Terapiya ixtisası üzrə nümunəvi test sualları 23. 09. 13 – cü IL tarixində əlavə edilmişdir.


) Qastroezofageal reflyuks xəstəliyi zamanı bronx - qida borusu sindromunun əmələgəlmə səbəbi hansıdır?



Yüklə 1,8 Mb.
səhifə5/15
tarix14.05.2018
ölçüsü1,8 Mb.
#44101
1   2   3   4   5   6   7   8   9   ...   15

264) Qastroezofageal reflyuks xəstəliyi zamanı bronx - qida borusu sindromunun əmələgəlmə səbəbi hansıdır?
A) Xəstəliyin uzun müddət davam etməsi

B) Mədə möhtəviyyatının tənəffüs yoluna requrqitasiyası

C) Disfagiya

D) İzafi bədən kütləsi

E) Qida borusunun spazmı
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
265) Kəskin kataral ezofagit hansı ağırlaşmanı verə bilər?
A) Kəskin qanaxma

B) Mikroqanaxma (diapedez)

C) Pnevmoniya

D) Stenoz

E) Perforasiya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
266) Qida borusunun distal hissəsinin xorasının genezində aşağıdakılardan hansı daha çox aparıcı rol oynayır?
A) Mədə möhtəviyyatının qida borusuna reflyuksu

B) Ezofagit

C) Regenerasiyanın pozulması

D) Seliyin müdafiə xüsusiyyətinin aşağı düşməsi

E) Mikrosirkulyasiyanın pozulması
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
267) Kardiyanın çatmazlığı zamanı çox rast gələn ağırlaşmalar hansıdır?
A) Laringit

B) Ezofagit

C) Qida borusunun divertikulu

D) Xronik bronxit

E) Xroniki pnevmoniya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
268) Vilson xəstəliyi zamanı hansı məhsullardan imtina etmək vacibdir?
A) Dəmir tərkibli məhsullardan

B) Kalsium tərkibli məhsullardan

C) Mis tərkibli məhsullardan

D) Karbohidrat tərkibli məhsullardan

E) Fosfor tərkibli məhsullardan
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
269) Vilson xəstəliyində hansı fermentin aktivliyinin azalması baş verir?
A) Katalazanın

B) Qələvi fosfatazanın

C) Qlutationperoksidazanın

D) Aminotransferazanın

E) Seruloplazminin
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
270) Sadalanan fermentlərin hansı misi 90% özünə birləşdirir?
A) Seruloplazmin

B) Katalaza

C) Qlutationperoksidaza

D) Aminotransferaza

E) Tripsin
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
271) Hansı xəstəlikdə qaraciyər hüceyrələrin apoptozu sürətlənir?
A) Vilson xəstəliyində

B) Reaktiv hepatitdə

C) Hepatozda

D) Kron xəstəliyində

E) Xolangitdə
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
272) Kayser – Fleyzer sindromu hansı xəstəlikdə aşkarlanır?
A) Hemolitik anemiyada

B) Hemoxromatozda

C) Badda – Kiari xəstəliyində

D) Vilson xəstəliyində

E) Jilber xəstəliyində
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
273) Qaraciyəraltı portal hipertenziya ilə nə nəticələnə bilər?
A) Birincili biliar sirroz

B) Bakterial xolangit

C) Dalaq damarının trombozu

D) Mesenterial damarların trombozu

E) Vilson xəstəliyini
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
274) Hansı patoloji vəziyyətdə qələvi fosfatazanın səviyyəsi normada qalır?
A) İnfeksion mononukleozda

B) Xolestazda

C) Qaraciyərə metastazlar

D) Virus hepatiti zamanı

E) Bakterial angioxolitdə
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
275) Parçalanmış hemoglobinin hansı hissəsindən birləşmiş bilirubin yaranır?
A) ferritindən

B) hemosiderindən

C) ikivalentli dəmirdən

D) qlobindən

E) hemin porfirin hissəsində
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
276) Hansı ferment selendən asılıdır?
A) Qlutationreduktaza

B) Superoksiddismutaza

C) Aaminotransferaza

D) Qələvi fosfataza

E) Qlutationperoksidaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
277) Xroniki pankreatində nəcisin xüsusiyyətləri hansılardır?
A) “qoyun qığı” kimi

B) “düyü həlimi” kimi

C) seliktəhər

D) az miqdarda

E) yağlı, çoxlu nəcis
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
278) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) proteoliz inhibitoru

B) qeyri - steroid iltihaba qarşı

C) immunomodulyator preparatlar

D) eubiotiklər

E) prebiotiklər
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
279) Hansı əlamət xolestaza aiddir?
A) “moruğlu” dil

B) tenezmlər

C) ksantomalar

D) “palmar” eritema

E) “damar ulduzları”
Ədəbiyyat: И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
280) Qastroezofaqal reflyuks xəstəliyinin inkişafında əsas əhəmiyət kəsb edən faktorlara hansı aid deyil?
A) Qida borusunun aşağı sfinkterinin boşalma epizodlarinin artması

B) Antireflyuks baryerinin azalması

C) Qida borusu klirensinin güclənməsi

D) Qida borusunun mədə reflyuktantından təmizlənmə qabiliyətinin azalması

E) Mədə daxili təzyiqin artması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
281) Qastroezofaqal reflyuks xəstəliyinin ağır hallarında hansı preparatların kombinasiyası daha səmərəlidir?
A) H2 - histamin blokatorları ilə antixelikobkter təsirlı preparatlar

B) Antasidlər və xolinolitiklər

C) Prokinetiklər və proton pompasının inhibitorları

D) Proton pompasının inhibitorları və antixelikobakter təsirli preparatlar

E) H2 - histamin blokatorları ilə prokinetiklər
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроентерология:Рукооволство для врачей. – М.: Медицинское информационное агентсвто, 2004. – 616 с
282) Qastritlərin hansı forması genetik olaraq mədə xorası və ağır formalı pernisioz anemiya ilə əlaqəlidir?
A) Antral qastrit

B) Atrofik fundal qastrit

C) Hipertrofik qastrit

D) Reflyuks-qastrit

E) Səti qastrit
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
283) Helicobacter pylorinin (HP) hansı əsas xüsusiyyəti onu mədənin turş mühitindən qoruyur?
A) Turş mühitdə aktivliyinin artması

B) Selikaltı qişada yerləşməsi

C) Ureaza aktivliyinə malik olması

D) Metaplaziyaya məruz qalmış epiteldə yerləşməsi

E) Mədənin pilorik şöbəsində yerləşməsi
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
284) Hiperprolaktenemiya fonunda keçən qastroezofaqal reflyuks xəstəliyinin kompleksli müalicəsində hansı preparatlar qrupu əks-göstərişdir?
A) Dofamin reseptorlarının antoqonistləri

B) Kalsium kanallarının antoqonistləri

C) H2-histamin reseptorlarının blokatorları

D) Sovrulan antasidlər

E) Asetilxolin aqonistləri
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
285) Aşağıdakı prokinetikləridən hansı öd kisəsinin hərəki aktivliyini gücləndirməklə yanaşı kardiovaskulyar patologiya zamanı proaritmogen təsir göstərir?
A) Sizaprid

B) Doprokin

C) Serukal

D) Motilium

E) Reqlan
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
286) Helikobakter infeksiyasının diaqnostikasında istifadə olunan üsullardan hansı qeyri-invazivdir?
A) Bakterioloji

B) Seroloji

C) Histoloji

D) Sitoloji

E) Ureaza
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
287) Preparatlar qrupunun biri xolelitolitik təsirə malikdir.
A) Amantan törəmələri

B) Dezoksixol turşusu törəmələri

C) Xoleretiklər

D) Asetilxolin aqonistləri

E) Dofamin reseptorlarının antoqonistləri
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
288) Helicobacter pylori infeksiyasında istifadə olunan antibakterial preparatlara hansı aid deyil?
A) Klaritromisin

B) Amikasin

C) Tetrasiklin

D) Tinidazol

E) Amoksisilin
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
289) Oddi sfinkterinin əsas funksiyalarına hansı aid deyil?
A) Duodenoqastral reflyuksun qarşısının alınması

B) Mədəaltı sekretin 12 barmaq bağırsağa axmasının tənzimlənməsi

C) 12 barmaq bağırsağa mötəviyatının ümumi öd axarına və pankreas axarına reflyuksu

D) Ödün öd kisəsində yığılması üçün şəraitin yaradılması

E) Ödün 12 barmaq bağırsağa axmasının tənzimlənməsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
290) Ahıl yaşlarında, bağırsağın hipotoniyası səbəbindən yaranan qəbizlikdə üstünlük hansı preparata verilir?
A) Laktuloza

B) Gənəgerçək yağı

C) Bisakodil

D) Sennade

E) Mebeverin
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
291) Sadalanan preparatlardan hansı ağrı sindromunun üstünlüyü ilə keçən bağırsağın qıcıqlanma sindromunda istifadə olunmur?
A) Dyuspatalin

B) Quttalaks

C) Buskopan

D) Disetel

E) No - şpa forte
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
292) Sadalananlardan hansı mədə və 12 - barmaq bağırsağın selikli qişasına sitoprotektiv təsir göstərir?
A) Solkoseril

B) Çaytikanı yağı

C) Sukralfat

D) Qastrosepin

E) Vikalin
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии(перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
293) 1-cili biliar sirrozun erkən əlamətinə aiddir:
A) Sarılıq

B) Splenomeqaliya

C) Dəri qaşınması

D) Assit


E) Varikoz genişlənmiş venalar
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
294) Mellori-Veys sindromunun inkişafına gətirib çıxara bilər:
A) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı

B) Qıcıqlanmış yoğun bağırsaq sindromu

C) Qeyri-steroid iltihab əleyhinə preparatların istifadə edilməsi

D) Alkoqolla zəhərlənmə

E) Malabsorbsiya sindromu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
295) 22 yaşlı şəxsdə çoxlu miqdarda alkoqol qəbulundan sonra al qan qarışıqlı qusmalar baş vermişdir. Daha böyük ehtimalla diaqnoz hansıdır?
A) Qida borusunun varikoz genişlənmiş venalarından qanaxma

B) Mellori - Veys sindromu

C) Qanaxma ilə fəsadlaşmış kəskin eroziv qastrit

D) Qanaxma ilə fəsadlaşmış kəskin mədə xorası

E) Qida borusu xərçəngi, qida borusu qanaxması
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
296) Aşağıdakı simptomlardan hansı qastroezofageal reflüks xəstəliyinin əlamətlərinə aid deyil ?
A) Ağızdan xoşagəlməz qoxunun gəlməsi

B) Ürəkbulanma

C) Disfagiya

D) Qıcqırma

E) Dad hissiyyatının pozulması
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр
297) Assitin patogenizində aşağıdakılardan hansı düzgün deyil?
A) Orqanizmdə Na və suyun ləngiməsi

B) Hipoaldosteronemiya

C) Hipoproteinemiya

D) Qaraciyər sinusoidləri daxilində təzyiqin artması

E) Renin- angiotenziv sisteminin aktivləşməsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
298) 45 yaşlı kişinin dərisi insolyasiya olmadığı halda bürünc rəngdə olmuşdur. Müayinə zamanı palpator olaraq sərt qaraciyər və dalaq müəyyən edilmişdir. Hiperqlikemiya, aritmiya vardır. Daha çox ehtimal olunan diaqnozunuz:
A) Vilson xəstəliyi

B) Hemoxromatoz

C) Xroniki alkoqolizm

D) Badda- Kiari sindromu

E) Jilber sndromu
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
299) Qaraciyər çatışmazlığı üçün aşağıdakılardan hansı xarakter deyil:
A) Hipokoaqulyasiya

B) Hiperxolesterinemiya

C) Karbohidrat mübadiləsinin pozulması

D) Hipoalbuminemiya

E) Qanda aromatik amin turşularının artması
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
300) Aşağıdakılardan hansı xora maliqnizasiyasının tipik əlamətinə aid deyil?
A) qıcqırma

B) arıqlama

C) qidaya qarşı ikrah hissi

D) iştahanın azalması

E) anemiya
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
301) Xolanqitin əsas kliniki simptomları hansıdır?
A) sarılıq, leykositoz, qaraciyərin böyüməsi

B) tündləşmiş sidik

C) rəngsizləşmiş nəcis

D) yağlı qida qəbulu zamanı sağ qabırğaaltı nahiyyədə ağrı

E) sağ qabırğaltı nahiyyədə ağrılar sarılıq ilə birgə
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
302) Xroniki xolesistitdə ağrının xarakterik irradiasiyası hansıdır?
A) aralığa

B) sağ çiyinə və sağ qola

C) cinsi orqanlara

D) sağ bud nahiyəsinə

E) sol çiyinə və sol qola
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
303) Enterokolitin müalicəsində istifadə olunan prinsiplər hansıdır?
A) pəhriz 1, xolinolitiklər, antasidlər

B) pəhriz 4, qısa kurs antibiotiklər, poliferment preparatlar

C) pəhriz 5, spazmolitiklər, antasidlər

D) pəhriz 1, novokain, anesteziya

E) pəhriz 5, öd qovucu, antibiotiklər
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
304) Xroniki kolit sindromu üçün nə xarakterikdir?
A) Nəcisdə qanın olması

B) Nəcisin az miqdarda olması

C) Nəcisdə neytral yağların çox miqdarda olması

D) Meteorizm

E) Koproqramda həzm olunmamış əzələ liflərinin olması
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
305) Xroniki enteritdə nəcis nə ilə xarakterizə olunur?
A) Diareyanın olması

B) Yeməkdən sonra dərhal tenezmlərin olması

C) Melenanın olması

D) Bərk, az miqdarda nəcisin olması

E) Nəcisdə az miqdarda seliyin olması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
306) Xroniki enterit zamanı koproqrammanın təsvirində hansı əlamət xarakterik deyil?
A) amiloreya

B) həzm olunmamış qida hissəcikləri

C) steatoreya

D) qan


E) kreatoreya
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
307) Hansı xəstəlik üçün malabsorbsiya və maldiqestiya sindromları xarakterikdir?
A) Orta və ağır gedişli xroniki enterit

B) Xroniki qastrit

C) Yüngül gedişli xroniki enterit

D) Müxtəlif gedişli xroniki enterit

E) Xroniki kolit
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
308) Xroniki enterit üçün hansı simptom xarakterik deyil?
A) Meteorizm

B) Əsasən sol qabırğaltı nahiyyədə ağrı

C) Çox miqdarda lakin tezləşməmiş defekasiya

D) Göbək ətrafı agrılar

E) Bədən çəkisinin azalması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
309) Bağırsağın hansı hissəsində divardaxili həzm prosesi baş verir?
A) Yoğun bağırsağın proksimal hissəsi

B) Siqmayabənzər bağırsaq

C) Nazik bağırsaq

D) Yoğun bağırsağın distal hissəsi

E) Bütün yoğun bağırsaq
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
310) Xroniki enterit və kolitin ən tez rast gəlinən səbəbi hansıdır?
A) qida allergiyası

B) disbakterioz, helmintozlar

C) kəskin alkoqol intoksikasiya

D) kəskin və yağlı qidalanma

E) ağır metalların duzları ilə xroniki zəhərlənmə
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
311) Hansı helmintozlarda ağciyərlərdə eozinofil infiltratların inkişafı baş verir?
A) sistiserkoz

B) difillobotrioz

C) enterobioz

D) askaridoz

E) tenioz
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
312) Çiy ətin istifadəsi zamanı hansı helmint ilə yoluxma baş verir?
A) alveokokk

B) askarida

C) trixinella

D) lentşəkilli qurd

E) bıj qurd
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
313) Aşağıda sadalanlardan hansı portal traktın tərkib hissəsinə aid deyil?
A) limfatik damar

B) qaraciyər arteriyası

C) öd axacağı

D) qapı venasının şaxəsi

E) sinir ucları
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
314) Lipaza harada sintez olunur?
A) mədəaltı vəzi

B) ağız boşluğu

C) qida borusu

D) 12 barmaq bağırsaq

E) yoğun bağırsaq
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
315) Sağlam insanda sutkada nə qədər mədə şirəsi ifraz olunur?
A) 5, 0 l - dən çox

B) 2, 5 - l -dən çox

C) 0, 5 - 1, 5 l

D) 1, 5 - 2, 5 l qədər

E) 0, 5 l - ə qədər
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
316) Mədədə Kaslın daxili amili nə üçün lazımdır?
A) zülalların parçalanması üçün

B) piylərin parçalanması üçün

C) pepsinogenin aktivləşməsi üçün

D) vitamin B12 sorulması üçün

E) qastrin hormonun sintez olunması üçün
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
317) Qastrin hormonu hansı prosesi stimulyasiya edir?
A) Ödün həddən artıq sekresiyasını

B) Mədə şirəsinin həddən artıq sekresiyasını

C) Ağız suyunun həddən artıq sekresiyasını

D) Mədəaltı vəzi şirəsinin həddən artıq sekresiyasını

E) Bağırsaq şirəsinin həddən artıq sekresiyasını
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
318) Sağlam şəxsdə qaraciyərin çəkisi nə qədərdir?
A) 0,5 - 1 kq

B) 2,5 - 3 kq

C) 2 - 2,5 kq

D) 1,5 - 2 kq

E) 1 - 1,5 kq
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
319) Öd kisəsinin tutumu nə qədərdir?
A) 50 - 70 ml

B) 90 ml - 100 ml

C) 70 - 90 ml

D) 10 - 30 ml

E) 30 - 70 ml
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
320) Mədənin həcmi nə qədərdir?
A) 0,5-1 l

B) 4,5 l


C) 3,3 l

D) 5 l


E) 2,1 l
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
321) Sekretin hormonu hansı şirənin sekresiyasını stimulyasiya edir?
A) Ödün

B) Bağırsaq şirəsinin

C) Mədə şirəsinin

D) Mədəaltı vəzi şirəsinin

E) Ağız suyunun
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
322) Enterokinaza hansı şirənin spesifik fermenti hesab olunur?
A) Mədəaltı vəzi şirəsinin

B) Ödün


C) Bağırsağın

D) Mədə şirəsinin

E) Ağız suyunun
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
323) Nə üçün antibiotiklərin qəbulundan sonra südturşulu məhsulların istifadəsi məsləhət görülür?
A) Antibiotiklərin təsirini gücləndirir

B) Saprofit bakteriyaların sayını azaldır

C) Patogen bakteriyaların təsirini gücləndirir

D) Bağırsaqda bakterial floranı bərpa edir

E) Antibiotiklərin təsirini zəiflədir
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
324) Peptidaza fermenti aşağıda sadalanların hansının tərkibinə daxildir?
A) ağız suyunun

B) mədəaltı vəzi şirəsinin

C) mədə şirəsinin

D) bağırsaq şirəsinin

E) ödün
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
325) Mədəaltı vəzi hansı fəqərə səviyyəsində yerləşir?
A) 12 döş və 1 bel fəqərələri səviyyəsində

B) 9 - 10 döş fəqərələri səviyyəsində

C) 1 - 2 bel fəqərələri səviyyəsində

D) 11 - 12 döş fəqərələri səviyyəsində

E) 3 - 4 bel fəqərələri səviyyəsində
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
326) Mukovissidozun ən mühüm laborator – diaqnostik testi hansıdır?
A) Nəcisdə piy damlalarının miqdarı

B) Qanın amilazası

C) Nəcisdə amin turşularının miqdarı

D) Tərdə olan elektrolitləri yoxlamaq

E) Sidik sindromu
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
327) Yüngül və orta ağırlıqlı qeyri - spesifik xoralı kolit zamanı seçim dərman vasitəsi hansıdır?
A) Levomisentin

B) Sulfosalazin, mesalazin

C) Kortikosteroidlər

D) Ampisillin

E) Ftalazol
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
328) Kron xəstəliyinin patogenetik müalicəsində nədən istifadə edilir?
A) Nitrofuranlar

B) Pəhriz

C) Vitaminoterapiya

D) Probiotiklər

E) Steroid hormonlar
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
329) Xoranın perforasiyasını təsdiq edir.
A) Qarnın aşağı nahiyyəsində kəskin ağrılar

B) Arterial qan təzyiqinin yüksəlməsi

C) Meteorizm

D) Diafraqmanın sağ qübbəsi altında rentgenoloji müayinə nəticəsində müəyyən edilmiş qaz toplanması

E) Durmadan artan anemiya
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
330) Mukovissidoz zamanı ən mühüm laborator – diaqnostik test hansıdır?
A) Nəcisdə piy damlalarının miqdarının təyini

B) Tərdə olan elektrolitlərin təyini

C) Qanda amilazanın təyini

D) Nəcisdə amin turşularının miqdarının təyini

E) Sidik sindromunun təyini
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə