Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

 
50 
idi, yeni romantizm mək-təbinin 
ən görkəmli 
nümayəndələrindən biri idi. Odur ki,  dərhal razılıq verdim. 
Həvəslə  işə girişdim, aylarla ar-xivlərdən çıxmadım, illərlə 
inqilabaqədərki mətbuatın səhifələrini  vərəqlədim,  şairin  hər  
yeni  əsərini  tapdığım gün  mənim  üçün  yeni  bir bayrama 
çevrildi… sevinclərimi adətən mövzumla çox maraqlanan atam 
Abdulla  Şaiqlə  bölüşürdüm…» 
1
 Qeyd etmək lazımdır ki, 
K.Talıbzadə A.Səhhətin dövrü, mühiti, həyatı,  ədəbi-ictimai 
prosesdəki mövqeyi, yaradıcılıq yolu haqqında ilk məlumatı 
atası Abdulla Şaiqdən almış, onun milli romantik şairə  həsr 
etdiyi oçerklərini diqqətlə oxumuşdu.  Əsərin yazıldığı vaxt 
Səhhəti şəxsən tanıyanlardan bir çoxu sağ idi, tədqiqat-      çı 
onlarla görüşüb  şairin dövrü və mühiti, şəxsiyyəti, hə- yatı 
haqqında təsəvvürlərini bir qədər də genişləndirmiş-   di. 
Xüsusi qeyd olunmalıdır ki, tədqiqatçının atası Ab- dulla Şaiq, 
Səhhətin şagirdləri olmuş Əmin Əfəndiyev və  həkim Ismayıl 
Həqqi Veysovun söylədikləri xatirələr müəl-lifə daha dəyərli 
faktlar vermişdir. K.Talıbzadə  zəngin faktik materiallar 
əsasında yazdığı  əsəri üç il ərzində ta-mamlayıb 1949-cu ildə 
namizədlik dissertasiyasını müvəf-fəqiyyətlə müdafiə etdi. 
Əsər üzərində  işlədiyi illərdə K.Ta-lıbzadə dövri mətbuatda 
dərc olunan «Görkəmli  şair və müəllim» (1948), «A.Səhhətin 
yaradıcılıq yolu» (1949),  «A.Səhhətin rus ədəbiyyatı 
tərcümələri haqqında» (1949), «Ostrovski və A.Səhhət» 
                                                                                         
1991,  s.7. 
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 
1991,  s.185. 
 


 
51 
(1948), «Rus ədəbiyyatı  və A.Səh-hət» (1948) məqalələrində
yazıb nəşr etdirdiyi «Abbas Səhhət» (1948) adlı broşürada və 
A.Səhhətin bircildlik «Əsərlər»inə (1950) yazdığı 
müqəddimədə milli-romantik şairin yaradıcılığı haqqında 
müəyyən təsəvvür yaradırdı. Monoqrafiyada isə  Səhhət 
poeziyası daha dərindən və  hərtərəfli tədqiqə  cəlb edilir, 
problem romantizm fonun-   da nəzərdən keçirilirdi. Tədqiqatçı 
burada A. Səhhətin poe-ziyasını diqqətlə  təhlil edir, milli 
romantik şairin misra-   lara hopmuş mənəviyyatını, yaradıcılıq 
təkamülünü, onun ədəbi fəaliyyətinin dövrün ictimai-sosial 
gerçəkliyi ilə  əla-qəsini dolğun  şəkildə  əks etdirirdi. Bütün 
bunlar monoq-rafiyanın müvəffəqiyyətini təmin edən ümdə 
elmi məziy-yətlərdən  idi. 
Bu tədqiqat  əsəri «Abbas Səhhət» adı ilə monoqrafiya 
halında ilk dəfə 1955-ci ildə, ikinci dəfə 1963-cü ildə (rus  
dilində), üçüncü dəfə isə 1986-cı ildə  nəşr edilmişdir. 
Monoqrafiyanın ilk nəşrindən 31 il keçəndən sonra onun yeni, 
təkmilləşdirilmiş  nəşrini hazırlayan K.Talıbzadə  əsərə 
tamamilə yeni gözlə baxmaq, vaxtilə  əldə edilmiş, lakin 
tədqiqata cəlb olunmamış külli miqdarda material, kitabın ilk 
nəşrindən sonrakı illərdə toplanan məlumatlar da daxil olmaqla 
onu yenidən işləmək zərurəti yarandığını qeyd  edirdi. Bu 
zərurətdən irəli gələn tələblə monoqrafiya üzə-rində    işləyən  
alim  həmin  illəri  belə  xatırlayırdı:  «Kitabın 1955-ci il nəşri 
ilk qələm təcrübəm idi, ən əziz kitab-larımdan, vaxtilə yüksək 
qiymətləndirilən  əsərlərimdən    idi, gəncliyimin  ən dəyərli 
xatirəsi idi. Odur ki, ona ta-  mam etinasız yanaşmaq, ondan 
heç faydalanmamaq ol-mazdı. Onun bu gün ibtidai səslənən, 


 
52 
hətta qeyri-dəqiq görünən bütün fikirlərinin, cümlələrinin 
üzərindən qələm çəkmək, onlardan tamam uzaqlaşmaq, 40-cı 
illər  ədəbiy-yatşünaslığının bütün ideya əlamətlərindən imtina 
etmək çətin idi. Onlarda müəyyən elmi mərhələnin möhürü
toxunulmazlığı var idi. Buna görə çalışdım ki, köhnə  təd-
qiqatdan  bəzi  hisslər,  düşüncələr,  hətta  səhifələr,  sətirlər – 
bu gün nə  qədər paradoksal görünsə  də  gəncliyin ehti- rası, 
xatirəsi kimi yeni əsərdə də özünə yer tapsın. Bunsuz  vaxtilə  
görülən  iş  öz  ilkinliyini,  o  zamankı    təzə-tərliyini itirə 
bilərdi.»
1
 Müəllifin  əsərin ilk nəşrinə belə  həssas münasibəti 
olduqca təbii və qanunauyğundur. Həqiqətən  də 40-50-ci 
illərdə marksizm metodologiyasının təsiri al-tında yaradıcılığa 
başlayan gənc tədqiqatçı K.Talıbzadə monoqrafiyanın 1955-ci 
il nəşrində A.Səhhətin görüş- lərinin inqilabla bağlı  bəzi 
məhdud cəhətlərini təqdir et-məklə yanlışlığa yol verirdi. 
Ədəbiyyatşünas N.Şəmsi-    zadə  K.Talıbzadəyə  həsr  etdiyi  
tədqiqat  əsərində  bu  cə-hətə xüsusi diqqət yetirərək yazır: 
«H.Cavid, M.Hadi, A.Şaiq,  Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, 
Ə.Ağayev,  Ə.Top-çubaşov, C.Məmmədquluzadə, M.Ə.Sabir, 
Ü.Hacıbəyli, Ömər Faiq, F.Köçərli kimi müasirləri ilə birlikdə 
XX  əsrin  əvvəllərinədək milli intibahın  əzablı doğuluşunda 
yaxından iştirak edən A.Səhhət hələ aydınlaşmamış, «nehrə 
kimi çalxalanan» inqilab fırtınaları içərisində  «şanlı istiqbal»ı 
qütbi-şimaldan tuli edən «hürriyyət günəşi» timsalında 
görürdü. Əgər bu böyük Səhhətin tarixi aldanışı idisə, qiymətli 
kitabında bunu təsdiq etməsi K.Talıbzadənin və   ən gənc nəsil 
                                           
1
 Талыбзадə K.  Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 


 
53 
də daxil olmaqla yetmiş ildə sovet ideolo-giyasının təsiri ilə 
yetişmiş  tədqiqatçıların aldanışıdır.»
1
        Bu  aldanış  şəxsiyyətə 
pərəstişin, bağırovçuluğun, durğun-luğun hökm sürdüyü bir 
vaxtda yazıb-yaradan digər müasirləri kimi K.Talıbzadənin də 
ədəbi prosesi tam hal-  da qiymətləndirməsinə ciddi maneçilik 
törətmişdir. Həmin təsirin izləri «Abbas Səhhət» 
monoqrafiyasında 
ədəbi ha-disələrin 
əsasən sinfilik 
mövqeyindən dəyərləndirilməsin-  də özünü biruzə verir. Lakin 
bu kimi natamamlıqlar və zamanın diqtəsi ilə əsərdə yer tutan 
yanlışlıqlar monoq-rafiyanın elmi dəyərini azaltmır, onun 
məzmun mün-dəricəsinə, ideya-estetik məziyyətlərinə ciddi 
xələl gətirmir. «Abbas Səhhət» monoqrafiyası  həm XX əsr 
Azərbaycan  ədəbiyyatı tarixinin müəyyən bir mərhələsinin – 
əsrin  əvvəllərində yaranan ədəbiyyatın tədqiqi, digər tərəfdən 
görkəmli romantik şair A.Səhhətin həyatının və yara-dıcılığının 
ilk dəfə monoqrafik tədqiqata cəlb edilməsi baxımından 
olduqca qiymətli bir əsərdir.  Ədəbiyyatşünas-lığımızın 
inkişafında əvəzsiz xidmətləri olan alimin məhz   bu əsərlə elm 
cığırına qədəm qoyduğunu da xatırlasaq «Abbas Səhhət» 
monoqrafiyası ilə böyük bir yolun başlan-dığını  görərik. 
Monoqrafiyanın uğurlu tədqiqat  əsəri kimi meydana 
çıxmasını  şərtləndirən amillərdən biri də K.Talıbzadənin   öz 
tədqiqat obyektinə  dərin hörmət və sonsuz sevgiylə 
yanaşmasıdır. Müəllifə görə  Səhhət – ölümündən keçən 
onilliklərin unutdura bilmədiyi fədakar bir vətən oğludur. 
                                                                                         
1991,  s.186.  
1
 Шəmsизадə N.  Тüрk  тəфəkküрü  məжраsыnда,  Баkы,  Тəщsил,  1998,   
s.37-38. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə