Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə16/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   12   13   14   15   16   17   18   19   ...   140

qumarda  sağmal  inək  kimi  sağırlar.  Ha-ha-ha...  (B ir  az  dayanıb  yenə  də)  Ha-ha- 

ha...  A  kişilər,  bu  lotularm  hər  kələkləri  qurtarmışdı,  qalmışdı  elə  bu.  İndi  də 

tutublar  ki,  Səfdərqulu  ağa,  səni  cəmi  bəylər  tərəfindən  dibdat  seçəcəyik.  Gedib 

Fitilbörgdə  dum deyirlər,  nə  deyirlər,  orada vəzirlər yanm da danışasan.  Ha-ha-ha... 

Səfdərqulu  bəy  vəzirlər  yanm da  danışacaq?  Vay  o  yazıqlarm   halına.  "Vot  tebe 

na"dan  başqa  bir  şey  başa  düşə  bilməyəcəklər.  (Cəbi  daxil  olur.)  Xoş  gördük,  a 

Cəbi lələ.  M ənə  qulluq.

C  ə b i.  Gecə  ağamm papiros qutusu burada qalıbdır.  Ona gəlmişəm.

N   ə  b  i  (papiros  qutusunu  stolun  üstündən  götürüb  verir.)  Cəbi, sən  öləsən  bu

gecə,  ağan  M ehdi  bəyi  təmiz  süngə  çəkiblər.  Yaxşı  ki,  hələ  papağmı da  yaddan

çıxartmayıb.

C  ə b i.  M ənim ağam kartm  höcətinə  gedəndir.

N   ə  b  i.  Odur  ki,  bu  gecə  on  bir  əl  dalbadal  onluğa  vuruldu.  Axırda  hirsindən 

kartı cırıb  atdı.

C  ə  b  i.  M ən  M ehdi  bəyin  yerinə  olsaydım,  onluğa  vurulanda  qaçardım 

doqquzluğa.  Ona da vurulanda səkkizliyi  qoyardım.  Getdikcə bir xal  azaldardım.

N  ə b  i.  Ha-ha-ha...  afərin  sənə,  Cəbi lələ.  Sən lap  qart  qumarbaz  imişsən.  Onda 

mənlə bir əl  qonçuna oynamaqda necəsən.

C  ə b i.  Çox yaxşı,  oynaram.  Bəs  Səfdərqulu  ağa evdə deyil?

N  ə b  i.  Qorxma,  elə yatıbdır ki, top da atsan xəbəri olmaz.

C  ə b i.  Bu gecə udubdur, yoxsa uduzubdur?

N   ə  b  i.  Heç  görünməz  iş!..  Udubdur!  Cəbi,  yaxşı  yadım a  saldm,  ağa 

tapşırmışdı  ki,  onu  tezdən  durquzam.  Günorta  olubdur,  amma  o  hələ  yatıb.  Cəbi, 

bu  gecə bizdə böyük qonaqlıq var.  Oxuyanlı,  çalanlı,  içgili.

C  ə b i.  Səfdərqulu ağanı vəkil  seçəcəklər.  Onun üçünmü?

N  ə b  i.  Bəli.  Bunu  sən haradan bilirsən?

C  ə  b  i.  Bu  bəylərin  kələyidir.  Onu  elə  salırlar.  O  günü  bəylərin  hamısı  bizdə 

idi.  Gülməkdən  qəşş  edirlər.  M ehdi  bəy  də  deyirdi:  Nə  var,  zəhməti  m ən  çəkim, 

qonaqlığı  Səfdərqulu bəyin boynuna mən  qoyum,  hamı  kələyi  m ən  qurum,  kefi  siz 

çəkin.


N  ə b i.  Bunun bəylərin kələyi olduğunu m ən də duymuşam.  Ancaq nə işim var, 

ağa mənə bir çuxa vədə edibdir.  Təki o  çatsm.

C  ə  b  i.  Gərək  qabaqcan  alasan.  Sonra  kələk  açılanda  verməz.  Bəlkə  yadm a 

salanda səni də kötəkləyər.




N  ə b  i.  Elə  mən  də  onun fikrindəyəm.  Gedim  durquzum.  Amma  daş kimi bərk 

yatandır.  Bilmirəm  heç  durquza  biləcəyəmmi?  (Gedib  yataq  otağımn  qapısından 



çağırır.)  Səfdərqulu  ağa,  Səfdərqulu  ağa!  İndi  gəl  bunu  oyat.  Paltarlı,  taxta yıxılıb, 

xoruldayır.  (Səsini  ucaldır.)  Səfdərqulu  ağa,  Səfdərqulu  ağa,  Əstəğfürulla,  əgər 

vəcinə isə.

C  ə b i.  Ədə,  gedib  əlin ilə durquzsana.

N  ə b  i.  Yaxşı  buyurursan,  Cəbi  ağa.  Sən öləsən  durub  atama  od vurar.  O  günü 

elə  etmişdim.  Diksinib  atlandı  və  mənə  elə  sillə  çəkdi  ki,  gözlərimdən  od  parladı. 

Dedi  ki,  bundan  sonra  məni  heç  vaxt  əlinlə  durquzma.  (Qışqırır.)  Səfdərqulu  ağa! 

Səfdərqulu  ağa!  Allahü  əkbər,  mən  nə  edim?  A  Cəbi,  sən  də  kömək  elə,  görək  bu 

dibdat bəyi oyada bilərikmi?

C  ə  b  i.  A  balam,  m ən  nə  kömək  edim?  Belə  ki,  Səfdərqulu  ağa  yatıbdır,  heç 

"Koroğlu"  da çalsan duran deyil.

N  ə b  i.  Vay,  sağ ol  Cəbi, yaxşı yadım a  saldm.  (Çırtıq  vura-vura o  biri  otaqdan 



bir  qaval  və  bir  tar gətirir.)  İndi  durarsan.  Sənə  bir  elə  meymun  havası  çalım  ki, 

sıçrayıb  dik  atılasan.  A1  qavalı,  köhnə  lotu.  (Qavalı  Cəbiyə  verir  və  özü  çalıb 



oxuyur.)

M ən bu dərədən keçmərəm,

Çadramı yellətmərəm,

Ağ  saqqala getmərəm,

Gəl,  gəl  ay evi yıxılmış,

Tez  gəl,  ay  evi yıxılmış.



(Gedib  qapıdan  baxır.)  Cəbi,  sən öləsən, heç halma təfavüt etmir.

C  ə b i.  İndi  sən bir sallama bayatı çal,  gör m ən necə oyadıram.

N əb i  çalır.

C  ə b i.

Əzizim ulu dağlar,

Çeşməli,  sulu dağlar.

Burda bir qərib  ölmüş,

Göy kişnər, bulud  ağlar.

N əb i  ged ib   qap ıd an  baxır.

N  ə b i.  Xeyr a.

C  ə b i.  Adə, bəlkə, kişi ölüb?



N   ə  b  i.  Hardan  ölübdür,  xorultusunu  eşitmirsən?  Ay  Cəbi,  nə  edək?  (Fikrə 

gedir.) Hə tapdım, yaxşı tapdım.

C  ə b i.  De  görüm, nə tapdm?

N   ə  b  i.  Qumarbazı  qumar  oyadar.  Cəbi  lələ,  indi  gəl  bəylərin  qumar 

oynamaqlarmm  təqlidini  çıxardaq.  Onda  görərsən  necə  durar.  Kürsünü  çək  otur. 

(Otururlar.)  Bax,  m ən  Vəli  bəyəm,  sən  ağan  M ehdi  bəy.  Ah,  bir  adam  da  olsaydı, 

işimiz düzələrdi.

O v an es  daxil  olur.

O v a n e  s.  Nəbi,  Saşa bəyin ağacı burada qalıb.  Ona gəlmişəm.

N   ə  b  i.  Kirvə,  yaxşı  vaxtda  gəlmisən,  bir  adamımız  çatmırdı.  (Durub  onun 

əlindən tutub stola tə rəf çəkir.) Hələ buyur otur.

O v a n e  s.  Yox,  kirvə,  mən qumar oynamıram.

N  ə b  i.  A kişi,  otur.

O v a n e  s.  M ən qumarı toba etmişəm.

N  ə b i.  Otur, pul ilə oynamırıq.  Zarafat edirik.

O v a n e  s.  Kela,  qabaqda da məni o cür öyrədib evimi yıxdılar.

N   ə  b  i.  Adə,  qumar  oynamırıq,  oyun  çıxardırıq.  Sən  otur,  bu  saat  deyim. 

(Ovanes  oturur.) Bax,  sən  Saşa bəy...

O v a n e  s.  M ən Ovanesəm.

N   ə  b  i.  Adə,  a  qanmaz  ayı,  mən bilirəm  ki,  sən  Ovanes  kirvəsən.  Biz  ağalarm 

qumar  oynam alannm   təqlidini  çıxardırıq.  Bax,  Cəbi  M ehdi  bəydir,  m ən  Vəli  bəy, 

sən də  ağan  Saşa bəy...  İndi başa düşdünmü?

O v a n e  s.  Kela, başa düşdüm,  ancaq bu nə üçündür?

N  ə b i.  Sonra deyərəm.

C  ə b i.  Bax,  Ovanes,  Saşa bəy kimi oyna.

O v a n e  s.  Arxaym ol, kela,  lap özü kimi oynayacağam.

C  ə b i.  Nə oynayaq?

N   ə  b  i.  Ştos  (gedib  Səfdərqulu  bəyin  otağınm  qapısını  açır,  sonra  gəlib  bir 

kalod kartı  əlinə götürür.  Vəli  bəy  rolunda).  Bax,  qospoda,  bu yüz  manat bankdır, 

kart deyil.

C  ə  b  i  (M ehdi  bəy rolunda).  Xeyr,  olmaz,  gərək tuz  vuraq,  kimə  çıxsa  o,  bang 

qoysun.


O v a n e  s (Saşa bəy rolunda).  M ehdi bəy düz deyir,  gərək tuz vuraq.

N  ə b  i.  Pəh, yenə M ehdi höcətə  saldı.  Yaxşı tuz vururam.  (Kartı  bir-bir ü çyerə



paylayır,  tuzN əbiyə çıxır.)  Gördünüz, tuz mənə çıxdı.  Yamanlıq özünüzə  qaldı.

C  ə b i.  Pravilo belədir,  əzizim.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə