Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   19   20   21   22   23   24   25   26   ...   120

 
50 
qurtarmaq istəyirsə, əlində silah vuruşmalıdır. Qələbə qazandığı halda ona silah və at 
veriləcəkdir. Buna cavab olaraq əsirlərin hamısı bir nəfər kimi tələb etdilər ki, onlara 
silah versinlər, hər biri dua etməyə başladı ki, qoy onu tale döyüşçü kimi seçsin. Bir 
neçə  cüt  əsir  vuruşub  qurtardıqda,  Hannibal  tamaşanı  dayandırdı  və  döyüşçülərinə 
dedi ki, bu tamaşa sizin vəziyyətinizin təsviridir. Şərqdən və Qərbdən siz iki dənizin 
arasında  sıxılmısınız,  qaçmağa  isə  bir  gəminiz  də  yoxdur.  Lakin  tale  sizi  labüd 
vuruşmaq qarşısında qoymaqla, qələbə halında sizə ən yüksək mükafatları təklif edir. 
Siz  uzun  yol,  bir  belə  dağ  və  çaylar  keçmisiniz.  Burada  sizin  zəhmətlərinizin  tale 
tərəfindən təyin edilmiş sonu çatır, burada sizin xidmət müddətiniz qurtarmaqla, sizə 
layiq olduğunuz mükafatı hazırlayır. Mən təkcə Alp xalqlarının deyil, daha mühümü, 
Alpın  özünə  qalib  gələn  sərkərdə  kimi  özümü  altı  aylıq  rəislə  müqayisə  etmək 
istəmirəm.  Hannibal  ona  işarə  edirdi  ki,  Stsipion  cəmisi  yarım  il  idi  ki,  komandan 
təyin edilmişdi.  
O, davam edərək dedi ki, hara nəzərimi çevirirəmsə, ətrafımda ancaq igidlik və 
güc görürəm. Ümid və ruh daim hücumu dəf edəndən daha çox, hücum edənə kömək 
edir.  Bir  də  ki,  vurulmuş  iyrənc  təhqirdən  yaranan  hiddət  bizi  cuşə  gətirir  və  təhrik 
edir.  Axı  onlar  tələb  etmişdilər  ki,  birinci  olaraq  edam  etmək  üçün  məni  onlara 
versinlər. Başçıdan sonra siz hamınız, Saquntu mühasirəyə alanlar onlara verilsin. Bu 
lovğa və qaniçən xalq belə düşünür ki, hər şey ona məxsusdur, hamı onun iradəsinə 
əməl  etməlidir.  O,  hesab  edir  ki,  kiminlə  vuruşmaq  və  kiminlə  sülh  şəraitində 
yaşamaq  barədə  bizə  göstəriş  vermək  hüququna  malikdir.  O,  bizə  sərhədlər  təyin 
edir,  bizi  dağlar  və  çaylar  arasında  qoyub,  ağzımızı  bağlayır,  bu  sərhədi  keçməyə 
icazə vermir, özü isə birinci olaraq qoyduğu sərhədləri keçir. Heç yerdə bizə bir ovuc 
da olsun torpaq qalmamışdır, yalnız ondan başqa ki, biz əlimizdə silah, onu özümüz 
tutub  alacağıq...  Sizin  ümidsiz  vəziyyətinizdə  qələbə  və  ya  ölümdən  başqa  yollar 
kəsilmişdir.  Ona  görə  də  çalışın  ki,  qalib  gələsiniz;  əgər  tale  tərəddüd  etsə,  onda 
fərari ölümündənsə, döyüşçünün ölümünə üstünlük verin. Əgər bu sözləri ürəyinizə 
möhkəm  həkk  etdinizsə,  əgər  siz  onlara  əməl  etməyə  hazırsınızsa,  təkrar  edirəm  - 
qələbə  sizin  olacaqdır.  Əbədi  allahlar  insana  ölümə  nifrətdən  daha  güclü  və 
qalibiyyətli silah verməmişdir.  
Hannibal  bu  sözlərdən  sonra  romalılarla  ilk  döyüşqabağı  döyüşçülərə 
İtaliyada, Afrikada, İspaniyada onların istədiyi yerdə torpaq vəd etdi, onları hər bir 
mükəlləfiyyətdən  azad  etməyə  və  pul  mükafatı  verməyə  söz  verdi.  Öz  ağalarını 
müşayət  edən  qullara  o,  azadlıq  verəcəyini  vəd  etdi.  Onun  sözlərinə  hamının  əmin 
olması üçün o, əlinə quzunu götürüb dua edərək dedi ki, əgər o, öz sözünə xəyanət 
etsə, qoy onu da bu quzunun ölümü kimi qətlə yetirsinlər və bundan sonra heyvanın 
başını əlindəki daşla əzdi.  
İlk kiçik toqquşmada konsul Stsipion yaralandı və Titsin döyüşünü də 218-ci 
ildə karfagenlilər uddu. Konsulun yanında çox gənc oğlu var idi, bu oğlan 17 il sonra 
məşhur  sərkərdə  Publi  Korneli  Stsipion  kimi  Hannibal  üzərində  parlaq  qələbə 
çalacaq və bu zəfərə görə "Afrikalı" ləqəbinə layiq görüləcəkdi. Konsulu düşərgəyə 
gətirdilər, onun xilas olmasına oğlu kömək etmişdi, bəzi mənbələr isə bunu bir qulun 
xidməti kimi göstərirlər.  
Hannibalın  qoşunlarında  Numidiya  süvariləri,  ispan  tayfalarından  olan 
döyüşçülər və qallar var idi. İlk qələbədən sonra onun üçün ərzaq problemi yarandı 


 
51 
və  iri  anbarları  olan  Klastidi  şəhərinin  xəyanəti  nəticəsində  o,  xeyli  ərzaq  əldə  edə 
bildi.  Konsul  Semproninin  başçılıq  etdiyi  romalılar  ikinci  döyüşü  uddu.  O,  bundan 
çox  qürrələnirdi.  Lovğalanan  Semproni  döyüşçülərinə  yeni  döyüşə  hazırlaşmaq 
əmrini  verdi.  Qışda  keçirilən    üçüncü  döyüş  qar  yağa-yağa  gedirdi  və  isti 
geyinməmiş və ac romalılar uduzub, geri çəkilməyə başladılar. Soyuq onları taqətdən 
salırdı. Artıq hər iki konsul, hər iki konsulun qoşunları darmadağın edilmişdi. Yeni 
konsul  seçkilərində  Qney  Servili  və  Qay  Flamini  konsullar  seçildilər.  Dördüncü 
döyüşdə Hannibal yaralandı, lakin karfagenlilər qalib gəldilər və strateji əhəmiyyəti 
olan  Vintuliviya  şəhərini  tutdular.  Şəhərlilər  silahlarını  qaliblərə  təhvil  verdilər. 
Digər toqquşmaları da Semproni uduzdu.  
İtaliyada  bu  hadisələr  baş  verərkən  konsulun  qardaşı  Qney  Korneli  Stsipion 
donanma  və  qoşunlarla  İspaniyaya  keçdi  və  Ebro  çayına  qədər  bütün  dəniz  sahilini 
Romaya tabe etdi. Ebronun digər tayındakı İspaniya Hannonun əyaləti idi. Hannibal 
onu,  bu  ölkəni  xeyli  qüvvə  ilə  müdafiə  etməyə  qoymuşdu.  Hannonla  döyüşdə 
romalılar  qalib  gəldi,  Karfagenlilər  6  min  nəfər  itgi  verdi  və  romalılar  2  min 
döyüşçünü  və  sərkərdənin  özünü  əsir  götürdülər.  Digər  toqquşmada  Stsipion  daha 
çox - 12 min nəfər düşmən əsgərini məhv etdi.  
Hannibalın  Etruriyaya  daxil  olması  da  asan  getmirdi.  Qasırğa,  dolu  yağması, 
sonrakı şaxtalar karfagenlilərə böyük ziyan vurdu. Çoxlu at və 7 fil öldü. Liquriyada 
isə  yerli  sakinlər  xəyanətkarlıq  edib,  iki  Roma  kvestorunu,  iki  hərbi  tribunu 
Hannibala  verdilər.  Bu  daha  qorxulu  simptom  idi  ki,  yerli  tayfalar  Hanniballa 
müttəfiqlik  əlaqələrinə  girib  Romaya  qarşı  mübarizədə  iştirak  edirdilər.  Hannibalın 
siyasəti  də  buna  şərait  yaradırdı.  O,  hamını  inandırmağa  cəhd  edirdi  ki,  İtaliyaya 
yalnız  Roma  ilə  müharibə  etmək  üçün  gəlmişdir.  Romanın  müttəfiqlərindən  olan 
döyüşçüləri  əsir  götürdükdə,  onlara  mərhəmətlə  yanaşır,  haqq  almadan  evlərinə 
buraxırdı, romalı əsirlərlə isə olduqca sərt davranılırdı. Belə çıxırdı ki, o, italiyalıların 
azadlığını  bərpa  etmək,  romalıların  azadlığını  məhv  etmək  uğrunda  vuruşur.  Lakin 
bütün  bunlara  baxmayaraq,  o,  xəyanətdən  də  çox  qorxurdu,  öz  həyatına  qəsd 
ediləcəyi  vahiməsi  keçirirdi.  Ehtiyatlılıq  edərək,  tez-tez  parikini  və  paltarını 
dəyişirdi,  hətta  yaxın  silahdaşları  belə  çox  vaxt  onu  tanımırdı.  O,  Etruriyada  daha 
ehtiyatlı  hərəkət  etməyi  qərara  aldı  və  bataqlıqdan  keçən  yolu  seçdi.  Arno  çayının 
daşmasından  buranı  tez-tez  su  basırdı.  Bunun  hesabına  o,  çox  qısa  müddətdə 
Etruriyaya girdi və müharibə üçün çox əhəmiyyətli olan gözlənilməzlik faktoru əldə 
etdi.  Bu  yürüş  heç  də  Alpı  aşmaqdan  asan  deyildi.  Əsgərlər  batmamaq  üçün  ölən 
heyvanların cəsədlərinin üstü ilə gedirdi. Hannibal özü təkcə sağ qalmış filin üstündə 
gedirdi.  Bataqlıqdan  çıxan  zəhərli  qazdan  və  yuxusuzluqdan  onun  gözləri  ağrımağa 
başladı və o, bir gözünü itirdi.  
Hannibal  217-ci  ildə  Trazimen  gölü  yaxınlığındakı  döyüşdə  romalıları 
mühasirəyə aldı. Bu qızğın döyüşdə konsul Flamini öldürüldü. Ancaq 6 min romalıya 
bu dəhşətdən qaçıb qurtarmaq mümkün oldu, lakin qovan Karfagen süvariləri onları 
da əsir götürdü. Bu döyüşdə romalılar 15 min adam itirdilər, digər tarixçilər isə itkini 
25  minə  qaldırırlar.  Bu  müvəffəqiyyətdən  sonra  Hannibal  artıq  qəti  qələbəyə  tərəf 
yox, Umrbiyadan keçərək Adriatik dənizinin sahilinə keçməyi qərara aldı və Apuliyə 
gəldi.  İndi  Hannibal  öz  yolu  boyu  yerli  əhalini  amansızcasına  qarət  edir  və  qırırdı. 
Əvvəlki  şirnikləndirmə  siyasətinin  yerini  "yandırılmış  torpaq"  taktikası  tuturdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə