Təsisçi: Azərbaycan Tibb Universiteti



Yüklə 284,54 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix26.03.2018
ölçüsü284,54 Kb.
#33912
1   2   3   4   5   6

30 iyun 2017-ci il

4

http://w w w.amu.edu.az



Azərbaycan  Tibb  Universi­

tetinin  Tədris  Terapevtik  Klini­

kasında  Ramazan  bayramı  ilə 

əlaqədar  keçirilən  2  günlük 

ödənişsiz aksiya başa çatıb.

Aksiya  barədə  fikirlərini 

bölüşən  ölkənin  Baş  nef-

roloqu,  professor  Mehman 

Ağayev  müayinəyə  gələn 

insan lar  içərisində  daha 

çox  gecikmiş  patalogiya  ilə 

müra ciət  edənlərin  olduğu-

nu  bildirib:  “Böyrəklərin  il-

tihabi  xəstəlikləri,  şəkərli 

diabet  və  arterial  hiperten-

ziya  nəticəsində  böyrəklərin 

zədələnməsi  ilə  müayinəyə 

gələnlər  üstünlük  təşkil  edir. 

Müşahidəmdən  onu  deyə 

bilərəm  ki,  insanlar  vaxtın-

da  və  zamanında  həkim 

müayinəsinə 

gəlməkdən 

sanki  qorxurlar.  Belə  olduğu 

halda  xəstəliklər  daha  ağır 

formada  özünü  büruzə  ve-

rir  və  nəticədə  böyrəklərin 

itirilməsinə qədər gətirib çıxa-

rır”.

Professor  onu  da  qeyd 



edib  ki,  Ramazan  bayramı 

ərəfəsində  keçirilən  bu  aksi-

ya  çox  böyük  önəm  daşıyır: 

“Bu  həm  səhiyyəmizə,  həm 

də  ölkə  əhalisinə  göstərilən 

xidmət  olaraq,  böyük  önəm 

kəsb edir. Bu gün həkim kimi 

insanlarımıza  daha  çox  la-

zımlı olduğumu və mənəvi ra-

hatçılıq tapdığımı hiss etdim”.

Azərbaycan  Tibb  Univer-

sitetinin  prorektoru,  dosent, 

uşaq nefroloqu Rauf Bəylərov 

da  öz  növbəsində  aksiyanın 

maddi vəziyyəti aşağı olan in-

sanlara köməklik baxımından 

vacib olduğunu vurğuladı.

“Baxış  keçirilən  uşaqlar 

arasında  elə  də  ciddi  xəstə­

likləri  aşkar  etmədik.  On-

lardan  çoxunu  analizlərə 

göndərdik,  çünki  böyrəklərə 

birdən­birə diaqnoz qoyulma-

sı  qətiyyən  doğru  deyil.  Bu 

analizlərin  nəticəsindən  asılı 

olaraq həmin uşaqlara müva-

fiq dərman vasitələri də tətbiq 

olunacaq.

Bu  gün  bir  daha  qəbul 

edilən  qız  uşaqları  arasında 

sidik  yolları  infeksiyasının, 

digər  uşaqlar  arasında  isə 

qəbizlik  və  sklerozun  geniş 

yayıldığının  şahidi  oldum. 

Qız  uşaqları  arasında  sidik 

yolları infeksiyasının yayılma-

sının əsas səbəblərindən biri 

də  gigiyenik  qaydalara  əməl 

olunmamasıdır. Buna görə də 

qız anası olan valideynlər bu 

kimi məsələlərdə çox diqqətli 

olmalıdırlar”.

R.Bəylərov 

həmçinin 

ak si ya  ya 

Türkiyədə 

və 

Qa  zaxıstanda 



yaşayan 

azərbaycanlıların  da  qatıldı-

ğını bildirdi.

Ölkə  Prezidentinin  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”yə uyğun 

olaraq ölkədə səhiyyə mütəxəssislərində peşə bilik və bacarıq­

larının  təkmil ləş dirilməsi  prosesinin  bey nəl xalq  təcrübəyə  uy­

ğunlaşdırılması məqsədi ilə imzalanmış Əmrdə səlahiyyətli şəxs 

və qurumlara tapşırıqlar verilib.

Səhiyyə  Nazirliyinin  mətbuat  xidmətindən  AZƏRTAC­a 

xəbər  verirlər  ki,  Əmrdə  “Həkimlərin  bilik  və  bacarıqla-

rının  təkmilləşdirilməsinə  dair  müvəqqəti  Qaydalar”  ın 

təsdiqlənməsi  və  həmin  qaydaları  səhiyyə  müəssisəsi 

rəhbərlərinin həmin qaydaları öz işlərində rəhbər tutmaq tap-

şırılır.

Əmrdə sinir xəstəlikləri, anesteziologiya və reanimatologi-

ya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və 

kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018­

ci  tədris  ilindən  tətbiqi  pilot  layihəsi  üçün  təkmilləşdirmə 

kurslarının  təşkili  və  proqramların  hazırlanması,  həmçinin 

sertifikasiyadan  keçmək  üçün  sənədlərin  qəbulunun  təmin 

edilməsi,  pilot  layihəsinin  nəticələrinə  əsasən  davamlı  tibbi 

təhsil sisteminin digər ixtisaslar üzrə tətbiqi edilməsi Ə.Əliyev 

adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu-

nun rektoru Nazim Qasımova tapşırılması öz əksini tapıb.

Daha  sonra  Əmrdə  kadrlar,  elm  və  təhsil  şöbəsinin 

rəhbərliyinə  və  Səhiyyə  Nazirliyinin  Elmi­Tibbi  Şurası-

nın  sədrinə  səhiyyə,  elm  və  təhsil  müəssisələri,  peşəkar 

cəmiyyətlər  və  digər  müəssisə  və  təşkilatlar  tərəfindən 

keçirilən elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə 

akkreditə  olunması  barədə  1  ay  müddətində  təkliflər  hazır-

lanması, davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək 

elektron  proqramın  texniki  tapşırığının  və  proqramın  hazır-

lanması, həmçinin istifadəyə verilməsinin təmin edilməsi tap-

şırılır.

Tədris Terapevtik Klinikada keçirilən iki günlük pulsuz aksiya başa çatdı

Səhiyyə naziri “Həkimlərin bilik və 

bacarıqlarının təkmilləşdirilməsi sahəsində 

əlavə tədbirlər barədə” Əmr imzalayıb

ATU-nun mətbuat xidməti



Bu günlərdə Azərbaycan Tibb Universitetinin Rek-

toru yanında İctimai Nəzarət və Məsləhət Şurasının 

(İNMŞ) təşkilatçılığı ilə ATU-da imtahan sessiyasının 

gedişatına ictimai baxış keçirilib. İctimai baxış 2016-

2017-ci tədris ilinin yay imtahan sessiyasında şəffaflığın 

və obyektivliyin təmin edilməsinə nəzarət məqsədilə 

İNMŞ iclasının qərarına əsasən təşkil edilib.

İctimai baxış zamanı Şura üzvlərinə məlum oldu ki, 

ATU­da təhsil alan tələbələrin – gələcəyin həkim və 

əczaçıları olacaq bu gənclərin biliklərinin düzgün, ob-

yektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi 

üçün imtahanlar mərkəzləşdirilmiş qaydada, universi-

tetin Virtual Test Mərkəzində kompyüterlər vasitəsilə 

test  üsulu  ilə  həyata  keçirilir.  VI  kurs  müalicə­

profilaktika, tibbi­profilaktika, hərbi­tibbi fakültəsinin, 

V kurs stomatologiya və IV kurs əczaçılıq fakültəsinin 

tələbələrinin  buraxılış  imtahanları  da  daxil  olmaq-

la, ümumilikdə 157 fənn üzrə keçirilən imtahanların 

qəbulu 10 may 2017­ci ildən başlayaraq 5 iyul 2017­ci 

il tarixinədək davam edəcək.

ATU­nun  rektoru  yanında  İNMŞ­nın  üzvləri  virtu-

al test mərkəzində olarkən, hər gün 220 kompyüter 

vasitəsilə  təxminən  2000­ə  yaxın  imtahan  verən 

tələbələr üçün hər cür şəraitin yaradılması və imta-

hanların  şəffaf  və  obyektiv  keçirilməsinin  şahidi  ol-

dular.  Bu  faktı  imtahan  mərkəzində  yaradılmış  Ap-

pelyasiya  Komissiyasının  fəaliyyət  göstərməsi  bir 

daha təsdiq etdi. Şura üzvlərinə məlumat verildi ki, 

Komissiya imtahan zamanı baş verən hər hansı an-

laşılmazlıq,  test  suallarıyla  bağlı  tələbələrin  bütün 

şikayətlərinə dərhal baxır və müvafiq tədbirlər görü-

lür.


Baxış  zamanı  məlum  oldu  ki,  indiyə  qədər 

tələbələr  tərəfindən  daxil  olan  180­ə  yaxın  şikayət 

yazılı şəkildə qəbul edilib və hər biri ilə bağlı müva-

fiq  ölçü  götürülüb.  İctimai  Şuranın  üzvləri  ATU­nun 

virtual test mərkəzində keçirilən imtahanlarla yanaşı, 

son  illər  universitetin  Tədris­Cərrahiyə  Klinikasında 

keçirilən bacarıq vərdişləri üzrə buraxılış imtahanla-

rını da izlədilər.

Burada  tələbələr  bacarıq  vərdişlərinə  necə 

yiyələnməsini nümayiş etdirir, əyani vasitələr üzərində 

təcrübi  bacarıqlarını  göstərirlər.  ATU­da  əczaçılıq 

fakültəsində  bakalavr  pilləsində  təhsil  alan  IV  kurs 

tələbələrinin  buraxılışı  isə  diplom­buraxılış  işlərinin 

müdafiəsi ilə həyata keçrilir. Qeyd etmək lazımdır ki, 

bu tələbələrin bir hissəsi xarici ölkə vətəndaşlarıdır.

ATU­nun  rektoru  yanında  İctimai  Nəzəarət 

və  Məsləhət  Şurasının  sədri,  millət  vəkili  İlham 

Məmmədov,  sədr  müavini,  ATU­nun  müəlliməsi 

və  “Gənc  vətəndaş”  İB­nin  sədr  müavini  Aidə 

Bəndəliyeva, şuranın üzvləri Azərbaycan Milli Qeyri­

Hökumət  Təşkilatları  Forumunun  Prezidenti  Rauf 

Zeyni, “İki sahil” qəzetinin redaktoru, Mətbuat Şurası 

İdarə Heyətinin üzvü ­ Vüqar Rəhimzadə, “Cəmiyyətin 

və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi-

nin sədri, QHT­lərin Antikorrupsiya Şəbəkəsinin üzvü 

Əhməd  Abbasbəyli,  ATU­nun  müalicə­profilaktika 

fakültəsinin IV kurs tələbəsi Məhərrəm Amilli bura-

xılış  işlərinin  müdafiəsində  də  iştirak  edərək  həm 

müdafiənin gedişatı, həm də müdafiə komissiyasının 

işi ilə yaxından tanış oldular.

ATU­nun  rektoru  yanında  İctimai  Nəzarət  və 

Məsləhət Şurasının sədri və şura üzvləri keçirdikləri 

ictimai  baxış  zamanı  universitet  kollektivi  ilə  yaxın-

dan tanış olublar və onlara öz tövsiyyələrini veriblər. 

Onlar ATU­da imtahan sessiyasının mövcud norma-

tiv  sənədlər  əsasında  təşkil  olunduğunu  müşahidə 

ediblər.  Bununla  yanaşı,  Şuranın  sədri,  millət  vəkili 

İlham  Məmmədov  gələcəkdə  universitetdə  yenicə 

fəaliyyətə  başlamış  İctimai  Nəzarət  və  Məsləhət 

Şurasının müvafiq qərargahının yaradılması, xüsusi 

rəy  qutularının  yerləşdirilməsinin  zəruriliyini  vurğu-

layıb.  Onun  sözlərinə  görə,  bu  addımlar  gələcəkdə 

həm  imtahanların  gedişində,  həm  də  universitetin 

fəaliyyətində obyektivlik və şəffaflığın təmin olunma-

sını daha da artıracaq, qərargahın fəaliyyəti barədə 

müəllim, tələbə və valideynlərə, həmçinin ictimaiyyət 

nümayəndələrinə  mütəmadi  məlumat  verilməsinə 

yardımçı olacaq.



ATU-da ictimai baxış keçirildi

ATU-da ictimai baxış keçirildi


Yüklə 284,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə