Terapiya ixtisası üzrə nümunəvi test sualları 23. 09. 13 – cü IL tarixində əlavə edilmişdir.


) Beyin qan dövranının kəskin pozulması güman edilən xəstənin stasionara çatdırılmasının optimal müddəti nə qədərdir?



Yüklə 1,8 Mb.
səhifə15/15
tarix14.05.2018
ölçüsü1,8 Mb.
#44101
1   ...   7   8   9   10   11   12   13   14   15

935) Beyin qan dövranının kəskin pozulması güman edilən xəstənin stasionara çatdırılmasının optimal müddəti nə qədərdir?
A) İlk 2 saat

B) 4 saatdan sonra

C) 3 saat

D) 3, 5 saatdan sonra

E) 2 saatdan sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 22
936) İnsultlu xəstələrdə bədən temperaturu hansı dərəcədə olduqda temperaturu aşağı salınmalıdır?
A) 36,80

B) 37 0


C) ≥37,5 0

D) 37,3 0

E) 37,1 0
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
937) İnsultun başlanmasından 24 - 48 saat ərzində təyin edilən aspirinin başlanğıc dozasını göstərin:
A) 50 mq

B) 650 mq

C) 250 mq

D) 100 mq

E) 325 mq
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 26
938) İnsultdan sonra pulmonar emboliya və dərin venaların trombozunun qarşısını almağa yönəldilmiş tədbirlər planına hansı aid deyil?
A) Erkən rehidratasiya

B) Elastiki corablardan istifadə

C) Xəstənin erkən mobilizasiyası

D) Ayaqlara aşağı vəziyyət vermək

E) Antitrombotik preparatların təyini
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 34
939) Şəkərli diabetli xəstələrdə insult riskini azaltmaq məqsədilə qan təzyiqi hansı səviyyədə saxlanılmalıdır?
A) 140 / 90 mm.c.st

B) 150/100 mm.c.st

C) < 130 / 80 mm.c.st

D) > 169 / 90 mm.c.st

E) 135 / 85 mm.c.st
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
940) Qanda xolesterinin səviyyəsi yüksək olan xəstələr hansı qrupa aid preparatları qəbul etməlidirlər?
A) Aminoqlikozidlər

B) Statinlər

C) Qlükokortikoidlər

D) Adremomimetiklər

E) Makrolidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 11
941) Kaptopril hansı qrup preparatlara aiddir?
A) Metilksantinlərə

B) AÇF inhibitorlarına

C) Ftorxinolonlara

D) Qlükokortikoidlərə

E) β adrenoblokatorlar
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
942) Aşağıdakı preparatlardan hansı AÇF inhibitorlarına (angiotenzin çevirici fermentin) aiddir?
A) Nifedipin

B) Bromkriptin

C) İndapamid

D) Perindopril

E) Hipotiazid
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
943) Etamzilat hansı qrup preparatlara aiddir?
A) Prokoaqulyantlara

B) Statinləri

C) Ca antoqonistlərinə

D) AÇF - inhibitorlarına

E) Antikoaqulyantlara
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-422
944) Stivens - Conson sindromu aşağıdakı preparatlardan hansının əlavə təsiri kimi meydana çıxa bilər?
A) Karbamazepin

B) Pirasetam

C) Fenobarbital

D) Amantadin

E) Lamotridjin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник практического врача-Москва-2005,стр-72
945) İşemik insultun ikincili profilaktikası məqsədilə ilk seçim preparatı kimi hansı qrup antihipertenziv preparatlara üstünlük verilməlidir?
A) β adrenoblokatorlar

B) Ftorxinolonlara

C) AÇF - inhibitorlarına

D) Ca - antoqonistlərinə

E) Antiaqreqantlara
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
946) Meningitə xas olmayan nevroloji simptom hansıdır?
A) Kerniq simptomu

B) Brudzinski(orta) simptomu

C) Trusso simptomu

D) Brudzinski(yuxarı) simptomu

E) Mendel simptomu
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol,”Bakı-2009,səh 15
947) Hansı refleks meningeal reflekslərə aid deyil?
A) Qordon refleksi

B) Bauer refleksi

C) Oppenheymer refleksi

D) Babinski refleksi

E) Rossolimo refleksi
Ədəbiyyat: Ədəbiyyat:Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Meninqitlərin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı 2009, s.16

İnfektologiya

948) Yoluxucu xəstəliklərdə spesifik laborator müayinə üsulu hansıdır?
A) Biokimyəvi müayinə

B) Urinoqramma

C) Histoloji müayinə

D) Bakterioloji müayinə

E) Hemoqramma
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
949) “Ksantoxromatoz” simptomu aşağıdakı hansı halların hansına deyilir?
A) Döş qəfəsi nahiyyəsində saralma

B) Ovucun və ayaqaltının dərisinin saralması

C) Yuxarı ətrafların dərisinin saralması

D) Qarın nahiyyəsində saralma

E) Kürək nahiyyəsində saralma
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh
950) “Jilber” sindromunun manifestasiyası nə zaman baş verir?
A) Mexaniki sarılıq

B) Dizenteriya

C) Virus hepatitləri

D) Qarın yatalağı

E) Vəba
Ədəbiyyat: Ədəbiyyat: Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с. Шаханина И.Л. Руководство по эпидемиологии инфекционных болезней , М., Медицина, 1993, т.1, 192 с
951) “Kurvuazye” simptomu hansı halda müsbət olur?
A) Vəba

B) A virus hepatiti

C) Mexaniki sarılıq

D) Dizenteriya

E) Qarın yatalağı
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh
952) Profilaktik peyvəndlər üçün aşağıdakılardan hansı istifadə olunur?
A) Anatoksinlər

B) Kimyəvi vaksinlər

C) Bütün sadalananlar

D) Öldürülmış vaksinlər

E) Diri vaksinlər
Ədəbiyyat: Ədəbiyyat : Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
953) Qarın yatalağının bakterioloji diaqnostikası üçün aşağıdakılardan hansı istifadə olunmur?
A) Öd

B) Onurğa beyin mayesi

C) Nəcis və sidik

D) Qan


E) Sümük iliyi
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
954) Qida toksikoinfeksiyalarının epidemiologiyası aşağıdakılardan hansı ilə xarakterizə olunmur?
A) Parenteral yoluxma mümkündür

B) Törədici qidaya xarici mühitdən düşür

C) Qida maddələrinin endogen infeksiyalaşması mümkündür

D) Yoluxma yolu alimentardır

E) Çox zaman epidemik alovlanmalar şəklində təsadüf edilr
Ədəbiyyat: Ədəbiyyat :Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
955) Aşağıdakılardan hansı zəhərli göbələklərlə zəhərlənmən qida toksikoinfeksiyalarından fərqləndirməyə kömək edir?
A) Su - elektrolit pozğunluqları

B) Baş ağrıları, başgicəllənmə, zəiflik, hipotoniya

C) Qarında ağrılar

D) Qaraciyərin erkən böyüməsi və ağrılı olması, sarılıq

E) Ürəkbulanma, qusma, tez - tez duru nəcis ifrazı
Ədəbiyyat: Ədəbiyyat : Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с
956) Botulizm zamanı hansı göz simptomları rast gəlinmir?
A) Korneal refleksin güclənməsi

B) Göz almalarının hərəkətinin məhdudlaşması, ekzoftalm

C) Bəbəklərin işığa süst reaksiyası, konvergensiyanın və akkomadasiyanın pozulması

D) Midriaz, nistaqm

E) Ptoz
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
957) Botulizm zamanı qlossofarinqonevroloji pozğunluqların əlamətinə aşağıdakılardan hansı aid deyil?
A) Səsin xırıltılı olması, afoniya

B) Ağızın açılmasının çətinləşməsi, çeynəmə zamanı ağrı

C) Ağızda quruluq

D) Burun çalarlı nitq, dizartriya

E) Udmanın pozulması, mayenin burundan qayıtması
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
958) Botulizm zamanı əzələlərin innervasiyasının pozulması nə ilə təzahür etmir?
A) Yerişin pozulması ilə

B) Boyun və yuxarı ətraf əzələlərinin parezi və zəifliyi ilə

C) Tənəffüs əzələlərinin çatışmazlığı ilə

D) Dəri hissiyyatının pozulması ilə

E) Kəskin ümumi zəifliklə
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
959) Botulizm zamanı etiotrop vasitə kimi aşağıdakılardan hansı istifadə olunur?

A) Penisillin

B) Vankomisin

C) Levomisetin

D) Azitromitsin

E) Kanamisin


Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
960) Botulizm zamanı patogenetik vasitə kimi istifadə olunmur:
A) Hiperbarik oksigenasiya

B) Dezintoksikasiya

C) Mədənin yuyulması və təmizləyici imalə

D) Hemodializ

E) Xəstənin adekvat qidalanmasının təmin olunması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
961) Vəba zamanı hansı antimikrob preparat istifadə olunmur?
A) Ftorxinolonlar

B) Tetrasiklin

C) Nitrofuran sırası preparatları

D) Sulfanilamidlər

E) Levomisetin
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
962) Aşağıdakılardan hansı amöblərın adəti lokalizasiyasını göstərir?
A) Köndələn-çənbər bağırsaq

B) Kor və S - vari bağırsaq

C) Düz bağırsaq

D) Qalxan - çənbər bağırsaq

E) Öd yolları
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
963) A virus hepatitinin ötürülmə müxanizmi necədir?
A) Perinatal

B) Fekal - oral

C) Cinsi

D) Parenteral

E) Hava - damcı
Ədəbiyyat: Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
964) A virus hepatitindən sonra dispanser müşahidənin tezliyi və müddəti necə olmalıdır?
A) 1 il ərzində 3 ayda 1 dəfə

B) 3 il ərzində

C) 5 il ərzində

D) Evə yazıldıqdan 1 ay sonra 1 dəfə

E) 3 ay ərzində ayda 1 dəfə
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
965) B virus hepatitinin ötürülmə mexanizmi necədir?
A) Transmissiv

B) Fekal-oral

C) Təmas

D) Parenteral

E) Hava - damcı
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
966) B virus hepatitinin əsas ağırlıq dərəcəsi göstəricilərinə aid deyil.

A) Timol reaksiyasının yüksəlməsi dərəcəsi

B) Protrombin indeksinin azalması dərəcəsi

C) Ümumi intoksikasiyanın ifadəliyi

D) Hiperbilirubinemiyanın dərəcəsi

E) Hemorragik sindromun ifadəliyi


Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
967) C virus hepatitinin müalicəsində əsasən istifadə olunur:
A) Foskarnet

B) İnterferon

C) Azidotimidin

D) Asiklovir

E) Sitostatiklər
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
968) Hamilələrdə virus hepatitləri zamanı mamalıq taktikasının əsas xüsusiyyəti:
A) Virusəleyhinə terapiya

B) Virus hepatiti diaqnozu təsdiqləndikdən sonra hamiləliyin dayandırılması

C) Hepatoprotektorların işlədilməsi

D) Gecikmiş düşüklərin və vaxtından qabaq doğuşların qarşısının alınması üçün sistematik müalicəvi tədbirlərin aparılması

E) Kortikosteroid preparatların işlədilməsi
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
969) Mədə-bağırsaq traktı və öd yollarının xəstəlikləri zamanı qaraciyər zədələnməsinin əsas patogenetik mexanizmi nədir?
A) Bütün sadalananlar

B) Portal bakteremiya

C) Qidalanmanın, öd ifrazının pozulması

D) Qaraciyər hemodinamikasının pozğunluqları

E) Bağırsaqdan toksiki maddələrin izafi miqdarda qana daxil olması
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
970) Qripin törədicisi aiddir:
A) Rotaviruslara

B) Enteroviruslara

C) Ortomiksoviruslara

D) Pikornaviruslara

E) Arboviruslara
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
971) Paraqripin ən çox rast gəlinən fəsadı hansıdır?
A) Pnevmoniya

B) Otit


C) Pielonefrit

D) Haymorit

E) Miokardit
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
972) Paraqrip zamanı antibiotiklərin işlədilməsi nə zaman göstərişdir?
A) Meningizm olduqda

B) Toksikoz olduqda

C) Yalançı inağ olduqda

D) Pnevmoniya olduqda

E) Laringit olduqda
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
973) Mikoplazma infeksiyasının törədicisi aşağıda sadalanan bioloji mühitdən əldə edilə bilməz.
A) Ölənlərin ağciyər toxumasından

B) Qan


C) Bəlğəm

D) Udlaq yaxması

E) Burun ifrazatı
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
974) Mikoplazma infeksiyasının törədicisi sadalanan antibiotiklərdən hansına həssas deyil?
A) Penisillinə

B) Eritromitsinə

C) Seftriaksona

D) Tetrasiklinə

E) Ampicillinə
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с
975) HİV zamanı immunodefesitin formalaşmasının səbəbi deyil?
A) Sinsitiyaların yaranması

B) Timusun atrofiyası

C) Makrofaqların funksiyasının pozulması

D) İmmunokompetent hüceyrələrə auto əkscisimciklərin yaranması

E) Virusun sitopatoloji təsiri
Ədəbiyyat: А.Г.Рахманова, Е.Н.Виноградова и др. ВИЧ-инфекция. Санкт-Петербург, 2004, 696 тр

Kliniki toksikologiya

976) Parasetamolun (asetaminofen) orqanizmdən yarımçıxma müddəti hansıdır?
A) 6 saat

B) 12 saat

C) 2 saat

D) 4 saat

E) 24 saat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
977) Trimetoprim (biseptol) ilə zəhərlənmələrin müalicəsində hansı preparat istifadə olunur?
A) Fol turşusu

B) Piridoksin

C) Sianokobalamin

D) Tiamin

E) Vikasol
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
978) Fosfor üzvü birləşmələrlə (FÜB) zəhərlənmələrdə intoksikasiyaların əsas əlamətləri orqanizmdə hansı maddə yığılması ilə əlaqəlidir?
A) Histamin

B) Asetilxolin

C) Oliqopeptidlər

D) Katexolaminlər

E) Serotonin
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
979) Metil spirtinin metabolitləri hansılardır?
A) Monoxlorsirkə turşusu və su

B) Aseton və xloretanol

C) Butanol və etanol

D) Formaldehid və qarışqa turşusu

E) Asetaldehid və sirkə turşusu
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
980) Qatı sirkə turşusu ilə zəhərlənmədə mədənin yuyulma qaydası necədir?
A) Mədə yuyulması su ilə zond vasitəsi ilə aparılır

B) Mədə yuyulması ancaq zondsuz üsulla aparılır

C) Mədə natrium bikarbonat məhlulu ilə yuyulur

D) Mədənin yuyulması ancaq qanlı qusma olmadıqda aparılır

E) Mədə yuyulması ancaq ilk bir saat ərzində aparılır
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
981) Gürzə ilanının çalmalarında ilk yardım zamanı hansı tədbiri icra etmək olmaz?
A) Ətrafı immobilizasiya etmək

B) Novokain blokadası aparmaq

C) Heparin təyin etmək

D) Ətrafa sıxıcı qoymaq

E) Zəhəri yaradan sormaq
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev . İ. V, Əhmədov. A. , “Gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı - 2009
982) Neyroleptiklərlə zəhərlənmələr zamanı müşahidə olunan ekstrapiramid sindrom hansı dərman vasitələri ilə aradan qaldırılır?
A) Fomepizol

B) Kofein və β – blokatorlar

C) Metoklopramid (serukal)

D) Antixolienerqetik preparatlar və benzodiazepinlər

E) Baklofen və barbituratlar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
983) Qanda alkoholun dəqiq qatılığının təyini üçün laborator üsullardan hansı daha üstündür?
A) Nazikqatlı xromatoqrafiya

B) Spektrofotometriya

C) Kağız xromatoqrafiya

D) Ekspress diaqnostika

E) Qazlı maye xromatoqrafiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
984) Dəm qazı insan orqanizmində hemoqlobindən savayı daha nə ilə əlaqəyə daxil olur?
A) DNT - liqaza və katalaza

B) Nukleaza və qaptoqlobin

C) Transferrin və qlutationperoksidaza

D) Sitoxromoksidaza və mioqlobin

E) Aspartataminotransferaza və esteraza
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
985) İsoniazid ilə zəhərlənmələrdə hansı preparat vurmaq zəruridir?
A) Piridoksin

B) Tiamin

C) Sianokobalamin

D) Askorbin turşusu

E) Riboflavin
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
986) Kokainlə zəhərlənmələr zamanı hansı simptomlar müşaiyət olunur?
A) Midriaz, hematuriya, sianoz, hipotermiya

B) Mioz, bradikardiya, mərkəzi tipli tənəffüs çatışmazlığı

C) Ptoz, diplopiya, klonik - toniki qıcolmalar

D) Hipotenziya, hipersalivasiya, bronxoreya

E) Hipertenziya, midriaz, taxikardiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
987) Heparinlə zəhərlənmələrdə hansı preparat istifadə olunur?
A) Maqnezium sulfat

B) Atropin sulfat

C) Sulfokamfokain

D) Ammonium sulfat

E) Protamin sulfat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
988) Kalium permanqanat kristalları ilə zəhərlənmələr zamanı ağız boşluğunun selikli qişasını hansı məhlulla təmizləmək lazımdır?
A) Natrium tiosulfat məhlulu ilə

B) Piridoksin məhlulu ilə

C) Lyuqol məhlulu ilə

D) Askorbin turşusu məhlulu ilə

E) Unitol məhlulu ilə
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
989) Hansı zəhərlənmələrdə aktivləşdirilmiş kömürün verilməsi mütləq əks - göstərişdir?
A) Fosfor üzvi birləşmələr

B) Kaustik maddələr

C) Xlor üzvi birləşmələri

D) β - blokatorlar

E) Arsen birləşmələri
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
990) β - blokatorlarla zəhərlənmələr zamanı əsas müalicə vasitəsi hansıdır?
A) L - karnitin

B) Natrium bikarbonat

C) Qlukaqon

D) Kalsium - xlorid

E) Kalium - xlorid
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
991) Əqrəb sancmaları zamanı aşağıdakılardan hansı ilə simptomatik müalicə aparılır?
A) Kortikosteroidlər, prozerin, albumin

B) Sitoxrom C. fizostiqmin, antihistamin preparatlar

C) Ağrıkəsicilər, ürək – damar sisteminə təsir göstərən preparatlar, desensibilizəedən preparatlar

D) Heparin, kalsium preparatları, atropin

E) Hemodez, natrium tiosulfat, tokoferol, sürətləndirilmiş diurez
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev . İ. V, Əhmədov. A. , “Gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı - 2009
992) Flumazenil hansı qrup preparatların antaqonistidir?
A) Qeyri – steroid iltihaba qarşı preparatlar

B) Barbituratlar

C) Trisiklik antidepressantlar

D) Benzodiazepinlər

E) Fenotiazin neyroleptiklər
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
993) Zəhərli göbələklərlə intoksikasiyada mədənin zond vasitəsi ilə yuyulması hansı saatlarda məqsədə uyğun hesab olunur?
A) 3 – 6 saat ərzində

B) İlk 2 saat ərzində

C) 12 – 24 saat ərzində

D) 6 – 12 saat ərzində

E) Zəhərlənmə vaxtı ilə asıllığı yoxdur
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
994) Hidrogen sulfidlə zəhərlənmələrin əsas patogenezi nədir?
A) Karboksihemoqlobinemiya

B) Methemoqlobinemiya

C) Böyrəklərin zədələnməsi

D) Sitoxromoksidazaların blokadası

E) Hemoliz
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
995) I sinif antiaritmik preparatlarla zəhərlənmə zamanı müşahidə olunan kardiotoksiki effektləri nə ilə aradan götürmək olar?
A) Riboksin 2 % 10, 0 – 20, 0 v / d

B) Dantrolen – Na 2, 5 – 10, 0 mq / kq v / d

C) Hipertonik Na bikarbonat məhlulun v / d infuziya ilə

D) Atropin 1 % - 1, 0 v / d, sonra 1, 0 ml d / a 3 saatdan bir

E) Kalsium xlorid 10 % - 10, 0 v / d təkrar vurmaqla
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
996) Etanolun eliminasiya mərhələsinin müddəti nədir?
A) 24 - saatdan çox

B) 1 – 2 saat

C) 12 – 24 saat

D) 5 – 12 saat

E) 3 – 4 saat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
997) İshal əleyhinə loperamid (imodium) preparatı ilə ağır zəhərlənmələrdə farmakoloji antidot nədir?
A) Nalokson

B) D - penisillamin

C) Metoklopramid

D) Meperidin

E) Difenoksin
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
998) Serotoninin toksik sindromuna hansı əlamət xarakter deyil?
A) Hiperrefleksiya

B) Hipertermiya

C) Hipertenziya

D) Quru selikli qişalar

E) Taxikardiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
999) Teofillinin toksiki dozası nədir?
A) > 50 mg / kq

B) 10 mkq / kq

C) 80 – 100 mq / kq

D) > 40 mkq / kq

E) > 20 mkq / kq
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1000) Hidrogen peroksidlə zəhərlənmənin fəsadı nə ola bilər?
A) Qıcolmalar

B) Qaz emboliyası

C) QT intervalın uzanması

D) Koma


E) Xolinilitik sindrom
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə