Terapiya ixtisası üzrə nümunəvi test sualları 23. 09. 13 – cü IL tarixində əlavə edilmişdir.


) Mezenterial arteriyaların tromboemboliyasında təcili yardım həkiminin taktikası necədir?



Yüklə 1,8 Mb.
səhifə8/15
tarix14.05.2018
ölçüsü1,8 Mb.
#44101
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

472) Mezenterial arteriyaların tromboemboliyasında təcili yardım həkiminin taktikası necədir?
A) Yuxarı ətraflara turna qoymaq

B) Aşağı ətraflara turna qoymaq

C) İmalə etmək

D) Təcili hospitalizasiya

E) Qusmanın stimulyasiyası
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
473) Döş qəfəsində bağırsaq küylərinin eşidilməsi nəyin əlamətidir?
A) Diafraqmanın cırılması

B) Sidik kisəsinin cırılması

C) Assit

D) Uretrada qanın olması

E) Bağırsaq keçməzliyi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
474) İntraabdominal mayeni və orqanın parçalanmasını hansı müayinə aşkar edir?
A) Elektronsefaloqrafiya

B) Plazmaferez

C) Ultrasəs

D) Dializ

E) Exoqrafiya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
475) Nitroqliserinlə infuzion terapiya zamanı baş verən hipotenziyada ilk yardım hansıdır?
A) Qlükokortikoidlərin istifadəsi

B) İnfuziyanı dayandırmaq və xəstənin ayaqlarını yuxarı qaldıraraq uzandırmaq

C) Vazopressorların istifadəsi

D) Polyar qarışığın istifadəsi

E) Adrenalinin istifadəsi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
476) Ürəyin tamponadası üçün nə xarakterik deyil?
A) Taxikardiya

B) Ürəyin mütləq kütlüyünün genişlənməsi

C) Üzün və boyunun dərisinin sianozu

D) Boyunun dərialtı venasının şişməsi

E) Arterial təzyiqin kəskin qalxması
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
477) Ürəyin qapalı masajının aparılmasının əsas qaydalarına aid olmayan hansıdır?
A) Döş qəfəsinə edilən təzyiqin dərinliyi 4 - 6 sm olmalıdır

B) Xəstə bərk səth üzərində horizontal uzanmalıdır

C) Reanimatoloq xəstənin istənilən tərəfində dura bilər

D) Massajın tezliyi bir dəqiqədə 80 - 100 olmalıdır

E) Xəstə yumşaq səth üzərində uzanmalıdır
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
478) Hansı halda atropinin işlədilməsi əks göstərişdir?
A) Bradikardiya

B) Bronxial astma

C) Öd daşı xəstəliyi

D) Miokard infarktı

E) Qlaukoma
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
479) Kəllə - beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə səbəb olur?
A) İmmun sistemi aşağı salır

B) Hiperqlikemiyaya səbəb olur

C) Mədə-bagırsaq qanaxmalarını artırır

D) Beyin ödemini azaldır

E) İrinli fəsadların inkişafına səbəb olur
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
480) Baş beyinin silkələnməsində huşun itirilməsi nə qədər davam edir?
A) 1 sutkadan çox

B) 1saatdan çox

C) 1 saata qədər

D) 10 dəqiqəyə qədər

E) Bir neçə saat
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
481) Baş beyinin silkələnməsində stasionarda qalma müddəti nə qədərdir?
A) 1 ay

B) 14 gün

C) 3 gün

D) 7 gün


E) Ambulatar müalicə
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
482) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

B) Yuxarı ətrafların reovozoqrafiyası

C) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

D) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya

E) Yuxarı ətrafların assiloqrafiyası
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
483) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Kosmetik defektə görə şikayətlənmək

B) Ağrı hiss etməsinə görə şikayətlənmək

C) Yerli trofiki dəyişiklik

D) Bütün sadalananlar

E) Dərialtlı venaların böyüməsi, günün axırında ödem və piqmentasiyanın meydana çıxması
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
484) Zenker divertikulu nədir?
A) Udlaq - qida borusu divertikulu

B) Qida borusunun epifrenal divertikulu

C) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu

D) Mədənin fundal hissəsinin divertikulu

E) Qida borusunun abdominal hissəsinin divertikulu
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
485) Dempinq - sindrom zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Angioqrafiya

B) Fibroqastroduodenoskopiya

C) PH-metriya

D) USM


E) Kontrastla rentgen müayinə
Ədəbiyyat: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
486) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur?
A) Göbək nahiyəsində ağrılardan və qucmadan

B) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin stenokardiya,xora xəstəliyi və qastritə oxşamasından

C) Xəncərvari çıxıntının altında yerinə düzələn şişkinlik olur və ağrı olmur

D) Sağ qabırğaaltı nahiyədə ağrılardan və qusmadan

E) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin öddaşı və xroniki pankreatitə oxşamasından
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
487) Ağ xətt yırtığına ən çox hansı nahiyədə təsadüf edilir?
A) Hipoqastral hahiyədə

B) Epiqastral hahiyədə

C) Mezoqastral hahiyədə

D) Eyni dərəcədə epiqastral və mezoqastral hahiyədə

E) Eyni dərəcədə mezoqastral və hipoqastral hahiyədə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
488) Qaraciyər exinokokkozu diaqnozunun qoyulmasında hansı müayinə daha informativdir?
A) Peroral xolesistoqrafiya

B) İcmal rentgenoskopiya

C) Qanın ümumi müayinəsi

D) Ultrasəs müayinəsi

E) Fibroqastroduodenoskopiya
Ədəbiyyat: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
489) Exinokokkla xəstəni əməliyyat etmək mümkün olmazsa hansı preparat istifadə olunur?
A) Xinin

B) Mebendazol

C) Piperazin

D) Klindamisin

E) Vibramisin
Ədəbiyyat: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
490) Exinokokk ən çox hansı orqanda inkişaf edir?
A) Qaraciyər,ağciyər və dalaqda

B) Ağciyər və böyrəklərdə

C) Bağırsaqda,uşaqlıqda,öd kisəsində

D) Qaraciyər və bağırsaqlarda

E) Uşaqlıq və dalaqda
Ədəbiyyat: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
491) Aşağıda sadalanan hallardan hansı portal hipertenziyaya aid deyil?
A) Splenomeqaliya

B) Qida borusu venalarının genəlməsi

C) Hepatomeqaliya

D) Dərialtı kollateralların inkişafı, venaların varikoz genəlməsi

E) Assit
Ədəbiyyat: Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
492) Portal hipertenziyanın diaqnozunun qoyulmasında əsas üsul hansıdır?
A) Ezafaqoqastroduodenoskopiya

B) Splenomanometriya

C) Portohepatoqrafiya

D) Qida borusu və mədənin rentgenskopiyası

E) Hepatomanometriya
Ədəbiyyat: Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
493) Kəskin appendisit diaqnozu ilə uzanmış uşağın yataqda vəziyyəti hansıdır?
A) Sağ böyrü üstə ayağını qarnına sıxaraq

B) Sol böyrü üstə

C) Oturaq vəziyyətdə

D) Qarnı üstə

E) Arxası üstə
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
494) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?
A) Hərarətin yüksəlməsi

B) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması

C) Kəskin ağrı

D) Xayalığın hiperemiyası

E) Ümumi vəziyyətin pisləşməsi
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с
495) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olduqda ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?
A) Koprostaz

B) Ginekoloji hər hansı bir xəstəlik

C) Böyrək daşı

D) Kəskin appendisit

E) Plevrit
Ədəbiyyat: Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с
496) Aşağı ətraf venalarının qapaq çatışmazlığını müəyyən etmək üçün aşağıda göstərilən sınaqlardan hansı ən çox informativdir?
A) Reovazoqrafiya

B) Fleboqrafiya

C) Delbe - Pertes sınağı

D) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)

E) Doppleroqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
497) Mədə qanaxmalarına şübhə olduqda məsləhət görülən müayinə hansıdır?
A) Laporoskopiya

B) Mədənin rentgenskopiyası

C) Qarın boşluğunun icmal rentgenskopiyası

D) Təcili fibroqastroduodenoskopiya

E) Angioqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
498) Qadınlarda kəskin pankreatitin inkişafının əsas səbəbləri hansılardır?
A) Hamiləlik

B) Xroniki xolesistit

C) Kortikosteroidlərin istifadəsi

D) Qaraciyər sirrozu

E) Qarının travması
Ədəbiyyat: Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
499) Kəskin daxili qanaxmalarda ilk laborator dəyişikliklər qanın aşağıda göstərilən hansı parametrlərində olur?
A) Qanın oksigenlə doyma dərəcəsində

B) Arterial qanın Ph və PCO2

C) Leykoformulada

D) Hemoqlobinin və hematokritin səviyyəsində

E) Eritrositlərin çökmə sürətində
Ədəbiyyat: Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
500) II qan qrupuna malik xəstəyə təcili plazma köçürülməlidir. Hansını köçürtmək olar?
A) İstəlinən qrup qan plazmasını

B) Ancaq öz qrupunun

C) IV qrup

D) III qrup

E) I qrup
Ədəbiyyat: Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
501) Anafilaktik şokda təxirəsalınmaz yardım kimi hansı daha çox effektivdir?
A) Kalsium xlorid

B) Noradrenalin

C) Adrenalin, Prednizolon

D) Aminokapron turşusu

E) Dimedrol
Ədəbiyyat: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
502) Qlükozanın izotonik məhlulu hansı hesab olunur?
A) 10 %

B) 4, 2 %

C) 5 %

D) 3 %


E) 0, 8 %
Ədəbiyyat: Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
503) Plazma əvəzedici kimi hansı daha çox effektlidir?
A) Jelatin, plazma

B) Fizioloji məhlul

C) Dekstran, plazma

D) Plazma, ringer - laktat

E) Ringer - laktat, kristalloid
Ədəbiyyat: Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с
504) Tromb əmələgəlmə ehtimalına nə təsir etmir?
A) Fibrinolitik aktivliyin yuxarı olması

B) Fibrinolitik aktivlik yuxarı olması, yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər

C) Fibrinolitik aktivliyin yuxarı olması, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

D) Fibrinolitik aktivliyin yuxarı olması, yanıqlar, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

E) Yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с
505) Qida borusu zədələnməsinin daha çox rast gəlinən səbəbi hansıdır?
A) Endoskopiya

B) Traxeostomiya

C) Narkoz zamanı traxeyanı intubasiya edərkən

D) Yad cisim

E) Spontan cırılmada
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
506) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?
A) İsti su

B) Fosfor preparatı

C) Spirt

D) Qələvi məhlulu

E) Turşu məhlulu
Ədəbiyyat: Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
507) Normada plevral boşluqda hansı təzyiq müşahidə edilir?
A) 0 – a bərabər

B) Atmosfer təzyiqindən bir qədər yuxarı təzyiq

C) Atmosfer təzyiqinə bərabər

D) Mənfi


E) Atmosfer təzyiqdən bir qədər aşağı təzyiq
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
508) Traxeostomiyanın traxeotomiyadan fərqi nədir?
A) Traxeyanın kəsilmə üsulu

B) Traxeyaya cərrahi yaxınlaşmanın həyata keçirilməsi

C) Həyata keçirilməsinə göstəriş

D) Traxeya mənfəzinə kanyulanın yeridilməsi

E) Həyata keçirilməsinin müddəti
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
509) Qanhayxırma nədir?
A) Sutka ərzində 300 ml - ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması

B) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması

C) Bəlğəmlə təmiz halda 50 ml - ə qədər qanın xaric olması

D) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu

E) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
510) Böyüklərdəvə 8 yaşdan yuxarı uşaqlarda ürək - ağciyər reanimasiyası zamanı ürəyin qapalı masajı : ventilyasiya nisbəti necə olmalıdır?
A) 15 : 2

B) 15 : 1

C) 3 : 1

D) 30 : 2

E) 10 : 1
Ədəbiyyat: American Health Association Guidelines CPR ECC 2010
511) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?
A) Hərarətin qalxması

B) Dərinin hiperemiyası və vena gedişi boyu ödem

C) Palpasiyada kəskin ağrı

D) Lokal ağrı

E) Distal ödem
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
512) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?
A) Dil - udlaq siniri

B) Diafraqmal sinir

C) Azan sinir

D) Dilaltı sinir

E) Blokabənzər sinir
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
513) Ürəyin ön səthində sağ və sol mədəciklərinin sərhəddini təşkil edən boylama şırımdan nə keçir?
A) Sol tac arteriya

B) Sağ tac arteriyanın orta şaxəsi

C) Sol tac arteriyanın enən şaxəsi

D) Ürəyin böyük venası

E) Sağ tac arteriya
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с
514) Kis - Flek sinus - qulaqcıq düyünü harda yerləşir?
A) Qulaqcıqarası arakəsmədə

B) Sağ qulaqcığın divarında epikardın altında sağ qulaqcıq və yuxarı boş vena arasında

C) Aşağı boş venanın açıldığı yerdən sola sağ qulaqcıq miokardında

D) Hamısı düzdür

E) Sağ qulaqcığın girəcəyində
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
515) Qulaqcıq - mədəcik düyünü ( Aşof - Tavar ) harada yerləşir?
A) Sağ mədəciyin miokardında

B) Sağ mədəcik - qulaqcıq dəliyinindən dorzal tərəfdə

C) Sol qulaqcığın miokardında

D) Sol mədəciyin miokardında

E) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
516) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?
A) Mədənin kontrast rentgenoskopiyası

B) Fibroqastroskopiya

C) Hemoqlobin və hematokritin təyini

D) Nəcisin gizli qana görə müayinəsi

E) Mədə şirəsinin gizli qan görə müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
517) Mədə və ya 12 - barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?
A) Epiqastral güclü ağrılar

B) Leykositozun 15000 qədər yüksəlməsi

C) Sklera və dəri örtüyünün yüngül sarılığı

D) Bel nahiyəsində ağrı

E) Taxta qarın
Ədəbiyyat: Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
518) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?
A) Qarın boşluğu eksudatı

B) Limfa


C) Sidik

D) Venoz qan

E) Arterial qan
Ədəbiyyat: Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
519) Kəskin pankreatitin kişilərdə əsas inkişaf səbəbləri hansıdır?
A) Xroniki xolesistit

B) Qaraciyər sirrozu

C) Kortikosteroidlərin istifadəsi

D) Alkoqolizm

E) Qarnın travması
Ədəbiyyat: Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
520) Peritonitlə xəstələrdə aparıcı müalicə üsulunu hansı təşkil edir?
A) Bağırsaq parezi ilə mübarizə

B) Rasional antibiotikoterapiya

C) Dezintoksikasion müalicə

D) Cərrahi müdaxilə

E) Tənəffüs pozğunluğu səbəblərinin aradan qaldırılması
Ədəbiyyat: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
521) Öd daşı xəstəliyinin rasional müalicəsi hansıdır?
A) Cərrahi

B) Mineral sularla müalicə

C) Sanator - kurort

D) Dietik

E) Medikamentoz
Ədəbiyyat: Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
522) Su - elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?
A) Bitişmə mənşəli bağırsaq keçməzliyində

B) Spastik bağırsaq keçməzliyində

C) Paralitik bağırsaq keçməzliyində

D) Obturasion bağırsaq keçməzliyində

E) Stranqulyasion bağırsaq keçməzliyində
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
523) Mil sümüyünün tipik yerdə sınığı zamanı immobilizasiya məqsədilə nə istifadə olunur?
A) Dirsək oynağına qədər dairəvi gips sargısı

B) Kənarı gips langeti

C) Ovuc gips langeti

D) Bayır və ovuc gips langeti

E) Bazunun aşağı 1 / 3 - nə qədər dairəvi gips sarğısı
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
524) Hemorroidal qanaxma defekasiya aktı zamanı nə ilə xarakterizə olunur?
A) Melena ilə

B) Nəcisin üstündə al qan ilə

C) Laxtalarla birgə al qan ilə

D) Nəcisdə qan və selik qarışığı ilə

E) Laxtalarla birgə tünd qan ilə
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
525) Qida borusunun xərçənginin ən xarakter əlamətləri hansıdır?
A) Disfagiya

B) Döş sümüyü arxasında ağrılar

C) Ürəkbulanma

D) Ağız suyunun axması

E) Qusma
Ədəbiyyat: Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с
526) Kəskin kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatlar təyin edilməməlidir?
A) Albumin

B) Laziks

C) Qlükokortikoidlər

D) Mannitol

E) Kontrikal
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
527) Baş beyinin silkələnməsinə nə aiddir?
A) Subaraxnoidal qanaxma ilə travma

B) Orta kəllə - beyin travması

C) Ağır dərəcəli kəllə - beyin travması

D) Kəllə sümüklərinin zədələnməsi liə travma

E) Yüngül dərəcəli kəllə - beyin travması
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
528) Reyno xəstəliyi üçün hansı xarakterikdir?
A) Yuxarı ətrafın barmaqlarında yuxarı temperatur nəticəsində ağrı və keyimə

B) Aşağı ətrafda, əsasən barmaqlarda yeriş zamanı ağrılar

C) Qeyd olunanların hamısı

D) Yuxarı ətrafın barmaqlarında aşağı temperatur nəticəsində artan ağrı və keyimə

E) Aşağı ətrafda aşağı temperatur zamanı ağrılar
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
529) Qida borusunun yad cismi zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Fibroezofaqoqastroskopiya

B) USM


C) Ezofaqomanometriya

D) Rentgenoqrafiya

E) PH - metriya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
530) Reflüks - ezofagitin əmələ gəlməsinə səbəb olan hansıdır?
A) Kardiyanın xalaziyası nəticəsində mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri

B) Qida borusunun epifrenal divertikulu

C) Diafraqmanın qida borusu dəliyinin daralması

D) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi

E) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
531) Reflüks - ezofagitin diaqnostikası zamanı hansı üsul informativ deyil?
A) USM

B) PH - metriya

C) Fibroezofaqoqastroduodenoskopiya

D) Kontrast rentgenqrafiya

E) Ezofaqomanometriya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
532) Diafraqmanın relaksasiyasının diaqnostikası zamanı ən informativ üsul hansıdır?
A) USM

B) PH - metriya

C) Ezofaqomanometriya

D) Rentgen müayinə

E) Fibroezofaqoqastroduodenoskopiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
533) Kəskin daşsız xolesistitin rasional müalicəsi hansıdır?
A) Dietik

B) Sanator - kurort

C) Mineral sularla müalicə

D) Cərrahi

E) Medikamentoz
Ədəbiyyat: Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
534) Bəlğəmdə hematoidin kristalları nə vaxt aşkar edilir?
A) Ağciyər qanqrenasında

B) Bronxitdə

C) Bronxial astmada

D) Krupoz pnevmoniyada

E) Bronxopnevmoniyada
Ədəbiyyat: Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
535) Ağız suyu vəziləri hansı fermenti ifraz edir?
A) Lipaza

B) Pepsin

C) Maltaza

D) Amilaza

E) Enterokinaza
Ədəbiyyat: Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə