Sual62;Dislaliyanın korreksiya yolları və dislaliya zamanı loqopedik təsirin əsas mərhələləri



Yüklə 24,34 Kb.
səhifə1/5
tarix31.12.2021
ölçüsü24,34 Kb.
#81333
  1   2   3   4   5
62,63,64,65


SUAL62;Dislaliyanın korreksiya yolları və dislaliya zamanı loqopedik təsirin əsas mərhələləri

Üəyyən olmuşdur ki, beş yaşından gec olmayaraq uşaqlarda səs tələffüzü çatışmamazlıqları müəyyənləşdirilməlidir. Hamıya aydındır ki, kiçik uşaq bütün səsləri düzgün tələffüz etməyə qabil deyildir. Çünki onun artikulyasiya aparatı tam inkişaf etməmiş və möhkəmlənməmişdir. Məktəbəqədər yaşlı (4-5) uşaqlarda bir sıra səslərin səhv tələffüzü normal hesab edilir və fizioloji pəltəklik adlanır. Yalnız 5 yaşından sonra (göstərilən yaş həddi uşağın inkişaf şəraitindən asılı olaraq dəyişə bilər) tələffüz qüsurları patoloji sayıla bilər. Buna görə də həmin yaşdan başlayaraq dislaliyanın aradan qaldırılması istiqamətində müəyyən iş görmək lazımdır. Ən əvvəl vaxtında uşaqların nitqini tədqiq edib, qüsurları üzə çıxartmaq lazımdır. Bu məqsədlə 4 yaşından gec olmayaraq, uşaqlar loqopedik müayindən keçməlidir. Loqopedik müayinə zamanı dislaliyalı uşaqların ən əvvəl artikulyasiya aparatının quruluşu və mütəhərrikliyi bütün incəlikləri ilə yoxlanılmalıdır. Sonra, onun səs tələffüzünün vəziyyəti çox diqqətlə müayinə edilməlidir. Bundan əlavə fonematik qavramanın vəziyyəti də yoxlanmalıdır. Başqa sözlə desək, loqopedik müayinə aşağıdakı mərhələlərlə aparılmalıdır.




  1. Artikulyasiya aparatının müayinəsi.

Bu mərhələdə loqoped artikulyasiya aparatının bütün üzvlərini: dil, dodaq, diş, çənələri, damaq və dilçəyi yoxlayıb, onların quruluşunda ola biləcək qüsurları üzə çıxarıb qeyd aparır.


Müayinə zamanı artikulyasiya aparatının mütəhərrik və qeyri-mütəhərrik hissələrin quruluşunda aşağıdakı qüsurlar aşkara çıxa bilər:


  • Dişlər –əyri, xırda, seyrək, çənə qövsündən kənarda, çox iri, aralarında boşluğun olmaması və ya çox boşluqların olması, alt və ya üst kəsici dişlərin yoxluğu.




  • Dodaqlar – ətli qalın, qısa və az hərəkətli;




  • Dişləm- açıq ön, açıq yan, dərin, dayaz;




  • Çənələr – üst çənənin irəli çıxması, alt çənənin irəli çıxması;




  • Damaq – dar, hündür (qotik tipli) və ya əksinə, aşağı, yastı;



Sonra, artikulyasiya aparatının mütəhərrikliyi yoxlanılır. Bu zaman uşağa nitq təlimatına uyğun və ya loqopedin ardınca təqlid etməklə, müxtəlif tapşırıqlar verilir. Məsələn: dodaqlarını dili ilə yalamaq, dili burnuna tərəf aparmaq, sağ və sol qulağa tərəf aparmaq, dili enliləşdirmək, yastılatmaq, sonra dili çıxarıb ucunu yuxarı qaldırmaq və s.


Loqoped bu zaman görülən işlərin rəvanlığına, səlis və dəqiqliyinə, bir hərəkətdən digərinə keçmənin asan və ya çətinliyinə xüsusi diqqət yetirir.
II. Səs tələffüzünün müayinəsi:
Bu zaman bu və ya digər səsin ayrılıqda və nitqdə müstəqil işlətmə bacarığı yoxlanılır. Müayinə aparılarkən səs tələffüzü qüsurları əvəzetmə qarşıdurma və ya səsin olmaması-ayrılıqda, hecalarda, söz və ifadələrdə aşkara çıxarılır. Bundan əlavə, uşağın müxtəlif heca strukturlu sözləri tələffüzetmə vəziyyəti də yoxlanılır (məsələn: piramida, təəccüblü, kolleksioner və s.) və səslərin əvəz olunması aşkara çıxarılır.
Səslərin sözlərdə tələffüzünün vəziyyətinin müayinəsi üçün xüsusi əşya şəkilləri toplusu vacibdir. Şəkillərdə təsvir olunmuş əşyaların adları müxtəlif səs və heca tərkibinə, çox mürəkkəb, samitlərin tədqiq edilən səslərlə işlənmə yerlərinə görə sözlərdən ibarət olur.
Uşaqda səs tələffüzü qüsurunu aşkara çıxarmaq üçün işlənən ən sadə üsul budur: tədqiq edilən səsin əvvəldə, ortada, sonda işləndiyi sözlərin əşya şəkilləri uşaba göstərilir.
Əgər uşaq səsi sözdə tələffüz edə bilmirsə, loqoped həmin səsi əksetmə üsulu ilə (loqopedin ardınca) tələffüz etməyi tələb edir. Bundan əlavə həmin səslə olan hecanı dal və qabaq (sa-as) tələffüz etməsini də tapşıra bilər.

III. Fonematik qavramanın müayinəsi.


Uşaqlarda səs tələffüzünün vəziyyəti yoxlanmasından sonra onun eşitmə ilə səsləri qavraması və fərqləndirilməsi mütləq müəyyən edilməlidir. Xüsusilə bu o səslərə aiddir ki, onlar artikulyasiyaya görə oxşar və ya səslənməsinə görə yaxındırlar. Buna örə də bütün korreksiya edən fitli və fısıltılı (sa-sa, za-ya, sa-za və s.) cinsiltili və kar (da-ta, na-ba, qa-ka), (ra-la, ri-li və s.) səslərin fərqləndirilməsini yoxlamaq lazımdır. Loqoped bu məqsədlə uşağa onun ardınca müxtəlif pozisiyalı hecaları təkrar etməyi tapşıra bilər. Əgər uşaq bəzi səsləri düzgün tələffüz etməzsə loqoped ona verilmiş heca sırasında (sa, ya, ca) hecasını eşidən kimi qaldırmaq, ayaba durmaq və s. Tələb etmək olar. Sonra isə uşağın səslənməyə görə yaxın, lakin mənasına görə müxtəlif sözləri fərqləndirmək bacarığını yoxlamaq lazımdır
Dislaliyalı uşaqların korreksiya işini 2 mərhələyə ayırmaq olar.
I mərhələ – hazırlıq mərhələsi adlanır.
Hazırlıq mərhələsinin əsas vəzifələri bunlardır:


  1. Eşitmə diqqəti, eşitmə yaddaşı və fonematik qavramanın inkişaf etdirilməsi;




  1. Nitq motorikasının çatışmamazlığının mütəhərrikliyinin inkişafı üçün artikulyasiya çalışmalarının aparılması.

II mərhələ – tələffüz bacarığı vərdişlərinin formalaşdırılması. Bu mərhələnin əsas vəzifələri aşağıdakılardır:




  1. Düzgün olmayan səs tələffüzünü aradan qaldırmaq.




  1. Uşaqlarda artikulyasiyaya görə eyni və ya səslənməsinə görə oxşar səslərin tələffüzünü diferensiallaşdırma bacarığını inkişaf etdirmək.




  1. Uşaqların müstəqil nitqinin müxtəlif növlərinin tələffüz bacarığı vərdişlərinin formalaşdırılması.

Beləliklə də, uşaqlarda səs tələffüzü qüsurlarının düzəldilməsi səslərin qoyuluşu və avtomatlaşdırılması ilə eyni zamanda fonematik qavramanın inkişafını da özündə birləşdirir. Tam, düzgün qavranılmayan fonem, düz tələffüz edilməyəcək və digər səslərdən fərqləndirilməyəcəkdir. Fonematik qavramanın inkişaf etdirilməsi loqopedik işin elə ilk mərhələlərindən başlayıb, oyun formasında frontal yarım-qrup və fərdi məşğələlərdə keçirilir. Göstərmək lazımdır ki, bu iş danışıq səslərindən fərqli olaraq adi səslər üzərində aparılır. Sonra isə ana dili səsləri sisteminə daxil olan nitq səsləri üzərində keçirilir.Bununla paralel olaraq, uşaqlarda eşitmə diqqəti və yaddaşı üzərində də məqsədyönlü iş aparılır. Bu fonematik qavramanın daha da yaxşı inkişafı üçün çox əhəmiyyətlidir. Belə ki, bəzən uşaqlar onları əhatə edənlərin nitqini yaxşı qavarmadıqlarından düzgün səs tələffüzünə yiyələnə bilmirlər.


Loqopedik məşğələlər zamanı uşaq ən əvvəl öz nitqinə nəzarət etmək bacarığı qazanmaq və onu əhatəsində olanların nitqi ilə müqayisə edib düzəltmək vərdişinə yiyələnməlidir. Məlumat üçün göstərmək lazımdır ki, uşaqlarda fonemləri diferensiasiya etmək bacarığını inkişaf etdirmək üçün loqopedik iş şərti olaraq 6 mərhələyə ayrılır:
I mərhələ – qeyri-müəyyən nitq səslərinin alınması.
II mərhələ – eyni materialı əsasında səsin gücü, hündürlüyü, tembrini sözlərdə, söz birləşmə və cümlələrdə fərqləndirilməsi:
III mərhələ–yazının səs tərkibinə görə sözlərin fərqləndirilməsi.
IV mərhələ – hecaların differensiasiyası.
V mərhələ – fonemlərin differensiasiyası.
VI mərhələ – sadə səs təhlili vərdişlərinin inkişafı.

Mexaniki dislaliyanın aradan qaldırılması üçün aparılan loqopedik işin əsasını orqanizmin kompensator imkanları (eşitmə, görmə, qavrama, taktil və kinestetik hissiyyat) təşkil edir.


Tələffüz qüsurlarının aradan qaldırılması məşğələləri müəyyən ardıcıllıqla aparılır. Bütün artikulyasiya çalışmaları aşağıdakı növlərə görə təyin edilir.


    1. Səsin qoyulması.




    1. Səslərin hecalarda tələffüz vərdişlərinin avtomatlaş-dırılması.




    1. Səslərin sözlərdə tələffüz vərdişlərinin avtomatlaş-dırılması.




    1. Səslərin cümlələrdə tələffüz vərdişlərinin avtomatlaş-dırılması.




    1. Səslənmə və artikulyasiyasına görə oxşar səslərin diferensiasiyası.




    1. Danışıq nitqində səslərin avtomatlaşdırılması.


SUAL63; Rinolaliyanın etiologiyası və təsnifatı

SUAL64;Açıq və qapalı rinolaliyanın etiologiyası və xarakteristikası

Yüklə 24,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə