TermiNLƏRİN İzahli lüĞƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix24.04.2018
ölçüsü0,63 Mb.
#40001
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Tərtibçi: 

Elçin Cəfərov

, versiya 15.04 

müharibələr,  inqilablar,  nümayişlər  zamanı  öndə,  insanların  başı  üzərində  aparılan,  müxtəlif  rəsmi 

təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid 

olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl 

məna daşıyır. 



Bedlend 

coğrafi 


Yararsız torpaq sahələri 

Benilyüks ölkələri 

 

iqtisadi 

Belçika, Niderland, Lüksemburq adlannm bas hərflərinin birliyini əks etdirir. 

Qərbi  Avropanın  inkişaf  etmis  ölkələrini  (Belçika,  Niderland,  Lüksemburq,  Norveç,  İsveç, 

Danimarka,  İslandiya,  İspaniya,  Portuqaiiya,  İsveçrə,  Avstriya,  Yunanıstan,  Finlandiya,  İrlandiya, 

Malta) özündə birləsdirir. 



Bentos 

coğrafi 


(yun. benthos – dərinlik) Su hövzələrinin dibində yaşayan canlılar 

Berqştrix 

coğrafi 


(alm. berg  - dağ və ştrich – xətt) Topoqrafik xaritalarda horizontallara perpendikulyar çəkilən, səth 

sularının axın istiqamətini, yani hündürlüyün azalma istiqamətini göstərən qısa xətt 



Beşinci kolon 

siyasi 


Ölkə daxilində düşmənə işləyən xəyanətkar qüvvə. Faşist Franko Madridi dörd tərəfdən mühasirəyə 

alarkən  şəhərdəki  müdafiə  xuntası  onun  tərəfinə  keçir  və  məhz  həmin  qüvvə  beşinci  kolon  (dəstə) 

adlandırılır. 

Beynəlxalq 

miqrasiya 

coğrafi 


Emiqrasiya və immiqrasiyanın birliyi 

Beynəlxalq 

münasibətlər 

siyasi 


Siyasi  elmin  bir  qolu  olub,  beynəlxalq  sistemdə  dövlətlərin  bir-biri  ilə,  eləcə  də  beynəlxalq 

hökumətlərarası  təşkilatlar  (BHT),  transmilli  korporasiyalar  (TMK)  və  digər  qeyri-dövlət  aktorları 

ilə münasibətlərini öyrənir. 

Beynəlxalq 

təşkilatlar 

coğrafi 


BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO 

Bələdiyyə 

hüquqi 


Qanunla  müəyyən edilmiş ərazi hüdudları daxilində  yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin 

öz  mülkiyyəti,  yerli  büdcəsi  və  seçki  bələdiyyə  orqanları  olur  və  o,  Azərbaycan  Respublikası 

Konstitusiyası  ilə  və  bu  qanunla  səlahiyyətlərinə  aid  edilmiş  yerli  əhəmiyyətli  məsələləri  müstəqil 

surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. 



Bərzəx 

coğrafi 


İki quru sahəni birləşdirən və iki su hövzəsini ayıran nisbətən ensiz quru zolaq 

Bılina 

tarixi 


Tarixlə bağlı epik nəğmə 

Bioloji müxtəliflik  coğrafi 

Yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. 

Respublikada  rast  gələn  600  növ  endemik  bitkilərdən  168-i  Azərbaycan,  432  növü  isə  Qafqaz 

florasına  aiddir.  Azərbaycan  Respublikasının  "Qırmızı  kitabı"na  140  nadir  və  nəsli  kəsilmək 

təhlükəsi olan bitki növü daxil edilmişdir.  

Azərbaycan  ərazisində  faunanın  18  min  növü  qeydə  alınmışdır.  Müasir  Azərbaycan  faunası 

məməlilərin  97  növünü,  quşların  357,  balıqların  100-ə  yaxın,  amfibiya  və  reptiliyaların  67  növ  və 

yarımnövü, həşəratların 15 minə yaxın növünü əhatə edir. 

Azərbaycan  Respublikasının  "Qırmızı  kitabı"na  məməlilərin  14  (ceyran,  bəbir,  bezoar  keçisi,  dağ 

qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, 

qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap 

ilanı), həşəratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) 

daxil  edilmişdir.  Bioloji  növ  müxtəlifliyinin  əsas  səbəbi  regionun  geoloji  tarixi  və  müxtəlif  iqlim 

şəraitinin olmasıdır. 



Biosenoz 

coğrafi 


Müəyyən  mühit  məkanında  yaşayan  və  bir-biri  ilə  müxtəlif  əlaqələrdə  olan  bütün  canlıların  (bitki 

növləri, heyvanat aləmi, mikroorqanizmlər) məcmusu 



Biosfer 

coğrafi 


Yer kürəsində canlı həyatın yayıldığı sahə. 

Biosfer ozon səthinə kimi atmosferin bir hissəsi litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı və 

bütün  hidrosfer  daxildir.  Biosferin  ümumi  qalınlığı  40  km-ə  çata  bilər.  Biоsfеrdə  sərbəst  оksigеn 

qazı yarandıqdan sоnra bitki və hеyvanların yaşaması mümkün оlmuşdur. 



Biotop 

coğrafi 


Torpaq 

Birinci 

Dünya 

müharibəsi 

tarixi 


1914-1918-ci  illərdə  baş  vermiş,  bəşəriyyət  tarixində  İkinci  Dünya  müharibəsinə  qədərki  ən  böyük 

müharibə. Antanta ittifaqının qələbəsi ilə başa çatan müharibənin nəticəsi Osmanlı İmperiyasının və 

“Üçlər İttifaqına” daxil olan Avstriya-Macarıstanın süqutu, Rusiyada Fevral və Oktyabr üsyanlarına, 

Almaniyada isə Noyabr üsyanın baş verməsi olmuşdu. 



Birja 

iqtisadi 

Xüsusi ayrılmış yerdə müntəzəm fəaliyyət göstərən, qiymətli kağızları–səhmləri, standartlarla və ya 

nümunələrlə kütləvi-çoxişlənən malları (əmtəə birjası) alıb satan müəssisə. 



Bişkek protokolu 

tarixi 


1994-cü il mayın 12-də Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəsində atəşkəs elan 

olunub. Qarabağ konflikti tarixinə "Bişkek protokolu" adı ilə düşmüş razılaşma həmin gün qüvvəyə 

minib.  Bu,  indiyədək  bənzər  münaqişələr  tarixində  mövcud  olmuş  ən  uzunmüddətli  atəşkəs 

razılaşmasıdır. 



Biyar 

tarixi 


Kəndlinin feodal təsərrüfatda gördüyü bütün işlər 

Blankizm 

tarixi 


XIX əsrdə Fransa inqlabi hərəkatında Lui Oqüst Blankinin adı ilə bağlı cərəyan  

Bliskrik 

tarixi 


İldırımsürətili müharibə 

Boğaz 

coğrafi 


İki su hövzəsini birlaşdirən və iki quru sahəni bir- birindan ayıran nisbətən ensiz su zolağı 

Borçalı 

tarixi 


Gürcüstanın  cənub-şərqində  yerləşən  və  hazırda  Aşağı  Kartli  mxaresi  adlandırılan  inzibati  vahidin 

tarixi  adı.  Etimoloji  araşdırmalara  görə  Borçalı  toponiminin  "börü"  və  "çala"  sözlərinin 

birləşməsindən əmələ gəldiyi ehtimal edilir. Mənası "qurd çalası" və ya "qurd oylağı" deməkdir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə