G ü 1 z a r ( ayağa qalxıb). M əhəbbət nədir? M əhəbbət oduna yanm ayana onu
qandırmaq mümkün deyil. M əhəbbəti dünya malma almaq olmaz. M əhəbbətə
hökm yoxdur.
H a c ı M u r a d . M əhəbbət odur ki, adamı dəli, axmaq edib, allah göndərən
neməti əlindən buraxır. Görürəm sən dəli olmusan. Amma dəlini də ağıllı etmək
mümkündür. Sənə üç gün möhlət verirəm. And olsun allaha, heç bir şeylə
dediyimdən dönmərəm. Di get, yaxşı fikir elə.
G ü 1 z a r. İndi ki, belə oldu. M ən də and içirəm o məhəbbətə ki, daşı
yumşaldıb rəhmə gətirərdi, səni gətirmədi, ya İmran, ya ölüm.
H a c ı M u r a d.İmran! B ir o qalmışdı ki, cəmi şəhərdə biyabır olub öz
nökərimə qız verəm. Get, İmrandan bilmərrə əlini üz.
G ü 1 z a r. Yaxşı, dünyadan bilmərrə əlimi üzərəm. (Çıxır.)
H a c ı M u r a d (tək) Bilirdim ki, belə olacaqdır. Yox, İmranı qovmasam, iş
düzəlməyəcəkdir. İmran gedəndən sonra ümidi kəsilib razı olar. Qızm dediyinə
bax! M əhəbbət dünya malına aldanmaz. M əhəbbətə hökm yoxdur. M əhəbbət, bax,
budur ki, üstündə oturmuşam. Bunsuz nə məhəbbət? Bu məhəbbət-məhəbbət
deyənləri verələr dama salam, ağzmı da bağlayam. Görəsən necə acmdan,
suzundan bir-birinin ətini yeyib qanmı içərlər.
N a b a t (təngnəfəs içəri yüyürüb). Ağa, muştuluğumu ver, Şərəf xanım gəldi.
H a c ı M u r a d . Səfeh qızı səfeh. Elə yüyürür ki, deyəsən yanğm var. Çox
böyük iş olubdur. Gələndə deyəsən mənə quş başı gətiribdir.
N a b a t. Ağa, doğrudan da dörd dənə qırqovul gətiribdir.
H a c ı M u r a d . Tək gəlibdir, ya uşaqlarmı da gətiribdir.
N a b a t (kənara). Zalım oğlu qabaqca adamm hesabm a gedir. (Hacı M urada)
Yanmda bir oğlu Əhməddir, bir də nökəri Cəfər.
H a c ı M u r a d (kənara). Öz yeyib-içənimiz az idi,bunlarda artdı. (Nabata)
Sənin muştuluğun odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasm.
Di get, dayanma.
N a b a t (gedərkən kənara). M ənə deyən gərək, ay axmaq qızı, bundan sən nə
istəyirsən? O öz haymdadır ki, onlar burada qalıb çörək yeyəcəklər.
H a c ı M u r a d (tək). İndi də işlər tərsinə gedir.
Ş ə rə f xanım , Ə hm əd və G ülzar daxil olurlar. Ş ə rə f x an ım
H acı M u ra d ın b o y n u n u qucaqlayır.
Ş ə r ə f x a n ı m . A qardaş, nə zəif düşmüsən, nə qocalmısan?
H a c ı M u r a d . Niyə qocalmayım, niyə zəif düşməyim. Bu günü ki, m ən
çəkirəm, hər kəs olsaydı yeddi kəfən çürütmüşdü.
Ş ə r ə f x a n ı m . A qardaş, sən niyə pis gün çəkirsən,nəyin əskikdir? M alm
var, pulun var. Gülzar kimi qızm, qapmda da xidmətçilərin. Sən otur, qoy sənə
qulluq eləsinlər.
H a c ı M u r a d . Elə ki onlar mənə qulluq edirlər, etməsələr ondan yaxşıdır. O
ki İmrandır, əlini ağdan-qaraya vurmur. Az qalıbdır ki, məndən xanlıq iddiası etsin.
Gülzar xanım da atam yoxdur deyir. Ağa, xanım belə olanda, nökər-qulluqçudan
nə ummaq.
Ş ə r ə f x a n ı m . İmran gərək elə oğlan olmasm. Onun tərifi hər yerdə
söylənir. Gülzardan narazı olmağma təəccüb edirəm. M ən ona elə tərbiyə
verməmişəm ki, atasmm əmrindən çıxa, zəhmətindən incinə.
H a c ı M u r a d . Görürəm, çox yaxşı tərbiyə vermisən.
Ş ə r ə f x a n ı m . Heç vaxt inanmaram, sənin xasiyyətin pisdir. M ənim özüm
də qız vaxtı nə qədər sənə yaxşı qulluq edirdim, yenə razı qalmırdm. Gülzar, bu nə
işdir? (Gülzar başım aşağı salıb ağlayır.) Qızım, ağlayırsan? (.Hacı M urada)
Görürəm qızı nə hala salmısan. Saraldıb heyvaya döndərmisən, on səkkiz yaşm da
cavanı qocaldıb qarı eləmisən.
H a c ı M u r a d . M ən ona nə edirəm ki, sarala. Durub təzədən ona nənəlik edə
bilmərəm ki. Nökəri var, qulluqçusu var, yesin, içsin, geyinsin, gəzsin. O ki qaldı
qocalmasma, ona da bais özüdür. M əhərrəm bəy kimi adam özü gəlib mənə elçi
düşüb, qızımı istəyir, Gülzar xanım deyir ki, özümü öldürərəm, ona getmərəm.
Daha mən nə deyim. Adam da bu dərəcədə dəli olub elə mal-dövlətdən əl çəkərmi?
Ş ə r ə f x a n ı m . A qardaş, nə danışırsan? Sən təmiz ağlmı itirmisən. Dünya
malı gözlərini pərdələmişdir. M əhərrəm bəy nədir, zad nədir? Qızınm nişanlısı on
iki ildir sənə zəhmət çəkib pul qazanıbdır. İndi nə olubdur ki, əhdindən dönüb
qızmı öz yaşmda yoldaşm a verirsən? Eşidənlər nə deyərlər?
H a c ı M u r a d . Buyur, bu da ağıllımız. Yaxşı deyiblərki, arvadm ağlı olmaz.
Eşidənlər mənə dəli deyər ki, qızımı İmrana verib M əhərrəm bəy kimi adamı
əlimdən cıxaram.
Ş ə r ə f x a n ı m . Eşidənlər sənə ağıllı deyərlər ki, qızmı İmrana verib ata
yurdunu abad edirsən.
H a c ı M u r a d . Əcəb buyurursan, Şərəf xanım. M əhərrəm bəy mənim atamm
yurdunu tar-mar edər, amma gədənin biri abad edər. Arvadlarm ağlı belədir. M ən
qızımm xoşbəxtliyini istəyirəm.
Ş ə r ə f x a n ı m . Yaxşı, hərgah qızm könülü M əhərrəm bəydə yoxdur, onun
malına tamah etmir, onda o necə xoşbəxt ola bilər?
H a c ı M u r a d . Qız heç yediyini-içdiyini başa düşə bilmir. O xoşbəxtliyini nə
anlayacaqdır? Arvad mal-dövlətin qədrini onda anlayır ki, uşaqları artıb, ana, mənə
cörək ver deyəndə, təknədə olmaya.
Ş ə r ə f x a n ı m . A kişi, sənin puluna, dövlətinə nə gəlibdir ki, qızm İmranda
çörəksiz qala? Bundan əlavə İmran elə oğlandır ki, öz əlinin zəhməti ilə arvadmı
xandan, bəydən yaxşı saxlar.
H a c ı M u r a d . Pulum haradadır, malım haradadır? Zum a çalıb aləmə səs
salmısmız ki, Hacı M uradm pulunu sandıqlar tutmur. Bilmirəm pulu mənə kim
qoyubdur. Atam qoyubdur, babam qoyubdur.
Ş ə r ə f x a n ı m . Sənin ağlamaq qədim xasiyyətindir. B ir şeydən kəsirin
olmaz, amma özünü dilənçi yerinə qoyarsan. Xülasə, M əhərrəm bəy fikrindən
bilmərrə daşmarsan. M ən heç razı ola bilmərəm ki, Gülzarı bədbəxt edib altmış
yaşmda qocaya verəsən.
H a c ı M u r a d . Buyur, bu da ağbirçək bibisi. Ağıl öyrətməkdən ağzma dil
verir. Ay qız ey, raen dediyimdən dönmərəm, İmranı bilmərrə unudarsan.
Bilmirəm bu mənə nə İmran oldu. And olsun allaha onu bundan sonra bir saat da
evimə qoymaram, qoy getsin, gör onu da necə Qulu kimi qovaram.
Ş ə r ə f x a n ı m . Elə bil o qalmışdı ki, qızmı bir qoca, xəsis kaftarm puluna
satasan.
H a c ı M u r a d . Bilmirəm bu hardan gəlib çıxdı. Niyə qoca olur? Nökər
dalında, qızılquş əlində atdanıb ova çıxanda elə bil ki, bir laçmdır. Daha bəsdir.
İndi de görüm, sən özün necə dolanırsan?
Ş ə r ə f x a n ı m . Nə deyim. Allah dərd-qəm yaradanda bizim üçün yaradıbdır.
Uşaqlar artıbdır. Kişinin də əli aşağı düşmüşdür. Gecə-gündüz işləməkdən əllərim
qabar olmuşdur.
H a c ı M u r a d . Buyur, bu da sənin öz başm a gələn. Daha Gülzara niyə razı
olmursan? Rəhmətlik atama dedim ki, kişi, Şərəfi bu kasıba vermə, neçə dövlətli
istəyir, onlann birinə ver. Dedi yox. Bu ağıllı, kamallı adamdır. Bunda Şərəf
xoşbəxt olar.
Ş ə r ə f x a n ı m . Xeyr, atam səhv etməyibdir. M ən ərimdən çox razıyam.
özüm də çox xoşbəxtəm ki, allah məni bu cür adama qismət
Dostları ilə paylaş: |