Строительные нормы и правила



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix11.12.2023
ölçüsü1,03 Mb.
#145128
1   ...   4   5   6   7   8   9   10   11   ...   52
qazanxana-qurgulari-layihelendirme-normalari (1)

Nəqliyyat 
6.9. 
Qazanxananın nəqliyyat sxemi, tikintinin növbəliliyi və genişləndirilmə perspektivi nəzərə 
alınmaqla, onun hesabi məhsuldarlığına əsasən qəbul edilir. 
6.10. 
Əsas və ehtiyat yanacağının və reagentlərin dəmiryol nəqliyyatı ilə daşınma rejimi 
(verilmə norması, boşaldılma müddəti, vaqon və sisternlərin yükqaldırma qabiliyyəti və s.) dəmir 
yolu xidmətləri ilə razılaşdırılmaqla təyin edilir.
Çəki ilə verilmə norması təyin edilərkən, bölmə 15-ə uyğun hesablanmış anbarın tutumu nəzərə 
alınmalıdır. 
6.11. 
Gücü 50 MVt-dan çox olan qazanxanalara avtomobil nəqliyyatı ilə yanacaq gətirildikdə 
və ya kül və şlak aparıldıqda, qazanxananın meydançasına olan əsas giriş yolunun iki hərəkət zolağı 
olmalıdır. 
Gücü 50 MVt və daha az olan qazanxanalara yanacağın gətirilməsi və ya kül və şlakın 
aparılması üsulundan asılı olmayaraq giriş yolunun birzolaqlı olması nəzərdə tutulmalıdır. 
6.12. 
Layihələr ilə qazanxanaların bina və qurğularına və açıq meydançalarda quraşdırılmış 
avadanlığına avtomobil nəqliyyatının yaxınlaşma imkanı nəzərdə tutulmalıdır. 
Texnoloji prosesin aparılmasını təmin edən avtomobil nəqliyyatının yolları əsaslı, təkmilləşmiş 
örtüklü olmalıdır. 
7. Həcm-planlaşdırma və konstruktiv həllər 
7.1.
Qazanxanaların bina və qurğuları layihələndirilərkən МСН 3.02-01, СНиП 2.09.03, СНиП 
2.09.04-ün və bu bölmənin göstərişlərinə riayət edilməlidir.



Binalara bitişik, daxilində və damında yerləşdirilən qazanxanalar layihələndirilərkən, əlavə 
olaraq, istilik təchizatı nəzərdə tutulmuş bina və qurğulara dair tikinti normalarının tələbləri də rəhbər 
tutulmalıdır. 
7.2.
Qazanxanalar layihələndirilərkən bütün bina və qurğular üçün vahid memarlıq və 
kompozisiya həlli, fasad və interyerlərin sadəliyi və səlisliyi təmin olunmalı, həmçinin iqtisadi 
cəhətdən səmərəli konstruksiya və tamamlama (bəzək) materiallarından istifadə edilməsi nəzərdə 
tutulmalıdır. 
7.3.
Qazanxanaların bina və qurğularının aşırımlarının ölçüləri 6 m-in mislinə bərabər qəbul 
olunmalıdır. Əsaslandırıldıqda ölçüləri 3 m-in mislinə bərabər aşırımlardan istifadə edilməsinə yol 
verilir. 
Etajerlərin aşırımları ölçülərinin 1,5 m-in mislinə bərabər qəbul edilməsinə yol verilir. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə