TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 



Coğrafi təbəqə 

coğrafi 


atmosferin aşağı qatı, yer qabığının yuxarı hissəsi, hidrosfer və biosferin bir-birinə nüfuz ederək sıx 

əlaqədə olduğu qat, Yerin ən mürəkkəb və daimi dəyişən təbəqəsidir. 



Coğrafi uzunluq 

coğrafi 


Yer səthində Başlanğıc (Qrinviç) meridiandan hər hansı bir nöqteyə qədər dərəcələrlə (paralel üzrə) 

olan məsafə (0° ilə 180° arasında) 



Coğrafiya 

coğrafi 


Yer kürəsinin təbiəti, əhalisi va təsərrüfatı haqqında elmlər sistemi 

Coğrafiya atlası 

coğrafi 


Müəyyən proqram üzrə tərtib edilmiş coğrafiya xəritələrinin məcmusu 

Curriculum  Vitae 

(CV) 

hüquqi 


Latın  dilindən  tərcümədə  curriculum  "qaçış,  yarış"  ,  vitae  isə  "həyat"  deməkdir.  Curriculum  Vitae 

(CV) isə "həyat yarışı" mənasını verir. İlk dəfə bu iki söz 1050-ci illərdə “curriculum vitae” olaraq 

istifadə edilmişdir. XX əsrin əvvəllərində qısaldılaraq CV olaraq deməyə başlanılmışdır. Azərbaycan 

dilindəki qarşılığı qarşılıq "tərcümeyi-hal" sözüdür. 



Cut 

coğrafi 


Tropik və subekvatorial bölgələrdə (xüsusen Cənubi Asiyada) becerilen lifli bitki 

Dağlıq Qarabağ 

coğrafi 


Azərbaycan  Respublikasının  qərb  bölgəsidir.  Ərazisi  4400  km

2

  (Şuşa,  Xankəndi,  Xocalı,  Əsgəran, 



Xocavənd, Ağdərə, Hadrut). Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.  

Dağlıq 

Qarabağ 

Muxtar Vilayəti 

tarixi 


Azərbaycan  SSR-in  dağlıq  Qarabağ  bölgəsində  1923-1991-ci  illərdə  mövcud  olmuş  inzibati  ərazi 

vahidi. 


Daimi mühərrik 

 

“Perpetium mobile” termodinamikanın 2-ci qanununu inkar edir. 



Daşaltı əməliyyatı 

tarixi 


Şuşa  yaxınlığında  yerləşən  Daşaltı  kəndinin  azad  edilməsi  məqsədi  1992-ci  il  25  yanvarda  axşam 

saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. 



De-fakto 

siyasi 


Dövləti, yaxud hökuməti tanıma formalarından biri 

Dehqan 

tarixi 


Orta Asiyada kəndli 

Dekabristlər 

tarixi 


Zadəgan inqilabçıları 

Deqradasiyaya 

coğrafi 


Torpaqların eroziyaya uğraması, şoranlaşması 

Demaqogiya 

siyasi 


Siyasi cəhətdən  geri qalmış  xalq kütlələrini  mümkün olan hər cür cəzbedici, lakin  yalançı vədlərlə, 

yaltaqlıqla aldatmaq üsulu. 



Demarkasiya xətti 

coğrafi 


(frans. demarkation - serhedayırma) Qonşu ölkələr arasında mübahisəli ərazini ayıran, xüsusi sazişə 

görə müvəqqəti təyin olunan xətt(sərhəd) 



Demilitarizasiya 

siyasi 


Bir dövlətə qoşun saxlamağı, hərbi sənaye yaratmağı, istehkamlar düzəltməyi qadağan etmək. 

Demokratik 

partlayış 

coğrafi 


Doğum sayının xeyli artması 

Demokratiya 

siyasi 


Yüksək səviyyədə inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv siyasi rejimdir 

və planetimizdə gündən günə geniş yayılmaqdadır. Məşhur amerikan politoloqu Samuel Xayzinqton 

qeyd  edir  ki,  19  əsrin  əvvəlində  başlamış  demokratikləşmənin  birinci  uzun  dalğası  1920-ci  ildə 

demokratiyanın  30  ölkədə  qələbəsi  ilə  nəticələnmişdir.  Sonrakı  dövrdə  avtoritarizmin  və  faşizmin 

yaranması 1942-ci ildə demokratik ölkələrin sayının 10-a qədər azalmasına səbəb olmuşdur. 

Demoqrafiya 

coğrafi 


Yer kürəsi əhalisinin təbii artımını, tərkibini (milli, yaş, cins), yerləşməsini və s. öyrənən elm sahəsi 

Denominasiya 

iqtisadi 

Köhnə  pul  nişanlarının  qəbul  edilmiş  nisbət  qaydasında  yenisi  ilə  əvəz  edilməsi,  pul  tədavülünün 

qaydaya  salınması  və  hesablaşmaların  asanlaşdırılması  məqsədilə  milli  pul  vahidinin  miqyas 

dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir. Mal və xidmətlərin qiymətləri, tariflər, 

əməkhaqqı,  pensiyalar, təqaüdlər, idarə  və  müəssisələrin balanslarında, bank  hesablarında  olan pul 

vəsaitlərinin qalığı da bu nisbətlə yenidən hesablanır. Müstəqil Azərbaycan Respublikasında 1992-ci 

və 2006-cı illərdə denominasiya həyata keçirilmişdir. 



Denonsasiya 

hüquqi 


Dövlətin bağladığı beynəlxalq müqavilədən imtina etməsi 

Denudasiya 

coğrafi 


Süxurların aşınıb-parçalanması və alçaq yerlərə aparılması prosesi 

Depozit 

iqtisadi 

Qabaqcadan ödəniş,  müəssisələrin, təşkilatların  və  ayrı-ayrı şəxslərin pul  məbləği (əmanət),  yaxud 

qiymətli kağızları 



Despot 

tarixi 


Qəddar hökmdar, zalım 

Determinizm 

siyasi 


Ərəbcə səbəbiyyət, bir-birini şərtləndirən anlamına gəlir. 

Devalvasiya 

iqtisadi 

Pul  vahidinin  ifadə  etdiyi  rəsmi  qızıl  tərkibinin  azalması,  yaxud  qanunu  əsasla  digər  ölkələrin 

valyutasına  görə  pul vahidinin  məzənnəsinin aşağı düşməsi. Məsələn  Azərbaycanda  2015-ci  ildəki 

34 faizlik devalvasiya 

De-yure 

siyasi 


Dövləti, yaxud hökuməti rəsmi tanıma 

Dəmiryol bərəsi 

coğrafi 


Dəmiryol qatarlarım dəniz və boğazlardan keçirən gəmi 

Dəmyə əkinçilik 

coğrafi 


Rütubetli iqlim şəraitində suvarılma olmadan aparılan əkinçilik 

Dəniz 

coğrafi 


Okeanın  bir  hissəsi  olan,  ondan  quru  və  ya  sualtı  astanalarla  ayrılan  su  hövzesi.  Mövqeyinə  görə 

daxili, kənar və adalararası denizlərə bölünür. 



Diffamasiya 

hüquqi 


(ing.  “defamation”)  Şərəf  və  ləyaqəti  alçaldaraq  təhqir  etmək,  kimisə  rüsvay  edən  həqiqi  və  ya 

uydurma xəbərlərin mətbuatda, xalq içində, kütləvi formada yayaraq biyabır etmək. 



Diktator 

siyasi 


Hədsiz hakimiyyətə malik olan və təkbaşına idarə edən şəxs 

Diskriminasiya 

coğrafi 


Ayrı-seçkilik.  qaralara  qarşı  diskriminasiya-rasizm,  irqçilik,  yəhudilərə  qarşı  diskriminiasiya-

antisemitizm,  mavilərə  qarşı  diskriminasiya  -homofobiya,  ermənilərə  qarşı  nifrət  olanda-

armyanofobiya, qadınlara qarşı diskriminasiya-seksizm 

Divident 

iqtisadi 

Gəlir, qazanc payı. Qoyduğu kapitala görə səhmdara nağd və ya səhm şəklində verilən qazanc payı. 

Hətta kompaniyanın vəziyyəti xarablaşdıqda belə, o öz keçmiş gəliri hesabına səhmdarlara dividend 

verməlidir. 

Dominant 

siyasi 


Başlıca ideya, bir şeyin əsas əlaməti   


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə