TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə16/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   12   13   14   15   16   17   18   19   ...   141
DƏRSLİK

C.
 
KÖRPƏLƏRƏ (yenidoğulmuşla bir yaş arasında olan uşaq) 
xilasedici TƏK OLDUQDA ÜAR-ın aparılması 
ÜAR böyüklərdə və uşaqlarda olduğu kimi, DRCABD alqoritminə uyğun aparılır. 

Böyüklərdən və bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlardan fərqli olaraq 
körpələrdə nəbz bazu arteriyasının üzərində təyin edilir: 

nəbz aydın təyin edildikdə, tənəffüs yollarını açıb, hər 3 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin; 

nəbz aydın təyin edilmirsə və ya sayı dəqiqədə 60-dan azdırsa, ürək-ağciyər reanimasiyası 30:2 nisbətində 
başlanmalıdır. İkinci xilasedici gələrsə ÜAR-ı 15:2 nisbətində davam edin. 

Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalıdır (kör- pələrdə 
təqribən 4 sm) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənmə- sinə (tam yerinə 
qayıtmasına) imkan verilməlidir. 

Döş qəfəsinin kompressiyası, xilasedici tək olduqda, bir əlin 2 barmağı ilə, iki nəfər olduqda isə iki baş bar- maqla “döş 
qəfəsini əhatə etmə texnikası” vasitəsilə aparılır. 

ÜAR-
ı aparmaq üçün körpəni qolun said-bazu önü (dirsəklə əl arasındakı hissə) üzərinə üzü yuxarı uzandı- rıb, başı 
ovucla saxlamaq lazımdır. Bu zaman onun başı bir qədər aşağı olur. Körpəni bu vəziyyətdə tutmaqla telefona 
yaxınlaşmaq da olar. Tənəffüsü məhdudlaşmış və qıcıqlara cavab verən körpə çox vaxt tənəffüs yol- larının açıq qalması 
üçün özü əlverişli vəziyyət alır. Ona bu vəziyyətdə qalmağa imkan vermək lazımdır. 
D.
 
BÖYÜKLƏRƏ xilasedicilər İKİ NƏFƏR və ÇOX OLDUQDA ÜAR-ın aparılması 
1. 
Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin 

Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin. Təhlükə olarsa, onu aradan qaldırın. 

Təhlükə yoxdursa zərərçəkənin huşunu (qıcıqlara cavab reaksiyasını) yoxlayın və eyni zamanda tənəffüsün 
normal/qeyri-
normal olduğuna görə dəyərləndirin. 

İlk növbədə köməyə çağırın. Ucadan “Kömək edin! “Kömək edin!” – deyə qışqırın. 

Köməyə gələn olduqda yardım komanda şəklində göstərilməlidir. Komanda şəklində yardım göstərmək olduqca vacibdir. 
Bir xilasedici lider rolunu icra etməlidir, digərləri onun dediklərinə tabe olmalıdır. O, ay- dın, nəzarət olunan səslə 
sərəncam verməlidir. Qışqırmaq və ya yüksək səs tonu komanda üzvlərinin qarşı- lıqlı müdaxiləsini poza bilər. Eyni anda 
yalnız bir adam danışmalıdır. Lider komanda üzvlərini aydın danı- şığa (nitqə) sövq etməlidir. 

Xilasedicilərdən biri ləngimədən nəbzi yoxlayıb, döş qəfəsinin kompressiyasını başlamalı, digəri tənəffüsü təmin etməli, 
tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verməli, üçüncüsü TTYX-ni aktivləşdirməli 
(zəng vurmalı), dördüncüsü defibrilyatoru gətirib istifadəyə hazırlamalıdır. Qalan xilasediciləri torba-maska 
havalandırması, döş qəfəsini örtən geyimin çıxarılması, zərərçəkənin xərəklə daşınması kimi işlərə və yorulmuş 
xilasediciləri əvəz etməyə cəlb etmək olar. 

Ətrafdakıların köməyi ilə zərərçəkəni arxası üstə (üzü yuxarı) hamar müstəvi səth üzərinə (stol, döşəmə, torpaq (yer) və 
s.) uzadın. Sonra, zərərçəkən yerdə uzanıbsa, xilasedicilərdən biri onun sağ, o biri isə sol çiyni səviyyəsində dizi üstə 
duraraq yardım göstərirlər. 

Nəbzi yoxlayın. Bir neçə xilasedici eyni reanimasiya vərdişlərinə malikdirsə, hadisə yerində onların arasında iş bölgüsü 
aparılmalıdır. Birinci xilasedici nəbzi yoxlayır. Nəbz 5–10 saniyə ərzində aydın təyin edilmirsə, deməli ürəyin qəfləti 
dayanması baş verib. Ürəyin qəfləti dayanması təyin edilən kimi, uzağı 10 saniyə ərzin- də, defibrilyator gələnə qədər, 
döş qəfəsini fasiləsiz rejimdə sərt və tez-tez – dəqiqədə 100-dən çox tezliklə sıxmağa başlayın. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə