Böyük səy göstərərək əldə etdiyiniz eviniz,
əşyalarınız, geyimləriniz, yediyiniz yeməklər, əlvan
rəngləri ilə göz qamaşdıran çiçəklər, yamyaşıl
ağaclar, bədəniniz, saçlarınız, dəriniz, qısası, hər
şey zaman ərzində köhnəlməyə, xarab olmağa,
yaşlanmağa məhkumdur. Heç bitməyəcəkmiş kimi
görünən dünya həyatı çox qısa imtahan dövründən
ibarətdir və bütün gözəlliklər zamanla məhv olur.
Hər insanın həyata keçirmək istədiyi arzusu
var. Bəzən bunların zamanı çox yaxın, imkanları
da arzusunun reallaşması üçün uyğundur. Bəzi
insanların da böyük istəklə arzuladığı hadisələrin
həyata keçməsi isə, Allah`ın izni ilə, çox çətin olur.
Bu insanların əlindəki maddi-mənəvi imkanlar və
şərait arzularının reallaşması üçün kifayət etmir.
Məsələn, yaşlı bir insan nə qədər geriyə qayıdıb
gənclik illərində yaşamağı arzulasa da, Allah`ın
adətullahına uyğun olaraq, bu, dünya həyatında
mümkün deyil. Bu vəziyyəti hər kəs bilir, ancaq
yenə də imkanları istəklərinin reallaşması üçün
çox uyğun olan insanlar da, olmayanlar da bəzən
xəyallarının reallaşmasını çox istəyirlər. Bu da
dünyadakı imtahanın bir sirridir.
İnsanın dünya həyatında istədiyi hər şey ən
mükəmməl şəkildə reallaşsa da, həyatının sonuna
qədər heç reallaşmasa da, insanlar bir həqiqəti heç
unutmamalı və üzərində yaxşı düşünməlidirlər:
bütün istədiklərini əldə edənlər də, heç birini əldə
etməyənlər də bu dünyada çox qısa müddət
yaşayacaqlar…
Dünya həyatı bir göz qırpımı qədər qısadır
Dünya həyatı bir göz qırpımı qədər qısa müddətdə
bitir və insanların əldə etdiyi xoşbəxtlik hissi də
sona çatır. Bu səbəbdən, insan bütün diqqətini təkcə
istəklərinin reallaşıb-reallaşmadığına deyil, sonsuz
axirət həyatını qazanacaq əxlaqda olub-olmadığına
verməlidir. Çünki bir insanın bütün arzuları məhz
istədiyi şəkildə reallaşsa da, xoşbəxtliyi bir neçə
onillik davam edər. Sonda mütləq bu nemətlər
əlindən çıxacaq, ölümlə birlikdə sahib olduğu hər
şey geridə qalacaq. Arzu etdiyi bütün gözəllikləri
axirətdə əldə etməyi hədəf seçən insan isə bu
xoşbəxtlik hissini əbədiyyən duyacaq.
İnsan bir anlıq bu həqiqət üzərində düşünməli
və müqayisə etməlidir. Öz-özünə qərar verməlidir.
Sadəcə dünyadakı gözəllikləri əldə etmək üçün
çalışmağın insana heç bir faydası olmayacağını
görməlidir. Allah istəsə, insana dünyada da nemət
verə bilər və bu, bir insan üçün çox böyük lütfdür.
Ancaq insanın bunu məqsədə çevirərək rahatlığı,
xoşbəxtliyi, sevinci üçün bunu bir növ şərt qoşması
çox böyük qəflət və xətadır. İnsan arzuladığı bütün
nemətləri Allah`dan dünyada və axirətdə lütf
etməsini diləyər, ancaq Rəbbimizin ona verdikləri
ilə də sevinər. Əsas odur ki, bu xoşbəxtliyi sadəcə
səthi xoşbəxtlik kimi görməsin, əbədi həyatında
Allah`ın bütün istədiklərini verəcəyini ümid edərək
nemətlərinin ən gözəlinə qovuşarlar:
Dünya həyatında da, axirətdə də onlara müjdə
vardır… (Yunis surəsi, 64)
Allah dünya həyatını insanlardan hansının yaxşı
Düşünən İnsan, Dekabr 2014
56
www.elmxeberleri.com
işlər görəcəyini, kimlərin Ona sadiq qalacağını
sınamaq üçün yaratmışdır. Başqa sözlə, dünya
Allah`dan qorxanlarla Ona nankorluq edənləri ayırd
etmək üçün hazırlanmış imtahan yeridir. Bu imtahan
yerində gözəlliklərlə çirkinliklər, yaxşılıqlarla pisliklər,
qüsurlarla mükəmməlliklər birlikdədir və qüsursuz
imtahan sistemi qurulmuşdur. İnsanlar imanlarının
üzə çıxması üçün hər cür sınaqdan keçirilirlər.
Nəticədə, Allah`ı layiqincə tanıyıb təqdir edənlər
inkar edənlərdən ayrılacaq və nicat tapacaqlar. Bu
həqiqət Quranda belə bildirilmişdir:
İnsanlar elə güman edirlər ki, təkcə: “İman
gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək
və onlar imtahan edilməyəcəklər? Biz onlardan
öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki,
Allah doğru danışanları da, yalançıları da aşkara
çıxardacaqdır. (Ənkəbut surəsi, 2-3)
İnsanın hədəfi Allah rizası olmalıdır
Əlbəttə, insanın sadəcə əbədi yaşamaq və hər
istədiyini əbədiyyən əldə etmək üçün axirəti istəməsi
doğru olmaz. İnsanın əsl hədəfi Rəbbimizin sevgisini
istəmək, Onun dostluğunu qazanmağa çalışmaq və
əbədiyyən Allah`ın razı olduğu kəslərdən olaraq
yaşamaq olmalıdır. Allah`a güclü sevgisi olan bir
insana Allah tükənməz nemət bəxş edər. Ancaq
Allah sevgisi olmadan və Allah sevgisi insanın əsl
hədəfi olmadan belə bir nəticə əldə olunmaz.
Dünyada Allah sonsuz qüdrətinin və elminin
göstəricisi olaraq bir çox gözəllik, sənət və möcüzə
ilə yanaşı, qüsur və çatışmazlıqları da yaradır.
Mükəmməllik və daimilik bu dünyanın qanununa
ziddir. İnkişaf edən texnologiya da daxil olmaqla,
insan ağlının düşündüyü heç bir yol Allah`ın bu
qanununu dəyişdirə bilməz. Beləcə, insanlar bir
tərəfdən axirət üçün çalışıb Allah`a şükür etməli,
digər tərəfdən də nemətlərin əsl yerinin bu fani
dünya deyil, möminlər üçün hazırlanmış qüsursuz
yurd olan cənnət həyatı olduğunu anlamalıdırlar.
Quranda bu həqiqət açıq şəkildə bildirilir:
Xeyr, siz dünya həyatını (olduqca) üstün
tutursunuz; axirət isə daha xeyirli və daha
sürəklidir. (Əla surəsi, 16-17)
Düşünən İnsan, Dekabr 2014
Düşünən İnsan, Dekabr 2014
57
58
İslam əxlaqı iman gətirənlərə danışarkən,
iş görərkən və ya qərar verərkən ədalətlə
davranmağı əmr edir. Allah`ın Quranda
bildirdiyi əmrlər və Peyğəmbərimizin
(səv) sünnəsi bu ədalət anlayışını bizə
hərtərəfli açıqlayır. Quranda bizə bildirilən
bütün elçilər öz qövmlərinə ədalət və sülh
gətirmişdir. Peyğəmbərlər ümmətlərinin
üzərindəki zülmün, zorakılığın qalxmasına
səbəb olmuşdur. Allah “Yunis” surəsində
belə bildirir:
Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların
arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.
(Yunis surəsi, 47)
Müsəlmanın ədalət anlayışının ən əsas xüsusiyyəti
qarşısındakı insan öz yaxını da olsa, hər şərtdə ədalətlə
hökm etməsidir. Allah ayədə belə bildirir:
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya
valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa
belə, Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya
kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə
daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər
dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, bilin ki, Allah nə
etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)
Ayədən də göründüyü kimi, iman gətirən insan üçün qarşısındakı
şəxsin maddi vəziyyəti və ya sosial statusu heç bir əhəmiyyət daşımır.
Haqqın bərqərar olması, heç kəsin haqsızlığa məruz qalmaması və Allah`ın
ayələrinin tam yerinə yetirilməsi əsasdır. “Maidə” surəsində isə belə buyurulur:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı
bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli
olun! Bu, təqvaya daha yaxındır. Allah`dan qorxun! Şübhəsiz ki, Allah nə
etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)
Yuxarıdakı ayədə isə Allah iman gətirənlərə öz düşmənləri belə olsa, həmişə ədalətlə
Düşünən İnsan, Dekabr 2014
58
www.elmxeberleri.com
59
hökm vermələrini əmr edir. Müsəlman
qarşısındakı insanın ona haqsızlıq etdiyini,
onu çətin vəziyyətdə qoyduğunu və ya
düşmən olduğunu düşünüb ani qərarlar
verməz, həmişə vicdanı ilə və Quran ayələri
əsasında düşünər. Qarşı tərəf yanlış davransa
belə, o yaxşılıqla qarşılıq verməklə və Allah`ın
əmr etdiyi kimi davranmaqla məsuldur.
Allah “Mümtəhinə” surəsinin 8-ci
ayəsində isə: “Allah din uğrunda
sizinlə vuruşmayan və sizi öz
diyarınızdan qovub çıxartmayan
kimsələrə yaxşılıq etmənizi və
onlarla insafla davranmanızı sizə
qadağan etmir. Şübhəsiz ki, Allah
insaflı olanları sevir”, -şəklində
buyurmuş və müsəlmanların digər
xalqlarla münasibətlərinin hansı sərhədlər
çərçivəsində olmasını bildirmişdir. İman gətirən
insanın bütün insanlara baxışı bu ayələr əsasında
olmalıdır. Müsəlmanın rəftarı qarşısındakı şəxsə görə
deyil, Allah`ın Quranda bildirdiklərinə görədir.
Bu səbəbdən, səmimi qəlbdən iman gətirən
müsəlman həmişə doğruların tərəfində olur.
İman gətirənlərin bu mövzuda qətiyyəti
“Yaratdıqlarımız içərisində bir zümrə də
vardır ki, onlar insanları haqq yola aparır,
ədalətlə hökm edirlər” (Əraf surəsi, 181)
ayəsi ilə bizə müjdələnir. Quranda ədalətlə
bağlı digər ayələr bunlardır:
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə
qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə
hökm vermənizi əmr edir. Allah`ın sizə verdiyi bu öyüd-
nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir,
görəndir. (Nisa surəsi, 58)
Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və
qohumlara verməyi əmr edir, iyrənc işlər görməyi, pis
əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O,
sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl
surəsi, 90)
Quranda keçən ədalət anlayışına əsasən, qarşı tərəfin hansı dinə,
irqə və ya cinsə mənsub olması əhəmiyyət daşımır. Çünki İslam irqlər,
cinslər arasında bərabərliyi müdafiə edir. Hər cür etnik ayrı-seçkiliyi qadağan
edir. Peyğəmbərimiz hz. Muhəmməd (səv): “Bütün insanlar hz. Adəmdən, hz.
Adəm isə torpaqdandır”, -deyərək insanlar arasında heç bir fərqin olmadığını
vurğulamışdır.
(Sünen-i Ebu Davud, 4/331)
Dəri rəngi, sosial status, zənginlik kimi
xüsusiyyətlər heç bir insanda üstünlük yaratmır.
Bu gün dünyanın hər tərəfində insanlar milliyyətinə, dilinə və ya dərisinin rənginə
görə zülmə məruz qalır. Quranda bildirildiyinə əsasən, müxtəlif xalqların və qəbilələrin
yaradılmasının hikmətlərindən biri insanların bir-birləri ilə tanış olmasıdır. Hamısı
Düşünən İnsan, Dekabr 2014
Düşünən İnsan, Dekabr 2014
59
60
De: “Rəbbim ədalətli
olmağı əmr etdi. Hər səcdə
etdiyiniz yerdə üzünüzü
Ona tutun və Allah`a –
dini məhz Ona məxsus
edərək dua edin. Sizi
ilk dəfə yaratdığı kimi
diriləcəksiniz”.
(Əraf surəsi, 29)
61
62
Allah`ın qulu olan müxtəlif millətlər və
ya qəbilələr bir-biri ilə tanış olmalı, bir-
birinin fərqli mədəniyyətini, dilini, adət-
ənənəsini, qabiliyyətlərini öyrənməlidirlər.
Müxtəlif irq və millətlərin olmasının bir
məqsədi də münaqişə və müharibə deyil,
mədəni zənginlikdir. İman gətirən insan
yeganə üstünlüyün təqva, yəni Allah qorxusu
və Allah`a imandakı üstünlük olduğunu
bilir. Allah “Hücurat” surəsində belə
bildirir:
Ey insanlar! Biz sizi kişi və
qadından yaratdıq. Sonra bir-
birinizi tanıyasınız deyə, sizi
xalqlara və qəbilələrə ayırdıq.
Şübhəsiz ki, Allah yanında ən
hörmətli olanınız Ondan ən çox
qorxanınızdır. Həqiqətən, Allah
biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)
Başqa bir ayədə isə Allah:
“Göylərin və yerin
yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi
də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər
üçün ibrətamiz dəlillər vardır!” (Rum surəsi,
22)
-şəklində bildirir.
İslam tarixinə nəzər saldıqda iman
gətirənlərin müxtəlif irqlərə qarşı ədalətlə
davranması ilə bağlı bir çox nümunə ilə
qarşılaşırıq. İslam Afrika, Asiya və Avropaya
sürətlə yayılmış, bu fəthlər vasitəsilə
İslam əxlaqının gözəllikləri də yayılmışdır.
İslam hər irqə, milliyyətə, sosial quruluşa
və coğrafiyaya yayılmış, dünyanın daha əvvəl bənzərini
görmədiyi qardaşlıq münasibəti ilə milyonlarla insanı
birləşdirmişdir. İnsan irqinin qolları və qaradərili irqin
digər millətlərlə əlaqələrini tədqiq edən və bu sahədə
mühüm əsərləri ilə tanınan tədqiqatçı Coul Avqustus
Reycers (Joel Augustus Ragers) məşhur kitabı “Cins və
İrq” (Sex and Race) adlı əsərində İslam dinin dünyaya
təsirini belə tərif edir:
“İslamın əsrlərdir parlaq şəkildə ayaqda qalmasının
bir səbəbi bu dində irq və siniflə bağlı yanlış rəylərin,
demək olar ki, tamamilə yox olması, dərinin rəngini və ya sosial
vəziyyəti nəzərə almadan cəmiyyətin ən yüksək pillələrinə qədər
yüksəlməyin qabiliyyətdən asılı olmasıdır… İslam, tarixinin ən böyük
və eyni zamanda, ən azad irq küpünü əmələ gətirmiş və bu irqlər
qarışığı dünyanın bənzərini görmədiyi ən geniş imperiyanın tərkibində
baş vermişdir. Gücünün ən yüksək zirvəsində ikən İslam imperiyası qərbdə
İspaniya və Fransanın ortalarından Mərkəzi Asiya bölgələri də daxil olmaqla,
şərqdə Hindistana, Çinə və Sakit okeanına qədər uzanırdı. Bu geniş torpaqların
sultanları müxtəlif dəri rənglərinə malik idilər. Bir bağın çiçəklərinin rənglərinin
fərqli olması bu çiçəklər üçün nə qədər əhəmiyyətlidirsə, dərilərinin rənglərinin
fərqliliyi də müsəlmanlar üçün bundan da az əhəmiyyət daşıyırdı”.
(Andy Thomas, İslam
İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, səh. 33)
Düşünən İnsan, Dekabr 2014
62
www.elmxeberleri.com
63
Dünyanın ən tanınmış İslam
mütəxəssislərindən biri professor Hamilton
Aleksandr Rossken Gibb (Hamilton
Alexander Rossken Gibb) “İslam haraya?”
(Whither Islam?) adlı əsərində İslam dininin
müxtəlif irqlərə baxışını belə ifadə edir:
“Bəşəriyyətin bu qədər fərqli irqini status,
fürsət və təşəbbüs cəhətdən bərabər
hüquqlara malik şəkildə birləşdirməkdə
bu qədər müvəffəq olan başqa bir
cəmiyyət yoxdur. İslam tamamilə
uyğunlaşmayacaq kimi görünən
müxtəlif irqləri uzlaşdırma gücünə
malikdir. Şərq və qərbdəki böyük
xalqların bir-birinə müxalifətini
əməkdaşlıq əvəz etdiyi təqdirdə,
İslamın uzlaşdırıcı rolu labüd olacaq…”
(H.A.R. Gibb, Whither Islam, London, 1932, səh. 379.; Andy Thomas, İslam İnsanlığın
Ruhu, Timaş Yayınları, İstanbul, 1997, səh. 37)
İslam əxlaqı qardaşlıq, sülh, azadlıq və əmin-
amanlıq təməlləri üzərində cəmiyyət qurmağı
hədəfə alır. Bu səbəbdən, İslamla tanış olan
hər xalq keçmiş dövrlərin repressiv, zalım,
ixtilaf yaradan düşüncə tərzindən sıyrılmış,
yenidən sülh əsasında bir cəmiyyət inşa
etmişdir. Bir çox qərbli tarixçi bu həqiqəti
əsərlərində dilə gətirmiş, İslamla tanış
olmağın müxtəlif xalqlara dərin müsbət
təsir etdiyini ifadə etmişdir. Professor Robert
Briffault “Bəşəriyyətin inkişafı” (The Making
of Humanity) adlı əsərində qərb cəmiyyətinin İslamla
əlaqəsinə belə toxunur:
“Bütün bəşəriyyət üçün azadlıq, qardaşlıq, insanların
qanun qarşısında bərabərliyi, məsləhətləşmədən və
ümumi seçkilərdən istifadə edən demokratik hökumət
idealları, Amerika konstitusiyasının hazırlanmasına
təşəbbüskarlıq edən və İnsan Hüquqları Bəyannaməsini
ilham edən ideallar qərbin yenilikləri deyildi. Bu idealların
hamısının təməlləri Müqəddəs kitab Quranda var. Bu
ideallar Avropada orta əsrlərdə maarifçilərin müsəlman
olan İspaniya, Siciliya, Xaçlılar və İslami qardaşlıq dərnəklərini
təqlid etməsi ilə və xaçlılardan sonra Avropada formalaşan cəmiyyət
vasitəsilə İslamdan öyrəndiklərinin əsasıdır”.
(Prof. Robert Briffault, The Making of
Humanity.; Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, səh. 38)
Yuxarıdakı sitatda izah edilən həqiqətlər İslam əxlaqının bütün dünyaya
əsrlər boyu sülh, tolerantlıq və ədalət dərsi verdiyini göstərir. Dövrümüzdə
də bütün dünya insanları belə bir sivilizasiyanın həsrətindədir və belə bir
sivilizasiyanın yenidən qurulmaması üçün heç bir səbəb yoxdur. Lazım
olan yeganə şey insanların, əvvəlcə, özlərindən başlayaraq Quran əxlaqı ilə
yaşamağa niyyət etməsi, sonra da insanlar arasında bu əxlaqı yaymaq üçün cəhd
etməsidir. İnsanlar Quranda əmr edilən əxlaqı yaşadıqda ən üstün səviyyədəki
idarəçidən ən aşağı səviyyəyə qədər hər kəs ədalətli, mərhəmətli, anlayışlı və dürüst olar,
bütün xalqlar sülh və əmin-amanlığa qovuşar.
Düşünən İnsan, Dekabr 2014
Düşünən İnsan, Dekabr 2014
63
64
Burnumuzun əsas funksiyası nəfəs aldığımız
havanın içindəki toz zərrəciklərinə, bakteriya
və mikroblara mane olmaq, beləcə, ağciyərdə
əmələ gələcək xəstəliklərin qarşısını almaqdır.
Bu mükəmməl təhlükəsizlik mexanizmi belə
işləyir: havadan daxil olan zərərli zərrəciklər
tənəffüs yollarının səthindəki nəmləndirici selik
təbəqəsi tərəfindən tutulur. Sonra silia adla-
nan kirpikciklər işə düşür. Tərkibində zərərli
maddələr olan seliyi kirpikciklər dəqiqədə 1
sm sürətlə udlağa doğru itələyir, daha sonra
öskürəklə xaric edilir və ya udularaq mədədəki
turşularla məhv edilir. Burada ümumi izah etdiy-
imiz bu proseslər, əslində, çox mürəkkəbdir. Belə
ki, milyonlarla kirpikciyin mütəşəkkil halda necə
hərəkət etdiyi və iş mexanizminin təfərrüatları
hələ tam məlum deyil. Selik təbəqəsi, selik
ifraz edən hüceyrələr və kirpikciklər mükəmməl
kimyəvi təmizləmə sistemi meydana gətirirlər.
Bu təmizləmə sistemi elə qüsursuz işləyir ki,
orqanizmimiz üçün nəyin lazımlı, nəyin təhlükəli
olduğunu dərhal müəyyən edir və lazımi
tədbirləri görür.
Burada açıq-aydın həqiqət var: burundakı
klima (hava tənzimləyici), təhlükəsizlik
və təmizləmə mexanizmləri mükəmməl
mühəndislik nümunələridir. Bu sistemlər
insanlar heç fərqində olmadan
Allah`ın ilhamı ilə fasiləsiz işləyir.
Biz gözlə görünməyən kirpikciklər
sayəsində bəzi xəstəliklərdən qo-
runuruq. Bunlar Allah`ın qüsur-
suz yaratma dəlillərindəndir.
Quran ayələrində bu həqiqət belə
bildirilmişdir:
... Həqiqətən, göylərdə və yerdə nə
varsa, Ona məxsusdur. Hər şey Ona
baş əyir. Göyləri və yeri icad edən
Odur. O, bir işi yaratmaq istədikdə ona
ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə
surəsi, 116-117)
İnsan isə bu möhtəşəm sənət
üzərində dərin-dərin düşünməli və
acizliyini, qulluq vəzifəsini qəbul
edərək hər şeyin yeganə hakimi
olan Allah`a təslim olmalıdır.
Nəfəs alarkən qarşılaşdığımız təhlükə
Dostları ilə paylaş: |