Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi S. Vurğun adına Mərkəzi Kitabxana Metodika – biblioqrafiya şöbəsi



Yüklə 222,85 Kb.
səhifə1/8
tarix25.06.2018
ölçüsü222,85 Kb.
#51348
  1   2   3   4   5   6   7   8


Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi 

S.Vurğun adına Mərkəzi Kitabxana 

Metodika – biblioqrafiya şöbəsi 

 

 



 

 

Metodik vəsait 

 

 

 

 

 

Sumqayıt - 2014 


 

İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı 

 

2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı, respublika Dövlət mükafatı 



laureatı, görkəmli dramaturq İlyas 

Məhəmməd oğlu Əfəndiyevin anadan 

olmasının 100 illiyi tamam olur.  

İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük 

ənənələri zəminində öz üslubunu 

yaradan sənətkar kimi xalqımızın söz 

sənəti xəzinəsinə dəyərli töhfələr 

vermişdir. Yazıçının bədii nailiyyətlərlə 

zəngin irsi ədəbiyyatımızda yeni 

mərhələnin təşəkkülünə səmərəli təsir 

göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında 

İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq, milli ədəbiyyatın inkişafında mühüm xidmətləri olan İlyas 

Əfəndiyevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara 

alıram: 


1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan 

Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə 

birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı 

İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb 

həyata keçirsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn 

məsələləri həll etsin. 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 16 yanvar 2014-cü il. 



 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 


Ilyas Əfəndiyev - 100

 

 

 

Həyatı 

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) 

tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir 

ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün 

Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir 

qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili 

almış, savadlı axund və üləmalardan ibarət idi.

 

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin 



ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7 - 8 yaşında olarkən atası vəfat 

etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa 

sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, 

rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin 

yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə 

müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət 

əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və 

böyük hörmət qazanmışdır. Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi 

təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri "xalq 

düşməni" kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. 

Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurularaq evi, böyük mülkü, bağı zəbt 

edilmiş, "səs hüququndan" məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan 

Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə 

məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə 

yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda 

qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.

 

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: "Bizim ailəmiz çox ağır vəziyyətdə idi. 



Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən 

idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət 

ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq 

vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar". 

Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. Anaya məhəbbət, ataya hörmət ailədə ciddi 

əməl olunan qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz vəzifəsi var idi. Uşaqlar 

kiçik yaşlarından zəhmətə, əməyə alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana mülayim və 

rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı hörmət hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, 

kitaba maraq ananın təsirindən irəli gəlmişdi. Bütün müsəlman ailələrində olduğu kimi 

Əfəndiyevlər ailəsində də ata əsas şəxsiyyət idi və bütün problemləri o həll edirdi. Qarabağın 

aran rayonlarında yaşayan yüzlərlə başqa ailə kimi Məhəmməd kişi də ailəsi ilə bərabər yay 

aylarında yaylağa – Şuşaya köçərmiş. İlyasın uşaqlıq illərinin müəyyən hissəsi Şuşada 

keçdiyindəndir ki, yazıçının yaradıcılığında Şuşa və Qarabağ mövzusu mühüm yer tutur. 

 



Yüklə 222,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə