25
nın səhhətinə hərtərəfli pozucu təsir göstərirdi. Eyni zamanda
t
iryək Çin xalqını mənəvi və fiziki cəhətdən zəiflətmək üçün
bir va
sitə idi. Bu haqda bir nəfər görkəmli Çin tarixçisi obraz-
lı şəkildə demişdir ki, "İngilislərin Çində tiryək alveri insan-
ları qan tökmədən öldürən bir təcavüz idi".
İngiltərəyə bir ingilis tacirinin göndərdiyi məktubda isə
göstərilirdi ki, bizə Çini tutmaq üçün daha top-tüfəng lazım
deyil. Belə getsə biz yaxın vaxtlarda bütün Çinə sahib olacağıq.
İngiltərə ilə ənənəvi qohumluq və hərbi-siyasi yaxınlıq
münasibətlərində olan Amerika Birləşmiş Ştatları da Çində
tir
yək ticarətində fəal iştirak edirdi. Amerika tacirlərinin Çinə
gətirdiyi tiryək ildən-ilə artaraq Çinin bütün idxalının 10-20%-ə
qədərini təşkil edirdi.
Mancur-
Sin hökuməti rəsmən tiryək ticarətinin əleyhinə
olsa da, əslində qeyri-rəsmi bu ticarətin tərəfdarlarından biri
idi
. Hələ, 1729-cu ildən başlayaraq Mancur-Sin hökuməti tir-
yək idxalını qadağan edən bir sıra fərmanlar vermişdi (o cüm-
lədən 1796-cı ildə, 1822-ci ildə və s.), bütün bu fərmanlar ta-
ma
milə rəsmi xarakter daşıyırdı. Amma xarici dövlətlər tir-
yəklə ticarəti davam etdirir və Çin hökumətinin bu fərmanla-
rına məhəl qoyulmurdu. Odur ki, ingilis tacirləri tiryək ticarə-
tini qadağan edən bu qanunlara əhəmiyyət verməyərək qeyri-
qanuni surətdə tiryək ticarətini daha da geniş miqyasda da-
vam etdirirdi. Mancur-
Sin hökumətinin yalnız yerlərdəki mə-
mur
ları deyil, həmçinin imperatorun özü də tiryək ticarətində
maraqlı idi və o, bu sahəyə varlanmaq vasitəsi kimi baxırdı.
Bu dövrdə tiryək ticarətinin əsas mərkəzi Kanton şəhəri idi.
Lakin ingilis tacirləri hökumətin mövcud ikili siyasətin-
dən də razı deyildilər. Onlar öz hökumətinə göndərdikləri bir
çox ərizələrində və məktublarında açıq tiryək ticarətinin qa-
nuni
ləşdirilməsini və əcnəbilərlə ticarətdə "Qunxan" cəmiy-
yəti inhisarının ləğv olunmasını, xarici ticarət üçün ingilis
sənaye mallarının Çinə qeyri-məhdud miqdarda idxalı üçün
Çin li
manlarının təcili açılmasını tələb edirdilər.
Bu məqsədlə 1816-cı ildə İngiltərə hökuməti Çinə yeni
nümayəndəlik – Amxerstin səfirliyini göndərdi. Lakin bu sə-
fir
liyin işi də uğursuz oldu. İmperator Tszya Tsin hətta səfiri
qəbul etmədi. Bu onunla əlaqədar idi ki, xarici nümayəndə-
lərin Pekinə gəlməsi haqqında qadağa qoyulmuşdu.
26
Rusiya və Çin münasibətləri
İngiltərə və ABŞ kapitalizminin maraqlı qüvvələrinin
Çində artmaqda olan ekspansiya siyasətinin təsir dairəsi
geni
şləndikcə bu təhlükə digər qonşu ölkələri də narahat
etməkdə idi. Belə narahat ölkələrdən biri də Rusiya idi. Odur
ki, Rusiya
hökuməti 1805-ci ildə qraf Y.A.Qolovkinin baş-
çılığı ilə Peterburqdan Pekinə nümayəndə heyəti göndərdi.
Səfirliyə tapşırıq verilmişdi ki, Çinlə rəsmi diplomatik
əlaqə yaratsın, rus gəmilərinin Kantona getməsinə, Çinin da-
xi
li şəhərlərinə rus tacirlərinin karvan göndərməsinə icazə al-
sın və s. Bu tələblər içərisində Şimal-qərb sərhədlərində,
Buxtarm
a çayında ticarətə icazə verilməsi tələbləri xüsusi
əhəmiyyət kəsb edirdi.
Amma
müəyyən mövcud beynəlxalq münasibətlərə görə
Qolovki
nin nümayəndəliyi tam müvəffəqiyyətsizliyə uğradı.
Səfirlik Urqa şəhərindən (Xarici Monqolustandadır) o tərəfə
keçə bilmədi. Çin sularına ilk dəfə olaraq rus gəmilərinin gəl-
məsi də 1805-ci ilə təsadüf edirdi. Nəhayət, həmin ilin noyab-
rında İ.F.Kruzeşternin komandası altında "Nadejda" adı altın-
da üzən rus gəmisi Makao limanına gəldi və bir neçə gündən
sonra isə Y.F.Lisyanskinin komandası altında "Neva" gəmisi
də əraziyə daxil olaraq, hər iki gəmi Kantona getdi. Xatırla-
daq ki, r
us gəmilərinin birinci dövr səyahəti zamanı "Nadej-
da" və "Neva" gəmiləri Çinə də gedib çıxmışdı.
İ.F.Kruzeştern özünün "1803, 1804, 1805 və 1806-cı il-
lərdə "Nadejda" və "Neva" gəmilərində, dövr-aləm səyahəti"
ki
tabında Çinə getməsindən ətraflı bəhs edir. İ.F.Kruzeşternin
səyahəti rusların Çin haqqındakı məlumatının artmasına kö-
mək etdi, Rusiya-Çin münasibətləri yeni mərhələyə daxil oldu.
Mancurlara qarşı çıxışların yenidən sürətlənməsi
1820-ci ilin
sentyabrında imperator Tszya Tszin vəfat et-
di. Onun ikinci
oğlu Myan Nin atasının yerinə keçərək öz ha-
ki
miyyəti illəri üçün Dao Quan ləqəbini götürdü. Dao Quanın
27
hakimiyyəti illərində (1820-1850) ölkədə ümumi siyasi və-
ziy
yət pisləşməkdə davam etmişdi. Qərbi Çin əyalətlərində,
xüsusilə Sintszyanda sin rejiminə qarşı mübarizə xüsusilə
inad
lı və geniş xarakter aldı.
Mancur-
Sin hökumət orqanları Sintszyanda xalqa divan
tutur,
qarətkar siyasət yeridirdilər. Onlar xalqı amansızcasına
istismar etməklə kifayətlənməyərək, buradakı dini və dünyəvi
hakimiyyət dairələrinin, də mənafeyinə toxunurdular. Bu
dövr
də maddi və siyasi məhrumiyyətlərə dözən xalq artıq
mənəvi terroru qəbul etmirdi.
1820-
ci ildə mənşəcə türk feodallarından olan Cahangir
Mancur-Sin h
ökumətinə qarşı üsyan qaldırdı. Təşkilatlanma
və təchizat mərhələsini adlayandan bir neçə il sonra üsyan ge-
niş bir şəkil aldı. 1826-cı ildə üsyançılar Qaşqar, Yarkənd şə-
hərlərini və Sintszyanın bir sıra başqa mühüm məntəqələrini
ələ keçirdilər. Üsyan müsəlmanların kafirlərə qarşı cihad mü-
ha
ribəsi şüarı altında gedirdi. Üsyanın gedişində üsyançılar
sin
lərin hakimiyyətinə qarşı mübarizədə ciddi müvəffəqiyyət-
lər qazandı. Lakin mancurlara qarşı çıxışlar antifeodal müba-
rizə formasına keçmədi, hakimiyyəti ələ alanlar xalqı sinlərin
vax
tında olduğundan da geniş miqyasda qarət edir, yalan vəd-
lər verir, hakimiyyətlərinin müddətini uzatmağa çalışırdılar.
1827-
ci ildə sinlər Qaşqara yeni qoşun göndərib üsyanı yatırdı-
lar. Xoca
Cahangir əsir alındı və sinlər tərəfindən edam olundu.
XIX əsrin 30-cu illərində Xaynan və Tayvan adalarında,
habelə Quandun, Quyçjou, Xunan və Sıçuan əyalətlərində
man
cur rejimi əleyhinə üsyanlar baş verdi.
Bu üsyanlar içərisində ən güclüsü Tayvan üsyanı idi. Üs-
yana "Tyandixuey" gizli cəmiyyəti rəhbərlik edirdi. Üsyançı-
lar bir müddət adanın paytaxtını da ələ keçirə bilmişdi. Nə-
hayət, bu üsyan da 1833-cü ildə yatırıldı. Bu dövrdə hökumət
məmurlarının məlumatlarında qeyd olunurdu ki, "hər yerdə,
xüsusilə Xunan, Tszyansi, Xenan, Xubey əyalətlərində gizli
cəmiyyətlərin üzvləri artır". Bu xüsusiyyət ölkədə milli oya-
nışla bağlı idi.
Beləliklə, Çində daxili siyasi vəziyyətin daha da gərginləş-
məsi İngiltərənin Çinə qarşı yeni istilaçı hücumu ilə bir vaxta
düşdü.
Dostları ilə paylaş: |