Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   18   19   20   21   22   23   24   25   ...   120

 
48 
özləri  içəridə  ola-ola  evlərini  yandırdılar.  Digərləri  isə  əllərində  silah  düşmənin 
üstünə atılıb son nəfəslərinə qədər vuruşdu.  
Karfagendən  qayıdan  səfirlər  onların  düşmən  əhval-ruhiyyəsini  xəbər 
verdikdə,  Romaya  Saquntun  darmadağın  edilməsi  məlumatı  da  gəldi.  Senatorlar 
bundan elə hiddətə gəldilər ki, elə bil düşmən Roma divarları qarşısında dayanmışdı. 
Ona görə də xalq yığıncağına karfagenlilərə müharibə elan etmək təklifi verildi. Ordu 
döyüş  hazırlığına  gətirildi.  Lakin  müharibəni  başlamaq,  bütün  adətlərə  əməl  etmək 
üçün  yenidən  Afrikaya  beş  nəfərdən  ibarət  səfirlər  göndərildi,  onların  içərisində 
Kvint Fabi də var idi. Onlar karfagenlilərdən soruşmalıydılar ki, Hannibala Saquntu 
mühasirə  etmək  tapşırığını  dövlətmi  vermişdir?  Səfirlər  Karfagen  senatına  daxil 
olanda Kvint Fabi məhz bu sualı onlara verdi. Bu vaxt bir karfagenli cavab verdi ki, 
romalılar  bizə  ilk  səfirləri  göndərəndə  də  və  onlara  Hannibalı  öz  şəxsi  məsuliyyəti 
hesabına  Saquntu mühasirəyə  almış  adam  kimi  verilməsini  tapşıranda  da  tələsik  və 
təhqiramiz hərəkət etmişdilər. İndiki səfirliyin tələbi ondan daha sərtdir. O vaxt siz 
təkcə Hannibalı ittiham edirdiniz və yalnız onun verilməsini tələb edirdiniz, indi isə 
siz gəlmisiniz ki, bizim hamımızı günah işlətdiyimizi etiraf etməyə məcbur edəsiniz 
və bizim öz etirafımızla üzərimizə cərimə qoyasınız.  
Belə ittihamları sadaladıqdan sonra o, romalı səfirlərə bildirdi ki, Saquntu və 
Giber  çayını  keçməyi  bəhanə  gətirməyi  qurtarın,  nəhayət  uzun  müddət  ürəyinizdə 
gəzdirdiyiniz  məsələləri  açıb  tökün,  onların  yükündən  azad  olun.  Bu  vaxt  romalı 
toqasının ətəyini elə tutdu ki, onda oyuq əmələ gəldi və dedi: "Bax burda mən sizə 
müharibə  və  sülh  gətirmişəm;  hansını  istəyirsiniz,  seçin!"  Bu  sözlərinə  o,  daha 
məğrur cavab aldı: "Özün seç!" Romalı toqasını aşağı saldıqda, ucadan dedi: "Mən 
sizə  müharibə  verirəm"  və  iştirak  edənlər  yekdilliklə  cavab  verdilər  ki,  onlar 
müharibəni qəbul edirlər və qəbul etdikləri qətiyyətlə də onu aparacaqlar.  
Səfirlər  oradan  İspaniyaya  keçdilər  ki,  ayrı-ayrı  icmalarla  ittifaq  bağlasınlar. 
Lakin  voltsiyalılarla  görüşdükdə,  onlardan  sərt  cavab  aldılar:  "Romalılar,  sizin 
vicdanınız  necə  yol  verir  ki,  sizin  məsləhətinizə  qulaq  asan  saquntlular  öz 
düşmənləri,  puniyalıların  qəddarlığından  daha  çox  öz  müttəfiqləri  romalıların 
xəyanətindən  ziyan  gördükdən  sonra  bizdən  tələb  edəsiniz  ki,  karfagenlərin 
dostluğundan  sizinkini  üstün  tutaq.  Sizə  məsləhət  görürük  ki,  Saquntun  bədbəxtliyi 
bilinməyən  yerlərdə  özünüzə  müttəfiq  axtarasınız,  ispan  xalqları  üçün  Saquntun 
xarabaları  qəmgin,  həm  də  təsirli  dərs  olacaqdır  ki,  heç  kəs  Roma  sədaqətinə  və 
Roma  dostluğuna  bel  bağlamasın".  Səfirlər  belə  sərt  cavabdan  sonra  Qalliyaya 
keçdilər.  Qallar  isə  onlara  belə  cavab  verdilər:  "Romalılar  bizə  heç  bir  xidmət 
göstərməmişlər, karfagenlilər isə bizi incitməmişlər; ona görə də romalıların xeyrinə, 
puniyalıların əleyhinə silah qaldırmağa ehtiyac duymuruq". Beləliklə qall tayfaları da 
romalıların müraciətinə dostluq mövqeyindən cavab vermədilər.  
Hannibal  218-ci  ildə  Giber  (indiki  Ebro)  çayını  keçib,  qallara  xəbər  göndərdi 
ki,  onların  torpaqlarından  keçəcəkdir.  Həm  də  o,  Alp  aşırımları,  dağ  keçidləri 
haqqında  məlumat  almaq  istəyirdi.  Tit  Livinin  yazdığına  görə,  Giber  çayından 
Hannibal 90 min piyada və 18 min süvari keçirmişdi. O, İspaniyada xeyli qüvvə və 
21 fil qoyub getdi. Çoxları qarşıdakı müharibədən yox, insan qüvvəsindən yüksəkdə 
duran Alp dağlarını aşmaqdan qorxurdu. Hannibal Qalliyaya düşmən kimi deyil, dost 
kimi gəlmişdi və söz vermişdi ki, qallar onu məcbur etməsələr, İtaliyaya çatana qədər 


 
49 
qılıncları  qınından  çıxmayacaqdır.  O,  bəzi  tayfalara  qorxu  ilə,  digərlərinə  hədiyyə 
verməklə təsir edirdi. Hannibal əsgərlərin Alpdan aşmağın çətinliyindən qorxduğunu 
bilib, 
onların  arasında  narazılıq  yaranmaması  üçün  İtaliyaya  yürüşünü 
sürətləndirməyi  qət  etdi  və  əsgərləri  yığıb  onlara  müraciət  etdi  ki,  sizə  görə  məgər 
Alp  uca  dağlar  deyilmi?  Axı  elə  bir  yer  yoxdur  ki,  o,  göyə  dirənsin  və  insan  üçün 
keçilməz olsun. Əgər bu dağlarda adamlar yaşayırsa, onların öhdəsindən gələ bilirsə, 
deməli döyüşçülər də bu dağlarla bacararlar. Silahdan başqa heç nəyi olmayan əsgər 
üçün bu dağlar keçilməz, əlçatmaz ola bilməz. Bu mümkündürmü ki, bizim yürüşün 
məqsədi  olan  Roma,  dünyanın  paytaxtıdırsa,  bu  yerlər  nə  qədər  yabanı  və  sərt 
qayalar olsa da, dayanmağımıza imkan versin?  
Onun sözlərindən döyüşçülər həvəsə gəldilər və yollarına davam etdilər. Lakin 
dağlar  doğrudan  da  keçilməz  idi.  Bütün  təbiət  elə  bil  ki,  şaxtadan  donmuşdu.  Bu 
səhnə  döyüşçülərə  çox  qorxulu  görünürdü.  Uca  dağlar,  buzluqlar,  şiş  qayalar,  tük 
basmış və cır-cındır geymiş adamlar onları dəhşətə gətirirdi. Çox sayda əsgər aşırımı 
keçəndə  sürüşüb  aşağıdakı  dərin  uçurumlara  düşürdü.  Yük  heyvanları  xüsusən  çox 
əziyyət çəkirdi, qar topası kimi aşağı  yuvarlanırdı. Doqquzuncu günü onlar aşırıma 
çatdılar. Hannibal uzaq məsafəni seyr etməyə imkan verən dağ çıxıntısında əsgərlərə 
İtaliyanı və Pad (indiki Po) çayının ovalığını göstərdi və dedi ki, bundan sonra hər 
şey yaxşı gedəcəkdir, bir və ya iki döyüş İtaliya paytaxtı üzərində hakimiyyəti bizə 
verəcəkdir.  Əsgərlər  İspaniyadakı  Yeni  Karfagendən  Alpın  ətəklərinə  qədər  beş  ay 
yarımadək  vaxt  sərf  etmişdilər.  Hannibalın  yanında  əsirlikdə  olan  Alimet  məlumat 
verir  ki,  Hannibal  İtaliyaya  80  min  döyüşçü  və  10  min  süvari  gətirmişdi  və  guya 
yolda Hannibal 36 min adam və böyük miqdarda at və yük heyvanı itirmişdi. Bundan 
başqa o, Alp dağlarından 37 fil keçirə bilmişdi.  
O,  Pad  çayı  ətrafındakı  qalları  öz  tərəfənə  çəkdi.  Bu  vaxt  Roma  ordusuna 
Korneli  Stsipion  komandanlıq  edirdi  və  Hannibala  qarşı  o,  göndərilmişdi.  O,  öz 
döyüşçüləri qarşısında çıxış edərək dedi: "Siz qaliblərə məxsus ruhla vuruşacaqsınız, 
onlar  isə  məğlublara  məxsus  utancaqlıqla  döyüşəcəklər".  Sərkərdə  öz  əsgərlərinə 
karfagenlilərin  I  Puniya  müharibəsində  məğlub  olmasını  yada  salırdı.  O,  davam 
edərək  dedi  ki,  indi  də  onlar  bizimlə  vuruşmağı  igidliyin  aşıb-daşmasından  qət 
etməmişlər. Onlar kabuslardır, onların əlləri, ayaqları donmuş, ancaq bir qədər xarici 
görkəmdən insana oxşarlıqları qalmışdır. Onlar düşmənin yazıq qalıqlarıdır, düşmən 
deyildir.  Məni  bircə  şey  düşündürür  ki,  siz  döyüşəcəksiniz,  adamlar  isə  güman 
edəcəklər  ki,  guya  Hannibala  Alp  qalib  gəldi.  Elə  güman  edin  ki,  sizə  qarşı  silah 
qaldırmış qullarınızı görürsünüz. Onlar elə təsirli məğlubiyyətdən 20 il sonra dəlisov 
oğlanın  arxasına  düşüb  sizin  doğma  şəhərinizi  mühasirəyə  almağa  gəlirlər.  İndi  siz 
əvvəlki  kimi  Siciliyaya  və  Sardiniyaya  sahib  olmaq  uğrunda  deyil,  İtaliya  uğrunda 
vuruşacaqsınız.  Burada  biz  elə  mərdliklə  vuruşmalıyıq  ki,  elə  bil  ki,  Romanın 
divarları önündə vuruşuruq. Qoy sizin hər biriniz özünə yəqin etsin ki, o, təkcə özünü 
deyil,  həm  də  arvadını  və  kiçik  yaşlı  uşaqlarını  qoruyur,  sizin  gücünüzdən  və 
igidliyinizdən  Romanın  və  Roma  dövlətinin  taleyi  asılı  olacaqdır.  Belə  sözlər 
döyüşçülərə təsir etməyə bilməzdi.  
Hannibal  isə  öz  döyüşçüləri  qarşısında  nitq  söyləməkdənsə,  ibrətamiz  misal 
göstərməyi üstün tutdu. O, səhnə kimi bir yerə, dağlılardan götürdüyü əsirləri çıxardı, 
onların  qabağına  qalların  silahını  tökdü  və  dedi  ki,  onlardan  kim  qandaldan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə