Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə5/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   2   3   4   5   6   7   8   9   ...   140


TAMAHKAR

Beş pərdəli məzhəkə

İŞTİRAK EDƏNLƏR:

H a c ı   M u r a d - 6 0  yaşmda.

İ m r a n - 25 yaşmda.

G ü 1 z  a r -  Hacı M uradm qızı,  18 yaşmda.

M ə h ə r r ə m   b ə y - 5 5  yaşmda, xəsis bir mülkədar.

H a c ı   S a l e h - 4 8  yaşmda, tacir.

Ş ə r ə f   x a n ı m  - Hacı M uradm həm şirəsi1.

Ə h m ə d -  Şərəfin oğlu,  10 yaşmda.

N  a b  a t - Hacı M uradm xidmətçisi,  25 yaşmda.

Q u 1 u  - Hacı M uradm nökəri.

Ə 1 i q u 1 u  - M əhərrəm bəyin sabiq nökəri.

Q u r b  a n 

Qulunun yoldaşlan.

N  i y  a z

BİRİNCİ PƏRDƏ

H acı  M u ra d ın   otağı.  İki  qapısı  və  iki  pəncərəsi  var.  O taq   fərşlə  döşənm iş.  Sol  tərəfd ə 

H acı  M u ra d ın   paltarı,  sağ tərəfd ə  pul  və  cav ah ir  san d ıq ları  qoyulm uş.  Q apı  tərəfd ə  bir dolab. 

Y an ın d a bir  əl  ağacı.  P ə rd ə   açıld ıq d a Q u lu  otağı  sü p ü rərək  ö z-ö zü n ə  söylənir.

Q  u  1  u.  Deyən  gərək,  a  qoca  kaftar,  bu  pulları  kimə  yığırsan,  niyə  yemirsən? 

Arvadm  yox,  oğlun  yox,  bir  qızm  var,  o  da  bu  gün-sabah  çıxıb  allah  bəndəsinin 

birinə  gedər.  Yenidən evlənməyə  ömrün yox;  çünki yaşm   altmışdan ötmüşdür.  Bəs 

bu pulları kimə yığırsan?  Adam pulu qazanar ya bu dünya üçün, ya  axirət üçün.  Bu 

dünyada  yeyər,  içər,  aşna-dosta  xərclər,  k ef edər.  Axirət  üçün  də  məscid-mədrəsə 

tikdirər,  fağıra  pul  verər,  yetimə  paltar  alıb  qamını  doydurar.  Amma  bu  zalım 

oğlunda  bunlarm  heç  biri  yoxdur.  Nə  deyim,  allahm  sirrinə  təəccüb  qalm alıdır... 

Pulu götürüb belə xəsisə verir ki,  sandığa doldurub

ı

Bacısı




gecə-gündüz  keşiyini  çəkir  və  mənim  kimi  bazburudlu  oğlanı  da  ona  nökər  edir, 

yəni  belə  malmyeməzin  malmı  yem ək  haramdır?  Vallahi,  mənə  görə  halaldan  da 

halaldır.  Ancaq  açarları  əlimə  sala  bilm irəm   və  özü  də  nə  duyursa,  məni  otağma 

qoymur.  İndi  gəlib  məni  burada  görsə  həşirimi  qatacaqdır.  (Pəncərədən  baxır.) 

Odur,  gəlir,  dədəmin evi yıxıldı.

S üpürgəni  y erə  atıb tez  qaçır, H acı  M u rad   o  biri  qap ıd an  daxil  olur.

H a c ı   M u r a d .   Bu  süpürgə  burada  nə  gəzir?  Yoxsa  yenə  zalım  oğlu  Qulu 

burada imiş.  Qulu!  Qulu!  Kar olsan.  Nabat!  Nabat!..

N a b at daxil  olur.

N  a b  a t.  Nə buyurursan,  ağa?

H a c ı   M u r a d .   Qulu haradadır? Bu süpürgə burada nə  gəzir?

N  a b  a t.  Qulu indicə əlində  süpürgə buraya girdi.

H a c ı   M u r a d .   K afir uşaqları kafir,  min dəfə demişəm ki,  mənim otağıma,  ta 

özüm çağırmasam  girməyəsiniz.  Sizin əlinizdən rahat bayıra da çıxa bilmirəm.  Bəs 

Qulunun özü haradadır?

N  a b  a t.  Ağa, bilmirəm.

H a c ı   M u r a d .   Get  bu  saat  harada  isə  tap  buraya  göndər.  (Nabat  gedir.) 

Axırı bu zalım oğlu Qulu mənim başıma bir iş  gətirəcəkdir.  M urdar oğlunu  görmək 

istəmirəm.  Üzündən-gözündən oğurluq yağır.  (Qulu  daxil olur.)  Qulu,  harada idin? 

Səni çağırıram heç  səs də vermirsən.

Q u 1 u.  Ağa, bağçada çarhovuza su buraxmışdım.

H a c ı  M  u r a d.Bu  süpürgə burada nə  gəzir?

Q  u  1  u.  Ağa,  gəldim,  səndən  izin  alıb  evi  süpürəm,  gördüm  evdə  yoxsan, 

çıxdım.  Özün buyurubsan ki,  izinsiz  sənin otağma girməyim.

H a c ı M u r a d .   Yaxşı,  itil  get.  (Qulu  çıxır.)  Durum  sandığı yoxlayım.  Yoxsa 

Quluya  etibar  eləmək  olmaz.  Xoş  o  adamm  halma  ki,  pulu  əlçatmaz  və  möhkəm 

yerdədir.  O  gün  də  Məhərrəm  bəy  deyir  ki,  m ən  pullarımı  bangə  verirəm.  A  kişi, 

adam  da  gözü  görə-görə  pullarmı  özgəyə  verərmi?  Bu  dünya  elə  dünyadır  ki, 

adama  bir  qəpik  də  etibar  etmək  olmaz.  Yaxşı,  birdən  o  bangdə  pullar  itdi,  ya 

vermədilər,  onda  m ən  kim dən  alım?  Yox,  səfih  işdir.  (Papağının  içindən  əsgiyə 



düyünlü açarları  çıxardır,  dörd tərəfinə  baxa-baxa sandığın içindən  mücrünü


çıxardıb  pulları  sanayır.)  Gərək  burada  əlli  min  manat  ola.  Dünən  də  Məşədi 

İsmayıl  istədi ki,  müamilədən kəsə,  gördü ki, xeyr,  mən o  adamlardan deyiləm.  (Bu 



halda N abat  daxil  olur.  Hacı M urad cəld mücrünü  altına  qoyub  üstünü  çuxası  ilə 

örtür.)  Yenə nə var?

N  a b  a t.  Hacı  ağa,  Gülzar xanım ham am a gedəcəkdir, pul istəyir.

H a c ı   M u r a d .   Hamama  gedəcəkdir?  Çox  qələt  edəcəkdir.  Evdə  su  da  var, 

od  da  var,  qab  da  var,  qazan  da  var.  Su  qızdırsm  çimsin.  Gələniniz  əlini  açır  pul 

ver,  gedəniniz  pul  ver.  Pul,  pul,  pul!  Haradan  alım?  Deyəsən  xəzinə  üstə 

oturmuşam.  Niyə dayanmısan?  İtil  get.

N   a  b  a  t  (gedə-gedə  kənara).  Qoca  kaftar,  pulları  sandıqlarda  gizlədib  bir  tək 

balasma da qıymır.

H a c ı   M u r a d   (yalqız).  Yox,  evdə  bu  qədər  pulu  saxlamaq  olmaz.  Heç 

olmasa  mücrünü  bir başqa yerdə  gizlədim.  Yoxsa  sandıq  elə  şeydir  ki,  oğru  əvvəl 

onun  üstə  yüyürər.  (F ikir  edir.)  Tapdım.  Hacı  Saleh  də  pulu  gətirsin,  onu  da 

bunlara  qatıb  basdırım.  (Mücrünü yenə  sandığa  qoyur.)  Görəsən  nə  oldu  ki,  Hacı 

Saleh gec  gəldi?  Şəhərdə bərk səs var ki, Hacı  Saleh banqurotdu.

B u  h ald a H acı  S aleh p ərişan  b ir h ald a daxil  olur.

H a c ı  S  a 1 e h.  Salaməleyküm.

H a c ı M u r a d .   Əleyküməssəlam.  Hacı,buyur əyləş.  Nə  var?  Çox pərişansan, 

xeyir ola?

H  a  c  ı  S  a  1  e  h.  Hacı  əmi,  dünyanm  hansı  işinə  baxıb  pərişan  olmayım? 

İnsanda  insaf,  rəhm,  sədaqət  qalmayıbdır.  Vaxtı  ki,  işin  sazdır,  sənə  ehtiyac  var, 

hamı  sənin  qulundur.  Amma  elə  ki,  işin  bir  balaca  əydi,  hamı  üstünə  ayaq  basıb, 

sənə  qılınc vuracaqdır.  Sənə  məlumdur ki,  bu  şəhərin  sövdəgərlərinin  əksərini m ən 

pullu etmişəm.  Neçələrini dar günündən  qurtarmışam.  Neçələrinin veksillərini cırıb 

atmışam.  İllər  ilə  müamiləsiz  pul  borc  vermişəm.  Xülasə,  hansmı  deyim?  Özün 

bilirsən.

H a c ı   M u r a d  (kənara).  Bu müqəddimədən heç  gözüm su içmir.

H  a  c  ı  S  a  1  e  h.  Hacı  əmi,  Moskvadan  gətirdiyim  mal  tamamilə  satılmamış 

durur,  barama  da  zərər  çıxartdı.  Alış-veriş  belədir  ki,  beşinə  sən  borclu  olursan, 

beşi də  sənə.  Mal  satılıb  qurtarar, borclar verilər.  İndi mənim işim bir az dolaşıqdır, 

dövlətli  etdiyim  adamlar  mənə  macal  vermir.  Sənin  beş  min  manatmı  hazır 

etmişəm,  ancaq  altı  yüzünə  bir  həftə  möhlət  ver,  çünki  onu  M əşədi  Niyazquluya 

verəcəyəm.  O



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə