Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi



Yüklə 295,9 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix01.04.2018
ölçüsü295,9 Kb.
#35703
1   2   3   4   5   6   7   8   9

Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 14 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Təhsildə struktur islahatları  

1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı ” təsdiq edildikdən 

sonra ali təhsildə struktur dəyişikliklərir həyata keçirilib.

 

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən təhsil islahatları 

Təhsil sektorunda islahatların həyata keçirilməsi üçün Dünya Bakı ilə birgə layihələrin icrasına 

1998-ci  ildən  başlanılıb.  Təhsil  islahatları  Dünya  Bankından  alınan  kredit  və  Azərbaycan 

hökumətinin ayırdığı vəsaitlər hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Dünya Bankı 

ilə  əməkdaşlığın  birinci  mərhələsi  1998-2003,  ikinci  mərhələsi  2004-2007-ci  illərdə  Təhsil 

Sektorunda  İnkişafı  Layihəsi  qəbul  edilib  və  üçüncü  mərhələ  2009-2014-cü  illəri  əhatə  edən 

Təhsil  Sektorunun  İnkişafının  İkinci  Layihəsinin  icrasına  başlanılıb.  Bu  layihələr  çərçivəsində 

kurrikulum  sistemin  tətbiqi,  şagirdbaşına  maliyyələşdirmə,  təhsil  xərclərinin  səmərəliliyi  və 

şəffaflığı kimi sahələrdə islahatlar aparılıb. 

Ali təhsil islahatları və Boloniya prosesi  

Boloniya  prosesinin  mahiyyəti  Avropada  vahid  ali  təhsil  məkanın  yaranmasıdır  və  Bolonya 

prosesinin  əsası  1999-cu  ildə  qoyulub.  Azərbaycan  bu  prosesə  2005-ci  ildə  qoşulub  və  burada 

məqsəd  ölkədə  vahid  Avropa  standartlarına  cavab  verən  ali  təhsilin  tətbiq  edilməsidir.  Bu 

məqsədlə  Bolonya  Bəyannaməsinin  müddəaları  üzrə  2006-2010-cu  illəri  əhatə  edən  Tədbirlər 

Planı təsdiq edilmişdir. Boloniya prosesinə keçid əsasında Avropa və dünya standartlarına cavab 

verən təhsil sisteminin tətbiq edilməsi  üçün qanunvericilik  bazasının təkmilləşdirilməsi zərurəti 

yaratdı və 2009-cu ildə “Təhsil Haqqında” yeni qanun qəbul edildi.  



Dövlət Proqramı çərçivəsində xaricdə təhsil  

“2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xaricdə  təhsili  üzrə  Dövlət  Proqramı”nı 

Azərbaycan  prezidentinin  2007-ci  il  16  aprel  tarixli  sərəncamı  ilə  təsdiq  edilmişdir.  Dövlət 

Proqramının  əsas  məqsədi  Azərbaycanlı  gənclərin  bütün  ixtisaslar  üzrə  dünyanın  müxtəlif 

universitetlərində təhsil alıb, sabaha savadlı kadr hazırlamaqdır. 

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı 

Her il minlərlə gənc xaricdə təhsili davam etdirmək məqsədilə müxtəlif universitetlərə oxumağa 

gedir. Bu proses müxtəlif yollarla baş verir: ya şəxsi vəsait, ya xarici təqaüd proqramları, ya da 

dövlət  proqamı  vasitəsilə.  2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xaricdə  təhsil  dövlət 

proqramı  vasitəsilə  gənclər müxtəlif universitetlərdə təhsillərini davam  etdirirlər. Bu proqramın 

əsas  məqsədi  gənclərin  dünyanın  müxtəlif  ölkələrində  təhsil  alıb  və  savadlı  kadr  yetişdirmək. 

Beləliklə də dünya təcrübəsinin yerli şəraitə uyğunlaşdırılmasıdır. 

Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsil  almasına  dair  Dövlet  Proqramı  Haqqında 

Azırbaycan  Respublikasının  Prezidentinin  1746  nömreli  Sərəncamı  19  oktyabr  2006-ci  ildə 

imzalanmış  və  həmin  sərəncama  uyğun  olaraq  “2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin 

xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı”  hazırlanmışdır.  Dövlət  Proqramı  Azərbaycan 

Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmişdir.  




Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 15 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Dövlət  Proqramı  çərçivəsində  hər  il  yüzlərlə  tələbə  dünyanın  müxtəlif  universitetlərində 

bakalavr,  magistratura,  rezidentura,doktorantura  və  digər  pillələr  üzrə  təhsil  alırlar. 

Gənclərinxaricdə  təhsili  müxtəlif  ölkələr  üzrə  paylanmışdır.  Aşağıdakı  cədvəldə  xaricdə  təhsil 

alan ölkə vətəndaşlarının illər və ölkələr üzrə sayı əks olunub. 



Cədvəl 4: Xaricdə təhsil alan ölkə vətəndaşlarının ölkələr üzrə sayı 

 

 İllər 



2009 

2010 

2011 

2012 

 

Tələbələrin sayı (ümumi) 



811 

789 

798 

719 

 

Türkiyə  

513 

503 


487 

445 


 

Rusiya  

234 


234 

270 


242 

 

Çin 

25 

26 


30 

26 


Misir 

 

21 



14 



Koreya 

 





Çexiya 

 





 

Slovakiya 



 



Ruminya 

-- 



-- 

-- 


ABŞ 

 



-- 

-- 


-- 

 

Cəmi 



811 

789 

798 

719 

Mənbə:  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  2014  (Hər  ildə  ilk  on  bir  ay  üçün) 

(www.edu.gov.az) 

2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramında 

qeyd olunur ki, bu proqram çərçivəsində azərbaycanlı gənclərin ABŞ, Avropa və digər ölkələrdə 

təhsili  nəzərdə  tutulur.  Gənclərin  daha  çox  Türkiyə,  Rusiya  və  Çin  universitetlərində  təhsil 

aldığını aşkar şəkildə görünür. Lakin Avropanın inkişaf etmiş və təhsil səviyyəsinə görə qabaqçıl 

olan  ölkələrin  adları  və  həmin  dövlətlərin  müvafiq  universitetlərində  təhsil  alan  tələblər  haqda 

məlumat  verilməyib.  Qeyd  etmək  lazımdır  ki,  bu  məlumatlar  Təhsil  Nazirliyinin  rəsmi  intenet 

səhifəsində qeyd edilib. 2008-ci ildə neçə tələbənin hansı ölkələrə göndərilməsi haqda məlumat 

verilməyib. Yalnız ümumi şəkildə 114 tələbənin Avropada, ABŞ və digər ölkələrdə təhsil aldığı 

haqda məlumat verilib.  

Dövlət  proqramının  maliyyələşmə  mənbələri  əsasən  Neft  Fondunun  vəsaitləri,  dövlət 

büdcəsindən  ayırmalar,  beynəlxalq  təşkilatlardan  alınan  kreditlər,  qrantlar  və  digər  vəsaitlər 

hesabına həyata keçirilir.  



Yüklə 295,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə