Sual62;Dislaliyanın korreksiya yolları və dislaliya zamanı loqopedik təsirin əsas mərhələləri


məliyyatdan sonra aparılan loqopedik iş aşağıdakı kimi planlaşdırılır



Yüklə 24,34 Kb.
səhifə5/5
tarix31.12.2021
ölçüsü24,34 Kb.
#81333
1   2   3   4   5
62,63,64,65

məliyyatdan sonra aparılan loqopedik iş aşağıdakı kimi planlaşdırılır:

1. Damaq pərdəsinin fəallaşdırılması.

2. Diafraqma tənəffüsü və burun ağız nəfəs verməsinin differensiasiyası vərdişi yaratmaq;

3. Səslərin qoyulması (sait və samit səslər).

4. Nitqdə düzgün tələffüzü avtomatlaşdırmaq.

Loqopedin cərrahiyyə əməliyyatından əvvəl və sonrakı işindən sonra uşağa psixoterapiya keçirtmək, eşitmə diqqətinin və səsin modulyasiyasının inkişafı üzərində iş aparmaq, üz əzələlərinin lazımsız hərəkətləri mübarizə aparmaq lazımdır.

Cərrahi əməliyyatdan sonra aparılan spesifik işlər aşağıdakılardır:

a) yumşaq damağın masajı;

b) yumşaq damağın və udlağın arxa divarının gimnastikası;

v) artikulyasiya gimnastikası;

q) səs çalışmaları.

Bu tapşırıqların yerinə yetirilməsində əsas məqsəd ağızdan buraxılan hava axınının gücünün və sürətliliyini yaxşılaşdırmaq;

- artikulyasiya əzələlərinin fəaliyyətini artırmaq;

-damaq-udlaq yumulmasının fəaliyyətiinə nəzarət etmək vərdişi yaratmaqdır.

Yumşaq damağın masajı çapıqların sığallanmaqla açılması məqsədini daşıyır.

Bunu belə aparmaq olar: sığallama tikiş xətti ilə irəli-geri yumşaq və sərt damağın hüdudları boyunca həyata keçirilir. Sığallamanı həm də kəsik-kəsik, basmaqla növbələşdirmək olar. Bundan başqa ağızın geniş açılması ilə a səsinin tələffüzü zamanı yumşaq damağın yüngülcə basılması masajından istifadə etmək olar.

Yumşaq damağın gimnastikası bir neçə çalışmalardan ibarətdir:

1. Suyun udulması və ya udma hərəkətlərinin imitasiyası. Bu zaman uşağa stəkanda su verib onu içmək təklif edilir. Pipetka vasitəsi ilə suyun damcılarla içilməsi də istifadə oluna bilər. Suyun kiçik porsiyalarla udulması yumşaq damağın daha uca qalxmasını oyadır. Bir birinin ardınca udma hərəkətlərinin yerinə yetirilməsi yumşaq damağın qalxma müddətini daha da uzadır.

2. Açıq ağız vəziyyətində əsnəmə.

3. Kiçik porsiyalarla ilıq su vasitəsilə boğazın yaxalanması.

4. Öskürmə - çox faydalı çalışmadır. Belə ki, öskürək zamanı udlağın arxa divarının əzələlər daha fəal yığılır. Öskürək vaxtı ağız və burun boşluqları arasında tam yumulma baş verir.

5. Sait səsləri dəqiq, fəal və fəal yüksək tonla tələffüzü. Bu zaman ağız boşluğunda rezonans artır və burun çaları azalır. Əvvəlcə a, l səslərinin kəsik-kəsik tələffüzü, sonra isə o, u saitlərinin deyilişi məşq edilir.

Sonra isə tədricən a, e, u, o səslərinin müxtəlif cür sıralanmasının dəqiq tələffüzünə keçirilir. Bu zaman artikulyasiya sistemi tez-tez dəyişsə də, ağız nəfəsverməsi saxlanılır.

Yuxarıda göstərilən çalışmalar həm cərrahi əməliyyatdan qabaq, həm də sonra yaxşı nəticələr verir. Bu çalışmalar uzun müddət sistematik aparılmalıdır.

Düzgün səsli nitqin tərbiyəsi üçün tənəffüs üzərində iş aparmaq çox vacibdir. Məlumdur ki, rinolaliyalı uşaqlarda nəfəs vermə, həm ağır, həm də burun boşluğundan keçərək çox qısa və qənaətli olmur. Bunun aradan qaldırılması üçün aşağıdakı çalışmaları aparmaq lazımdır:

1. burunla nəfəs alıb burundan buraxmaq;

2.ağızda nəfəs alıb burundan buraxmaq;

3. burunla nəfəs alıb ağızdan buraxmaq;

4.ağızla nəfəs alıb ağızdan buraxmaq;



Bu çalışmaların sistemli keçirilməsi nəticəsində uşaq hava axınının istiqamətindəki fərqi hiss edib, onu düzgün yönəltməyi öyrənəcəkdir. Ağızla nəfəsvermə vərdişinə yiyələndikdən sonra, ayrı-ayrı səslərin düzgün tələffüzünə daha tez nail olmaq olar. Əvvəlcə səs yaratma qaydaları loqopedin izahı və əyani göstərməsindən sonra.
Yüklə 24,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə