Təhsil xərcləri: şəffaflıq və səmərəliliyin gücləndirilməsi



Yüklə 295,9 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix01.04.2018
ölçüsü295,9 Kb.
#35703
1   2   3   4   5   6   7   8   9

Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 4 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



qrupuna  aid  edilir.  Lakin  təhsil  müəssisələrində  inzibatçı  heyətinin  saxlanılmasına  çəkilən 

xərclər birbaşa xərclərə daxil edilmir. 

Mərkəzi,  regional  və  yerli  səviyyədə  dövlət  idarəetmə  orqanlarının  təhsil  sektorunun  idarə 

edilməsinə,  yoxlama  və  nəzarət  xidmətinin  həyata  keçirilməsinə,  həmçinin  təhsil  qrafiklərinin 

hazırlanmasına çəkilən xərclər digər xərclər qrupuna aid edilir. 

Təhsilin maliyyələşməsində transfertlər əsasən iki istiqamətli olur.1) Ayrı-ayrı dövlət qurumları 

arasında  xüsusilə  yuxarı  səviyyəli  hakimiyyət  qurumundan  daha  aşağı  səviyyəli  quruma 

köçürmələr.  Bu  növ  köçürmələr  dövlət  xərclərinin  ümumi  məbləğinədaxil  edilmir.  Çünki,  bu 

köçürmələr  dövlət  sektoru  çərçivəsində  həyata  keçirildiyi  üçün,  təhsil  xərclərinin  ümumi 

məbləğinin dəyişməsinə səbəb olmur. 2)  Ayrı-ayrı ev təsərrüfatlarına və yaxud hüquqi şəxslərə 

təhsilə  görə  köçürmələr.  Buraya  təhsil  alanlara  və  onların  ailələrinə  həmçinin,  hüquqi  şəxslərə 

edilən  transfertlər  daxildir.  Köçürmənin  bu  növü  dövlət  müavinəti,  təqaüd,  qrant  və  yaxud 

istiqraz şəklində edilə bilər.  

Özəl  maliyyələşdirmə  mənbələridə  öz  növbəsində  iki  kateqoriyaya  bölünür-ailələr  və  hüquqi 

şəxslər. 

Ailələr  tərəfindən  təhsil  müəssisələrinə  edilən  ödənişlər  və  ailə  büdcəsindən  edilən  digər  təhsil 

xərcləri özəl maliyyələşmənin birinci kateqoriyasına aid edilir.Təhsil prosesində istifadə olunan 

şəxsi  əşyaların  alınmasına  sərf  olunan  vəsait,  təhsil  alanın  mənzil  şəraitinin  təmin  edilməsi  ilə 

əlaqədar ailə xərcləri ailələr tərəfindən təhsil təmayüllü digər xərclər sırasına aid edilir. 

Özəl  təhsil  maliyyələşməsinə  aid  hüquqi  şəxslər  tərəfindən  ödənilən  xərclər  də  təhsil 

müəssisələrinə  ödəmələr  və  təhsil  alanların  ailələrinə  ödəmələr  olaraq  iki  növə  ayrılır.  Hüquqi 

şəxslərin təhsil müəssisələrinə ödəmələrinə şirkətlər və ya həmkarlar ittifaqları tərəfindən təhsil 

müəssisələrinə  verilən  subsidiyalar,  özəl  şirkətlər  tərəfindən  elmi  tədqiqatların  aparılması  üzrə 

müqavilələrə əsasən universitetlərə edilən ödənişlər, sifarişli təhsil üçün ödənişlər, özəl fondların 

təhsil  müəssisələrinə  verdiyi  qrantlar,  xeyriyyəçilik  məqsədilə  təhsil  müəssisələrinə  ödənilən 

ianələr, özəl təşkilatlar tərəfindən icarəyə görə ödənişlər və s. aid edilir. 

Təhsil maliyyəsinin üçüncü qaynağı isə beynəlxalq maliyyə mənbələridir ki, buraya beynəlxalq 

təşkilatlar  tərəfindən  təhsil  sektorunun  inkişafına  ayrılan  maliyyə  yardımları  aid  edilir.  Bu 

təşkilatlara Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının təhsil sahəsi üzrə qurumları, qarşılıqlı 

fəaliyyətdə olan digər hökumətlərarası təşkilatlar, dövlət inkişaf agentlikləri və ölkədə fəaliyyət 

göstərən  beynəlxalq qeyri-dövlət təşkilatları daxildir. 

Beynəlxalq  maliyyə  mənbələrindən  daxil  olan  vəsaitlər  ya  təhsil  müəssisələrinə  verilən  birbaşa 

ödəmələr və ya müvafiq hakimiyyət orqanlarına edilən transfertlər şəklində olur

Ümumilikdə  isə  dövlətin  əsas  vəzifələrindən  biri  hər  üç  maliyyə  mənbəyi  üzrə  təhsilə  ayrılan 



xərclərin artımını və şaxələndirilməsini təmin etməkdir. Təsadüfi deyil ki, ölkə prezidentinin 24 

oktyabr  2013-cü  il  sərəncamı  ilə    təsdiq  edilmiş  “

Azərbaycan  Respublikasında  təhsilin  inkişafı 

üzrə  Dövlət  Strategiyası”

da  bu  məqama  xüsusilə  toxunub.  Hazırda  isə  ölkəmizdə  təhsil 

sektorunun  əsas  maliyyəçisi  dövlət  hesab  edilir.  Bu  sahəyə  ayrılan  vəsaitlər  ilbəil  artırılır. 




Təhsil xərcləri: 

şəffaflıq və səmərəliliyin gücləndirilməsi 

istiqamətləri

 

 



Rəşad Həsənov, Nərmin İbrahimova

 

Səhifə 5 / 23



 

 

İSİM

 

İqtisadivə Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı Siyasət, Yaxşı İslahat

 

 

 



Məqsəd ölkə konstitusiyasında təsbit edilən hər bir vətəndaşın təhsil almaq hüququnu qorumaq, 

dini,  irqi  və  sosial  statusundan  asılı  olmayaraq  ölkə  vətəndaşlarına  bərabər  şərtlər  daxilində  

təhsil  imkanlarını  yaratmaqdır.  Ümumilikdə  isə  dövlət  büdcəsindən  “Təhsil”  bölməsi  üzrə 

ayrılan  xərclər  fərdi  və  kollektiv  əsaslarla  şagird  və  tələbələr  üçün  göstərilən  xidmətlər 

qarşılığında sərf edilən vəsaitləri əhatə edir. Bu sahədə dövlət siyasətinin  müəyyənləşdirilməsi, 

müxtəlif  inkişaf  proqramlarının  hazırlanması,  kollektiv  xidmətlər,  təhsildə  fəaliyyətlər  və 

tədqiqatlar üçün istifadə olunan dövlət vəsaitləri də bu xərclərə daxil edilir. Əhalinin təhsil aldığı 

uşaq  bağçalarının,  orta  məktəblərin,  liseylərin,  institutların,  universitetlərin,  texniki  peşə 

məktəblərinin  saxlanması,  şagird  və  tələbələrin  təhsil  alması  üçün  infrastrukturun  yaradılması 

üzrə sərf olunan vəsaitlər də büdcənin “Təhsil” bölməsində öz əksini tapır. Dövlət büdcəsindən 

təhsilə  ayrılan  vəsaitlər  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  təsnifatına  əsasən 

yuxarıda bəhs etdiyimiz istiqamətlərə üzrə aşağıdakı maddələrdə əks olunur. 

1. 

Məktəbəqədər  uşaq  müəssisələri  –bu  bölümə  ölkə  ərazisində  məktəbəqədər  uşaq 

müəssisələrinin təşkili və saxlanılması xərcləri aid edilir. 

2. 

Məktəb-uşaq bağçaları, ibtidai, əsas və orta təhsil məktəbləri, gimnaziyalar, litseylər-bu 

bölümə  bütün  növ  ibtidai  və  ümumi  orta  təhsil  mətkəblərinin,  o  cümlədən  məktəb-uşaq 

bağçaları,  ibtidai,  əsas  və  orta  təhsil  məktəbləri,  gimnaziyalar,  litsey  və  kolleclərin,  günü 

uzadılmış qrupların və məktəblər nəzdindəki internatların saxlanılması xərcləri, eləcə də musiqi 

və rəssamlıq onillik məktəbləri və sanatoriya-peşə məktəbləri üçün xərclər aid edilir. 

3. 


Axşam və qiyabi orta ümumtəhsil məktəbləri. 

4. 

İnternat məktəbləri-bu bölümə xüsusi rejimli və idman təmayüllü internat məktəblərindən 

başqa bütün növ internat məktəblərinin saxlanılması xərcləri aid edilir. 

5. 

Xüsusi rejimli internat məktəbləri-bu bölümə lal-kar, kor, poliomelit keçirmiş, zəif görmə 

qabiliyyəti olan, eləcə də zehni və fiziki inkişafında fiziki və başqa qüsurları olan uşaqlar üçün 

internat məktəblərinin saxlanılması xərcləri aid edilir. 

6. 


Xüsusi  məktəblər-  bu  bölümə  xüsusi  tərbiyə  edilmə  şəraitinə  ehtiyacı  olan  uşaqlar  üçün 

nəzərdə tutulmuş xüsusi məktəblərin saxlanılması xərcləri aid edilir. 

7. 

Texniki - bu bölümə peşə məktəbləri,texniki-peşə məktəbləri və liseylərinin saxlanılması 

xərcləri aid edilir. 

8. 

Xüsusi  texniki  -  bu  bölümə  peşə  məktəbləri  və  liseyləri-həddi-büluğa  çatmamış  uşaqlar 

üçün tərbiyə koloniyaları əsasında təşkil edilmiş və şagirdlərin maddi təminatı müəyyən olunmuş 

normalar  üzrə  aparılan  xüsusi  texniki-peşə  məktəbləri  və  litseyləri,  eləcə  də  Azərbaycan 

Respublikası  Daxili  İşlər  Nazirliyinin  islah-əmək  müəssisələrinin  bazasında  yaradılan  texniki-

peşə  məktəbləri  və  litseylərinin  inzibati  və  müəllim  (ustaları  daxil  etməklə)  heyətinin 

saxlanılması və başqa tədris xərcləri aid edilir. 

9. 

Orta  ixtisas  təhsili  müəssisələri  -  bu  bölümə  texnikum,  pedaqoji,  musiqi,  xoreoqrafiya, 

rəssamlıq, tibb, olimpiya ehtiyatı və sair məktəblər üzrə xərclər aid edilir 




Yüklə 295,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə