hündürboy cantaraq biri gəlib 
maĢında oturdu. Oturan kimi cəld baĢını arxa tərəfə çevirərək Əhmədi yarımqaranlıqda süzdü 
və AtaĢa tərəf dönərək: 
-
 
Problem yoxdu? 
AtaĢ əminliklə: 
-
 
Tərtəmizdi.-deyə cavab verdi. 
Bu qısa polemikadan sonra  AtaĢ baĢı ilə Əhmədə düĢmək iĢarəsi verdi və onlar hər üçü 
qarĢıdakı maĢına tərəf getdilər. 
  
Səhərin soyuğu cana iĢləyəndə ayıldı. AtaĢ burnunu ovuĢdura-ovuĢdura  yuxunun dərin 
qatlarında idi. Onun baĢı oturacaqdan yana sallanmıĢdı.Əhməd bir gecədə baĢına gələnləri sıra 
ilə xatırlamağa çalıĢdı. Evə dönməyini atası ilə dalaĢmağını, sonra evi tərk etməyini aydın 
xatırlasa da ondan sonrakı hadisələr dumanlı idi.  MaĢından çıxan kimi gərnəĢib əlini  sinəsinə 
döyəclədi. Fevral ayazı əlini –üzünü yalayanda  bir az ayılan kimi oldu. Əlini cibinə salanda 
orada bir bükülü olduğunu hiss etdi. Elə o an gecəki hadisəni nöqtəsinəcən xatirladı. 
Qaranlıq gecənin sifəti tək qapqara olan fordda onları bir eynəkli adam qarĢıladı. Onun üzü 
içərinin zəif iĢığında demək olar ki seçılmirdi. “buqələmun”- deyə Əhməd gizli-gizliu 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
14 
 
düĢündü.Qaranlıqda yalnız iri dodaqları seçilən bu adam xırıltılı səslə sabah gecə cənub 
sərhəddinə getmələrini və Əhmədin AtaĢa kömək etməsini söylədi. Sonra o bayaqkı cantaraq 
adama iĢarə verdi və o Əhmədin qarĢısına bir bükülü qoydu. Ardınca Əhmədin buqələmun 
adlandırdığı adam “bu hələ avansdı keçən dəfəki etibarına görə. ĠĢlərə uğur gətirsən bu artacaq . 
Görək  anlaĢa biləcəyik. “ – dedi. Əhmədgil forddan düĢəndən sonra ford iĢıqlarını belə 
yandırmadan qaranlığa qarıĢdı.  
Əhməd yaddaĢını qurdalayandan sonra əlini bükülüyə atdı. Kağızı ehtiyatla aralayaraq içnə 
baxdı. Əhməd yalnız bu zaman insanın həyaını bir anda dəyiĢə biləcək o yaĢıl pulları gördü. Əli 
əsə-əsə saydı: tam iki min dollar idi. Əhməd onların əziz bir varlıq kimi qoxusunu sinəsinə çəkdi. 
“Pulun qoxusu necə cəlbedicidir. Bu qoxu sanki bir az tər, bir az ətir, bir az benzin bir az da 
insanın heç də dərk etmədiyi xöĢbəxtlikdən yoğrulub.Neçə dərdimimzin dərmanı pul məni belə 
yollara sala biləcək qədər qüvvəyə malik olan bir topa kağız”- düĢünərək  pulları kürkünün içəri 
cibinə qoydu.  Əhməd Ģövqlə əlini -əlinə sürtərək qızıĢdırdı. Cibindəkilər ona elə bir istilik 
vermiĢdi ki, sabahın ayazı belə ona xoĢ gəlirdi.BaĢı necə qarıĢmıĢdısa,AtaĢın belə yuxudan 
oyandığını görmədi. 
-
 
Ey kolleqa, franklin deyəsən öz təsirini edib?- AtaĢ arxadan qəfil səslənəndə Əhməd 
diksindi. 
-
 
Yox, yox elə evi fikirləĢirəm . Harada qalacam, bu gündən sonra nə edəcəm?- Əhməd 
baĢını qaĢıya-qaĢıya diksindiyini büruzə vemədən dedi. 
-
 
Sənin etdiyin bu iĢdən coğrafiya müəlliminin xəbəri olsa.... 
-
 
Hə baĢqa ev tutmalıyam. Məh həyatımı o cirkabdan qurtarmaq istəyirəmsə, birinci addım 
baĢqa ev tutmaqdı.  
-
 
Mənim novastroykada bir otaqlı evim var. Bir il olar almıĢam. Hələki gedib orada qala 
bilərsən. Həm də mənim və iĢimiz üçün bu avantajdır. Gəl gedək  mədəm sıyrıldı. Bir 
yerdə bir Ģey yeyək.   
Əhmədin sürətlə sürükləndiyi həyat artıq onu ağuĢuna almaqda idi.Pul,pul. Ətafındakı 
cərayan edən hadisələr, gördüyü iĢlər, hətta həyatını təhlükəyə belə atanda belə onun üçün bir 
streotip var idi: dörd- dördlük bir həyat yaĢamaq.Birinci qazancını vaxt itirmədən bacısına 
apardı. Bacısı onu qızarmıĢ gözləri və kirli önlüyü ilə qarĢıladı. Pulu əlinə alanda sualedici 
nəzərlərlə qardaĢına baxdı. Əhməd gözlərini ondan yana qaçırdaraq: 
-
 
Kirayəyə çıxın. Aylığ bütün ehtiyaclarınızı ödəyəcəm..  
-
 
Sən bu qədər pulu haradan almısan? 
-
 
Oğurluq etməmiĢəm, arxayın ol!  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
15 
 
-
 
Atamın bundan xəbəri var? 
-
 
Mən daha oraya qayıtmayacam. - Əhməd bunu deyib bacısını qucaqladı. -Siz yaxĢı olun, 
bu mənə yetər. Məni axtarma mən lazım olanda səni tapacam.- Əhməd sürətlə bacısından 
aralanıb pıllələri düĢdü. Bacısı pəncərədən onun AtaĢın maĢınına mindiyini görəndə yarı-
yarımçıq nəyin baĢ verdiyini anladı. Əlindəki pulu bağrına basaraq , bu dəfə tamam baĢqa 
səbəblə ağladı. 
Iki gün sönra cənub sərhəddindən küllü miqdarda mal gətirdilər. Bütün iĢlər tamamilə 
təhlükəsiz sovuĢanda Əhmədin gəliĢini uğur kimi qeyd eləməyə getdilər. Əhməd Ģəhərin 
kənarındakı bu köhnə otelin belə gözəl olacağını xəyalına belə gətirmirdi. Hər Ģey su, sel 
kimi idi.Yeməklər az qala stoldan axıb tökülür ,  bahalı içkilər töküldükləri bakallar kimi iĢıq 
saçırdılar. Bir azdan Əhmədin tanımadığı bir sıra gənclər də məclisə qoĢuldular. Səs- küydən 
qadınların və kiĢilərin səsini ayırd etmək mümkün deyildi. Əhməd Amerika filmlərində 
gördüyü parti səhnələri bu partinin gölgəsində qalardı. Əhmədin bu qarıĢıqlıqda qucağında 
ilk dəfə bir qadın oturdu sonra iĢıqlar qırmızılaĢdı sonra yaĢıllaĢdı . Səs –küy bir topa iynə 
olub Əhmədi qulağına batmağa baĢladı. Siqaret dumanın içində qəfildən Əhmədə tanıĢ sifət  
bir doğuldu.  Bu sifət böyüyüb otaq boyda oldu. Bu yekəpər sifət cibindən bi həb çıxarıb 
Əhmədə uzatdı və uzaqdan zorla eĢıdılən  bir səslə-“bunu at düzələrsən”- dedi . Yekəpər sifət 
yox oldu .  Əhməd əlindəki həbə baxaraq  nə olduğunu anıĢdırmadan belə ağzına atdı.  
 Səhər ayılanda birinci hiss etdiyi küt bir baĢ ağrısı idi. Yerindən qalxıb ayağını 
çarpayıdan yerə salladı. Ürəyinin bulandığını hiss edən kimi cəld yerindən  tullanıb özünü 
tualetə çatdırdı. O ki var qusdu. Qusduqca ona elə gəlirdi ki, dünyanı yeyib və mədəsindən 
gələn bu axın bitməyəcək. Ağzını su krantında yaxalayandan sonra üst- baĢının batdığını 
görüb   çimməyə qərara aldı. Su  Ģırıltı ilə üstünə töküldükcə elə bədəni yüngülləyir , canı 
dincəlirdi. DuĢdan çıxanda əlini dəsmala atanda  onun yerinin boĢ olduğunu görüb otağa elə 
çılpaq qayıtdı. Otağa girəndə gözləri kəlləsinə çıxdı.Ona elə gəldi ki, sanki indicə bu otaqdan 
çıxmayıb. Çarpayıda baĢı balıĢın altında olan bir qadın, yerdə xalçanın üzərində bir qadın 
yatmıĢdı. Yerdəki qadının ayağnı AtaĢ quçaqlayıb yatmıĢdı. Əhmədi gördüyü mənzərə 
nətəhər çaĢdırmıĢdısa özünün çılpaq oldüğünü unutmuĢdu. O, qızların birinin qımıldandığını 
görəndə bir göz qırpımıda özünü əlinə ilk keçən mələfəyə bükdü. “ Bu qızlar bura hardan 
gəlib çıxıblar ? AtaĢ niyə bu evdə qalıb? AxĢam nə olub ki, mən evə qayıtmağımızı 
xatırlamıram?” bu suallar Əhmədin beynini necə gic etdisə dizini yerə atıb üzünü ovuĢdura-
ovuĢdura fikirləĢməyə baĢladı.  “Mən xatırlamıram, yəqin AtaĢ nəsə xatırlayar” fikri ilə onu 
sirkələməyə baĢladı. AtaĢ gah o tərəfə gah bu tərəfə dönərək mızıldanır və yanında  uzandığı 
qızın qılçasına daha da sarılırdı.Əhməd onu sürüyüb qızdan araladıqdan sonra çiyinlərindən 


Yüklə 5,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə