Texnogen xarakterli fövqəladə hallar, onların baş vermə səbəbləri və nəticələri



Yüklə 19,19 Kb.
tarix22.12.2022
ölçüsü19,19 Kb.
#97661
referat 2088


Texnogen xarakterli fövqəladə hallar, onların baş vermə səbəbləri və nəticələri


Bәşәr cəmiyyәtinin inkişafına nәzәr saldıqda bütün tarixi dövrlәrdә fövqәladә һalların baş verdiyi mәlum olur.Tarixi faktlar göstәrir ki, fövqәladә һalların әksәriyyәti həyat fəaliyyətinin pozulması, çoxsaylı insan ölümü, tәbii aləmdә ciddi dәyişikliklərin yaranması ilə insanlara vә әtraf müһitә böyük ziyan dәymәsi ilә nәticәlәnmişdir. İnsan cәmiyyәtinin ilk dövrlәrindә fövqәladә һallar әsasәn tәbii xarakter daşımış vә kortәbii fәlakәtlәrlә әlaqәdar olmuşdur.Föv­qәladə һallar öz xarakterinә görә tәbii, texnogen və ekoloji xarakter daşıyır.
Texnogen xarakterli fövqəladə hallar dedikdə ümumlikdə, insanın sənaye və təsərrüfat fəaliyyəti ilə əlaqədar olan qəza və fəlakətlər nəzərdə tutulur.
Elmi-texniki tərəqqi inkişaf etdikcə, onun nailiyyətləri artdıqca ortaya çıxan texnogen mənşəli fəlakət və hadisələrin sayı da artmış olur.Təbiətdə baş verən fəlakətlər, həmçinin sayca çoxalan texnogen mənşəli qəzalar insanları bu barədə daha çox düşünməyə vadar edir.Son illərdə sayı bir neçə dəfə artan texnogen mənşəli qəzalar nəticəsində çox sayda insan həyatını itirmiş və xəsarətlər almışdır.
Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3his-
səsi nəqliyyatda baş verən qəzalarla xarakterizə olunur.Yerdə qalan digər üçdə bir hissəni sənaye və enerji obyektlərində baş verən ən iri həcmli yanğınlar və digər texnogen fəlakətlər təşkil edir
Texnogen xarakterli fövqəladə hallara radiasiya, yanğınlar, part-
layışlar bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.hadisələr daxildir.
Radiasiya qəzası – radioaktiv məhsulların atılması, yaxud layihədə
onların təhlükəsiz istismarı üçün nəzərdə tutulmuş ərazidən kənar-da ion şüalanması ilə nəticələnən və əhalinin şüalanması və ətraf mühitin çirklənməsinə səbəb olan, nüvə-enerji qurğuları, yaxud cihazlarının təhlükəsiz istismar qaydalarının pozulmasıdır.Belə qurğuların əsas zərərverici amilləri radiasiya təsirləri və radioaktiv çirklənməyə səbəb olmasıdır.Qəza partlayışı və yanğınlarla mü-
şayiət oluna bilər.İnsana radiasiya təsiri müxtəlif orqanların həyatı funksiyalarının pozulmasını (əsas etibarı ilə qan dövranın, əsəb sis-
teminin, mədə-bağırsaq orqanlarının) və ionlaşdırıcı şüalanmanın təsiri altında şüa xəstəliklərinin inkişafını nəzərdə tutur.Radioaktiv çirklənmə alfa-,beta- və qamma-ionlaşdırma şüalanmasının qarşı-
lıqlı fəaliyyətinə gətirib çıxarır və qəza zamanı şüalanma nəticəsində reaksiyaya girməmiş, eləcə də nüvə reaksiyası zamanı ayrılmış maddələrin çıxışı, eləcə də müxtəlif radioaktiv materialların və əşya-ların (məsələn, qrunt) yaranması ilə şərtlənir.
Hidrodinamik qəza – hidrodinamik qurğunun, yaxud onun bir hissəsinin sıradan çıxması (dağılması) və böyük kütlədə nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması ilə əlaqədar yaranan fövqə-ladə vəziyyətdir.Əsas potensial təhlükəli hidrotexniki qurğulara su
bəndləri, suburaxıcı və susaxlayıcı qurğular (şlüzlər) aiddir.
Hidrotexniki qurğuların dağılması təbiət qüvvələrinin (zəlzələ, güclü külək, bəndlərin yuyulması) və insan fəaliyyətinin (təxribat-
çılıq məqsədi ilə hidrotexniki qurğulara, su bəndlərinə nüvə, yaxud adi silah ilə zərbələrin endirilməsi) təsiri, eləcə də tikintidə və layihə-ləşmədə yol verilən səhvlər nəticəsində baş verir.
Hidrotexniki qəzalar nəticəsində geniş ərazi, 0,5 -10 m və daha çox hündürlükdə ərazi su altında qalır.
Nəqliyyat qəzaları - müasir dövrdə nəqliyyatda baş verən istənilən qəza insan həyatı və sağlamlığı üçün potensial təhlükə təşkil edir.
Texniki inkişaf insanlar üçün hərəkətdə rahatlıq və sürəti təmin etməklə bərabər, özü ilə əhəmiyyətli dərəcədə çoxsaylı təhlükələri də gətirmişdir.Nəqliyyat qəzaları növündən asılı olaraq insan həyatı üçün təhlükəli zədələr və yanıqlar yaradır.
Binanın qəfil uçması – binanın layihələndirilməsi zamanı yol verilən səhvlər, montaj qaydalarının pozulması, binada işlərin tamamlanmamış istismara verilməsi, istismar qaydalarının pozulması, eləcə də təbii və texnogen fəlakətlər binanın uçmasının əsas səbəbləridir.
Kommunal sistemlərdə qəzalar – elektrik enerjisi, su və istilik sistemlərində baş verən qəzaladır.Belə qəzalar insan üçün çətinliklər yaradır.
Yanğınlar və partlayışlar – texnogen xarakterli fövqəladə halların ən geniş yayılmış növüdür.Yanğınlar maddi sərvətlərin məhv olma-
sına və insanların həyat və sağlamlıqlarının zərər çəkməsinə səbəb olur.Partlayış isə qısa zaman ərzində müəyyən bir ərazidə böyük həcmdə enerjinin ayrılması ilə müşayiət olunan yanğındır.
Texnogen qəzalar insan təlafatı ilə nəticələnir.Məsələn; İngiltərə-
nin AES – lərindən birində (Wind Skade) 1957-ci ildə qəza nəticə-
sində 13 nəfər, 1986 –cı illərdə Çernobıl qəzasında isə 30 nəfər ölmüş, 200 min nəfər ömürlük şikəst olmuş, 115 min nəfər isə başqa yerə köçürülmüşdür.
Müasir dövrdə nəqliyyatın hər bir növü insan həyatı və sağlamlığı üçün potensial təhlükəli hesab olunur.
Yüklə 19,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə