Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

33 
 
(məsələn,i8250,KP580BB51)  arayış  yazılarında  tapmaq 
olar.  
Ardıcıl  RS-485  interfeysi.  Bu  interfeysin  əlaqə 
protokolu  ikitərəfli  balanslaşdırılmış  ötürmə  xəttindən 
istifadə edən geniş yayılmış sənaye standartıdır. 
Protokol  çoxnöqtəli  birləşmələri  himayə  etməklə 
qovşaqlarının  sayını  32-yə,  ötürməni  1200  m  -ə  qədər 
artırmağa  imkan  verir.  RS-485-in  təkrarlayıcılarından 
istifadə      olunması  ötürmə  məsafəsini  daha  1200  m 
artırmağa  və  daha  32  qovşaq  əlavə  etməyə  imkan  verir.Bu 
interfeysin əsas göstəriciləri cədvəldə verilmişdir. 
 
USB  interfeysi.    USB  interfeysi  (Universal  Serial 
Bus  –  universal  ardıcıl  şin)  1996-cı  ilin  əvvəllərində 
yaradılmışdır.    Bu  standartın  işlənməsinə  İntel,  İBM,  Dec, 
NEC,  Northe  Telecom  və  Compaq  kimi  firmalar  təşəbbüs 
göstərmişlər.Bu  standartın  əsas  məqsədi  –  işlədicilərə 
müxtəlif periferiya qurğuları  ilə (modemlərlə, sərt disklərlə 
və  Flash-yaddaşlarla)  “isti  rejimdə”  –  “Plug&Play” 
rejimində işləməyə real imkanlar yaratmaqdır. 
USB  interfeysinin  sürəti  əksər  periferiya  qurğuları 
üçün  kifayıt  qədər  olmalıdır.USB  interfeysinin  texniki 
xarakteristikaları: 
Ötürmə sürəti 
10 Mbit/s   (maksimum) 
Ötürmə məsafəsi 
1200 m 
Siqnalın xarakteri, 
ötürmə xətti 
Diferensial gərginlik, 
hörülmüş cüt 
Drayverlərin sayı 
32 
Qəbuledicilərin sayı 
32 
Birləşmə sxemi 
Yarımdupleks,çoxnöqtəli 


34 
 
-
 
mübadilənin  yüksək  sürəti  (full-speed  signaling  bit 
rate) – 12 Mbit/s; 
-
 
mübadilənin  yüksək  sürəti  üçün  kabelin  maksimal 
uzunluğu – 5 m; 
-
 
mübadilənin  aşağı  sürəti  (low-speed  signaling  bit 
rate) – 1,5 Mbit/s; 
-
 
mübadilənin  aşağı  sürəti  üçün  kabelin  maksimal 
uzunluğu – 3 m; 
-
 
qoşulmuş əlavə qurğuların maksimal sayı – 127 
-
 
müxtılif  mübadilə  sürətli  periferiya  qurğularının 
qoşulma imkanı; 
-
 
periferiya qurğuları üçün qida gərginliyi – 5 V; 
-
 
bir  qurğuya  sərf  olunan  maksimal  cərəyan  –  500 
mA. 
USB  interfeysində  verilənlərin  mübadiləsinin  yalnız 
iki  sürətinin  istifadə  olunması  bu  şinin  tətbiqini 
məhdudlaşdırır,  lakin  bu  halda  interfeys  xətlərinin  sayı 
kəskin  azalır  və  aparat  realizasiyası  sadələşir.USB-dən 
bilavasitə  qidalanma  az  güc  sərf  edən  qurğular  üçün 
mümkündür:klaviatura,siçan  və  s.  Aşağıdakı  şəkildə  (şəkil 
2.6) USB interfeysinin topologiyası göstərilmişdir. 
 


35 
 
Şəkil 2.6. USB interfeysinin topologiyssı 
Şəkildə HUB – xablardır.İstənilən qurğunun əvəzinə 
kompyuterə HUB da qoşula bilər.Daha çox HUB periferiya 
qurğusudur.Adətən HUB kompyuterlərin monitorunda və 
klaviaturasında quraşdırılır. 
Aşağıdakı şəkildə  (şəkil 2.7) periferiya qurğularının 
şərti USB-şəbəkəsinə birləşməsi nümunəsi göstərilmişdir. 
 
Şəkil 2.7. Periferiya qurğularının  USB-şəbəkəsinə 
birləşməsi nümunəsi 
Artıq  standartın  yeni  versiyası-  USB  2,0  
yaradılmışdir. Bu versiya özündən əvvəlki versiyanın bütün 
yaxşı  cəhətlərini  saxlamaqla  bəzi  üstünlüklərə  də  malikdir: 
mübadilənin maksimal sürəti 40 dəfə artırılaraq 60 Mbit/s-ə 
çatdırılmışdır. 
Fire  Wire  interfeysi.  Hal-hazırda  USB  2,0 
interfeysinin real  rəqibi  Fire Wire  interfeysidir.Bu interfeys 
İEEE  1394  (İntituteof  Electrical  and  Electronic  Endineers 
1394 – 1394 elektrotexnika və elektronika üzrə mühəndislər 
institutunun standartı ) də adlanır.  


36 
 
Fire  Wire-nın  şininin  verilənləri  ötürmə  sürəti  – 
100,200,  400  Mbit/s,  ötürmə  məsafəsi  –  4,5  m-dən  az 
deyil,periferiya  qurğularının  sayı  –  125-ə  qədərdir.USB 
interfeysi kimi Fire Wire də kompyuterin aparat vasitələrini 
kompyuteri  sondürmədən  yenidən  konfiqurasiya  etmək 
imkanına malikdir. 
Qəbul  edilmiş  standarta  uyğun  olaraq  bu  interfeysin 
razyomlarının  və  kabellərinin  dörd  variantı  vardır.Altı 
kontaktlı birinci variantda təkcə verilənlərin ötürülməsi yox, 
həm  də  personal  kompyuterin  müvafiq  kontrollerinə 
qoşulmuş Fire Wire qurğularına elektrik  qidasının verilməsi 
də  nəzərdə  tutulur.Bu  zaman  ümumi  cərəyan  1,5  A-lə 
məhdudlanır. 
Dörd  kontaktlı  ikinci  variant  ancaq  verilənlərin 
ötürülməsinə  hesablanır.Bu  halda  qoşulan  periferiya 
qurğuları avtonom qida mənbələrinə malik olmalıdırlar. 
Müxtəlif 
video- 
və 
audioavadanlıqlarının 
(videomaqnitofonlar,videokameralar, CD- və DVD-qurğular 
və i.a.) qoşulması üçün istifadə olunan və verilənləri rəqəm 
formasında  ötürən  Fire  Wire  şini    i.LİNK    (bu,  Sony-nin 
ticarət markasıdır) adı ilə də çox məşhurdur. 
İrDA  interfeysi.  Bu  iterfeys  wireless  (məftilsiz) 
xarici  interfeyslər  tipinə  aiddir.Lakin  radiointerfeyslərdən 
fərqli  olaraq  onlarda  informasiyanı  ötürmə  kanalı  optik 
qurğuların  köməyilə  yaradılır.Təcrübə  göstərir  ki,  digər 
məftilsiz  ötürmə  xətləri  içərisində  infraqırmızı  (İQ)    optik 
kanal  informasiyanı  çox da böyük olmayan məsafələrə (bir 
neçə on metr) ən ucuz və rahat ötürən ötürmə xəttidir. 
Texniki  olaraq  İrDA  interfeysinin  özü  (port) 
kompyuterin kommunikasion COM-portuna əsaslanır ki, bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə