Tətbiqi proqramlar


 Ms Word mətn redaktorunda mətnin daxil edilməsi, redaktəsi və formatlaşdırılması



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə11/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   60
Tətbiqi-proqramlar-2

8. Ms Word mətn redaktorunda mətnin daxil edilməsi, redaktəsi və formatlaşdırılması 
Yaradılmış sənədin redaktəsi dedikdə sənəddə düzəlişlərin aparılması və onun tələbata uyğun olaraq tərtibatı 
nəzərdə tutulur. Redaktə məqsədilə «Правка » menyusunun əmrlərindən istifadə edilir. Əgər sənədin hər hansı 
hissəsini ekrandan silərək xüsusi yaddaş olan buferə yazılması tələb olunarsa, onda qeyd olunan menyunun 
«Вырезать» əmrindən istifadə edilir. Bəzən mətn hissəsinin təkrarlanması və ya digər sənədə köçürülməsi tələb 
olunur. Belə halda həmin hissə seçilərək (bloka alınaraq) menyunun «Копировать» əmri ilə buferə yazılır. Sonra isə 


həmin sənəddə və ya istifadəsi nəzərdə tutulan digər sənəddə kursor lazımi mövqedə yerləşdirildikdən sonra 
«Вставить» və ya «Буфер обмена» əmrindən istifadə edilir. Qeyd edək ki, bu əmrlərin fərqi ondan ibarətdir ki
«Вставить» əmri vasitəsilə buferə göndərilmiş yalnız sonuncu məlumatı əlavə etmək mümkündür. «Буфер обмена» 
əmri vasitəsilə isə buferə göndərilmiş son 24 məlumatdan istənilənini seçib əlavə etmək mümkündür. Bu əmr 
verildikdə ekranın sağ tərəfində xüsusi pəncərədə buferdəki məlumatların siyahısı verilir. Onlardan istənilənini 
seçdikdə, həmin hissə sənədə əlavə olunur.
«Правка» menyusunun «Специальная вставка» əmrinin köməyi vasitəsilə sənədə buferin məzmunu 
istifadəçi istəyindən asılı olaraq Word obyekti kimi, RTF formatlı mətn kimi, formatlaşmamış mətn kimi, şəkil kimi, 
Windows metafaylı kimi, HTML forrmatda və ya Yunikod mətli kimi əlavə edilə bilər. Menyunun digər bir 
«Вставить как гиперссылку» əmri ilə mətn və ya seçilmiş obyekt sənədə hipermüraciət kimi əlavə edilir.
Əgər faylın və ya sənədin hər hansı elementi və ya hissəsinin silinməsi lazım olarsa (buferə yerləşdirilmədən) 
onda «Очистить» əmrindən istifadə edilir. Bu əmrin iki variantından birinə uyğun olaraq seçilmiş element və ya 
hissənin ya məzmunu, ya da formatı ləğv edilə bilər. 
«Правка» menyusunun «Выделить все» əmrindən istifadə edilərək işçi pəncərədə aktivolan sənəd bütünlüklə 
seçilir (bloka alınır). 
Bəzən istifadəçiyə sənədin hansısa elementinin (hərfin, sözün, söz birləşməsinin, cümlənin və s.) tapılması və 
dəyişdirilməsi tələb olunur. Bu məqsədlə «Правка» menyusunun uyğun olaraq «Найти» (tapmaq) və «Заменить» 
(əvəz etmək) əmrlərindən istifadə edilir. Hər hansı elementə keçid isə «Перейти» (keçmək) əmrindən istifadə olunur. 
Qeyd edək ki, redaktəyə faylların müxtəlif elementləri arasında əlaqələrin yaradılması (menyunun «Связи» əmri) və 
sənəddə olan obyektlərin (şəkil, təsvir, xüsusi qaydada yazılışlar və s.) redaktəsi («Объект») də mümkündür.
Sənədin əsas hissəsi ilə bərabər. xüsusi səhifə başlıqlarının (kolontitulların) da redaktəsi mümkündür. Bu 
məqsədlə «Вид» menyusunun « Колонтитулы» əmrindən istifadə edilir. Əmr verildikdən sonra ekrana verilən alətlər 
panelinin alətlərindən istifadə etməklə kolontitullar üçün ayrılmış hissədə müxtəlif verilənlərin əlavəsi və 
dəyişdirilməsini ( avtomətnlərin əlavəsini, səhifə nömrəsi, sənəd səhifələrinin cəmi sayını, cari tarixi və vaxtı və s.) 
yerinə yetirmək mümkündür. 
Əgər sənəddə haşiyələr verilərsə onları da redaktə etmək mümkündür. Bu məqsədlə «Вид» menyusunun 
«Сноски» əmrindən istifadə edilir. Bu həm mətn daxilində haşiyəyə müraciətə, həm də haşiyənin məzmununa aid 
edilir. 
«Вид» menyusunun digər əmrləri də sənədin redaktəsinə birbaşa da olmasa qismən aid edilə bilər. Bu 
menyunun əmrləri vasitəsilə əsasən sənədin ekran və istifadə görünüşü (adi, Web-sənəd, nişanlanmış şəkildə, oxunuş 
üçün və s.). onun strukturu, sxemi, sənəd üzrə hərəkət üçün əlverişli olan eskiz görünüşü və s. verilə bilər. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə