idi. Biz saat birdə yola düşməli idik. Knyaz bizi bir gün də saxla-
maq üçün nələr təklif etmir, nələr vəd etmirdi. Lakin gördük-
lərimiz də kifayət idi. İndi Peterburq və Moskva haqqında
təəssuratımız artıq maraqsız idi.
Knyaz Tarkanovun nahar məclisi eyni zamanda vida məclisi
idi. Bu haqda düşündükcə, bikef olurdum. Ancaq nə edəsən ki,
vaxt çatmışdı.
Ağır dəqiqələr gəlib çatmışdı. Mən hər iki əlimi balaca knyaza
uzatdım. O, göz yaşları içində boğulurdu. Atası ona baxır və
halına acıyırdı.
-Mən bir tərəfə gedəndə o, heç mənim üçün bu qədər ağlamır,
- dedi.
-Mən bunu çox yaxşı başa düşürəm,- uşaq dilləndi. –Səni...
mən bilirəm ki, səni yenə də görəcəyəm, sən məni heç vaxt tərk
etməyəcəksən! Lakin cənab Düma...
Göz yaşları onu boğdu, sözünü tamamlamağa qoymadı. Mən
öz oğlum kimi onu qucağıma götürüb, bağrıma basdım. Ah!
Yazıq uşaq, görəsən mən səni bir də görəcəyəmmi ?Onda mən
yenə səni bağrıma basıb, bərk-bərk qucaqlayardım. Sonra biz
knyaz Tarkanov, Bədridze və başqaları ilə qucaqlaşıb ayrıldıq və
faytona minib yola düşdük.
Vətəndən uzaqlarda gəzdiyim çox uzun müddətdə cəmisi iki
dəfə ayrılıq dəqiqələrində ağır sarsıntı keçirmişəm.
Keçirdiyim bu iki sarsıntılı ayrılıq dəqiqələrindən biri xatir-
imdə dərin iz buraxan, mənim əziz, balaca dostumun payına
düşür. Biz gözdən itənə qədər biri-birimizə əl elədik. Mən bir
müddət yol gedə-gedə yeni tanışlar haqqında düşündüm .
Nuxadan knyaz Tarkanovun bir tüfəngini və bir xalçasını,
Məhəmməd xanın bir qılıncını və bir tapancasını, bir xurcun və
bir çarpayı örtüyü aparırdım .
Nəhayət, mən Bədridzenin şalvarını və gənc həkimin
Íàäèð ßùìÿäîâ
300
toqqasını aparırdım. Bu axırıncıların haqqında sizə danışmaq
istəyirəm, çünki çox maraqlıdır. Bizdə bədxərc adam haqqında
deyirlər:”O şalvarınıda bağışlayardı”. Lakin bu məcazi mənada
deyilir. Mənim bildiymə görə, fransız olan müqəddəs Marten öz
paltosunun yarısını bir kasıba verdiyi üçün müqəddəs-
ləşdirilmişdir. Bu o qədər böyük səxavət olmadığı halda fırça
ustaları onu paltoda geyinmiş kimi təqdim edirlər. Fransızların
məcazi mənada işlətdikləri bu misal,Nuxada öz həqiqi mənasını
tapır. Mən artıq demişəm ki, Nuxada iki parca mahudu almışdım.
Nəzərdə tutmuşdum ki, bu mahudlardan Fransaya gedib çatandan
sonra, özümə şalvar tikdirəcəyəm.
Çərkəzi çuxa və başmaq haqqında narahat olmurdum. Çünki
Baqration mənə söz vermişdi ki, onları alıb Tiflisə göndərəcək.
Lakin biz onunla şalvar haqqında danışmamışdıq.
Axı heç bir modeli olmayan bir şalvarı Parisdə necə tikdirə
bilərəm?
Bu fikir məni narahat edirdi.
-Bədridzedən xahiş edin, icazə versin, onun şalvarına baxım,
-deyə İvana müraciət etdim . –Fransaya qayıdandan sonra özümə
belə bir şalvar tikdirmək istəyirəm. Elə bunun üçün də bax-
malıyam görüm, yadda saxlaya bilərəmmi ki, onu necə tikiblər?
Balaca knyaz mənim fikrimi Bədridzeyə çatdırdı. O saat Bə-
dridze şalvarının qayışını açdı. Sağ ayağının üstə qalxıb, sol
ayağını çıxartdı, sol ayağının üstə qalxıb şalvarın sağ ayağını
tamamilə çıxartdı. Sonra isə yəhərin üstündən götürüb onu mənə
təqdim etdi.
Mən çox təəcüblə onun hərəkətlərini izləyirdim.
-Axı, o, nə etmək istəyir?- deyə gənc knyazdan soruºdum.
-Onu sizə bağışlayır.
-O, öz şalvarını mənə bağışlayır?
-Bəli, siz onu görməyi arzu etdiniz.
Òàðèõèìèçäÿí áèð âÿðÿã
301
-Mən ona ancaq baxmaq istəyirdim.
-Madam ki, o təklif edir, götürün.
-Canım, yox, bu ola bilməz. Mənim knyazım, mən onun şal-
varını götürə bilmərəm.
-Başa düşün. Əgər şalvarı götürməsəniz, siz onun xətrinə çox
bərk dəyə bilərsiniz.
-Xeyr, bu mümkün olan iş deyil, mən onun şalvarının götürə
bilmərəm.
Bədridze öz çərkəzi çuxasını yenidən bərkitmiş və onu öz
yəhərinin üstünə salaraq qılçalarını gizlətmişdi. Sonra o,
mübahisəyə müdaxilə edib, nəsə dedi.
-O nə deyir?-soruşdum.
-O deyir ki, bu tamamilə təzə şalvardır, arvadı tikdiribdir. Bu
gün səhər birinci dəfədir ki, əyninə geyib. Bircə onun fikrini çəkir
ki, kəməri köhnədir.
-Əşi, siz nə danışırsınız! Bunun fikrini çəkməyə dəyməz- deyə
cavan həkim dilləndi,-mənimki təptəzədir, özü də bazardan
dünən almışam.
-Götürün, götürün! Siz onu incidirsiniz! –deyə İvan mənə
müraciət etdi. Doğrudan da, Bədridzenin sir-sifəti dəyişmişdi.
-Aman, Allah! –Mən öz-özümə qışqırdım. –Axı, başa düşün,
o , şalvarsız buradan Nuxaya qayıda bilməz.
-Bu uzunboğaz çəkmələrdə və bu çərkəzi çuxanın altında kim
onun qıçların görə bilər, axı?!-knyaz dedi.
-Mən yenə etiraz edirdim.
-Yəqin mən onu geydiyim üçün cənab Düma götürmək
istəmir,- Bədridze dərindən köksünü ötürərək dilləndi. –Cənab
Dümaya deyin ki, bizdə dostun piyaləsindən badə içmək xoşbəxt-
likdir.
-Yaxşı, olsun, -deyə mən razılaşdım. –Mən sənin piyaləndə
badə içəcəyəm.
Íàäèð ßùìÿäîâ
302
Bax, beləcə, Bədridzenin şalvarını və gənc həkimin kəmərini
götürüb yola düşdüm.
Ancaq mən onu geyinmək istəyəndə dar oldu. Bədridzenin
piyaləsindən “badəni” mənim əvəzimə Kalino içdi.
Biz Nuxadan uzaqlaşdıqca onun görünüşü daha da gözəlləşir
və bütün füsünkarlığı ilə gözümüzün qabağında canlanırdı.
Bərqərar olduğu Qafqaz sıra dağlarının dilbər bir güşəsinə
qısılmış Nuxa , onu yaşıllığa qərq edən, qoynunda gizlədən
ağacların arasından güclə görünürdü.
Zirvəsi qarla örtülmüş bu dağların əzəmətli və adamı heyran
edən görünüşü vardı. Qafqaz sıra dağlarının tayı-bərabəri ol-
mayan Alazan vadisi ilə irəliləyirdik. Bir məntəqədə dayandıq.
Buradan Nuxa o qədər gözəl görünürdü ki, Moyne dayanıb onun
mənzərəsini çəkdi. Həmin tablo hal-hazırda Qafqaz canişini
Baryatinskidədir.
Bu kitabı oxuduğunuza görə çox sağ olun
Allah-Təala sizə yar olsun!
Òàðèõèìèçäÿí áèð âÿðÿã
303
İSTIFADə OLUNAN əDəBIYYATLAR:
1. Türkün qızıl kitabı Bakı-1992
2. Azərbaycan tarixi üzrə qaynaqlar Bakı-1989
3. Qədim Şərq tarixi Bakı-1993
4. Qızılbaşlar tarixi Bakı-1993
5. Müxtəsər Azərbaycan tarixi Bakı-1992
6. 100 böyük türk Bakı-1991
7. Böyük hun imperiyası, 1 kitab Bakı-1992
8. Böyük hun imperiyası, 2 kitab Bakı-1992
9. Azərbaycan tarixi Bakı-1994
10. Oğuz səltənəti Bakı-1992
11. Azərbaycan Atabəylər dövləti 1136-1225 Bakı-1985
12. Qədim Azərbaycan Bakı-1989
13. Qədim türklər Bakı-1993
14. İblis xislətli erməni Bakı-2009
15. Şəki Bakı-1988
16. Ömür kitabı- Sabir Rüstəmxanlı Bakı-1988
17. Oljas Süleymanov AZ-YA Bakı-1993
18. Nadir şah Tehran-2010
19. Nadir şah Bakı-2008
20. Təhmasib şah Bakı-2009
21. Ölüm mələyi Bakı-2012
22. Çingiz xan Bakı-1983
23. Orxon-yenisey abidələri Bakı-1993
24. Əmir Teymurun vəsiyyətləri Bakı-2012
25. Sənin ulu baban Bakı-1989
26. Xacə şah Bakı-1994
27. Səfəvilər Güntay Gəncalp Bakı-2012
28. Azərbaycan VII-IX əsrlərdə. Ziya Bünyadov Bakı-1989
29.Cavanşir Davud Nəsib Bakı-2000
Íàäèð ßùìÿäîâ
304
30.Şimal-Qərbi Azərbaycan Bakı-1999
31. Тюрки и Армяне Вашингтон-1989
32. Полын Половецкого поля Москва-2007
33. Огуз-Наме Баку-1987
34.48 Законов власти Москва-2002
35.Şəki Xanlığı Bakı-1997
37.Şəki Xanlığının tarixindən Bakı-1993
38. Qafqaz səfəri Bakı-1985
39. Avesta
Bakı-1995
40.Atropatena tarixinin oçerki Bakı-1989
41.Османсkая империя Москва-2006
42.Şərq və Qərb əbədi əlaqəmiz Bakı-2008
Òàðèõèìèçäÿí áèð âÿðÿã
305
MİNNəTDARLIQ
“Tariximizdən bir vərəq“ kitabının işıq üzü görməsində
dəyərli təkliflər verənlərə, yaxından köməklik göstərənlərə dərin
minnətdarlığımı bildirir, səmimi təşəkkürümü və xeyir-dualarımı
çatdırıram.
Dadlı milli xörəklərimizlə məni bu yolda ruhlandıran həyat
yoldaşım Mahirə xanıma, bu kitabın ərsəyə gəlməsində əziyyəti
keçən oğlum Vahidə, qızım Sevdaya, tariximizi dərindən bilən
nəvəm Vüsaləyə, böyük əməyi olan nəvəm İlkinə, onun anası
Vəfaya, kompüter işlərində etdiyi köməyə görə nəvəm Yeganəyə,
nəhayət şirin sözləri ilə “Baba, get kitabını yaz” deyən balaca
nəvələrim Rəfiyəyə və Nəzifəyə, onların anası - mənim gəlinim
Rivayə öz səmimi təşəkkürümü çatdırıram.
Yaradanın müqəddəs əli həmişə üstünüzdə olsun.
Kitabın yazılmasında, redaktə edilməsində xüsusi köməyi
olmuş, öz səmimi töhvəsini əsirgəməyən, ön sözün müəllifi qar-
daşım oğlu Süleymana böyük minnətdarlıq payı düşür, çox sağ
olsun!
Əlyazmaların kompüterdə çapa və dizaynla nəşr olunmasında
əməyi olan: Abbasa, Həmidəyə, Rüfətə, Zaura, İlhama və
nəşriyyat əməkdaşlarına minnətdarlığımı bildirirəm.
Uca ulu Allah-təala öz mərhəmətini Sizdən əsirgəməsin.
Müəllifdən
Íàäèð ßùìÿäîâ
306
È÷ÿðèñèíäÿêèëÿð
Ýèðèø........................................................................3
Þí ñþç ....................................................................9
Òöðê äþâëÿòëÿðè..........................................................18
Îüóç õàí ................................................................27
Ìåòå .......................................................................30
Òîìðèñ õàòóí ...........................................................36
Àòðîïàò ....................................................................41
Àòèëëà........................................................................44
Úàâàíøèð..................................................................53
Áàáÿê .....................................................................61
Îñìàí Ãàçè ............................................................66
Àòàáÿé Øÿìñÿääèí Åëäÿíèç.......................................69
Ãàçàí õàí...............................................................74
×èíýèç õàí ...............................................................78
ßìèð Òåéìóð ...........................................................93
Ôàòèù Ñóëòàí Ìåùìåò................................................100
Áàáóð øàù ...............................................................105
Éàðà Éóñèô ...............................................................108
Óçóí Ùÿñÿí ............................................................110
Ñóëòàí Ñÿëèì............................................................119
Øàù Èñìàéûë Õÿòàè.....................................................127
Ñóëòàí Ñöëåéìàí Ãàíóíè..........................................139
Áàðáàðîñ .................................................................143
Û Òÿùìàñèá øàù........................................................145
Û Àááàñ øàù .............................................................151
Íàäèð øàù ................................................................156
Ãàúàð øàù ...............................................................169
Øÿêè õàíëàðû .............................................................181
Øÿêè öñéàíëàðû..........................................................251
À. Äöìàíûí Øÿêèéÿ ñÿôÿðè.........................................269
Èñòèôàäÿ îëóíàí ÿäÿáèééàòëàð......................................304
Ìèííÿòäàðëûã ............................................................306
Íàäèð Àëû îüëó
ßÙÌßÄÎÂ
1940-cı ildə Şəkidə anadan olmuş-
dur. 1957-ci ildə Şəki şəhər 10 saylı
orta məktəbini ,1960-ci ildə Bakı
Rabitə Texnikumunu. 1965-cı ildə
Odessa Rabitə İnstitunu bitirmişdi.
1960-85-ci illərdə Bakı Telefon
Şəbəkəsində montyordan rəisə qədər
ucalmışdır 1968-1970-ci illərdə hərbi
xidmətdə olmuşdur.1985- 1997-ci il-
lərdə Azərbaycan Respublikası rabitə
nazirinin müavini, 1997-2004-cü il-
lərdə Azərbaycan Respublikasının rabitə naziri olmuşdur.
Qarabağ müharibəsi veteranıdır.
O beş texniki məlumat-təlimat və 3 tarixi kitablarının müəllifidir.
Dövlət və ictimai işlərdəki xidmətlərinə görə “Şərəf nişanı” orderi
ilə təltiv olunmuş SSRİ Rabitə Nazirliyinin “Rabitə ustası” adına,
Respublikanın “Əməkdar Rabitəçi” fəxri adına, MBD Dövlətlərinin
Assambleyasının qızıl medala və xüsusi diploma layiq görülmüşdür.
ABŞ-ın Bioqrafiyalar İstitutunun dünyada apardığı sorğuya
əsasən “2001-ci” ilin adamı seçilmişdir. 2002-ci ildə ABŞ-da aparılan
sorğuya əsasən “Dünyanın qabaqcıl ziyalıları” tituluna layiq
görülmüşdür. 2003-cü il dünya xalqlarının ömürlük senatoru
seçilmişdir.
2005-ci ildə Ümumdünya Sülh Federasiyasının Sülh Elçisi
seçilmişdir.
KİV və Sosial Araşdırmalar Mərkəzi tərəfindən “İlin ən iş güzar
dövlət məmuru”, “İlin Naziri” və s. adlara layiq görülmüşdür.
1979-87-ci illərdə Bakı şəhər Xalq Deputatları Sovetinə deputat
seçilmişdir.
Abşeron rayonunun və Mingəçevir şəhərinin fəxri vətəndaşıdır.
Evlidir, 3 övladı, 5 nəvəsi və bir nəticəsi var.
ÕÖÑÓÑÈ ÃÅÉÄËßÐ
ÕÖÑÓÑÈ ÃÅÉÄËßÐ
ÕÖÑÓÑÈ ÃÅÉÄËßÐ
ghgh
Dostları ilə paylaş: |