Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   2   3   4   5   6   7   8   9   10   ...   26

26 
 
-şinlər sisteminin təşkili – fərdi (radial), kollektiv 
(magistral); 
-informasiya  mübadiləsi  əməliyyatının  icra 
qaydası – ardıcıl, parallel
-informasiya mübadilə üsulu – sinxron, asinxron
-informasiya 
İF-lərinin 
tipi 
– 
mənbə,qəbuledici,mənbə-qəbuledici; 
-istifadə edilən EHM-in tipi – ixtiyari,verilmiş; 
-konstruksiyanın unifikasiyası – hə, yox; 
-qida gərginliyinin unifikasiyası – hə, yox; 
Baxdığımız əlamətləri aydınlaşdıraq. 
Mərkəzləşmiş  idarəetməli  İF-lərdə  bütün  FB-lər 
proqramla  idarə  olunur  və    ÖİS-də  istifadə  edilən  FB-lərin 
yalnız işləmə alqoritmi deyil,həm də tərkibi dəyişdirilə bilər.  
Mərkəzləşdirilməmiş  idarəetməli  İF-lərdə    FB-lər 
arasında  informasiya  mübadiləsi  idarəetmə  qurğusunun 
iştirakı  olmadan  icra  edilir.Sistemdə  hər  bir  aktiv  FB  üçün 
üstünlük  dərəcəsi  (prioritet)  müəyyənləşdirilir  və  “hakim” 
FB  seçilr.Bu  FB  lazım  gəldikdə  digər  FB-lərin  işləmə 
ardıcıllığını  müəyyənləşdirir.  Bu  işi  adətən  mərkəzi 
prosessor icra edir. 
Fərdi şinlər sistemindən istifadə edildikdə idarəedici 
bloku hər bir FB ilə birləşdirən şinlər olur. 
Kollektiv şinlər sistemi ilə işlədikdə FB-lər ayrı-ayrı 
müddətlərdə kollektiv şinə qoşulur. 
FB-lər  informasion  və  idarəedici  olmaqla  iki  qrupa 
bölünür.İdarəedici  funksional  bloklar  (FBİ)  və  yaxud 
kontrollerlər  sistemdə  informasiya  və  idarəetmə  siqnalları 
ilə  mübadilə  funksiyalarını  təşkil  edirlər.FBİ-nin  olması 
mərkəzləşdirilmiş idarəetməli sistemlər üçün xarakterikdir. 
Arıcıl  mübadilə  üsulunda  informasiya  bitlərlə  - 
ardıcıl  verilir  və  qəbul  edilir.Bu  zaman  bir  rabitə  xəttindən 
istifadə  edilir  və  zamana  görə  ayrılırlar.Paralel  mübadilə 


27 
 
üsulunda  informasiya  baytlarla  –  parallel  verilir  və  qəbul 
edilir.Bu  zaman  bir  neçə  rabitə  xəttindən  istifadə  edilirvə 
informasiyanın fəzada ayrılması prinsipi həyata keçirilir. 
İnformasiya  axınının  istiqamətinə  nəzərən  FB-lər 
mənbə və ya qəbuledici olurlar. 
Digər  FB-lərə  informasiya  verən  FB-lər  mənbə 
(FBM)  adlanır.İnformasiya  mənbəyi  olan  FBM-ə  missal 
olaraq,vericili  ölçmə  dövrələrini  ,informasiyanı  oxuyan 
qurğunu göstərmək olar. 
Qəbuledici  funksional  bloklar    (FBQ)  digər  FB-
lərdən informasiyanı alırlar.FBQ-yə misal olaraq ,indikasiya 
və  qeyderici  qurğuları  göstərmək  olar.Elə  FB-lər  də  var 
ki,onlar informasiyanı qəbul edir,müəyyən çevirmələr aparır 
və  yenidən  informasiyanı  verir  (FBMQ).  Belə  FBMQ-lərə 
misal  olaraq  ARÇ,  RAÇ  ,fuksional  çeviriciləri, 
mikroprosessorları, mikro-EHM-ləri göstərmək olar. 
FBM,FBQ və FBMQ  aktiv və passiv olmaqla da iki 
yerə bölünürlər. 
Aktiv  FB-lər  informasiya  siqnalları  ilə  mübadilə 
əməliyyatının  təşəbbüsçüləri  olurlar.Passiv  FB-lər  isə 
xaricdən  gələn  əmrlər  üzrə  informasiya  mübadiləsi 
əməliyyatını icra edirlər. 
Belə  ki,  aktiv  FB-lər  lazım  gəldikdə  xidmət  üçün 
sorğu siqnalları verir, digər FB-lərin işini dayandırır və s. 
FB-lər arasında rəqəm informasiyasını ötürmək üçün 
sinxron  və  asinxron  üsullardan  istifadə  edilir.Sinxron 
ötürmə  zamanı  informasiyanın  verilməsi  və  qəbul  edilməsi 
əvvəlcədən  müəyyən  olunmuş  anlarda  sinxronlaşdırma 
impulslarının 
köməyilə 
icra 
edilir 
Bu 
üsulda 
sinxronlaşdırma  impulslarının  arasındakı  interval  siqnalın 
verilməsi  müddətindən  uzun  olur.Bu  xüsusiyyət  siqnalları 
ötürən kanalları təşkil edən qurğuların parametrlərini nəzərə 
almaq üçündür.Sinxron mübadilə informasiyanın ötürülməsi 


28 
 
zamanı  maneəyə  davamlılığı  artlrlr  və  sistemin  iş 
alqoritmini sadələşdirir. 
Asinxron  üsulda  informasiya  mübadiləsinin  sürətini  
FBQ  müəyyənləşdirir,  Belə  ki,qəbul  qurtaran  kimi  kimi 
FBQ  bu  haqda  FBM-ə  kvitansiya  siqnalı  verir.Bu  üsul 
sistemin  cəldişləməsi  müxtəlif  olduqda  daha  böyük  səmərə 
verir. 
Bəzi  İF-lər  konkret  EHM-lə  işləmək  üçün  nəzərdə 
tutulur.Elə İF-lər də vardır ki,universaldır, hər cür EHM  ilə 
mini-,mikro-EHM 
və 
hətta 
ixtisaslaşmış  hesablama 
vasitələri ilə dəişləyə bilərlər. 
Hazırda xeyli interfeys qurğuları yaradılmışdır.Lakin 
onların  yalnız  cüzi  hissəsi  Ümumdünya  Elektrotexnika 
Komissiyası  tərəfindən  bəyənilmişdir.İnterfeyslər  sistemi 
üçün Dövlət standartları fəaliyyət göstərir. 
Adətən  ölçmə-informasiya  sistemlərində  standart 
interfeyslər və  ümumi  magistrallara qoşulmuş  modullar  və 
informasiyanı  xarici  şəbəkələrə  ötürən  modullar  tətbiq 
edilir. 
Müasir ölçmə cihazlarında və sistemlərində daha çox 
standart  kompyuter  interfeysləri  istifadə  olunur  ki,  onlar  da 
müxtəlif  qurğuların  kompyuterlərinə  qoşula  bilməyə  imkan 
verirlər.Bu  qurğular  digər  kompyuterlər,  rəqəm  ölçmə 
qurğuları,  informasiyanı  yığma  qurğuları,xarici  sərt  disklər 
,Flash  yaddaş,  CD-  və  DVD-qurğuları,  skanerlər,  printerlər 
və s.  ola bilər. 
 
Sянайе  шинляриндя  информасийа  мцбадиляси  ардыжыл 
вя  паралел  методла  апарылыр.  Бу  мягсядля  паралел  вя 
ардыжыл мцбадиля интерфейсляриндян истифадя олунур. Паралел 
мцбадиля  интерфейсляриндя  щяр  бир  сигнал  цчцн  айрыжа 
рабитя  хятти  ишлядилир;  ардыжыл  мцбадиля  интерфейсляриндя 
сигналлар  мцяййян  ардыжыллыгла  бир  рабитя  хятти  иля 
ютцрцлцрляр. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə