TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


Təsviri və tətbiqi incəsənət, əmək təlimi



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   2   3   4   5   6   7   8   9   ...   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.I - 3

təsvir etməklə yaranan personajların obrazlarını yaradır

sadə illustrasiyalarda bədii əsərlərin məzmununu ifadə edir





T.t.I.5  Sadə əmək işlərinin elementar vərdiş-bacarıqlarını göstərir

Nəticə əldə edilmişdir, əgər şagird: 

dərsə lazımi avadanlıqlar gətirir

İşlədiyi yeri yığır, iş alətlərini və materialları yuyur və saxlayır



təhlükəsizlik qaydalarına riayət edir

hər növ dərs fəallığını yerinə yetirdikdə vaxt limitinə riayət edir





T.t.I.6   Şagird fərdi olaraq və başqaları ilə birlikdə işləyir

Nəticə əldə edilmişdir, əgər şagird:

qrup işlərində iştirak edir

verilən məsələni müstəqil şəkildə və ya cütlükdə həll etməyə çalışır





İstiqamət : Kommunikasiya və şərh

T.t.I.7  Şagird fərdi iş və qrup işini təqdim edir, özünün və sinif 

yoldaşlarının    

işlərinə fikrini bildirir.

Nəticə əldə edilmişdir, əgər şagird:

özünün və ya ümumi işləri təqdim edən zaman izah edir ki, işi təqdim edərkən nəyi göstərmək 

istəyirdi



 təqdim edilən iş haqqında sinif yoldaşları ilə  təəssüratlarını bölüşdürür (xoşuma gəlir, 

xoşum gəlmir)



müəllimə, sinif yoldaşlarına qulaq asır

başqalarına cavabı sona çatdırmağa imkan verir



müəllif kimi auditoriya qarşısında təqdim edir



T.t.I.8  Şagird özünün və digərlərinin işlərinə hörmətlə yanaşır 

Nəticə əldə edilmişdir, əgər şagird:

sinif yoldaşlarının tərəfini tutur, işlərini bəyənir, iş zamanı onları həvəsləndirir

özünün və başqalarının  işlərinə ehtiyatla yanaşır (ziyan vermir) 






Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.I - 4



T.t.I.9  Şagird müxtəlif növ tədbirlərdə iştirak edir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

sinifdə keçirilən şənliklərdə iştirak edir

sinif sərgisində iştirak edir



muzey və sərgilərə gedir

ekskursiyalara gedir və mədəni irslərlə tanış olur





T.t.I.10  Şagird elementar terminologiyanı bilir və istifadə edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

nümunədə  təsviri  və  tətbiqi  incəsənətin  onun  üçün  tanış  olan  elementlərini  tanıyır  və 

adlandırır



 işində istifadə etdiyi material və alətləri sadalayır

söhbət zamanı elementar terminləri düzgün istifadə edir



müəllimin şərhinə lazımi reaksiya göstərir (göstərişləri anlayır və yerinə yetirir, məs., peyzaj 

və ya portret çəkməyi, konrturları tündləşdirməyi)



İstiqamət : İncəsənətin kontekstdə dərk edilməsi 

T.t.I.11  Şagird incəsənət sahələrini, bəzi janrları bir-birindən fərqləndirir və  

 

onları gündəlik həyatla əlaqələndirir.

 

Nəticə əldə edilmişdir, əgər şagird:

incəsənət sahələrini (rəssamlıq, musiqi, kino, teatr və s. ) sadalayır və həmin sahələr üçün 

xarakterik əsas əlaməti (rəng, səs, hərəkət) xarakterizə edir



incəsənətin ayrı-ayrı sahələri ilə əlaqədar peşələrin adlarını çəkir

getdiyi opera, balet, teatr tamaşalarını sadalayır və ondan aldığı təəssürat haqqında danışır



incəsənətin əsas janrlarını sadalayır (natürmort, portret, peyzaj) və həmin janr üçün xarakterik 

əsas əlamətləri ayırır



sevimli illustrasiyalı kitabları haqqında danışır

gördüyü memarlıq abidələri və heykəllər haqqında danışır






Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.I - 5



T.t.I.12  Şagird əsərlərin məzmunlarını öz təcrübəsi ilə əlaqələndirir.

Nəticə əldə edilib, əgər şagird:

əsərləri gözdən keçirir, onların məzmunları və onlardan aldığı təəsüratlar haqqında söhbət 

aparır ;



incəsənətin konkret nümunəsində təsvir olunan heyvanların, bitkilərin, əşyaların adlarını 

çəkir ;



incəsənət nümunəsində süjetlərin, səhnələrin, hadisələrin adlarını çəkir

incəsənət nümunəsində göstərilən ilin fəsillərini tanıyır.



 

I sinfin dərs proqramının məzmunu



Təsviri incəsənətin əsas element və prinsipləri:

Xətt (nazik, qalın, kontur, düz, əyri, dalğalı, qırıq xətt), rəng (əsas, düzəltmə); kompozitiv bölgü 

əsasları – şaquli və ya horizontal formatın seçilməsi, formatda təsvir edilmə bölgüsü.

Material və vəsait:

Qələm (rəngli, sadə), pastel, flomaster, quaş, rəngli kağız, karton, plastilin, təbii vəsait (yarpaq, 

qoza, dənlər və s.); fırça, qayçı, yapışqan.

Texnika və prosedur:

Rəssamlıq, qrafikin başqa-başqa texnikası, yonmaq, aplikasiya, kollaj, kağız plastikası, mozaika, 

konstruksiya; cırmaq, kəsmək, yapışdırmaq.

 

Ətraf mühiti müşahidə etmək:

Formanın, rəngin, xətlərin tanınması.



İdeya mənbələri: 

Ətraf  mühiti  müşahidə  etmək  nəticəsində  alınan  təəssüratlar,  təsvirlər,  bədii  ədəbiyyat,  bədii, 

animasiya filmləri, konsert, teatral, sirk tamaşaları.

Ehtimal olunan mövzular:

“Bir sentyabr”, “Rənglər aləmi”, “Payız”, “Şən qatar”, “Yeni il”, “Sualtı aləm”, “Mənim şəhərim/

kəndim” və s. Rənglərin qarışdırılması əsasında alınan yeni rənglər üzrə çalışmalar; paralel, şaquli, 

horizontal, əyri xətlərlə nöqtələrin birləşdirilməsi ilə təsvirlər yaratmaq, stəkanın dibini, əlinin şəklini 

çəkmək, rəngləmək, həndəsi formalarla rəsmlər yaratmaq – şəkil çəkmək.

Əmək fəaliyyəti:: 

Alətlər gətirmək-nizamlamaq, işlədiyi yeri səliqəyə salmaq, vaxt limiti və təhlükəsizlik qaydalarına 

riayət etmək.

 

İş strategiyası:

Müstəqil, cütlükdə, qrupda işləmək.

Tədbirlər: 

Sinif  sərgisi,  bayram,  muzeylərə,  qalereyalara,  şəhərkənarı  mədəni  irslərlə  tanışlıq  məqsədilə 

ekskursiyalar.



Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə