8
1783
Təbriz yaxınlığında döyüş. Təbriz xanı Xudadad xanın Əhməd xanla birləşərək Urmiyalı
İmamqulu xan Əfşar və onun müttəfiqi sərablı Əli xan Şəqaqi üzərində qələbə qazanması.
1785
Qubalı Fətəli xanla Məhəmmədhəsən xan arasında döyüş. Qubalı Fətəli xanın Məhəmmədhəsən
xanı məğlub edərək Şəki xanlığını Quba xanlığından asılı vəziyyətə salması.
1788
Şamaxı yaxınlığında döyüş. Məhəmmədhəsən xanın məğlub olması və Şəki xanlığının yenidən
Fətəli xandan asılı vəziyyətə düşməsi.
1796
Alpar döyüşü. 500 nəfərlik rus hərbi dəstəsinin Qubalı Şeyxəli xan tərəfindən darmadağın edilməsi.
1803 mart
Qanıx (Alazan) döyüşü. General Qulyakovun başçılığı ilə rus ordusunun Car-Balakən camaatı
üzərində qələbə qazanması.
1804
Zaqatala döyüşü. Üsyançılar tərəfindən rus ordusunun məğlub edilməsi və General Qulyakovun
döyüşdə öldürülməsi.
I Rus-İran müharibəsi dövrünə aid döyüşlər
1804
Üçmüədzin döyüşü. Rusların İran ordusuna məğlub olması.
1804
Qəmərli döyüşü. Rus qoşunlarının İran ordusuna məğlub olaraq geri çəkilməsi.
1806 oktyabr
Şəki yaxınlığında döyüş. Döyüşü nəticəsində ruslar qalib gələrək Şəkini ələ keçirdilər və Səlim
xan İrana qaçmaq məcburiyyətində qaldı. Xanlığı idarə etmək üçün rusiyapərəst Cəfərqulu xan
başda olmaqla müvəqqəti idarə yaradıldı.
1807
Gümrü döyüşü. Rusların osmanlı qoşununu məğlub etməsi.
1809
Qarababa döyüşü. Abbas Mirzənin rus qoşunlarını məğlub etməsi.
1812 10 oktyabr
Aslandüz döyüşü. Rus generalı Kotlyarevskinin başçılığı ilə rusların Abbas Mirzə üzərində
əhəmiyyətli qələbə qazanması.
1812
Lənkəran döyüşü. Generalı Kotlyarevskinin başçılığı ilə rusların Lənkəran xanlığını işğal etməsi
II Rus-İran müharibəsi dövrünə aid döyüşlər
1826
Şəmkir döyüşü. Rusların qalib gələrək, İran ordusunu Şuşanın mühasirəsindən əl çəkməyə məcbur
etməsi.
1826
Gəncə döyüşü. İran qoşunlarının məğlub olması, II Rusiya-İran müharibəsinin taleyinin həll
olunması.
1827 iyul
Cavanbulaq döyüşü. Rusların qələbə çalaraq Abbasabad qalasını işğal etməsi. Bu qələbə İrəvan
xanlığının taleyində faciəli rol oynadı.
1827 20 sentyabr
Sərdarabad döyüşü. Rusların qalib gələrək Sərdarabad qalasını tutması.
Müqavilələr
e.ə 714
Manna hökmdarı Ullusun ilə II Sarqon arasında Sirdakka şəhərində sövdələşmə imzalanması.
387
Roma ilə Sasanilər arasında sülh müqaviləsi. Müqavilənin şərtlərinə əsasən Albaniyanın Dzirav
döyüşündə itirdiyi vilayətlər geri qaytarıldı, Van gölü sahilindən qərbdə yerləşən kiçik erməni
çarlığının ərazisi Roma ilə sasanilər arasında bölüşdürüldü və erməni çarlığı süqut etdi.
629
Roma-Sasani müqaviləsi. Müqavilənin şərtinə görə Albaniya Sasanilərin hakimiyyəti altında qaldı.
644
Ərəb sərkərdəsi Bukeyr İbn Abdullah ilə Cənubi Azərbaycan mərzbanı İsfəndiyar aarasında sülh
müqaviləsi bağlanması. Sülhün şərtlərinə əsasən Azərbaycan əhalisi “imkanları daxilində” ərəblərə
can vergisi - cizyə verməli idi, qadınlar, uşaqlar can vergisindən azad edilirdilər, əhali ərəblərə
tabe olmalı, nəzərdə tutulan vergini verməli idi, ərəblər yerli əhalinin dininə, adət-ənənələrinə və
məişət işlərinə qarışmamağı öhdələrinə götürdülər, könüllü olaraq ərəb ordusunda qulluq edənlər
bütün vergi və mükəlləfiyyətlərdən azad edildilər, ərəblər onlara tabe olmayıb ölkəni tərk etmək
istəyənlərə imkan yaratdılar.
665
Cavanşir ilə Xəzər xaqanı arasında sülh bağlanması. Müqavilənin şərtlərinə əsasən Albanlar hər il
xəzərlərə xərac verməyə razı oldular, bunun müqabilində bütün əsirlər və qənimətlər albanlara
geri qaytarıldı.
681
Varaz Trdat ilə xəzərlər arasında sülh müqaviləsi bağlanması. Sülhün şərtinə görə xəzərlər
Albaniyanı tərk etdilər.
VII 40-cı illəri
Ərəblərin Şirvan hökmdarı Şəhriyarla sülh bağlaması. Sülhün şərtlərinə görə Şirvan əhalisi
ərəblərə xərac və cizyə verməli, bu vergilər şimaldan hücum edən türkləri və digər din sabihlərini
dəf etmək üçün burada saxlanılacaq qoşuna sərf edilməli idi.
9
VIII 30-cu illəri
Ərəblərlə xəzərlər arasında sülh müqaviləsi bağlanması. Sülhün şərtinə görə xəzərlərin bir hissəsi
İslam dinini qəbul etdi.
1225
Xarəzmşah Cəlaləddinin Şirvanşah III Fəribürz Cəlaləddin ilə müqavilə bağlaması. Həmin
müqavilənin şərtlərinə əsasən III Fəribürz Cəlaləddinə müəyyən miqdarda xərac verərək ondan
asılı vəziyyətə düşdü, Şirvanşahlar daxili müstəqilliyini saxladı.
1348
Çobani Əşrəflə Şirvanşah Kavus arasında saziş imzalanması. Sazişə əsasən Şirvanşahlar
çobanilərin ağalığını tanıdı, bunun müqabilində Çobani Əşrəf Şirvandan geri çəkildi.
1474
Uzun Həsənin gürcü hakimi VI Baqratla sülh bağlaması. Sülhün şərtinə görə Tiflis də daxil omaqla
Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü.
1500
Əbhər sazişi. Əbhər sazişinin şərtlərinə əsasən Ağqoyunlu dövləti şahzadə Murad Mirzə ilə Əlvənd
Mirzə arasında iki yerə bölündü, bütün Ərəb İraqı, Fars və Kirman Ağqoyunlu Murad Mirzəyə
keçdi, Qızılüzən çayı sərhədd olmaqla Diyarbəkir və Kürdən Cənubdakı Azərbaycan torpaqları və
Qarabağ Ağqoyunlu Əlvənd Mirzəyə verildi. Əbhər sülhü nəticəsində Ağqoyunlu dövləti iki yerə
parçalandı, dövlətin hərbi qüdrəti sarsıldı və süqutu sürətləndi.
1555 29 may
Amasiyada sülhü. Sülhün şərtlərinə görə Qərbi Gürcüstan, Osmanlıların ixtiyarına keçdi,
Gürcüstanın Şərq vilayətləri Səfəvilərin ixtiyarında qaldı.
1590
İstanbul sülhü. Sülhün şərtlərinə əsasən Azərbaycan ərazisi Səfəvi və Osmanlı dövlətləri arasında
bölündü, Şirvan, Qarabağ, Sərab, Marağa, Təbriz və onların qərbində yerləşən torpaqlar
Osmanlılara verildi, Şərqi Gürcüstan, İranın bəzi qərb vilayətləri Osmanlı imperiyasının tərkibinə
qatıldı, Qaradağ, Xalxal, Ərdəbil və Talış (Lənkəran) vilayətləri Səfəvilərdə qaldı.
1612 17 oktyabr
Sərab sülhü. Sülhünşərtlərinə əsasən 1555-ci il Amasiya sülhünün şərtləri bərpa olundu, Səfəvilər
rusların tikdiyi Terek qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər, Osmanlı
dövləti Azərbaycan, Şərqi Gürcüstan və Şərqi Anadolunun Səfəvi dövlətinə mənsub olmasını
rəsmən tanıdı.
1618 sentyabr
Mərənd sülhü.. Bu sülhün şərtləri 1612-ci il Sərab sülhündən elədə fərqlənmirdi.
1639 17 mayın
Qəsri-Şir sülhü. Sülhün şərtlərinə görə Osmanlı-Səfəvi müharibəsinə son qoyuldu, İraqi Ərəb
Osmanlılarda, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərdə qaldı, Səfəvilər Van və Qars
qalalarına, Axalsıka hücum etməyəcəklərinə dair təminat verdilər.
1667
Rusiyanın qızılbaş ipəyini Haştərxan vasitəsilə Moskvaya və Qərbi Avropaya daşımaq hüququnu
inhisara almaq üçün Səfəvi dövləti ilə ticarət müqaviləsi imzalanması. Bu müqavilə Səfəvilərin
bütün hakimiyyəti dövründə ruslara gömrüksüz ticarət etmək hüququ, karvansaralarda və bazalarda
imtiyazlar verirdi.
1723 12 sentyabr
Peterburuq müqaviləsi. Səfəvilərlə Rusiya arasında imzalanam Peterburq müqaviləsinin şərtlərinə
əsasən Xəzəryanı bölgələr – Səfəvilərin Dərbənddən Gilana qədər olan torpaqları (Dərbənd, Bakı,
Salyan, Lənkəran, Rəşt və Ənzəli) Rusiyaya ilhaq edildi, bunun əvəzində Rusiya Səfəvi şahına
əfqanlarla müharibədə hərbi yardım edəcəyini öhdəsinə götürdü.
1724 12 iyul
Rüsiya ilə Osmanlı arasında İstanbul müqaviləsinin imzalanması. Şülhün şərtlərinə görə Rusiya
Peterburq müqaviləsinin şərtlərin təsdiq edilməsinə nail oldu, Rusiya, Xəzəryanı bölgələr istisna
olmaqla, bütün Azərbaycan ərazisinin Osmanlılara verilməsinə razılıq verdi, Şirvan Osmanlıların
himayəsi altında yarımmüstəqil xanlıq elan olundu və Hacı Davud Şirvan xanı təsdiq edildi,
Şirvanın sahilyanı hissəsi isə Rusiyanın tabeliyinə verildi, Kürdən şimaldakı torpaqlarda
Osmanlılara hərbi qüvvə saxlamağa icazə verilmirdi və bu ərazilər yerli hakimlər tərəfindən idarə
olunmalı idi.
1727 12 dekabr
Nabur müqaviləsi. Rusiya ilə Osmanlı sərhədinin müəyyənləşdirilməsi barədə Nabur
müqaviləsinin şərtlərinə əsasən ruslar 1727-ci ildə Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci ildə
isə Quba və Təngəyə yiyələndilər.
1732 16 yanvar
Kirmanşah sülhü. Səfəvilərlə osmanlılar arasında imzalanan Kirmanşah müqaviləsinin şərtlərinə
görə İrəvan, Gəncə, Şamaxı, Şirvan bölgələri Osmanlılara verildi, Osmanlı dövləti Həmədan,
Kirmanşah, Ərdəbil və Təbrizi Səfəvilərə qaytarmağa razılıq verdi, Araz çayı bu dövlətlər
arasında sərhəd oldu.
1732 21 yanvar
Rəşt müqaviləsi. Səfəvilərlə ruslar arasında imzalanan Rəşt müqaviləsinin şərtlərinə görə Kürdən
cənubda yerləşən Xəzəryanı bölgələr Səfəvilər dövlətinə qaytarıldı, Səfəvilər dövləti isə
Osmanlıları Xəzəryanı bölgələrə buraxmamağı öhdəsinə götürdü, Səfəvilər dövləti ərazisində rus
tacirləri üçün güzəştli şərtlər nəzərdə tutuldu.