TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə13/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   9   10   11   12   13   14   15   16   ...   141
DƏRSLİK

bir dövr 
hesab edilir. 

Hər 5 dövrdən (2 dəqiqədən) bir yuxu və ya bud arteriyasında nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, lakin sərbəst 
tənəffüs olmadıqda, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb, hər 5–6 saniyədən bir 1 uğurlu (döş 
qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Əgər zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin 
edilirsə və tənəffüsü bərpa olunubsa, ona sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verin. 
Diqqət! 
(1) Ürək dayanmasının səbəbi hipoksiya olduqda (məsələn suda boğulma), təcili tibbi yardım xidmətini 
(TTYX) aktivləşdirməzdən əvvəl ÜAR-ı 5 dövr (təxminən 2 dəqiqə) aparın. 
(2)
Ürəyin qapalı masajını icra edərkən, imkan daxilində 30 kompressiyanın sonunda köməyə çağırıb, sonra süni tənəffüs 
verin. 
(3)
Köməyə gələn olmadıqda böyüklərdə və uşaqlarda 30, yenidoğulmuş uşaqlarda isə 10 dəqiqə müddətində 
fasiləsiz və keyfiyyətli ürək-ağciyər reanimasiyasını (ÜAR) apardıqdan sonra qan dövranı bərpa olunmursa (nəbz 
təyin edilmir), reanimasiya tədbirlərini dayandırmaq olar. 
(4)
Köməyə gələn olduqda, ilk növbədə təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirin (zəng vurun) və ya defibrilyatoru əldə 
edin. 
(5)
Defibrilyator əldə edilən kimi onu, mümkün qədər tez istifadə edin. 
(6)
Defibrilyatoru əldə etmək mümkün olmadıqda, təcili tibbi yardım briqadası gələnə qədər yardımı komanda şəklində 
göstərin. 
5. 
Defibrilyasiya 
– defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası 
Defibrilyator əldə 
edilibsə, onu əlçatan yerə qoyun və döş qəfəsinin kompressiyasını başladıqdan dərhal sonra tez bir zamanda 
defibrilyatoru işə salın. Çalışın defibrilyatoru işə salıb yastıqcıqları zərərçəkənin çıl- paq sinəsinə bərkitməyə 30 
saniyədən artıq vaxt sərf edilməsin. İndi ən vacibi 5 dövr (2 dəqiqə) ÜAR-ı davam edib elektroşok (cərəyan) verməkdir 
(bax: “Avtomatik eksternal (xarici) defibrilyator”). 




Hər bir elektroşokdan qabaq və dərhal sonra döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə ÜAR-ı təcili yenidən 
başlamaq lazımdır. Nəbzi və ritmi yoxlamağa vaxt sərf etməyin. 

ÜAR zamanı defibrilyatoru söndürməyin, elektroşok vermək yenə də lazım ola bilər. 

Əlləri döş qəfəsindən götürən kimi 8 saniyə müddətində defibrilyatorla analiz edib elektroşok verin. 

Döş qəfəsinin kompressiyası əsas olmaqla, ürək-ağciyər reanimasiyasını (ÜAR) davam etdirin. Sonra yenə defibrilyatoru 
işə salıb, defibrilyatorun göstərişlərinə əməl edin. 

Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, 
tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). 
Zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edildikdə və tənəffüsü bərpa olunduqda, ona sol və ya sağ 
tərəfi üstdə “bərpa vəziyyəti” verin. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə