Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

 
62 
qiymətləndirir. Milli təfəkkürə malik şairin eyni zamanda türk 
ədəbiyyatına, onun Ə.Hamid, N.Kamal,  T.Fikrət kimi 
görkəmli nümayəndələrinə qarşı  dərin  marağı  və 
münasibətindən də monoqrafiyada xüsusi ola- raq bəhs 
edilmişdir. K.Talıbzadə A.Səhhətin  əsas sənət  qayəsini isə 
onun mənsub olduğu xalqın, millətin tərəq-   qisi yolunda 
çalışması, «insan üçün mərifət və ibrət dərsi hüsula 
gətirməyən»  şeirə qarşı millətin tərbiyəsinə  təsir edə biləcək 
əsil sənət nümunələri yaratmaq uğrunda mübarizəsi ilə izah 
edir və aydınlaşdırır. 
A.Səhhət yaradıcılığının təhlilində diqqətəlayiq cəhət-
lərdən biri də şairin əsərlərinin ideya və məzmun, bədii  obraz 
tərəflərinin, lirik qəhrəmanının aydınlaşdırılması ilə yanaşı  bu  
əsərlərin  forma  və  üslubu,  romantik  spesifi-kası  ilə  bağlı  
tərəflərin  də  geniş    tədqiq  edilməsidir.  Bu  baxımdan 
monoqrafiyada  şairin lirikasının təhlili xüsusi maraq doğurur. 
Burada xalqın, vətənin taleyi ilə bağlı düşüncələr, azadlıq, 
maarif və elmə çağırış, gələcək xoş günlərə ümid, millətini 
mənəvi kamilliyin zirvəsində gör-mək arzusu A.Səhhət 
lirikasının əsas xüsusiyyətləri kimi səciyyələndirilir. Romantik 
şairin dinə baxışı da onun dün-yagörüşünün  mühüm  bir  
sahəsi  kimi  poeziyasının  bir  sıra  problemlərinin  həlli  ilə  
sıx  əlaqədə  göstərilmişdir. K.Talıbzadə  bəzi  şeirlərində 
fikirlərini Qurani-Kərimdən gətirdiyi misallarla 
əsaslandırmasına, ümumiyyətlə, dinə müraciətinə görə 
A.Səhhəti panislamist adlandırmağın  əleyhinə    çıxır,  bunu  
                                                                                         
1991,  s.245. 


 
63 
şairin  ədəbi görüşlərinə vulqar, yanlış münasibətin nəticəsi 
kimi qiymətləndirərək yazır: «Məsə-lənin bu şəkildə qoyuluşu 
dinə müraciətin  əsl yaradıcılıq səbəblərinin aşkarlanmasına, 
araşdırılmasına da imkan vermir. Səhhətin bu görüşlərini 
panislamizmin təsiri kimi deyil,  bilavasitə  islam  dininin  
özünün  təsiri    kimi    izah    etmək lazımdır.
1
» Islam dininin 
romantik sənətkarın ideo-logiyası ilə bağlı  cəhətlərini 
göstərərkən müəllif belə bir düzgün nəticəyə  gəlirdi ki, 
A.Səhhətin  şeirlərində din hər  şeydən  əvvəl romantik sənətin 
icrası vasitəsi rolunu ifa etmişdir. 
K.Talıbzadə  Səhhət lirikasının təhlilində  şairin poe-
ziyasının  əsas mövzusu olan vətən mövzusuna xüsusi 
 
həssaslıqla yanaşmışdır. Tədqiqatçıya görə  vətənin taleyi,  
mövcud vəziyyəti romantik şairin lirik qəhrəmanını daim  
düşündürən problemdir, onun kədərinin, bəzən də ümid-
sizliyinin səbəbidir, arzu və xəyallarının məzmunudur. Bu lirik 
qəhrəman bir tərəfdən üz-üzə durduğu «biçarə», «dərdinə 
dərman tapmayan» vətənə baxıb ah-fəğan edir-  sə, digər 
tərəfdən gələcəyin xoş  xəyalı ilə ruhlanıb nikbinləşir. Bu 
qəhrəman «ən uca məhəbbət – vətən mə-həbbətidir» ideyasını 
təsdiq edir. K.Talıbzadə  şairin lirik qəhrəmanının bu 
vətənpərvərliyini həm də ümumbəşəri məzmuna malik, bütün 
dünya xalqlarına qarşı məhəbbət oyadan, bütün insanları vətən 
sevgisinə  səsləyən huma-   nist bir duyğu kimi təqdir edir. 
Tədqiqatçı bu fikir və mülahizələri Səhhətin vətən haqqında 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s.250. 


 
64 
yazdığı konkret şeirlərin  təhlili  əsasında  izah  edir  və  
aydınlaşdırır. 
XX əsrin digər romantik şairləri kimi A.Səhhət poeziyası 
üçün də  kədər motivi səciyyəvi olmuşdur. K.Ta-lıbzadə bu 
kədər və  pərişanlığın  əsas səbəbini, məzmu-  nunu  şairin  
«Sınıq  saz»  adlı  ilk  şeirlər  kitabını  təhlil  etməklə göstərir. 
O, romantik şairin lirikasındakı qüssə- nin,  fəryad  və  
şikayətlərin,  inilti  və    sızıltıların  ictimai  məzmunlu  
olduğunu  düzgün  əsaslandıra  bilir.  A.Səhhət  kədərinin  
mahiyyətini  izah  edərkən  müəllif  «Tərcümeyi-halım…» 
şeirində  şairin lirik qəhrəmanından xüsusi bəhs edir, bu 
qəhrəmanın vətəndaş  kədərinə diqqəti yönəldir.   Bu  lirik  
qəhrəman  şairdir  və  başqa  romantik  şairlər – Puşkin, 
Lermontov, Cavid kimi Səhhətin də romantik şair obrazı 
Peyğəmbər simasında çıxış edir. K.Talıbzadə mü-şahidə edir 
ki, əsərdə hər iki obraz  –  Şair də, Peyğəmbər  də  ən  yüksək  
varlıq  kimi  təqdim  edilir,  talecə  oxşar  və yaxın məqamlarda 
təsvir olunurlar. Onlar öz ali arzularını  həyata  keçirmək  
yolunda  müqavimətə  rast  gəldikdə  isə  ruhən  sıxılır,  əvvəlki  
mübarizlik  əzmini  kədər  və  pəri-şanlıq  əvəz  edir.   
Şairin  kədərinə    həssaslıqla  yanaşan  tədqiqatçı bu 
kədərin ictimai mahiyyət daşıdığını, XX əsr Azərbaycan 
romantizminə xas vətəndaşlıq kədəri olduğunu göstərir. 
Müəllifə görə bu elə «kədər ideyası» idi ki, XX əsrin heç   bir 
həqiqi vətəndaşını ondan ayrı  təsəvvür etmək olmazdı. Lakin 
Səhhətin lirik qəhrəmanı nə qədər qüssə və tənhalıq içərisində 
olsa belə, gələcəyə ümidini itirmir, qaranlıqlar içində «işıq, 
sevinc axtarışından  əl cəkmir». Bu cəhətdən M.Ə.Sabirin 


 
65 
ölümünə  həsr edilmiş  şeirdəki kədər motivinin «Az çəkər 
heykəl yaparlar namına» ümidli bir sonluqla nəticələnməsi də 
təbii təsir oyadır. A.Səhhət romantiz-  minə  xas  olan  bu  
xüsusiyyət  şairin  «Yuxu»,  «Aləmi-is-lama»  şeirlərinin 
təhlilində  də öz əksini tapır.  Şairin  kədərinin  ideya-estetik  
mahiyyəti  belədir.  Monoqrafiyada  bu cəhət Səhhət 
romantizminin güclü bir tərəfi kimi izah edilir, gələcəyə inam 
bu romantizmin özəyi, əsası kimi  qiymətləndirilir. 
XX  əsr Azərbaycan romantizmi mürəkkəb ictimai-siyasi 
mühitdə, inqilabi proseslər içərisində  təşəkkül etmişdir. Bu 
proseslər təbii olaraq romantizmin ideyasına, məzmununa, 
poetik fəlsəfi mahiyyətinə  və strukturuna  cid-di təsir 
göstərmişdir. K.Talıbzadə yazır ki, Azərbaycanın başqa 
romantik sənətkarları kimi A.Səhhət də Birinci Dün-ya 
Müharibəsini qəzəblə qarşılamışdır. Lakin müharibə romantik 
sənətkarın nifrət və  qəzəbini ifadə etməsinə  şərait yaratmış,  
onun  yaradıcı    fəallığını    artırmışdı.  Tədqiqatçı  müharibə 
illərində yaradıcılığının məhsuldar dövrünü yaşa-yan  
A.Səhhətin  bir  sıra  əsərlərinə  diqqət  yetirir,  «Şair», 
«Naseh», «Sabir», «Bəyani-hal», «Şərarə» kimi şeirlərin təhlili 
əsasında  şairin romantik qəhrəmanının yeni ədə-biyyat 
uğrundakı mübarizəsinin dolğun mənzərəsini can-landırır.  
K.Talıbzadə şairin poeziyasının ən yüksək zirvəsi he-sab 
olunan «Şair, Şeir pərisi və Şəhərli» poemasını xüsusilə  geniş  
təhlil  edir.  Müəllifə  görə  Səhhətin  romantik  şair  qəhrəmanı  
bu  əsərdə  daha  dolğun, bitkin  təcəssümünü  tapmışdır.  
K.Talıbzadə  yazır  ki,  bu  poema  milli  ədəbiy-yatda  həm  
məzmun  və  üslubu,  həm  də    quruluşu  eti-barilə yeni bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə