30 iyun 2017-ci il
6
http://w w w.amu.edu.az
Bu günlərdə Azərbaycan
Tibb Universitetinin Tədris
Cərrahiyyə Klinikasında dil-
də bəd xassəli şişlə bağ-
lı mürəkkəb əməliyyat icra
olunub. Əməliyyat zamanı
xəstənin dili, boynundakı
limfa düyünləri çıxarılsa da,
bədənin digər hissəsindən dil
və dilaltı nahiyə əvəzləyicisi
formalaşdırılıb.
Klinikanın ağız və üz-çənə
cərrahiyyəsi şöbəsinin müdiri, tibb
üzrə fəlsəfə doktoru Məhəmməd
Davudovun sözlərinə görə, 62 yaşlı
qadın xəstə dilin törəməsi ilə bağlı
müraciət edib: “Dilində bədxassəli
şişi olan bu xəstə əvvəllər müalicə
alıb, hətta əməliyyat olunub. Di-
linin bir hissəsi, boynundakı lim-
fa düyünləri götürüldükdən sonra
xəstə şüa müalicəsinə göndərilib, 8
ay müddətində öz həyatına davam
edib. Bu xanım bundan öncə də ba-
ğırsaq xərçəngi ilə əlaqədar kimyəvi
dərman və şüa müalicəsi alıb. Yəni,
ümumi onkoloji xəstədir”.
Lakin bu günlərdə həmin qa-
dının dilində yenə kəskin ağrılar
baş qaldırıb. M.Davudov bildirir ki,
müayinələr nəticəsində xəstənin
dilinin digər tərəfində də şişin ya-
yılması, törəmənin massiv şəkildə
bütün dili tutduğu aşkarlanıb: “On-
koloqlarla konsultasiyadan sonra
belə qərara gəlindi ki, xəstədə şüa
terapiyası artıq mümkün deyildi,
kimyəvi dərman müalicəsi heç bir
effekt vermədiyindən yeganə çıxış
yolu kimi cərrahi əməliyat
məsləhət ğörüldü. Cərrahi
əməliyyat daha radikal
şəkildə icra olunmalıydı -
dil tam şəkildə götürülməli
idi. Təbii ki, dilin tam
götürülməsi
texniki
cəhətdən çətinlik törətmir.
Amma əsas məsələ - əmələ
gələcək defektin bərpası
idi. Konsulium nəticəsində
dili və dilaltı nahiyəni götürdükdən
sonra əmələ gəlmiş geniş həcmli
bir defektin sərbəst damar ayaq-
cıqlı toxuma ilə aradan qaldırılması
planlaşdırıldı”.
Beləliklə, xəstə əməliyyata götü-
rülüb. Xəstənin əməliyyatdan son-
rakı qidalanma probleminin aradan
qaldırılması üçün onda eyni zaman-
da perkutan endoskopik qastrosto-
miya əməliyyatı da icra olunub: “Bir
sıra inkişaf etmiş ölkələrdə belə
xəstələrin əməliyyatdan sonrakı
qidalanmasında problemi aradan
qaldırmaq üçün məhz bu üsul-
dan istifadə edirlər. Xəstə klinika-
nın ümumi cərrahları tərəfindən
əməliyyat olunub. Hazırda xəstənin
qidalanması bərpa olunur, ona
istənilən qidanı vermək mümkün-
dür. Bu isə yaraların sağalması,
xəstənin yaxşılaşdırılması üçün çox
mühüm bir şərtdir”.
Həkim bildirir ki, bu mürəkkəb
əməliyyat 7 saat davam edib. Bo-
yundakı damarların anestomozu
hazırlanıb. Belin arxa yan hissəsi
(belin eninə əzələsi) buradakı ar-
terial və vena damarlarla birlikdə
kəsilib, həmin damarlarla boyun-
dakı damarlara anestomoz qo-
yulub: “Torakodokzal arteriya və
vena dediyimiz damarlarla yuxarı
qalxanvari arteriya və yuxarı qal-
xanvari vena arasında anestomoz
qoyuldu. Götürülmüş dəri əzələ
diliminin köməyilə həm dil, həm
də ağızdibi nahiyə formalaşdırıldı
və tikildi. Xəstə təxminən bir həftə
müddətində şöbəmizdə stasionar
müalicədə oldu. Bu əməliyyatın
özəlliyi sadəcə əməliyyatın tex-
niki cəhətdən uğurla başa çat-
masında deyil, eyni zamanda
əməliyyatdan sonraki konservativ
müalicənin davam etdirilməsidir.
Tədris Cərrahiyyə Klinikası və bi-
zim şöbəmiz, rezidentlərimiz bu
sahədə həm fəaldırlar, həm də ar-
tıq peşəkarlaşıblar. Onların zəhməti
nəticəsində bizim köçürdüyümüz
toxumada heç bir problem olmadı”.
Qeyd edək ki, xəstə artıq özü
gəzib və özü heç bir yardıma eh-
tiyacı olmadan yeyə bilir. Onu evə
buraxıblar. Müəyyən müddətdən
sonra xəstənin danışığı da bərpa
olunacaq.
Növbəti ünikal əməliyyat - xəstəyə dil tikildi
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının
Fizioterapiya və bərpa şöbəsində xəstələrin müalicəsi üçün hər
cür şərait var.
Şöbənin müdiri, t.ü.e.n. Nurlana Əliyevanın sözlərinə
görə, Avropa standartlarına cavab verən avadanlıqlarla təchiz
olunan şöbədə həftənin 6 günü saat 8:00-dan 18:00-a qədər
yüksək ixtisaslı peşəkar mütəxəssislər fəaliyyət göstərirlər:
“Şöbəmiz klinikamız yaranan gündən fəaliyyət göstərir. Fi-
zioterapiya – təbii və fiziki amillərin müalicə xüsusiyyətlərini
araşdıran və onların müalicə-profilaktik məqsədi ilə tətbiqi
üsullarını hazırlayan tibbi bölmədir. Fizioterapiya bir çox
xəstəliklərin profilaktikasında çox gözəl vasitədir, həmçinin
ümumi müalicə kursunda da əlavə üsul kimi istifadə olunur.
Bu, təhlükəsiz müalicə üsullarından biridir. Bu tip müalicə
və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli
istiqamətlərdən biridir”.
N.Əliyevanın sözlərinə görə, geniş profilli şöbədə müasir
cihazlar və lazım olan müasir metodikalardan istifadə etməklə
xəstələrə daha çox yardım göstərmək üçün bütün şərait var:
“Burada travmatoloji xəstələr, travmatologiya və ortopedi-
ya şöbələrində əməliyyat olunmuş, müəyyən müalicələr al-
mış xəstələr müalicələrini davam etdirirlər. Ümumiyyətlə,
cərrahiyyə şöbələri ilə çox sıx əlaqədə işləyir bu şöbə. Şöbə
daxilində stasionar bölmə də vardır ki, lazimi xəstələr burada
yatızdırılır”.
Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının
Fizioterapiya və tibbi bərpa şöbəsinin məqsədi əsasən təbii
və fiziki amillərin müalicə xüsusiyyətlərindən istifadə edərək,
hər hansı bir xəstəliyin müalicəsində ən yaxşı effektə nail
olmaqdır. Burada çalışan həkimlər kompleks müayinə apa-
raraq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə
edirlər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə
sxemi təyin edilir.
Peşəkar həkimlərin məqsədi xəstələri müalicə edərkən
yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan
amilləri də aradan qaldırmaqdır. ATU-nun TCK-nın Fizio-
terapiya və tibbi bərpa şöbəsinin başlıca üstünlüyü burada
peşəkar həkimlərin və müasir texnologiyalı aparatların olma-
sıdır.
Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya
və bərpa şöbəsində
xəstələrin müalicəsi
üçün hər cür şərait var
ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov 15-16 may
tarixlərində keçirilmiş ll müalicə-profilaktika fakültəsinin təşkilati
heyəti ilə görüşüb.
İlk 3 yerə layiq görülmüş tələbələrlə və konfransın təşkilati heyəti ilə
görüşdə prorektor tələbələrə daim aktiv olmağı, universitet və gələcək iş
fəaliyyətlərində uğurlar diləyib.
Görüşdə tələbələr və onların elmi rəhbərləri diplomla təltif olunublar.
Günümüzün ən böyük bəlalarından biri
– artıq çəki ilə bağlıdır. Bununla bağlı
Azərbaycan Tibb Universitetinin Tədris
Cə rrahiy yə Klinikasında ümu mi cərrah,
tibb elmləri namizədi Elçin Abdinov
növbəti uğurlu əməliy yatlardan birinə
imza atıb. Əməliyyat nəticəsində xəstə
bədənin dəki artıq piylərdən azad edilib.
Əməliyyat haqqında məlumat verən Elçin
Abdinov qeyd edib ki, xəstə III dərəcəli
piylənmədən əziyyət çəkir. Çəkisi 150 kq olan
xəstənin boyu 1.60 sm, bədən kütləsi 58 olub:
“Bu xəstələrə hətta morqit xəstələr deyilir.
Piylənmə I, II və III dərəcəli olur. Bu xanım
xəstəmizdə III dərəcə piylənmə idi”.
Həkim E.Abdinovun sözlərinə görə, bu
dəfə xəstədə mədəkiçiltmə əməliyyatı
aparılmasına qərar verilib. Bu əməliyyat
artıq çəkidən, piylənmədən azad olmaq
üçün ən uğurlu vasitələrdən biridir. Lakin
artıq çəkisi olan hər xəstədə bu əməliyyatı
aparmaq olmaz: “Mədəkiçiltmə əməliyyatının
aparılması üçün xəstənin bədən kütlə indeksi
35-dən artıq olmalıdır. Məlumdur ki, bədən
kütlə indeksini tapmaq üçün çəkini, boyun
uzunluğunun kvadratına bölmək lazımdır.
Bu göstərici 20-25 olarsa, normadır, 30-35
I dərəcəli piylənmədir, 35-40 ikinci dərəcəli
piylənmədir, 40-dan artıq olduqda, artıq
III dərəcəli piylənmə sayılır və əməliyyat
olunmalıdır. İndeks 40-dan aşağı olanda,
idman və dietoloqun köməyilə arıqlamaq
mümkündür. Bədən kütləsi indeksi 40-ı
keçdiyi halda, yanaşı xəstəliklər arasında
hər hansı riskli bir xəstəlik varsa, pasiyent
dieta, idman və s. bu kimi tədbirlərlə
arıqlaya bilmirsə, yaxud arıqlayıb onu qoruya
bilmirsə, yaxud arıqlayıb yenidən kökəlirsə,
belə hallarda əməliyyata göstəriş var”.
Həkimin sözlərinə görə, III dərəcəli piylənmə
ağır səvyyə sayılır. Bu zaman pasiyentdə yanaşı
xəstəliklər də yaranır. Məsələn, qaraciyər
piylənməsi, damar sıxılması, şəkərli diabet
ortaya çıxır: “Hazırda bu xəstədə qaraciyər
piylənməsi III dərəcəli histopatrioz dediyimiz
dərəcədədir. Həmçinin, xəstədə daş xəstəliyi
və şəkərli diabetə meyllilik var. Belə çəkili
insanlarda artıq ayaqlarda ağrılar yaranmağa
başlayır. Bu xəstənin hardasa 90 kq-dan atrıq
çəkisi var. Odur ki, xəstəmizdə bütün dünyada
geniş tətbiq edilən mədəkiçiltmə əməliyyatını
apardıq. Əməliyyatda istifadə etdiyimiz
alətlərin hamısı bir xəstə üçün dəst açılır və
atılır. Yəni alətlər hər xəstə üçün individual
olaraq alınır və istifadə edilir”.
E.Abdinov qeyd edir ki, hazırda ümumilikdə
8-9 növ bariatrik cərrahiyyə növü tətbiq edilir.
Bunlardan ən geniş yayılanı - mədəkiçiltmə
əməliyyatıdır. Bu əməliyyat qısa müddətli
icra olunur, nisbətən az travmatikdir. Ona
görə çox hallarda bu əməliyyata üstünlük
verilir. Statistikaya əsasən, il ərzində ABŞ-
da 600.000-ə qədər bariatrik cərrahi
əməliyyatlar icra olunur. Bunlardan 300.000-
dən çoxu mədəkiçiltmə (Sleeve qastrektomiya)
əməliyyatıdır. Bu zaman alınan nəticə də
digərlərinə nisbətən daha üstün olur və ağır
fəsadlar baş vermir.
Əməliyyatın üstünlüklərinə gəlincə, qeyd
etmək lazımdır ki, bu əməliyyatdan sonra
həzm traktının davamlılığı pozul mur, sadəcə
həcmi kiçilir. Nəticədə insan tez doyur,
iştahasına nəzarət edə bilir. Əməliyyatdan il
yarım sonra artıq çəkinin 80 faizi itirilir. Bəzən
bu faiz daha yüksək ola bilir.
Xəstədə mədəkiçiltmə əməliyyatı
uğurla başa çatıb