Sərbəst iş Fakultə: Tarix İxtisas: Tarix Qrup: t 1134 Kurs: I kurs



Yüklə 476,84 Kb.
tarix22.03.2024
ölçüsü476,84 Kb.
#183003
Ayxan İsmayılov Antik1


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ

Sərbəst iş

Fakultə:Tarix
İxtisas:Tarix
Qrup:T 1134
Kurs: I Kurs
Fənn: Antik tarix
Tələbə: Ayxan İsmayılov
Müəllim:Sevinc Məlikzadə


Mövzu: “Perikl Afina demokratiyasının lideri kimi”

BAKI-2023
Perikl Afinada aristokrat ailəsində doğulub. Aktiv siyasi fəaliyyətinə Alkmeonların qrupuna başçılıq etməklə başlayıb. Aristokrat mənşəyinə baxmayaraq, demokratiya tərəfdarı kimi tanınıb. Aristokrat qrupunun başçısı Kimonla mübarizədə ona xalqın dəstəyi lazım idi. E.ə 461-ci ildə Kimonun qovulmasına nail olan Perikl, Afinanın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi və Afina polisinin demokratikləşdirilməsində mühüm əhəmiyyət kəsb edən bir sıra islahatlar həyata keçirdi. 
Lakin, aristokratiyaya əsaslanan siyasi rəqibi Kimonun varisi Fukididdən fərqli olaraq, Perikl geniş xalq kütlələrinin maraqlarını təmsil edirdi.
Fukididin qovulmasından sonra Perikl Afinada ən nüfuzlu siyasətçi olaraq şəhəri faktiki idarə etməyə başladı. Demokratiyanın ən çox zirvəyə qalxdığı dövr həm də, bir dövlət xadimin hökmranlıq etdiyi dövr oldu. Perikl Afinanın dəniz qüdrətini möhkəmlətdi, şəhəri, xüsusilə də Akropolu məşhur tikililələrlə (Parfenon, Propilei və s.) bəzədi. Periklin zamanında Afina iqtisadi və mədəni inkişafının zirvəsinə qalxdı (Perikl əsri). Onun dövründə Afina ellin dünyasının iqtisadi, siyasi və mədəni mərkəzi oldu.
E.ə. 431-ci ildə Peloponnes müharibəsi başladı. Periklin düzgün seçdiyi taktika nəticəsində afinalılar spartalılara müqavimət göstərə bildilər, lakin şəhərdə başlanmış epidemiya onun bütün planlarını alt-üst etdi. O, şəhərdəki nüfuzunu itirməyə başladı və e.ə. 429-cu ildə, ehtimal ki, epidemiya nəticəsində vəfat etdi. Onun ölümü ilə yunan polislərinin ən çox inkişaf etdiyi dövr olan Perikl əsri qapandı.
"Perikl" adı "şöhrətlə əhatələnmiş" mənasını daşıyır. Bu ad Afinada nadir idi və Periklin qohumları və əcdadları arasında bu ada rast gəlinməmişdir. Tarixçi İ. Surikov ehtimal edir ki, "Perikl" adı "Periklimen"in qısaldılmış formasıdır. Beləliklə Ksantipp və Aqariya oğullarını pilos Neleylilər sülaləsinin ən mühüm xadimlərindən olan əfsanəvi Periklimenin şərəfinə adlandırıblar. Onun nəvəsi Melanf dorilərin hücumu zamanı Attikaya qaçmışdı və orada padşah olmuşdu. Alkmeonlar özlərini Neleylilərin əsas deyil, yan qollarından birinə aid edirdilər.
Narrativ ənənədə Periklin fəaliyyəti müasirlərindən daha yaxşı və ya daha pis təsvir edilməmişdir. Lakin müasir tarixşünaslıqda o, öz müasirlərindən kəskin surətdə ayrılır. Qədim yunan müəllifləri onu digər insanlarla bir qiymətləndirir və heç də həmişə onun haqqında yüksək fikir bildirmirdilər.
Qədim müəəliflərdən yalnız Fukidid Perikli öz müasirlərindən kəskin ayırır. Məhz o, xadimin müasir obrazının inkişafında əsas rol oynamışdır. Fukididin əsəri Perikl haqqında ən mühüm qaynaqdır, çünki özlüyündə həm də qismən Perikli canlı görmüş müasirin hadisələr barədə xatirələrindən ibarətdir. Ellinistik dövrdə həmçinin Perikli keçmiş dövrün mühüm xadimləri – Miltiad, Femistokl və ya Kimon ilə bir sıraya qoymağa layiq hesab etmirdilər. Bunların əksinə, I əsrin qədim yunan bioqraf və moralisti Plutarx Periklin bioqrafiyasını daha da ideallaşdırdı. Plutarx Fukididə yaxşı yanaşırdı və onun Periklə verdiyi qiymətlə razılaşırdı. Həm də o Periklin xidmətləri sırasında təkcə siyasi və hərbi uğurları deyil, həm də Afinanın mədəni inkişafını, Akropoldakı tikintiləri və dövrün intelllektuallarına hamilik edilməsini sayır. Ümumiyyətlə Periklin bioqrafiyası onun "Müqayisəli həyat tarixçələri" silsiləsində ən yaxşılardan biridir.
Perikl özünü aristokrat Kimonun əksinə, demokratiyaya yönəlmiş siyasətçi kimi tanıtmışdı. Aristokratat mənşəyinə baxmayaraq demokratiya tərəfdarı idi. 60-cı illərdə Kimonla Periklin mübarizəsi başladı. Perikl əvvəlcə ehtiyatı, sonra isə daha da cəsarətlə hərəkət edirdi. Lakin o, hələ ki Afinanaın dəniz qüdrətinin möhkəmlənməsində maraqlı olan Efialtın rəhbərlik etdiyi demokratlar qrupunda isi. E.ə 464/463-cü illərdə onların hər ikisi strateq idi. Perikl bu vəzifəni ilk dəfə tuturdu. Onlar İranın nəzarətində olan Aralıq dənizinin şərq sahillərinə ekspedisiyalar təşkil edirdilər. Sərhəd adalarından sonra onlar heç bir İran gəmisinə təsadüf etmədilər. Bu E.ə 466 və ya 465-ci ildə bağlanmış Kimon sülhünü pozan cəsarətli addım idi. İran şahı I Artakserks bu hadisəyə əhəmiyyət verməməyi qərara aldı. Bu ekspedisiya Periklin poulyarlığını artırdı.
E.ə. 463-cü ildə Kimona qarşı məhkəmə prosesi keçirildi və Perikl onun ittihamçılarından biri kimi çıxış etdi. Lakin Kimon bəraət aldıE.ə. 443-cü ildən başlayaraq Perikl hər il strateq vəzifəsinə yiyələnirdi. Təxminən on beş il müddətində o, Afinanın dəyişilməz lideri idi. Bununla bərabər o həm də, demos tərəfindən hər il seçilən magistartlardan biri idi. Perikl heç bir əalhuiddə səlahiyyət əldə etməmişdi. Strateq vəzifəsi Afinada ən mühüm vəzifə idi, lakin onlar on starteqdən ibarət kollegiyada yığışırdılar. Perikl sadəcə bu strateqlərdən biri idi. Onun böyük nüfuzu şəxsi avtoritettinə əsaslanmışdı.
Afinanın Perikl zamanında Afina Dəniz İtttifaqındakı müttəfiqlərinə sərt təzyiq etməsi Samos müharibəsinin başlanmasına səbəb oldu. Samos İttifaqın Afinadan sonrakı ikinci ən nüfuzlu və güclü üzvü idi. Samos imtiyazlı üzvlərdən biri idi: foros ödəmir, birbaşa gəmi düzəldirdi. Bunlardan əlavə adada oliqarxik hakimiyyət mövcud idi.
Samos Miletlə Kiçik Asiyadakı mübahisəli ərazilərə görə müharibə edirdi. Perikl bu mübarizədə Miletin tərəfini tutdu (bir rəvayətə görə bunun səbəbi Periklin miletli metresi Aspaziya idi). Perikl Samosa daxil olaraq oliqarxiyanı yıxdı və demokratiyanı hakim etdi. Periklin Afinaya qayıtmasından sonra, oliqarxlar Samosa qayıdaraq üsyan etdilər. Həmçinin Vizanti də üsyan etdi. Samos şəhəri mühasirəyə alındı və yalnzı doqquz aydan sonra təslim oldu. Afinalılar samoslulara müdafiə obyektlərini dağıtmaq, gəmiləri təhvil vermək və təzminat ödəməyi əmr etdi. Bundan əlavə Samos imtiyazlı üzvlüyü itirdi və foros ödəməyə başladı. Vizanti də təslim oldu.
Peloponnes müharibəsinin başlanmasına e.ə 430-cu illərdə baş vermiş üç hadisə səbə oldu. E.ə. 433-cü ildə İoniya dənizində yerləşmiş Kerkira adası metropoliyası Korinflə mübarizədə Afinalıları köməyə çağırdı. Afinalılar bu təklifi həvəslə qəbul etdi və kerkiralılar ilə müdafiə sazişi imzaladı. Bu korinflilərin hiddətinə səbəb oldu, onlar bu hadisəni daxili işlərinə burun soxmaq kimi anladılar. E.ə. 432-ci ildə afinalılar Korinfin Afina Dəniz İttifaqına daxil olan koloniyası Potideyaya metropoliya ilə bütün əlaqələri kəsməyi əmr etdi. Potideyalılar üsyan qaldırdı və ittifaqdan çıxmaq barədə qərara qəbul etdiklərini elan etdilər. Bunun cavabında afinalılar Potideyanı mühasirəyə aldı, bu da Afina ilə Korinfin münasibətlərinin daha da korlanmasına səbəb oldu.
Təxminə o dövrdə Afina e.ə. 446-cı ildə Spartanın tərfinə keçmiş Meqaraya qarşı ağır sanksiyalar tətbiq etdi. Perikl indi qisas almağı qərar aldı və xalq yığıncağı vasitəsilə meqaralılar və Meqara mallarının istər Afinada, istərsə də onun müttəfiqlərinin bazarlarında satışına qadağa qoyan psefsima keçirməyə nail oldu. Meqaranın iqtisadiyyatı tezlikə böhran keçirdi.
Perikl hesab edirdi ki, Afina Yunanıstanda hegemoniya uğrunda mübarizəyə tam hazırdır. Həmçinin onun mövqeyinə şəxsi və siyasi amillər də təsir edirdi. V əsrin 30-cu illərin sonunda Periklin vəziyyəti bir qədər pisləşmişdi. Demos içərisində onun hakimiyyətinə qarşı etirazlar baş qaldırırdı. Radikal demokrat Kleon get-gedə güclənir və bu əsnada da dayanmadan Periklə hücumlar edirdi. Periklin əleyhdarları razılığa gələ bilmişdi, lakin zərbəni Periklin özünə endirməyə cəsarətləri çatmamışdı. Bunun əvəzinə onlar Periklə yaxın şəxslərə qarşı bir sıra məhkəmə prosesləri başladılar. Anaksaqor əxlaqsızlıqda ittiham edildi və şəhəri tərk etdi, Fidi naməlum səbəblərdən həbsxanada dünyasını dəyişdi, Aspaziya əxlaqsızlıqla ittiham edilsə də Periklin müraciətinə görə bəraət aldı.
Periklin müharibənin başlanmasını sürətləndirmək qərarı aldı ki, hərbi əməliyyatlar zamanı xalqı sınanmış liderin ətrafında birləşməyə məcbur etsin. Peloponnes İttifaqı diplomatik missiyalarının uğursuzluğa düçar olmasından sonra, yeni konqressdə Delfi kahininin köməyini təmin edərək, Afinaya müharibə elan etdi. E.ə. 431-ci ilin yazında fivalılar Afinanın müttəfiqi Plateyaya hücum etdi. Bu hadisə ilə Peloponnes müharibəsi başladı.
Peloponnes müharibəsi Qədim Yunanıstanın ən uzun çəkən və qanlı konflikti olmuşdur. Müharibəyə Yunanıstanın demək olar ki, bütün dövlətləri daxil oldu, çünki onların bir qismi Afinaya, digər qismi isə Spartaya yaxın idi. Demokratik polislər adətən Afinanın, oliqarxiklər isə Spartanın tərəfində çıxış edirdilər. Lakin bu qaydanın istisnaları da olurdu.
E.ə. 431-ci ilin yayında Sparta padşahı Arxidamın rəhbərlik etdiyi böyük ordu Attikaya daxil oldu və Afinanın ətrafını viran qoymağa başladı. Attikanın bütün kənd əhalisi əvvəlcədən Afinaya, qala divarlarının arxasına köçürülmüşdü. Perikl anlayırdı ki, spartalıların provakasiyalarına uymaq və böyük döyüş keçirmək olmaz. Spartalılar Attikada olduğu müddət ərzində Afinanın 100 gəmidən ibarət eskadrası dənizə çıxmış və Peloponnesin sahilyanı məntəqlərinə gözlənilməz zərbələr endirmək məqsədi ilə, yarımadanın ətrafında dolanmağa başlamışdı. Spartalılar və onların müttəfiqləri böyük döyüşə nail ola bilməyərək payızda geri çəkildilər. Dərhal sonra Afina ordusu Meqaraya daxil olaraq, bütün regionu viran etdi. Müharibənin ilk ilində həlak olmuş döyüşçülərin dəfnində Perikl, Fukididin rəvayətində dövrümüzədək çatmış "Qəbirüstü nitqi"ni söylədi.
E.ə. 430-cu ildə peloponneslilər yenidən Afinaya hücum etdilər. Periklin başçılığı altındakı Afina donanması isə Peloponnesin şərq sahillərinə səfərə çıxmışdı. Afinada başlamış epidemiya Periklin bütün planlarını alt-üst etdi. Afinalıların dini inanclarında epidemiya Alkmeonların lənətinə görə, tanrıların yolladığı növbəti cəza tədbiri kimi göründü. Bu Periklə növbəti hücumlara və onun nüfuzunun tamamilə yox olmasına səbəb oldu. O, vaxtından əvvəl strateq vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra onu maliyyə fırıldaqlarında ittiham etdilər. Perikl yüksək məbləğdə pul cəzasını ödəməyə məcbur oldu.
Epidemiyada Periklin atası ilə çoxdan yola getməyən böyük oğlu Ksantipp öldü. Lakin aralarındakı soyuq münasibətə baxmayaraq, oğlunun ölümü Perikl üçün ağır kədər oldu. Daha sonra onun ikinci oğlu Paral öldü. İndi onun qanuni varisi yox idi, buna görə də Perikl xalq məclisi qarşısında Aspaziyadan olan oğlu Gənc Periklin vətəndaşlıq hüquqlarına yiyələnməsi üçün xahiş etdi. Bu xahiş yığıncaq tərəfindən qəbul edildi.E.ə. 429-cu ildə Perikl yenidən strateq seçildi. Lakin bu onun öz günahlarını yuduğuna inanan demosun lütfü idi. Elə həmin il o xəstələndi və payızda öldü. Onun nədən, kədərdən və ya vəbadan öldüyü məlum deyil. FukididPlutarxın fikrincə, Perikldə digər afinalılarda mövcud olan vəba simtomları mövcud deyildi.
 
Ədəbiyyat siyahısı:



  1. Курциус Э. История Древней Греции. — Мн.: Харвест, 2002. — Т. 2. — 416 с

  2. Новиков С. В., Селиванова Л. Л., Стрелков А. В. История Древней Греции. — М.: АСТ, Астрель, Хранитель, 2006.

  3. Строгецкий В. М. Полис и империя в классической Греции. — Н. Новгород, 1991. — С. 35–44.

  4. Суриков И. Е. Перикл: человек, давший имя эпохе // Античная Греция : политики в контексте эпохи: время расцвета демократии. — М.:: Наука, 2008. — 383 с




Yüklə 476,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə