Tətbiqi proqramlar


Redaktorun menyuları və onların ümumi təyinatı belədir



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   60
Tətbiqi-proqramlar-2

Redaktorun menyuları və onların ümumi təyinatı belədir: 
Файл
– faylın yaradılması, açılması, bağlanması, yadda saxlanması, çapı, sənədə baxış, sənədin göndərilməsi
xüsusiyyətləri, səhifə parametrləri təyin edilə bilər. 
Правка
– Sənədin redaktəsi yerinə yetirilir. Burada yerinə yetirilmiş sonuncu əmrin ləğvi, bərpası, bloka 
alınmış sənəd hissəsinin ləğvi, surətinin alınması, bütün sənədin seçilməsi, sənəd elementinin tapılması, əvəz 
edilməsi, elementə keçid əmrləri verilir. 
Вид-
Sənəd və pəncərənin görünüşü ilə əlaqədar parametrlərin verilməsi. 
Вставка-
Sənədə yeni elementlərin, səhifə nömrələrini, simvolların, qeydlərin, haşiyələrin, müraciətlərin, 
sənəd hissələrinin, şəkillərin, dioqramların, sxemlərin əlavəsi mümkündür. 
Формат-
Sənəd və onun elementlərinin formatlaşdırılması ilə əlaqədar əmrlər verilir. 
Сервис-
Sənəd düzəlişləri, mühafizə, parametrlərin təyini və s. ilə əlaqədar servis xidməti əmrləri verilir. 
Таблица-
Cədvəl və onun elementləri olan xana, sətir, sütun ilə işin təşkili. 
Окно-
Sənəd pəncərələri və onlarla işin təşkili. 
Справка-
Kömək üçün sorğulara cavabların alınmasını təmin edir. 


7.
Ms Word mətn redaktorunda
sənədləri ilə işləmək 
MS Word mətn redaktorunda sənədin yaradılması üçün redaktorun işçi pəncərəsi açıldıqdan sonra «Файл» 
menyusunun «Создать» əmrini veririk. Sağ tərəfdə işçi oblastın yuxarı hissəsində yeni açılan pəncərədə yaradılacaq 
sənədin növü seçilir( yeni sənəd, XML-sənədi, Veb səhifə və ya artıq mövcud olan sənəd əsasında yaradılacaq sənəd). 


Bundan sonra «Файл» menyusunun «Параметры страницы» əmrini veririk. Bu əmrin köməyi ilə tərtib olunacaq 
sənədin gələcəkdə yerləşəcəyi və çap olunacağı səhifənin parametrləri verilir.
Sonuncu bənd seçilərkən pəncərənin aşağı hissəsində olan «Нумерация строк» əmri vasitəsilə sənəd 
sətirlərini müxtəlif qanunauyğunluqla nömrələmək, «Границы » əmri vasitəsi ilə isə mətn hissəsini, səhifəni müxtəlif 
çərçivələrə almaq və mətn fonunu rəngləmək mümkündür. 
Siyahıların tərtibi («Список» əmri) mümkündür. Əmr verildikdən sonra adi markalanmış siyahılar, 
nömrələnmiş müxtəlif səviyyəli siyahılar yaratmaq mümkündür. 
Bu parametrlər müəyyənləşdirildikdən sonra «Формат» menyusunun «Шрифты» əmri vasitəsilə sənədin 
yığılması məqsədilə istifadə olunacaq şrift, hərflərin ölçüsü, rəngi, altından xəttin çəkilib-çəkilməməsi və bu xətlərin 
tipi, hərflərin ekranda görünmə və sətrə nisbətən yerləşmə mövqeyi (indeks və ya dərəcəni göstərməsi) verilir. Açılan 
pəncərənin «Интервал» bəndi vasitəsilə yazının miqyası, hərflər arasındakı məsafə (adi, sıxlaşdırılmış və ya 
genişləndirilmiş) , sətrə görə yazının yuxarı və ya aşağı sürüşdürülmüş olması verilə bilər. Həmin pəncərədə olan 
«Анимация» bəndinin əmrləri sənədin müxtəlif ekran görünüşlərinin təyininə xidmət edir.
Növbəti mərhələdə «Формат» menyusunun «Абзац» əmri vasitəsilə yazının üfiqi vəziyyətinin 
düzləndirilməsini (sol kənara görə, mərkəzə görə, sol kənara görə, səhifə eninə görə), abzasın birinci sətrinin və digər 
hissəsinin başlanğıcdan məsafəsini, abzaslar arasındakı məsafəni və abzasların ekranda yerləşməsinə aid digər 
parametrləri vermək olar. 
Qeyd edək ki, bu parametrləri sənəd yığıldıqdan sonra da yerinə yetirmək mümkündür. Bu məqsədlə sənədi 
və ya sənəd hissəsini seçməklə (bloka almaqla) parametrlərin verilməsi mümkündür. Lakin parametrlərin sonradan 
təyini istifadəçi üçün sənəddə olan cədvəllərin, obyekt və təsvirlərin yerləşməsində problemlər və arzuolunmaz 
nəticələr yarada bilər. 
Yaradılmış sənədə xüsusi sahələrin əlavəsi məqsədilə «Поле» əmrindən istifadə edilir. Əmr verildikdən sonra 
açılan pəncərədən sahənin kateqoriyası seçilir. Bu kateqoriyalar yerinə yetirilən əməliyyatların avtomatlaşdırılmasına, 
vaxt və tarixə (cari vaxt və tarix, sənədin yaradılması, dəyişdirilməsi, çapı və s. tarix və vaxtlar), nömrələməyə 
(səhifınin nömrəsi, abzasın nömrəsi, bölmənin nömrəsi və s.), sənəd haqqında məlumatlara (müəllif, xüsusiyyətlər
sənəd yerləşən faylın adı və həcmi, sənəddəki sözlərin, simvolların, səhifələrin sayı və s.), istifadəçi haqqında 
məlumatlara (istifadəçinin ünvanı, inisialları, adı), əlaqə və müraciətlərə uyğun məlumatlara (başqa fayldan olan mətn 
hissəsi və ya şəkil, müxtəlif hipermüraciətlər və s. onlara müraciətlər), müxtəlif mənbələrdən götürülərək sənəd 
hissələrinə birləşdirmələrə uyğun məlumatlara, göstəricilərə (mündəricat və sənəd elementlərinin nömrələri və ya 
siyahı əlamətləri), düsturların və xüsusi simvolların qoyulmasına uyğun sahələrin sənədə əlavəsinə imkan verir. Sahə 
adətən sənədin digər hissəsindən fon və ola bilər ki. yazılışına görə fərqli olsun. İş zamanı əlavə edilmiş sahə xüsusi 
obyekt kimi qəbul edilir. 
Word mətn redaktorunda digər obyektlərlə yanaşı cədvəllərin tərtibi və onlardan istifadə edilməsi imkanları 
da mövcuddur. Cədvəllərin yaradılması iki üsulla: alətlərin köməyi ilə (qələm, pozan və s.) və əmrlərlə yerinə yetirilə 
bilər. 
Bu parametrlər təyin olunduqdan sonra mətn yığılır. Mətn yığıldıqdan sonra o, istifadəçi istəyindən asılı 
olaraq, lazımi yaddaş qurğusuna və bu qurğudakı qovluğa ad verilərək yazılır. Yaradılmış sənədin yaddaşda 
saxlanması üçün «Файл» menyusunun «Сохранить как» əmrindən istifadə edilir. Əmrin verilməsindən sonrs açılan 
pəncərədə «Папка» sözü qarşısındakı xüsusi sahədə sənədin saxlanalacağı qurğu və qovluq seçilərək 
müəyyənləşdirilir. Sonra həmin pəncərənin aşağı hissəsində olan «Имя файла» sözü qarşısındakı sahəyə sənədin 
saxlanacağı faylın adı verilir və növbəti sətirdə onun tipi də müəyyən edilə bilər. Qeyd edək ki, faylın tipi susmaya 
görə kompüter tərəfindən müəyyən oluna da bilər. Adətən fayla ad verilmədikdə birbaşa «Сохранить» əmrindən 
istifadə etdikdə ona «Документ 1» adı verilir. Bu pəncərədə pəncərə başlığında yerləşən «Сервис» əmri vasitəsilə 
yeni açılan bəndlərdən birini seçməklə yaradılacaq faylın xüsusiyyətlərini («Свойства»), saxlanmanın təhlükəsizlik 
parametrlərini («Параметры безопасности»), yəni faylın açılması və ya açıldıqdan sonra yalnız oxumaq üçün təyin 
olunmasını və digər parametrləri vermək olar. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə