Tələbə: Aytac Bəkirova İxtisas: Kulturologiya Qrup: Mz019A



Yüklə 90,34 Kb.
tarix26.10.2023
ölçüsü90,34 Kb.
#131862

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi



Tələbə: Aytac Bəkirova
İxtisas: Kulturologiya
Qrup: Mz019A
Mövzu: Azərbaycan Musiqi Mədəniyyət Dövlət Mədəniyyət Muzeyində elmi kütləvi tedbirlər
Azərbaycan Musiqi Mədəniyyət Dövlət Mədəniyyət Muzeyində elmi kütləvi tədbirlər
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi — 1967-ci ildə yaradılmış muzey. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir gerçəkləşib. Tədbirdə ölkədə fəaliyyət göstərən muzeyləri əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, ictimaiyyətin nümayəndələrinin iştirak ediblər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış edərək Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin bu il Beynəlxalq Muzeylər Gününü “Molla Nəsrəddin” jurnalının 105 illik yubileyi ilə əlaqələndirməyə təşəbbüs göstərdiyini yada salıb. A.Bayramova “Molla Nəsrəddinlə birlikdə gülürük” adlı tədbirin də bu təşəbbüsə əsaslanaraq həyata keçirildiyini diqqətə çatdırıb.Muzeyin elmi-kütləvi şöbəsinin müdiri Ülviyyə Səmədova tədbirin proqramı haqqında məlumat verib.
Tədbir çərçivəsində foyedə təşkil olunan sərgidə muzeyin arxivində saxlanılan şarjlar, karikaturalar, musiqili komediyalara illüstrasiyalar nümayiş etdirilib. Onların arasında Ə.Haqverdiyevin dostluq şarjları, dahi bəstəkar Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasına Elturan Avalovun illüstrasiyaları, həmçinin Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, karikaturaçı-rəssam Bayram Hacızadənin əsərləri daha böyük maraq doğurub.
Tədbirdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorlarından xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Ramiz Məmmədov, Xanım Qafarova, Nahidə Orucova, Nərgiz Kərimova, Nadir Xasıyev və başqalarının ifasında Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Ələsgərov və İ.Məlikzadənin “Hərənin öz ulduzu”, A.Məşədibəyov və M.Əlizadənin “Toy kimindir” musiqili komediyalarından səhnələr canlandırılıb, lətifələr söylənib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi karantin rejimi müddətində onlayn fəaliyyətini davam etdirmiş, Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixinin təbliğ ilə bağlı işlər görmüşdür. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 20 avqust 2020-ci il tarixində Maestro Niyazinin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş “Niyazi və Azərbaycan-Türkiyə mədəni əlaqələri” adlı Beynəlxalq Elmi-Praktiki Konfrans (onlayn video-konfrans) keçirmişdir. Muzeyinin direktoru Alla Bayramova R.M.Qlierin anadan olmasının 145 illiyinə həsr olunmuş “Reynhold Qlierin Musiqisində Simfonizm və Etnos və XX-XXI əsrdəAzərbaycan Musiqisi” adlı növbəti beynəlxalq onlayn-konfransda və Klin şəhərində (Rusiya) P.İ.Çaykovskinin 180 illiyinə həsr olunmuş beynəlxalq festival çərçivəsində keçirilən onlayn konfransda iştrak etmişdir.
Bu il Milli Musiqi Günündə Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin anadan olmasının 135 illiyi qeyd olunur. Yubiley ərəfəsində sentyabr ayının 5-dən muzeyin zəngin kolleksiyalarından korifeylərə aid tarixi sənədlərdən ibarət silsilələr təqdim edilir. Onlar içərisində doğum şəhadətnamələri, 1912-ci ildə Üzeyir Hacıbəylinin Müslüm Maqomayevə verdiyi Etibarnamə, nadir fotoşəkillər və digər materiallar muzeyin 3 dildə fəaliyyət göstərən sosial şəbəkə səhifələrində yerləşdirilmişdir.
Eyni zamanda qeyd etmək istərdik ki, Muzey tərəfindən 17 sentyabr 2020-ci il tarixində saat 17:00-da Milli Musiqi Günü, Üzeyir Hacibəylinin və Müslüm Maqomayevin 135 illiyi münasibətilə Azərbaycan, Türkiyə, Rusiya və Amerikanı təmsil edən nümayəndələrin iştrakı ilə onlayn tədbir keçiriləcəkdir.
Azərbaycanın ilk pianoçu-pedaqoqu, maarifçi, Xalq artisti Kövkəb Səfərəliyevaya həsr olunmuş “Bizim böyük müəllimimiz” kitabının təqdimatı 22 fevral 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan Respublikası İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyi” ilə birgə Azərbaycanın ilk pianoçu-pedaqoqu, maarifçi, Xalq artisti Kövkəb Səfərəliyevaya həsr olunmuş pedaqoq-musiqiçi Şərafət Əliyeva-Əzizovanın “Bizim böyük müəllimimiz” kitabının təqdimatı keçirilib.
Musiqi təhsilinin inkişafında böyük əməyi olan pianoçu, pedaqoq, professor, metodist, publisist, maarifçi və təşkilatçı, Xalq artisti Kövkəb xanım Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifi olub.
Tədbirdə kitabın müəllifi, musiqişünas-alimlər, musiqi təhsili müəssisələrinin nümayəndələri Kövkəb Səfərəliyevanın bir musiqiçi və bir pedaqoq kimi XX əsr Azərbaycan fortepiano musiqi tarixindəki rolundan danışıb.
Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Kövkəb Səfərəliyevanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.
Tədbirin bədii hissəsində tanınmış və professional pianoçularla yanaşı gənc, istedadlı ifaçılar Kövkəb Səfərəliyevaya ithaf etdikləri konsert proqramı ilə çıxış etdilər.
“XOCALI SOYQIRIMI – XX ƏSRİN FACİƏSİ” TƏDBİRİ
24 fevral 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Xocalı soyqırımı – XX əsrin faciəsi” tədbiri keçirildi.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda məruzələr dinlənildi, gənc musiqiçilərin ifalarında Xocalı şəhidlərinin xatirəsinə ithaf olunmuş musiqi proqramı səsləndirildi. Tədbir “Xocalı – Əsrin faciəsi” sənədli filminin nümayişi ilə davam etdi.
1 mart 2023-cü il tarixində saat 12:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Klassik Musiqi Həvəskarları Klubunda “Heydər Əliyev və mədəniyyətimiz” silsiləsindən növbəti tədbirdə bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilmişdir.
Görüş zamanı bəstəkarın həmkarları, sənət dostları onun yaradıcılığı haqqında çıxış etdi, ürək sözlərini bilüşdülər. Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu. Tədbirdə Məmmədağa Umudovun müəllifi olduğu “Alətşünaslıq. Simfonik Orkestr Alətləri”, “Qələbəyə doğru...Marş” və “Tövsiyələr” kitablarının təqdimatı keçirildi.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının professor, müəllim və tələbələrinin ifalarında Məmmədağa Umudovun Azərbaycan Respublikasında “Heydər Əliyev - 100” illiyinə ithaf etdiyi əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
2 mart 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə tanınmış bəstəkar, pedaqoq, professor, Xalq artisti Sevda İbrahimovaya həsr olunmuş elmi seminar keçirilmişdir.
Seminarda giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Bakı Musiqi Akademiyasının dosenti, elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə çıxış etmişlər. Tədbirdə dosent, laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva Qara Qarayevin bəstəkarlıq məktəbinin yetirməsi, Xalq artisti, professor Sevda İbrahimovanın zəngin yaradıcılıq yolu haqqında ətraflı danışdı. Akademiyanın elmi işlər üzrə prorektoru, musiqişünas, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Xalq artisti, tarzən Ramiz Quliyev bəstəkarın yaradıcılığı və pedaqoji fəaliyyəti, yüksək şəxsi keyfiyyətləri haqqında danışmışlar. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Sevda İbrahimovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
Seminarda Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və akademiyanın tələbələrinin ifasında Sevda İbrahimovanın əsərlərindən ibarət musiqi proqramı təqdim olundu, videoyazılar nümayiş olundu.
"USTAD XATİRƏLƏRDƏ" ADLI TƏDBİR
3 mart 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Respublikası İrsimizin tədqiqi və Təbliği İctimai Birliyi ilə birgə görkəmli mədəniyyət xadimi, xanəndə, bəstəkar və pedaqoq, Xalq artisti Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş “Ustad xatirələrdə” adlı tədbir keçirilmişdir.
Görkəmli muğam ustadı, Xalq artisti, professor Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Əlibaba Məmmədov milli ifaçılıq sənətinin inkişafına mühüm töhfələr verib, yeni xanəndələr nəsli yetişdirib, eyni zamanda bəstələdiyi mahnı və təsniflərlə musiqi tariximizdə silinməz iz qoymuşdur. Xanəndənin ifasında “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və başqa muğam və təsniflər Azərbaycan Radiosunun “qızıl fondu”nda qorunub saxlanılır. Əlibaba Məmmədov həm də 100-dən çox mahnı və təsnifin müəllifidir.
Əlibaba Məmmədovun xatirəsinə həsr olunmuş tədbirdə Səadət Təhmirazqızının müəllifi olduğu “Ustad xatirələrdə” kitabının təqdimatı keçirilmiş və onun ssenari müəllifi olduğu unudulmaz xanəndənin yaradıcılığına həsr olunmuş “Bizim ustad” sənədli filmi nümayiş olunmuşdur.
Tədbirdə musiqi ictimaiyyəti – Əlibaba Məmmədovun sənət dostları, tələbələri, muğam ifaçıları, musiqiçilər iştirak etmiş, xanəndə ilə bağlı xatirələrini bölüşmüşlər. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarından Əlibaba Məmmədovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşdur.
16 mart - görkəmli Azərbaycan musiqiçisi, bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Mükafatı laureatı VAQİF MUSTAFAZADƏNİN doğum günüdür.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək, dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etmişdir. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olmuşdur.Vaqif Mustafazadə XX əsrin görkəmli caz pianoçularından biri və bəstəkar olmaqla yanaşı yaradıcılığı dövründə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və ”Sevil” qadın vokal-instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqəsi və festivallarının(“Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo”) laureatı olmuşdur.16 mart 2023-cü il tarixində səhər saatlarında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və muzeyin filialı olan Vaqif Mustafazadənin Ev Muzeyinin əməkdaşları Vaqif Mustafazadənin məzarını ziyarət edəcəklər, saat 15:00-da isə muzeydə gənc istedadların ifasında konsert proqramı təqdim olunacaqdır.
Yüklə 90,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə