Tələbə: Lətifov Pərvin Müəllim: Ələkbərov Allahverdi baki 2021


Hesabat-yazı hissəsinin məzmunu



Yüklə 167,87 Kb.
səhifə2/3
tarix03.01.2022
ölçüsü167,87 Kb.
#82541
1   2   3
Sərbəst iş 4

Hesabat-yazı hissəsinin məzmunu:
1.İntiqalın kinematik hesabı; 2. Yastı qayış ötürməsinin hesabı; 3. Silindrik düz dişli çarx ötürməsinin hesabı; 4.Valların ilkin hesabı, qasnaqların və sonsuz vint çarxının konstruksiya olunması; 5. Reduktorun ilkin yığım eskizinin tərtibi və diyirlənmə yastıqlarının uzunömürlülüyünün yoxlanması.

GİRİŞ
Hər bir maşın sadə şəkildə mühərrikdən, ötürmədən və işçi mexanizmdən ibarət olur. Bunların birliyinə intiqal deyilir. İntiqallarda mühərrik ilə işçi mexanizm arasında aşağıdakı səbəblərdən ötürmələrdən istifadə olunur: Adətən mühərrikləri qabaritinin kiçik olması üçün böyük fırlanma tezliyi ilə hazırlayırlar, işçi mexanizmlərdə isə əksərən kiçik fırlanma tezliyi lazım gəlir. Bundan başqa işçi mexanizmlərdə əksərən sürətin nizamlanması lazım gəlir. Mühərriklərin sürətinin nizamlanması isə həmişə mümkün olmur və mümkün olduqda isə baha başa gəlir. Onlar arasında ötürmədən istifadə etməklə bunlara nail olmaq olur. Müasir intiqallarda reduktorlardan və elastik rabitəli ötürmələrdən (qayış və zəncir ötürmələrindən) daha çox istifadə olunur. Qayış ötürmələri sürətli ötürmə olduğundan, onlar adətən reduktordan əvvəl, zəncir ötürmələri isə reduktordan sonra yerləşdirilir. İntiqalın əsas düyümü reduktordur. Reduktor dişli çarx və yaxud sonsuz vint ötürməsindən təşkil olunmuş və qapalı gövdədə yerləşdirilmiş fırlanma tezliyini azaldıb, fırlanma momentini artıran qurğuya deyilir. Dişli ilişmənin növünə görə reduktorları silindrik dişli çarx, konus dişli çarx və sonsuz vint reduktorlarına, valların fəzada vəziyyətinə görə şaquli və üfüqi reduktorlara, kinematik sxeminə görə açıq, budaqlanmış və tuşoxlu sxemli reduktorlara, pillələrin sayına görə bir, iki, üç və s. pilləli reduktorlara bölürlər. Sərbəst iş üçün nəzərdə tutulan intiqallarda birpilləli reduktorlardan istifadə olunub. Reduktorda nəzəri kursda öyrənilən ümumi təyinatlı detalların demək olar ki, hamısından istifadə olunur ki, bu da nəzəri kursun daha yaxşı mənimsənilməsinə səbəb olur.
4. VALLARIN İLKİN HESABI, QASNAQLARIN VƏ SONSUZ VİNT ÇARXININ KONSTRUKSİYA OLUNMASI
Reduktorun vallarının polad 45 materialından hazırlanacağı nəzərdə tutulur. Reduktorun vallarının çıxış ucunun diametri burulmaya görə möhkəmlik hesabatından tapılır. Burulmada buraxılabilən toxunan gərginliyin qiymətini [τ]=20 MPa qəbul edərək reduktorun aparan valının çıxış ucunun diametrini təyin edirik:

=34.4 mm

Yuvarlaqlaşdıraraq standart sıradan (səh. 68) dv1=34 mm qəbul edirik.

Reduktorun vallarının pilləli hazırlanmasını nəzərə alaraq yastıq oturan hissədə aparan valın diametrini qəbul edirik.

Dişin dibi ilə işgil yuvası arasındakı x məsafəsi baxdığımız ötürmədə x˂2,5m şərtini ödəmədiyi üçün dişli çarxın valla birlikdə hazırlanması məsləhət görülmür. Ona görə də aparan dişli çarx oturan hissədə isə valın diametrini daha 5...10 mm artırmaq lazım gəlir. Yəni



Kipləşdirici oturan hissədə valın diametrini aşağıdakı kimi təyin edirik:

Valın çıxış ucunun uzunluğunu təyin edək:

l01=(1,2...1,5)dv1=1,2....1,5)*43=51.6...64.5 mm

l01 =60 mm qəbul edirik.

Aparan valın digər ölçüləri reduktorun eskiz cizgisindən təyin oluna bilər.

Reduktorun aparılan valının çıxış ucunun diametrini təyin etmək üçün burulmada buraxılabilən toxunan gərginliyin qiymətini [τ]=20 MPa qəbul edirik:



=54.03

Yuvarlaqlaşdıraraq standart sıradan (səh. 68) dv2=55 mm qəbul edirik.




Şəkil 1. Aparan valın eskizi
Yastıq oturan hissədə aparılan valın diametrini

qəbul edirik.

Dişli çarx oturan hissədə isə valın diametrini daha 5...10 mm artırmaq lazım gəlir. Ona görə də aparılan valın dişli çarx oturan hissəsində



60+5=65

Kipləşdirici oturan hissədə valın diametrini aşağıdakı kimi təyin etmək olar:

Valın çıxış ucunun uzunluğunu


Yüklə 167,87 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə