Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi S. Vurğun adına Mərkəzi Kitabxana Metodika – biblioqrafiya şöbəsi



Yüklə 222,85 Kb.
səhifə3/8
tarix25.06.2018
ölçüsü222,85 Kb.
#51348
1   2   3   4   5   6   7   8

Ilyas Əfəndiyev - 100

 

/o cümlədən mən də/ onlara güvənirdik, onları özümüzə kömək, arxa hesab edirdik. Bir 

çətinliyimiz olanda müraciət edirdik, onlardan həmişə kişilik, kömək görürdük". 

Yaradıcılıq yollarında inamla addımlayayn gənc yazıçı 1941-45-ci illərdə Azərbaycan Radio 

komitəsində ədəbi verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari 

şö‘bəsinin rəisi, daha sonra isə Azərnəşrdə bədii ədəbiyyat şö‘bəsinin müdiri vəzifəsində 

çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda və əlaqədə işləmiş, həyatı dərindən öyrənmiş

dünyagörüşünü daima artırmışdır. 1945-ci ildə İ.Əfəndiyevin "Aydınlıq gecələr" adlı ikinci kitabı 

nəşr olunur ki, burada əsasən müharibə illərində yazılmış əsərlər toplanmışdır. Əsərlərin 

mövzuları müharibədən götürülmüşsə də, əsas məsələ bu idi ki, Həmin hekayələrdə döyüş və 

sınaq illərində müasirlərimizin mə‘nəvi sifətləri və dəyanətləri qələmə alınmışdır. Həmin 

əsərlərdə də yazıçı canlı insan surətlərinə, onların daxili aləmlərinin təsvirinə üstünlük vermişdir. 

"Aydınlıq gecələr" kitabı İ.Əfəndiyevi oxuculara öz səsi, öz yazı üslubu olan orijinal bir yazıçı 

kimi təsdiq etdi. 1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı İ.Əfəndiyevin 

"İşıqlı yollar" pyesini tamaşaya qoydu. Əsər Teatrın 1948-ci ildə Moskvaya qastrolu zamanı 

paytaxt sənətsevərlərinə göstərilmişdir. Həmin pyes yazıçının ilk müstəqil səhnə əsəri idi. Gənc 

dramaturq görkəmli rejissor Adil İsgəndərovun təklif və təkidilə "Bahar suları" pyesini yazır.  

O, 1954-cü ildən etibarən Yazıçılar İttifaqı Rəyasət heyətinin üzvü olmuş, 1958-ci ilin axırlarında 

Yazıçılar İttifaqı idarə heyətinin məsul katibi seçilmişdir. İ.Əfəndiyev ədəbiyyatın bütün 

janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da yazıçının sənət palitrasının müxtəlif 

çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir. 

1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını almış İ.Əfəndiyevin 

yaradıcılığında 60-80-cı illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında 

janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi 

problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan 

nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış "Körpüsalanlar" /1960/, 

"Dağlar arxasında üç dost" /1963/, "Sarıköynəklə Valehin nağılı" /1976-78/, "Geriyə baxma, 

qoca" /1980/, "Üçatılan" /1981/ kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı 

dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. 

Bu illərin məhsulu olan "Sən həmişə mənimləsən" /1964/ pyesi ilə Azərbaycan səhnəsində lirik-

psixoloji dramanın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq "Mənim günahım" 

/1967/, "Unuda bilmirəm" /1968/, "Məhv olmuş gündəliklər" /1969/, "Qəribə oğlan" /1973/, 

"Bağlardan gələn səs" /1976/ və s. pyeslərini yazır. Ölməz sənət nümunələri kimi Azərbaycan 

dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin 

psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açdı, "İlyas 

Əfəndiyev teatrı" yaratdı. 

"İlyas Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk 

tamaşası 1968-ci ildə olmuş "Unuda bilmirəm" pyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli 

Teatrı səhnəsində 350 dəfə oynanılmışdır. İlyas Əfəndiyev 1971-ci ildə Qırmızı əmək Bayrağı 

ordeni ilə təltif edilmişdir. 

Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq, 1971-ci ildə 

mövzusu tarixi keçmişimizdən götürülmüş "Mahnı dağlarda qaldı" pyesini yazır. Yeni yaradıcılıq 

uğuru kimi qarşılanmış bu pyesə görə İ.Əfəndiyev 1972-ci ildə Respublika Dövlət mükafatına 

layiq görülür. 

1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının anadan olmasının 60 illiyini təntənə ilə 

qeyd edir. Yubileylə əlaqədar olaraq ədib Oktyabr İnqilabı ordeni ilə təltif olunur. Azərnəşr onun 

dörd cildlik "Seçilmiş əsərləri"ni nəşr edir. 

Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış İ.Əfəndiyev Azərbaycan Respublikası Ali 

Soveti Rəyasət hey‘ətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri adına layiq 

görülmüşdür. 

1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn 

olunmuşdur.  

Yazıçının iki övladı vardır. Xalq yazıçısı, filologiya elmləri doktoru Elçin görkəmli nasir, 

dramaturq və ədəbiyyatşünas alimdir. Uzun müddət "Vətən" cəmiyyətinin sədri, Yazıçılar Birliyin  




Ilyas Əfəndiyev - 100

 

katibi olmuş Elçin həm də görkəmli dövlət xadimidir. O, Respublika Baş Nazirinin müavini 

vəzifəsində çalışır. Kiçik oğlu Teymurçin Əfəndiyev tanınmış ədəbiyyatşünas alim, professordur. 

O, uzun illərdir ki, Ə.Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universitetində çalışır, indi 

həmin Universitetin rektorudur. 

İ.Əfəndiyev ata və ana fədakarlığı ilə böyütdüyü övladlarına bağlı bir insan idi. O, oğulları ilə fəxr 

edir, onların uğurları, ailə səadəti ilə fərəhlənir, baba sevinci ilə yaşayırdı. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 222,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə