|
TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasiDƏRSLİKB.
Bir yaşla cinsi yetkinlik yaşı arasında olan UŞAQLARA
xilasedici TƏK OLDUQDA ÜAR-ın aparılması
*
* * Ürəyin qəfləti dayanması YANINIZDA BAŞ VERDİKDƏ uşaqlarda ÜAR-ın aparılması
a)
Əvvəl təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirmək (zəng vurmaq) və defibrilyatoru əldə etmək, sonra isə
ÜAR-
ı aparmaq
Tək olduqda, bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlarda ürəyin qəfləti dayanması
yanınızda baş verdikdə
ÜAR-
ı böyüklərdə olduğu kimi DRCABD alqoritminə uyğun aparın.
1.
Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin
-
Təhlükəsizliyi gözləyin, qıcıqlara cavab reaksiyasını yoxlayın və tənəffüsü qiymətləndirin.
-
Ürəyin qəfləti dayanması və ya ürəyin dayanma təhlükəsi olduqda köməyə çağırın. Köməyə gələn olmadıqda uşağa
(körpəyə) yardım göstərməzdən öncə 90 saniyə ərzində TTYX-nı aktivləşdirib (zəng vurub), defibril- yatoru əldə edib, geri
qayıtmaq mümkün deyilsə, vaxt itirmədən tez ÜAR-ı başlayın. Travması olmayan və daşınması mümkün olan uşağı
telefona yaxın yerə çatdırıb, təcili tibbi yardım xidmətinə zəng edib, onların məsləhəti ilə yardım göstərmək olar.
-
Nəbzi yoxlayın. Böyüklərdən fərqli olaraq uşaqlarda nəbz 5–10 saniyə ərzində yuxu və ya bud arteriyasında aydın təyin
edilmirsə və ya sayı dəqiqədə 60-dan azdırsa, döş qəfəsinin kompressiyası əsas götürülərək, ÜAR başlanmalıdır.
2.
Canlandırma
–
döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı)
-
Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (uşaqlarda
azı 5 sm)
və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına)
imkan
verilməlidir.
Xilasedici tək olduqda bütün yaşlarda ÜAR-ı, yenidoğulmuşlar istisna
olmaqla, 30:2 nisbətində aparmalıdir.
Dostları ilə paylaş: |
|
|