İ m r a n. Sənin məndə heç bir haqqm yoxdur, mənim səndə var. Hələ atam
Şeyx Əli sənə elədiyi yaxşılıq və qoyduğu dövlət dursun kənarda. M ən özüm gecə
və gündüz çalışıb sənə pul qazanmışam. Amma bu vaxta kimi heç bir şeyə
ixtiyarım yoxdur ki, əl vuram. Yığ, yığ görək kimə qalacaqdır... (Çıxır.)
H a c ı M u r a d . Ümid ol, sənə qalacaqdır. Çox tələsmisən. Yox, dəxi
dayanmaq yeri deyil. Lazımdır tezliklə Gülzarı bir dövlətli yerə verib İmranı
qovmaq. Baxaq görək, şəhərimizdə arvadsız dövlətli kimdir. Kərbalayı Cəfər.
Yaxşı dövləti var. Amma irəliki arvaddan beş oğlu var, dörd də ayı kimi qızı. Heyf,
bunlardan mənə heç şey düşməz. Hacı İmanqulu. M alı-dövləti çox, özünün də sill
azarı var. Bu gün-sabah təşrif aparacaqdır. Amma bu bədbəxt də molla, seyidin
kələyinə düşüb cəmi dövlətini məscidə vəqf etmiş. Bəs kim qaldı? (Fikirləşir.)
Tapdım, M əhərrəm bəy. Yaxşı pulu, mülkü var. Qapısmda nökər-qulluqçunun
sayı-hesabı yoxdur. Heç bir övladı da, qohum-əqrəbası da yoxdur. Sinni də mənə
yovuqdur. Qulu! Qulu!
Q u lu daxil olur.
Q u 1 u. Nə buyurursan, ağa?
H a c ı M u r a d . Qulu, bir az naxoş kimiyəm, tezdən yatacağam, heç kəsi
buraya qoymazsan. Gələn olsa, deyərsən ki, ağam azarlıdır, yatıb. Di get.
Q u 1 u. Ağa, bəs plov yeməyəcəksən?
H a c ı M u r a d . Xeyr, ağan İmran yesin. (Qulu çıxır.) Durum mücrü üçün yer
qazım. (Durub qapıları bağlayır, tiyəni götürüb yeri qazır.) İndi, oğrular, tapm
görüm M uradm pulu haradadır? Heç şeytanm da ağlma gəlməz ki, m ən burada pul
basdırmışam. Qulu demiş, tiyə elə kütdür ki, yeri də qazmır. (M ücrünü basdırıb
üstünü torpaqla örtur.) Daha təşvişdən qurtardım. Gör ürəyim necə atdanır. (Bu
halda Qulunun papağı şüşəni sındırıb pəncərədən içəri düşür, H acı M urad
diksinib qalxdıqda ayağını tiyə kəsir. Bərkdən qışqırır. Sonra Qulunun papağını
görür.) Bu yenə zalım oğlu Qulunun işidir. (Durub qapını açır və çağırır.) Qulu!
Qulu!
Q u lu başı açıq daxil olur.
H a c ı M u r a d (papağı göstərir.) Bu nədir, a kafir oğlu?
Q u 1 u. Ağa, vallah, təqsir məndə deyil, Nabatdadır. Aydmlıq gecdir, həyəti
süpürməyə başladım. Nabat gəlib birdən başıma bir qapaz salıb qaçdı. M ənim də
elimə bir şey düşmədi, papağı dalınca atdım, gəlib pəncərəndən içəri düşdü.
H a c ı M u r a d . Kafir uşaqlan kafir. Yeyin mənim yağlı-yağlı xörəklərimi,
sonra qızışıb şıllağa durun. Görün sizin başmıza nə gətirəcəyəm. Elə indicə yuxuya
getmişdim, şüşənin səsindən diksinib qalxdıqda tiyə ayağımı kəsdi.
Q u 1 u (kənara). A... indi basdırdığı yeri də bildim.
H a c ı M u r a d . Get, zirzəmidə divann çatlağmda pam bıq gizlətmişəm və
küncdə əsgi var. Tap buraya gətir.
Q u lu gedir.
H a c ı M u r a d . Bu zalım uşaqlarmm əlindən bir saat da rahatlığım yoxdur.
Gərək adamm arvadı ola ki, canı rahat ola yoxsa arvadsız kişinin günü it günüdür.
Yəni bir tərəfə də baxanda arvada da etibar yoxdur. Evin baş oğruları onlarm
özləridir. (Qulu axsaya-axsaya daxil olur.) Tez gəl, tənbəl oğlu tənbəl. Məni görüb
ayağı da axsamağa başladı.
Q u 1 u. Ağa, mən də sən düşən günə düşdüm. Ayağıma mıx batdı.
H a c ı M u r a d . Çox yaxşı oldu. Əlbəttə, ağasma xəyanət edəni allah elə edər.
İndi gəl ayağımı sarı.
Q u 1 u (Hacı M uradın ayağını bağlarkən kənara). Xəsis kaftar. İt sümük yığan
kimi, anbarı doldurubdur mıx ilə, nal parçası ilə, kəndir qm ğı ilə, əsgi ilə, əlinə hər
nə düşübdür, siçan kimi yuvasm a yığıbdır.
H a c ı M u r a d . İndi həkim olsaydı, bir parça pam bıqdan ötrü əpteyə
göndərib məndən xeyli pul çıxartmışdı. Adam belə olmasa pul yığa bilməz.
Q u 1 u. Ağa, vallah m ən belə pul yığsaydım, indi mənim də sənin kimi
dövlətim vardı.
H a c ı M u r a d . Sən niyə zəhmət çəkəsən? Ağanm min əziyyətlə
qazandığmdan yeyib eşşək kimi şıllaq atırsan. M ən olmuşam bir leş, siz olmusunuz
bir ac qurd. Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. Hə, qurtardm? İndi
get orda dur. (Çağırır.) Nabat, Nabat! (N abat daxil olur.) Xanım, indi de
papaqaldıqaç oynuyursan?
N a b a t. Ağa, vallah, Qulu yalan deyir, nahaq yerdən gəlib məni sənə
çuğullayır.
Q u 1 u. Yəni gündə hər səhər-axşam samovarı təzələyib xanım kimi altı-yeddi
istəkan salma çay içdiyini də yalan deyirəm.
N a b a t. Ağa, vallah, yalan deyir, inanma Quluya. M ən də sənin kimi gizlin,
gündə ocaqda yum urta bişirib yeyirəm?
Q u 1 u. Ağa. Nabat qəndi doğrayanda ciblərinə doldurur.
H a c ı M u r a d . Dayanm, kafir usaqları, siz mənim evimə quldurluğa
gəlmisiniz, mənim evimi tar-m ar etmişsiniz. M ənim xəbərim yoxdur, bu saat sizin
divanmızı edəcəyəm.
Q alxıb istəy ir ki, ağ acın a tə r ə f g etsin , Q u lu və N a b a t qaçırlar. H acı M u rad d a ayağının
a ğ rısın d an u fultu ilə yerə yıxılır.
Pərdə
İKİNCİ PƏRDƏ
Səhnə İm ranın otağını göstərir. O tağın divarları pəhləvanlar rəsm i ilə m üsəvverdir, otağın pəncərəsi
bağçaya baxır. O rtada bir m asa, üstündə kitablar, yanında bir neçə kürsü. G ülzar pəncərəyə söykənib.
İm ran isə gəzinir.
İ m r a n. Yox, Gülzar, daha səbir edə bilmirəm. Bu on iki ildə atan mənə etdiyi
zülmə davam edib səbir etdim, amma indi sənə etdiyi sitəmə tab gətirə bilmirəm. O
günü yadmdadırmı, göz ağrısmdan nalən ərşə çıxmışdı. Gedib deyirəm, Hacı əmi,
pul ver həkim gətirim. Deyir həkim zad lazım deyil. İkicə gün ac qalsm sappasağ
olsun ayağa dursun. Hamı azar, deyir, yeməkdəndir. Az yesin, qanı da az olsun.
Onda heç vaxtı gözləri ağrımaz. O vaxtı məndə də pul yox idi. Gedib özgədən borc
alıb həkim gətirdim. Sənə də demədim ki, ürəyin sıxılar. Nə deyim, allahm belə
birəhm ata yaratdığma təəccüb edirəm.
G ü 1 z a r. İmran, bir ata ki qızmı bu mal-dövlətlə on iki il bacı evində qoya ki,
xərc çıxmasm, daha ondan nə ummaq olar?
İ m r a n. Gülzar, əbəs yerə indiyə kimi ümid bağlamışıq.
G ü 1 z a r. Necə, atam sənə nə deyib?
İ m r a n . Nə deyəcək? Vaxtı ki, karvansaranı və dükanları satmamışdı,
oğlumsan və qızım da sənindir deyə məni əlindən buraxmırdı, amma elə ki, onlarm
hamısmı satıb pul elədi və sandıqlara doldurdu, daha mənə ehtiyacı qalmadı. İndi
sözünü dəyişdirib deyir ki, mən heç vaxt öz qapımdakı nökərimə qızımı vermərəm.
Dostları ilə paylaş: |