Tempus-jpcr: anpassung des lehrbetriebs an den bologna prozessim ingenieurstudium f



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/26
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3944
1   2   3   4   5   6   7   8   9   ...   26

10 
 
Stasionar  təsadüfi proseslər elə  proseslərə  deyilir ki, 
onların  qrup  ehtimal  xarakteristikaları    zamandan  asılı 
olmur.Belə  ki,    t    arqumenti  əvəzinə    t  +  τ  qəbul  etdikdə 
həmin xarakteristikalar dəyişmir. 
Qeyri-stasionar 
təsadüfi 
proseslərin 
ehtimal 
xarakteristikaları zamandan asılı olur. 
Erqodik təsadüfi proseslər elə proseslərdir ki, onların 
ehtimal  xarakteristikaları  istənilən  qədər  vahidə  yaxınlaşan 
ehtimalla  bir  realizasiyanın  zamana  görə  orta  qiymətini 
tapmaqla  təyin  edilə  bilər.Ölçmə  prosesində  tədqiq  edilən 
təsadüfi  proseslərin  elektrik  gərginliyi  və  ya  cərəyanı  ilə 
təqdim edildiyi qəbul edilir 
Təsadüfi proseslərin ehtimallarının paylanma qanunu 
daha 
universal 
xarakteristika 
sayılır. 
Ehtimalların 
paylanmasının  birölçülü  inteqral  qanunu  və  yaxud  inteqral 
funksiyası  tədqiq  edilən  X(t)    təsadüfi  prosesinin  verilmiş 
cari    (-
            )  səviyyəsindən  aşağıda  yerləşmə   
ehtimalları ilə təyin olunur.Korrelyasiya funksiyası təsadüfi 
prosesin  zamanın  müxtəlif    anlarındakı  qiymətləri  arasında 
əlaqənin dərəcəsini xarakterizə edir. 
Spektral  analiz  sistemləri  ölçülən  kəmiyyətlərin 
spektral  xarakteristikalarını  təhlil  etmək  üçündür.Ölçmə 
vasitələrinin  köməyilə  təsadüfi  prosesin  bir  realizasiyasını 
tədqiq edərkən bu realizasiyanın cari spektri alınır. 
Cari  spektrin  özü  də  təsadüfi  kəmiyyətdir.Ona  görə 
də  təsadüfi  prosesi  xarakterizə  etmək  üçün  gücün  spektral 
sıxlığı və ya gücün spektri kimi – qeyri-təsadüfi funksiyadan 
istifadə  edilir.Spektrləri  analiz  edən  texniki  vasitələr  spektr 
analizatorlarıdır. 
1.3.
 
Ölçmə siqnalları 


11 
 
 
 
İnformasiyanın material daşıyıcısı siqnaldır. Ümumi 
mənada  siqnal  –  zamana  görə  baş  verən  fiziki  prosesdir. 
Ölçülən  fiziki  kəmiyyətlə  funksional  əlaqədə  olan  siqnal 
ölçmə informasiya siqnalı adlanır. 
Ölçmə informasiya siqnalı ölçülən kəmiyyətlə funk-
sional 
əlaqədə 
olan 
parametr 
– 
informativ 
parametrdir.Siqnalın ölçülən kəmiyyətlə funksional  əlaqədə 
olmayan parametri qeyri-informativ parametr adlanır. 
Dəyişmə  xarakterinə  görə  siqnallar  determinik  və 
təsadüfi ola bilər. 
Determinik siqnal – müəyyən zaman funksiyası şək-
lində  verilən  siqnaldır,  yəni  ani  qiyməti  zamanın  istənilən 
anında  məlum  olan    siqnaldır.  Bu  siqnal  qiymətcə  fasiləsiz 
(verilən  dəyişmə  diapazonunda  sonsuz  sayda  qiymətlərə 
malik)  və  diskret  (verilən  dəyişmə  diapazonunda  məhdud 
sayda qiymətlərə malik) olur. 
Qiymətcə fasiləsiz olan siqnal zamana görə fasiləsiz 
və  yaxud    diskret  dəyişə  bilər.  Zamana  görə  fasiləsiz  
dəyişən  determinik  siqnallar  periodik  və  qeyri-periodik 
siqnallar kimi iki yerə ayrılır. 
Periodik  determinik  siqnallar    elə  siqnallardır  ki, 
onlar üçün   f(t) = f(t + T) şərti yerinə yetirilir, yəni siqnalın 
ani qiyməti eyni  T   zaman aralıqlarında təkrar olunur. 
 
Şəkil 1.1-də müxtəlif polyarlıqlı periodik qeyri-sinu-
soidal  siqnal    -  gərginlik  (cərəyan)  göstərilmişdir.  Burada  
u(t)      siqnalın  baxılan  zaman  anındakı  qiyməti; 


m
m
U
,
      - 
siqnalın  pik  qiymətləri,yəni  siqnalın  müsbət  və  mənfi 


12 
 
yarımdalğalarının müvafiq  olaraq  ən böyük və ən kiçik ani 
qiymətləri  (U
m
-  harmonik  siqnallar  üçün  amplitud 
qiymətidir);  U
n
-   


m
m
U
,
  pik  qiymətlərinin  modullarının 
cəmidir. 
 
Şəkil 1.1. Periodik qeyri – sinusoidal signalın zaman 
diaqramı 
 
Siqnalın period ərzində orta qiyməti onun sabit 
təşkiledicisidir: 



T
or
U
dt
t
u
T
U
0
0
)
(
1
 
 
Period ərzində siqnalın dəyişən təşkiledicisi onun ani 
qiyməti ilə sabit təşkiledicisinin fərqi olacaqdır: 
0
)
(
)
(
U
t
u
t
U



 
 
Siqnalın period ərzində orta düzləndirilmiş qiyməti 
siqnalın modulunun orta qiymətidir: 
dt
t
u
T
U
T
d
or


0
.
)
(
1
 


13 
 
Bu ifadə zaman oxuna nəzərən simmetrik olan 
siqnallar üçündür. 
 
Period (ölçmə müddəti) ərzində siqnalın orta 
kvadratik qiyməti 


T
0
2
dt
)
t
(
u
T
1
U
 . 
 
Sinusoudal  siqnal  üçün  orta  kvadratik  qiymət 
siqnalın təsiredici  (effektiv) qiyməti adlanır. 
 
Mürəkkəb  siqnalların  əsas  xarakteristikası  –  onların 
ayrı-ayrı harmonikalarının amplitudları və fazaları haqqında 
informasiya verən spektral funksiyadır. 
 
Mürəkkəb  formalı  periodik  siqnalın  orta  kvadratik 
qiyməti 




0
2
k
k
U
U
 , 
burada U
k
 - bütün harmonikaların orta kvadratik qiymətləri, 
k – harmonikanın nömrəsidir. 
 
Siqnalın  yuxarıda  göstərilən  qiymətləri  arasındakı 
əlaqə amplituda 
U
U
K
m
A

  və  forma  
d
.
or
m
f
U
U
K

  
əmsalları  ilə  müəyyən  olunur.  Sinusoidal  siqnal  üçün  
2

A
K
,    
2
)
2
(
K
f


 = 1,11- dir. 
 
Elektrik  siqnalının  tezlik  spektrini  şərti  olaraq 
aşağıdakı  diapazonlara  bölmək  olar:  infraalçaq  (20  hs-dən 
aşağı);  alçaq  (20  khs-ə  qədər  –  səs,  200  khs-ə  qədər  – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə