Строительные нормы и правила


Sütunların addımları 6 m qəbul olunmalıdır, əsaslandırıldıqda isə 12 m qəbul edilməsinə  yol verilir.  7.5



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə9/52
tarix11.12.2023
ölçüsü1,03 Mb.
#145128
1   ...   5   6   7   8   9   10   11   12   ...   52
qazanxana-qurgulari-layihelendirme-normalari (1)

7.4.
Sütunların addımları 6 m qəbul olunmalıdır, əsaslandırıldıqda isə 12 m qəbul edilməsinə 
yol verilir. 
7.5.
Avadanlıq üçün qurulmuş antresol və ya meydançaların hündürlüyü texnoloji tələblərə görə 
və 0,3 m-in mislinə bərabər qəbul olunmalıdır. 
7.6.
Qazanxana binaları aşırımlarının bir istiqamətdə yerləşməsilə layihələndirilməlidir. 
Tikinti meydançasının darısqallığı şəraitində, qazanxanaların yenidən qurulmasının
 
layihələndirilməsi zamanı aşırımların müxtəlif istiqamətli quraşdırılma həllinə yol verilir. 
7.7.
Qazanxanaların bina və qurğularının həcm-planlaşdırma və konstruktiv həlləri onların 
genişləndirilməsi imkanına yol verməlidir. 
7.8.
İribloklu avadanlığın quraşdırılmasının təmin edilməsi üçün qazanxana binalarının divar və 
örtüklərində boşluqlar nəzərdə tutulmalıdır. 
Belə boşluqlar qazanxananın genişləndirilməsi nəzərdə tutulan tərəfindəki yan divarında 
nəzərdə tutulmalıdır. 
7.9.
Binaların daxilində yerləşdirilmiş qazanxanalar bitişik otaqlardan yanğın əleyhinə 2-ci tip 
divarlarla və ya yanğın əleyhinə 1-ci tip arakəsmələrlə və yanğın əleyhinə 3-cü tip örtüklərlə 
ayrılmalıdır. Binaya bitişik qazanxana əsas binadan yanğın əleyhinə 2-ci tip divarla ayrılmalıdır. Bu 
halda binanın, qazanxana tərəfdəki divarının odadavamlılıq həddi 0,75 saatdan az olmamalıdır, 
qazanxananın örtüyü isə yanmayan materialdan olmalıdır. 
Dam qazanxanalarının yükdaşıyan və qoruyucu konstruksiyalarının odadavamlılıq həddi 0,75 
saat, konstruksiya üzrə alovun yayılma həddi sıfra bərabər olmalıdır, qazanxananın altında və onun 
divarlarından 2 m-ə qədər məsafədə əsas binanın dam örtüyü yanmayan materialdan hazırlanmalı və 
ya qalınlığı ən azı 20 mm olan beton qatı ilə yanmadan qorunmalıdır. 
Binaların daxilində və onlara bitişik yerləşdirilmiş qazanxanaları digər otaqlardan ayıran 
divarların və örtüklərin, həmçinin qazanxanalar damda yerləşdirildikdə binaların damının 
havakeçirməyə və buxarkeçirməyə müqaviməti СНиП II-3-ə uyğun olmalıdır. 
Binaların daxilində və damında yerləşdirilən qazanxanaların divarlarının daxili səthi 
suyadavamlı boya ilə rənglənməlidir. 
7.10.
Binaların daxilində və onlara bitişik yerləşdirilmiş qazanxanaların çıxışları bilavasitə 
xaricə nəzərdə tutulmalıdır. Binanın daxilində yerləşdirilmiş qazanxanaların pilləkən marşlarının 
ümumi pilləkən qəfəsinin qabaritində yerləşdirilməsinə (binanın pilləkən qəfəsinin qalan hissəsindən 
odadavamlılıq həddi ən azı 0,75 saat olan yanmayan arakəsmə və örtüklərlə ayırmaqla) yol verilir. 
Dam qazanxanaları üçün aşağıdakılar nəzərdə tutulmalıdır: 
- qazanxanadan bilavasitə dam örtüyünə çıxış; 
- əsas binanın marşlı pilləkənindən dam örtüyünə çıxış; 
- dam örtüyünün mailliyi 10 %-dən çox olduqda, dam örtüyünə olan çıxışdan qazanxanaya 
qədər və qazanxananın perimetri boyunca sürahili, eni 1 m olan hərəkət körpücükləri. 
Körpücük və sürahilərın konstruksiyaları yanmayan materiallardan nəzərdə tutulmalıdır. 


10 
7.11.
Yanacaqvermə nəqliyyat mexanizmlərinin yerləşdirilməsi üçün bunkerüstü qalereyalar, 
qazanxana zallarından, odadavamlılıq həddi 0,25 saatdan az olmayan, yanmayan arakəsmələrlə 
(boşluqlarsız) ayrılmalıdır. 
7.12.
Yanacaqvermə və tozhazırlama sahələrinin qoruyucu konstruksiyalarının daxili səthləri 
hamar olmalı və açıq rəngli, suyadavamlı boya ilə rənglənməlidir. 
Çıxıntılar üfüqə nəzərən 60

bucaq altında hazırlanmalı və suyadavamlı boya ilə 
rənglənməlidir. 
Yanacaqvermə 
sahələrində metal pilləkən və meydançalar iki tərəfə çıxışlı 
layihələndirilməlidir. 
7.13.
Qazanxana bina və otaqlarında aşkar şəkildə izafi istilik ayrılması olduqda, daimi işçiləri 
olan zonanın (işçi meydançanın səviyyəsindən 2,4 m hündürlükdə) qoruyucu konstruksiyaları istisna 
olmaqla, xarici qoruyucu konstruksiyaların istilikötürmə müqavimətinin qiyməti normalaşdırılmır. 
Göstərilən hündürlükdən yüksək olan pəncərələr birqat şüşələnmə ilə layihələndirilməlidir. 
7.14.
Xarici divarlarda pəncərə boşluqlarının sahələri və yerləşdirilməsi təbii işıqlandırma, 
həmçinin açılan boşluqların sahələrinin aerasiya tələblərinin ödənilməsi nəzərə alınmaqla müəyyən 
edilməlidir. Pəncərə boşluqlarının sahələri minimal olmalıdır. 
Təbii işıqlandırma əmsalı 1,5 qəbul edilən laboratoriya, avtomatika lövhələri otaqları və təmir 
emalatxanaları istisna olunmaqla, qazanxanaların bina və otaqlarında yan işıqlanmada, təbii işıqlanma 
əmsalı 0,5 qəbul edilməlidir. 
Ayrıca yerləşmiş suhazırlama qurğuları otaqlarının təbii işıqlanma əmsalı AzDTN 2.11-1-ə 
uyğun olaraq qəbul edilməlidir. 
7.15.
Daimi iş yerlərində nəzarət və idarəetmə lövhələrinin yanında səsin təzyiqi və səsin 
yolverilən səviyyəsi СН 245-ə uyğun qəbul edilməlidir. 
Fərdi qazanxanalar istiliklə təchiz etdiyi binalarda və otaqlarda MCH 2.04-03-ün tələblərinə 
uyğun səs təzyiqi səviyyələrini təmin etməlidir. 
7.16.
Yanan kütləyə görə uçucu maddələrin miqdarı 20 % və daha çox olan yanacaq üçün 
yanacaqvermənin (boşaldıcı qurğular, xırdalayıcı bölmələr, transportyor qalereyaları, tökmə 
qovşaqları, bunkerüstü qalereyalar) yerüstü xarici qoruyucu konstruksiyaları, asan çıxarılan 
konstruksiyalarının sahəsi yerləşgənin 1 m
3
həcminə görə 0,03 m
2
-dan az olmamaqla 
layihələndirilməlidir. Yanacaqvermə bina və otaqlarının pəncərə çərçivələri birqat nəzərdə tutulmalı 
və divarın daxili səthi ilə bir müstəvidə olmalıdır. 
Maye və qaz yanacağı ilə işləyən fərdi qazanxanalarda, qazanların quraşdırıldığı yerin 1 m
3
həcminə görə sahəsi 0,03 m
2
hesabı ilə asan çıxarılan qoruyucu konstruksiyalar nəzərdə tutulmalıdır. 
7.17.
Qazanxanaların istehsal proseslərinə uyğun işçilərin peşələrinin siyahısı və xüsusi məişət 
otaq və qurğularının tərkibi əlavə 2-yə əsasən qəbul edilməlidir. 
7.18.
Ən çoxsaylı növbədə işçilərin sayı 30 və daha çox olduqda məişət otaqlarının, ictimai iaşə 
və mədəni xidmət otaqlarının tərkibi СНиП 2.09.04-ə uyğun olaraq qəbul edilir. 
7.19.
Qazanxanada ən çoxsaylı növbədə işçilərin sayı 12-30 olduqda, aşağıdakı köməkçi otaqlar 
nəzərdə tutulmalıdır: qazanxana rəisinin otağı, əlüzyuyan olmaqla qarderob otaqları, ayaqyolular, duş 
otaqları, yemək otağı və təsərrüfat ləvazimatının anbarı. 
Qazanxanada ən çoxsaylı növbədə işçilərin sayı 12-yə qədər olduqda, sadalanan otaqlardan 
qazanxana rəisinin otağı, qazanxanada işçilərin sayı 5-dən çox olmadıqda isə həmçinin qarderob 
otağındakı əlüzyuyan nəzərdə tutulmur (ayaqyolundakı əlüzyuyandan istifadəyə yol verilir). 
7.20.
Maye yanacağın nasos stansiyalarının ayrıca
yerləşən binalarında daimi xidmət heyəti 
üçün qarderob, ayaqyolu, duş və isinmə otaqları nəzərdə tutulmalıdır. Ayrıca yerləşən suhazırlama
binalarında qarderob, ayaqyolu və duş otaqları nəzərdə tutulmalıdır. 
7.21. 
Bu normaların 7.19 və 7.20-ci bəndlərində göstərilmiş otaqların sahələri СНиП 2.09.04-ə 
uyğun olaraq təyin edilir. 


11 
7.22.
Qazanxanaların bina və qurğuları layihələndirildikdə unifikasiya edilmiş yığma dəmir-
beton və metal konstruksiyalar əsas götürülməlidir, bu halda konstruksiya, məmulat və materialların 
ümumi meydança üzrə unifikasiya tələbləri gözlənilməlidir. 
7.23.
Qazanxanaların bina və qurğularının yükdaşıyan və qoruyucu konstruksiyaları qüvvədə 
olan normativ sənədlərin tələblərinə uyğun olaraq seçilməlidir. 
7.24.
Qazanxana binasının genişləndirilməsi nəzərdə tutulduğu hissəsindəki yan divarının 
konstruksiyası bu genişləndirməni həyata keçirməyə imkan verməlidir. 
7.25.
Qazanxana binalarında çəkilən kanalların örtükləri döşəmə səviyyəsində olmaqla yığma 
dəmir-betondan nəzərdə tutulmalıdır.
İstismar şəraitinə görə plitələrin götürülməsi lazım gəldikdə, kanalın o hissəsinin örtüyünün 
riflənmiş poladdan qəbul olunmasına yol verilir. Çıxarıla bilən lövhə və ya plitənin kütləsi 50 kq-dan 
çox olmamalıdır. 
7.26. 
Avadanlıq altında olan bünövrələrin, döşəmələrin və kanalların konstruksiyaları, 
quraşdırılma boşluqlarından avadanlığın qoyulacaq yerlərinə qədər hərəkət etdirilərkən yaranan 
yüklərə hesablanmalı və yükqaldırıcı mexanizmlərin hərəkət imkanını təmin etməlidir. 
7.27. 
Statik və dinamik yükləri döşəmənin beton alt qatında gərginlik yaratmayan texnoloji 
avadanlıq, quraşdırma və nəqliyyat yüklərinin təsirindən yaranan gərginlikdən çox gərginlik 
yaratmadıqda bünövrəsiz quraşdırılmalıdır. 
Binaların daxilində və damında yerləşdirilən qazanxanalar üçün elə texnoloji avadanlıq 
seçilməlidir ki, onların statik və dinamik yükləri avadanlığın bünövrəsiz quraşdırılmasına imkan 
versin. Bu halda dam qazanxananın avadanlığından binanın örtüyünə düşən statik və dinamik yükləri, 
binanın tikinti konstruksiyalarının yükdaşıma qabiliyyətindən artıq olmamalıdır. 
7.28.
Transportyor qalereyalarının qazanxana binalarına bitişən yerləri, binaların karkasına və 
qoruyucu konstruksiyalarına söykənməməlidir. Belə söykənməyə müvafiq əsaslandırma olduqda yol 
verilir. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə