QENDER TƏDQİQATLARININ HÜQUQİ ASPEKTLƏRİ
Müəllif-
tərtibatçı:
Hacıyeva E.N. – Qərb Universiteti, hüquq
kafedrasının müəllimi, hüquq elmləri namizədi
Elmi
redaktor:
Musayev İ.İ. – Qərb Universiteti hüquq
kafedrasının müdiri
Rəyçilər: Kərimov E.R., hüquq elmləri namizədi İmanov
M.N., hüquq elmləri namizədi
GİRİŞ
İnsan hüquqları konsepsiyasının işlənməsi və beynəlxalq standartlar səviyyəsinə
qaldırılması sivilizasiyanın mühüm nailiyyətlərindən biridir. Bu konsepsiyanın müasir
inkişaf mərhələsi Ümumdünya insan hüquqları Deklarasiyasının qəbul olunması ilə
başladı. Onlara xas olan ümumi əlamətlərə görə bölünmüş bu yaxud digər əhali
qrupunun hüquqi status standartlarının beynəlxalq hüquq norması olaraq
möhkəmləndirilməsi məsələsi uzun illər ərzində nəinki inkar edilirdi, hətta bu məsələnin
ayrı-ayrı dövlətlər və ya dövlətlər qrupu tərəfindən eyni zamanda BMT-nin forumlarında
qoyulması da təbliğat aksiyası kimi şərh edilirdi.
Həyat isə insan hüquqlarının istisna fərdi xarakteri haqqındakı doqmanı tədricən
sındırırdı. İnsan hüquqlarının sosial, siyasi, fizioloji və başqa səbəblər üzündən digər
vətəndaşlarla bərabər səviyyədə öz hüquq və azadlıqlarını həyata keçirmək imkanından
məhrum olan insanları əhatə edən üçüncü nəsli yaranırdı. Həmin insanlar həm dövlət,
həm də bütövlükdə beynəlxalq birlik tərəfindən müəyyən dəstəyə ehtiyac duyurlar.
Bu dairənin episentrində qadınlar dayanır, çünki fizioloji xarakter səbəbindən
onlar kişilərlə bərabər səviyyədə bütün insanlar üçün ümumi olan hüquqları həyata
keçirə bilmirlər.
Buna görə də kişilərlə bərabər səviyyədə qadın hüquqlarının yaranması, inkişafı
və qanunvericilikdə möhkəmləndirilməsi barədə biliklərin, qender problemlərinin
öyrənilməsi və təbliğatının vacibliyi yaranır.
Proqram 36 saatlıq tədris üçün nəzərdə tutularaq aşağıdakı məqsədləri güdür:
hərtərəfli və harmonik təhsilin təmin olunması; tələbələrin planetar dünyagörüşü
informasiyasının yayılması; hüquq müdafiəsi sahəsində vərdişlərin təlqin edilməsi.
Proqram tematik plandan, kursun mövzularından və tövsiyə olunan ədəbiyyatın
siyahısından ibarətdir.
TEMATİK PLAN
Saatların miqdarı
Mövzular
Cəmi Mühazirələr Seminarlar
1. Qender
insan
hüquqları sistemində
2 2
2. Feminist
hüquqşünaslığı
6 4
2
3. Qenderin
qanunvericilikdə
möhkəmləndirilməsi
və hüquqi
tənzimlənməsi
4 2
2
4.
Qender hüquqda və
adətlərdə: qenderin
hüquqi genezisi
6 4
2
5.
Ailə qayğıları
qenderin predmeti
kimi
4 2
2
6. Qenderdə zorakılıq
nəzəriyyəsi
4 2
2
7. Qenderdə ailənin
müdafiəsi məsələləri
2 2
8. Qenderdə əmək
hüquqlarının
müdafiəsi
2 2
9. Qadın hüquqlarının
cinayət-hüquq
müdafiəsi
6 4
2
CƏMİ 36
24
12
MÖVZU № 1. Qender insan hüquqları sistemində
Qenderin meydana çıxmasının sosial və intellektual əsasları.
Qadınların hüquq və azadlıqları.
Qadın hüquqları sahəsində qanunvericiliyin inkişaf mərhələləri. Qadın hüquqlarını
möhkəmləndirən əsas beynəlxalq hüquq aktları.
MÖVZU № 2. Feminist hüqüqşünaslığı
Feminist hüquqşünaslığı haqqında ümumi anlayış.
Androsentrik hüquqşünaslığın, bioloji determinizmin tənqidi.
Feminist hüquq fikrinin müxtəlif istiqamətləri: simmetriklik, hər iki cins üçün hüquq
və imkanların formal bərabərliyi tələbi ilə feminizmdə liberal istiqamət; assimilyasiya
feminizmi; cinslər arasındakı fərqi xüsusi qeyd edən və hər bir cinsə xüsusi münasibət
tələb edən bivalent feminizm; radikal feminizm; postmodernist feminizm.
MÖVZU № 3. Qenderin qanunvericilikdə möhkəmləndirilməsi və
hüquqi tənzimlənməsi
Qadınların kollektiv hüquqları anlayışı.
Əhalinin bir sosial təbəqəsi olaraq qadınların diskriminasiyasını doğuran
səbəblər.
İnsanların bərabərliyi və azadlığı ideyalarının cəmiyyətdəki nisbətinin və
qanunlarda möhkəmləndirilməsinin rolu.
Qanunverici və icraedici orqanlarda lazımi təqdimliyin hüquqi vasitələrlə təmin
olunması.
«Qadın imtiyazları»nın qadınların rəqabət bacarığına təsiri. Qadına bir insana
kimi məxsus olan azad həyat yolu seçimi hüququ ilə ziddiyyət təşkil etməyən
imtiyazların həcm və növ meyarlarının işlənməsi.
BƏT keçirdiyi məşğulluq problemlərinin proqnoz qiyməti və faktiki vəziyyətinin
təhlili.
Qanunvericiliyin bəzi sahələrində bazar münasibətlərinə keçid dövründə əhalinin
sosial təbəqəsi olaraq qadınların xüsusi maraqlarına riayət etmək məqsədi ilə aparılan
dəyişikliklər.
MÖVZU № 4. Qender hüquqda və adətlərdə: qenderin hüquqi genezisi
Qenderin tarixi-hüquqi əsasları.
Adətlərin formalaşması prosesində qadın məsələsinin həllinə dair müxtəlif
mövqelər.
Qadın məsələlərinin əxlaq normaları vasitəsi ilə tənzimlənməsi.
Adi hüquq qadının ailədə və cəmiyyətdəki yeri və rolu haqqında. Adi hüququn
qender hüquq normaları üzərində üstünlüyü haqqında. Müasir hüquq sistemlərində
qender probleminə müxtəlif yanaşmalar.
MÖVZU № 5. Ailə qayğıları qenderin predmeti kimi
Sosial problemlər sistemində qadın qayğılarının yeri.
Qadın qayğılarının bioloji, sosial və hüquqi xarakteri. Qadın qayğılarının hüquqi
tənzimlənməsi problemi.
Qadın qayğıları təbii hüquq və pozitiv hüquq konsepsiyalarında. Sosial
normalardan hüquqi normalara keçid. Bu sahədə hüquqdakı qüsurlar və problemlərin
həlli üçün qadın təşkilatlarına qanunvericilik təşəbbüsü hüququnun verilməsi.
MÖVZU № 6. Qenderdə zorakılıq nəzəriyyəsi
Zorakılıq anlayışı. Zorakılıq qadın və kişinin bərabərsizliyinin nəticəsi kimi.
Zorakılığın təzahür xarakteri və yerinə görə təsnifatı. Zorakılığın növləri.
Hərbi münaqişələr zamanı zorakılıq. Zorakılıq dinc əhalinini məhv etmə vasitəsi
kimi. Qadınların girov götürülməsi zorakılıq növü kimi. Hərbi münaqişə zamanı qadın
hüquqlarının qorunması dair qanunvericilik.
Məişətdə zorakılıq. Məişət zorakılığının formaları: fiziki; mənəvi; seksual; iş
yerində. Valideynlərin evində zorakılıq. Ər evində zorakılıq. Zorakılığın və maddi
firavanlığın qarşılıqlı əlaqəsi. Zorakılığa düçar olmuş qadınlara yardım göstərilməsi.
MÖVZU № 7. Qenderdə ailənin müdafiəsi məsələləri
Ailənin sosioloji və hüquqi təyini. Cəmiyyətin inkişafında ailənin rolu, əhəmiyyəti
və funksiyası. Ərlə-arvadın bərabərliyinin hüquqi zəmanəti.
Ərlə-arvadın hüquqi mülkiyyət rejimi. Kəbin müqaviləsi qadınlara aid mülkiyyətin
əlavə müdafiə qarantı kimi.
Kişinin kəbini pozmaq hüququnun məhdudlaşdırılması.
Qadınların ailə hüquqularının digər müdafiə qarantları.
MÖVZU № 8. Qenderdə əmək hüquqlarının müdafiəsi
Qadınların əmək hüquqlarının müdafiə sahəsində qanunvericiliyin inkişaf
tarixindən. Konstitusiyada əmək hüququna verilən zəmanət. Ayrı-ayrı kateqoriyalara aid
olan qadınların əmək hüququnun qorunması.
Əmək qanunvericiliyi ilə möhkəmləndirilmiş imtiyazlar. Qadın əməyinin müdafiəsi.
MÖVZU № 9. Qadın hüquqlarının cinayət-hüquq müdafiəsi
Qadın hüquqlarının cinayət-hüquq müdafiəsi anlayışı və onun əhəmiyyəti.
Qadının şərəf və ləyaqətinin cinayət-hüquq müdafiəsi.
Hamilə qadının, yaxud 3 yaşa qədər övladı olan qadının əmək hüququnun
tapdanmasına görə daşınılan məsuliyyət.
Süni mayalanma və embrionun implantasiyasının, tibbi sterilizasiyanın qadının
həyat və sağlamlığı üçün doğurduğu təhlükə, bunun ictimai təhlükəsi və belə hərəkət
üçün daşınılan məsuliyyət.
Qenderdə mülki hüquqlar. Qenderdə hüquqların mülki-hüquq müdafiəsi anlayışı
və onun əhəmiyyəti. Qenderdə tərəflərin şərəf və ləyaqətinin mülki-hüquq müdafiəsi.
Qenderdə mülki hüquqların və vəzifələrin həyata keçirilməsi
ƏDƏBİYYAT
1 Конституция Азербайджанской Республики. – Б., 1995
2 Права человека. Сборник нормативных документов. – М., 1998
3 Конвенция о политических правах женщин, с. 318
4 Конвенция о согласии на вступление в брак, брачном –возрасте и регистрации
брака, с. 320
5 Конвенция о гражданстве замужней женщины, с. 322
6 Конвенция №103 об охране материнства, с. 337
7 Конвенция № 5 о применении труда женщин на подземных работах в шахтах любого
рода, с. 342
8 Декларация о защите женщин и детей в чрезвычайных ситуациях и в период
вооруженных конфликтов, с. 351
9 Семейный Кодекс. - Б., 2000
10 Уголовный кодекс. - Б., 2000
11 Трудовой Кодекс. - Б., 2000
12 Дамирчиева М. Охрана прав женщин в семье Гендер. Женщина и право. – Б., 1999
13 Расулбекова Н. Защита трудовых прав женщин. – Б., 1999
14 Мамедов В. Женщины и вооруженные конфликты. – Б., 1999
15 Сурия Пракаш Синха. Юриспруденция. Философия права -Будапешт, 1996
16 Поленина С.В. Закон и коллективные права женщин как социального слоя
населения. Теория права. Новые идеи. - М., 1995
17 Женщины Азербайджана. Женщина и насилие. – Б., 1999
18 Корбут Л.В., Поленина С.В. Международные конвенции и декларации, касающиеся
прав женщин и детей. - М.,1998
19 Мертус Д. Права женщин-права человека. – М.,1999
20
Гурко Т., Босс П. Отношения мужчин и женщин в браке. - М., 1995
Document Outline - TEMATIK PLAN
- C?mi
- 1.
- 2.
- 3.
- 4.
- 5.
- 6.
- 7.
- 8.
- 9.
- C?MI
- Qad?nlar?n huquq v? azadl?qlar?.
Dostları ilə paylaş: |